ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.

səhifə38/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
növüQaydalar
1   ...   34   35   36   37   38   39   40   41   ...   85

buludlar sürünən quraqlıq kimi keçdi. Ancaq budur, buludlar yaxına, bir az da yaxına doğru hərəkət 
eləyirlər, nəhayət, ildırım çaxır və yağış üçün darıxan bağ yuyunur.  
 
                                       
 
                                                   
 
XV  FƏSİL 
 
 
 
        Həmin il əsl yay günü iyulun onunda oldu. Külək şərqdən və ya cənubdan əsəndə əvvəllər də 
yaxşı günlər olurdu, ancaq indi iki yağışlı həftədən sonra günəş əsl yayda olduğu kimi qızdırmağa 
başladı, yüngül külək hər yerdən çiçəkləyən cökələrin qoxusunu gətirirdi. Bağın uzaq küncündə 
ağacların kölgəsində oturan Betti uşaq üçün nəsə tikirdi, uşaq isə möhkəm səhər yuxusundaydı. Cip 
aydın və zərif qoxusu ətrafa yayılan çiçək ləkinin yanında dayanmışdı, çiçəklərin balaca, yaşıl üçkünc 
yarpaqları və  həşaratların bığlarını xatırladan bığcıqları vardı.  
 
       Çınqılların üzərindəki addım səsləri onu geri dönməyə məcbur elədi və  qonaq otağından çıxan 
Roseki gördü. O, baş əydi və dedi. 
 
       – Qustav hələ yatır. Mən əvvəlcə sizinlə danışmağı qərara aldım. Biz danışa bilərikmi? 
 
         Bir anlığa tərəddüd edərək, Cip bağ əlcəklərini çıxartdı. 
 
       – Burada? Ya qonaq otağında? 
 
       – Mümkünsə, qonaq otağında. 
 
         Yüngülcə həyəcanlanmış halda, Cip irəlidə gedərək, elə oturdu ki, Bettini və uşağı görə bilsin. 
Rosek heç nə demədən ayaq üstəcə durmuşdu. Cip ixtiyarsız olaraq,  onun ifadəli ağzının cizgilərini,  
qüsursuz gözəlliyini seyr edirdi.  
 
       – Siz nə haqda danışmaq istəyirdiniz?  
 
       – Qorxuram ki, dolaşıq bir iş haqqında. Dərhal  nəsə eləmək lazımdır. Mən hər şeyi yoluna 
qoymağa cəhd elədim, ancaq onlar gözləmək istəmirlər. Onlar, hətta evi auksiona qoyub satdırmaq 
istəyirlər. 
 
          Cip qəzəblənmiş halda səsləndi: 
 
        – Burada demək olar ki, hər şey mənə məxsusdur! 
 
           Rosek başını yırğaladı.  
 
        – Evin icarəyə verilməsi haqqında müqavilə onun adınadır. Siz, yalnız onun arvadısınız. Kredit 
verənlər bunu eləyə bilərlər. Sizi əmin eləyirəm. Mən də ona kömək eləmək iqtidarında deyiləm, hər 
halda, indi deyiləm.  
 


        – Əlbəttə, yox! Sizə, ümumiyyətlə, ona kömək eləməməliydiniz. Mən dözə bilmirəm… O, nə 
qədər borcludur? 
 
       – Min üç yüz funta yaxın. Düzdü, bu elə də çox deyil. Ancaq burada bir məsələ də var. 
 
       – Pis? 
 
         Rosek başını tərpətdi və davam elədi: 
 
       – Siz yenə də elə düşünürsüz ki, bunda mən özüm üçün mənfəət güdürəm. Mən  sizin heç olmasa, 
bu dəfə elə düşünməyinizə yol verə bilmərəm. 
 
           Cip hövsələsiz halda dilləndi: 
 
       –  Mən elə düşünməyəcəyəm. Xahiş edirəm, danışın. 
 
