ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə39/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   35   36   37   38   39   40   41   42   ...   85

sevgisi əlindən alınmış insan varlığının həqiqi peşmanlığı idi, əzab çəkən insan yalnız dost bildiyinin 
yanında belə hıçqıra bilərdi. Cipi bu qızla əylənən, sonra isə atan Forsenə qarşı hiddətli  bir qəzəb 
bürüdü. Ona elə gəldi, Forsenin qızı özündən uzağa necə qovduğunu görür, ona görə qovurdu ki, daha 
qız onu usandırmışdı. Onu qovur, arxasınca zəhərli sözlər deyir, öz düşünülməmiş əməlinin 