       – Ueqq soyadında birisi var, dəfn bürosunun sahibi. O, sizin tanıdığınız bir qızın atasıdır… 
 
       – Dafna Uinqin? 
 
       – Hə. O, uşaq gözləyir. Valideynləri onu hər şeyi danışmağa məcbur eləyiblər. Bu isə o deməkdir 
ki, onun müqavilələri pozulacaq, bunun da nəticələri sizə məlumdur.  
 
         Cip tələsmədən dedi: 
 
        – Xahiş edirəm, deyin, neyləyə bilər, bu mister… mister Ueqq? 
 
        – Onun quduz xarakteri var, insan quduz olanda isə ətrafındakılar üçün qorxulu olur. Yəqin, o, 
xeyli pul istəyəcək, ola bilsin, qisas da almaq istədi.  
 
        Rosek ona tərəf əyilib az qala pıçıltı ilə dedi: 
 
        – Cip, bir il bundan əvvəl mən sizə bu haqda demişdim. Siz onda mənə inanmadınız. Mən sizi 
sevdiyimi dedim. İndi isə sizi daha çox sevirəm, yüzlərlə dəfə çox!... Durmayın! Mən Qustavın yanına 
qalxıram!  
 
          O döndü və Cip onun, doğrudan da, çıxıb getdiyini güman elədi, ancaq o,  eyvan qapısının 
kandarını adlayan kimi də dayandı. Onun sifətinin ifadəsi elə əzabverici arzudan xəbər verirdi ki, bir 
anlığa Cipin ona yazığı gəldi. Görünür, Rosek bunu başa düşdü,  birdən Cipi qucaqlayıb dodaqlarından 
öpməyə cəhd elədi, ancaq Cip geri çəkildi və o, dodaqları ilə ancaq boynuna toxuna bildi. Onu beləcə 
gözlənilmədən də buraxaraq, baş əydi və çıxdı. 
 
         Cip ovcuyla onun öpüşünün yerini silib, sarsılmış halda düşünürdü: «Mən neyləmişəm ki, 
mənimlə belə rəftar eləməyə cürət eləyirlər? Mən neyləmişəm?» Onun qəlbində bütün kişilərin 
əleyhinə bir qəzəb alovlandı. Yazı masasına yaxınlaşıb ünvan kitabçasını götürdü və axtarmağa başladı. 
Hə, bax, bu da Ueqq, Frenkled-strit, Fulxem. Stulun arxasından öz çantasını götürüb, çek kitabçasını 
ora qoydu. Sonra nə qədər mümkünsə, səssiz olmağa çalışaraq, dəhlizə çıxdı, çətirini götürüb küçəyə 
qaçdı. 
 


        Tələsik halda Beyker-stritə tərəf gedirdi. Əlcəklərini evdə qoyduğunu hiss eləyib, yenisini almaq 
üçün qarşısına çıxan ilk dükana girdi. Özünə əlcək seçərkən bir neçə dəqiqə bunda əvvəl nələr 
keçirdiyini unutmuşdu. Amma küçədə onun qəlbi yenidən ağrıyla doldu. Gün isə misilsiz idi, parlaq 
günəş, mavi səma, gözqamaşdırıcı ağ buludlar. Avtobusun ikinci mərtəbəsindən   bu günü bütün  
gözəlliyi ilə görürdü. İlk balda   çiynini öpən cənab yadına düşdü. İndi də bu. Qəlbində qaynayan 
qəzəbə baxmayaraq, ixtiyarsız halda həyatını ərinin şikəst elədiyi bu qıza görə əzab çəkdiyini hiss 
edirdi. Fulxemdə Cip birinci döngədə düşdü və piyada olduqca geniş, hər iki tərəfi ensiz boz evlər olan 
küçəylə yola düşdü. Nəhayət, bu da ona lazım olan ev. İndicə yuyulmuş pilləkənlə qalxanda, birdən 
geri dönüb qaçmaq istədi. O, nəyə görə məxsusən  bura gəlmişdi?  
 
        Qapını ona pinti geyinmiş xidmətçi açdı. Qoyun əti! Qoyun ətinin qoxusu, eynən qızın ona dediyi 
kimi! 
 
       – Miss… miss Dafna Uinq evdədirmi? 
 
       – hə. Miss Deyzi evdədir. Siz onumu görmək istəyirsiniz? Kimin gəldiyini deyim? 
 
         Qəhvəyi boya ilə rənglənmiş ilk iki qapıdan birini açıb əlavə elədi: 
 
       – Oturun. Mən indicə ona deyərəm. 
 
         Cip otağa girərək, ürək bulanmasının və ani zəifləməsinin qarşısını almağa səy göstərirdi. Əliylə 
söykəndiyi masanın üstünə xovlu yun parça örtülmüşdü, görünür,  hələ ona qoyun piyi hopmamışdı. 
Dolabda  qırmızı ağacdan hazırlanmış sirkə qabı, yağ qabı və  qırmızı almalarla haşiyələnmiş iri 
nimçələr görünürdü. Buxarının qabağında bambuk çərçivədən sipər var idi. Buxarı rəfinin üstündə isə 
ağ-cəhrayı rəngə boyadılmış ceyranotu dəstəsi qoyulmuşdu. Stullara qırmızı tumacdan üz çəkilmişdi, 
pərdələr qırmızı-qəhvəyi, divarlar isə yaşıl idi və divarlardan Lendsirin  (Lendsir E. Q. (1802-1873) – 
ingilis rəssamı). qravüraları asılmışdı. Bu yaşıl və qırmızı çalarlar onu daha çox sıxırdı. Birdən onun 
gözləri parıldamağa başladı,  buxarı rəfində  balaca, tünd boz rəngli, qara altlığı olan güldanı gördü. 
Güldan boş idi.  Qoyun ətinin qoxusunun daha çox hiss olunduğu bu otaqda güldan başqa dünyadan 
gəlmiş əşya kimi görünürdü. Deyzi Ueqq, yox, bax, yəqin ki, Dafna Uinq  bu güldanı bura qoymuşdu 
və bu Cipi təsirləndirdi. Güldan ona tapdalanmış gözəlliyin simvolu kimi göründü, qızın bir il bundan 
əvvəl onun bağında göstərməyə cəhd elədiyi gözəlliyin!  Şərq çinisi elə nazik və gözəl idi! Bu daha 
heyrətləndirici idi ki, necə olmuşdu, valideynləri bura belə əşya qoymaqla otağı murdarlamağa razı 
olmuşdular. 
 
        O, ah çəkildiyini eşitdi və geri döndü. Qız qorxmuş və sifəti ağarmış halda,  arxası qapıya doğru 
dayanmışdı. Cip düşünürdü: «O, çox əzab çəkir!» Əlini ona uzatdı. Dafna Uinq  çətinliklə nəfəs alaraq: 
 
        – Ah, missis Forsen! – dedi. 
 
         Cipin ona uzatdığı əlini öpdü. Təzə əlcək göz yaşlarından islandı. Sonra qız qapıya doğru çəkildi. 
Cipi yenidən kişilərə qarşı qəzəb dalğası bürüdü,  bu qıza görə əzab çəkdiyini hiss edirdi, axı bu biçarə 
çox az bundan əvvəl onun çəkdiyi əzabları yaşamağa məhkum edilmişdi. 
 
        – Eybi yox, eybi yox, – o nəvazişlə dedi. – Bax,  neyləmək olar?  
 
          Dafna Uinq əlləriylə solğun sifətini örtüb elə sakit, eyni zamanda da elə acı-acı hıçqırmağa 
başladı ki, Cip göz yaşlarını saxlamaq üçün böyük əziyyət çəkməli oldu. Bu ümidi, gücü, başlıcası isə 




Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   85


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə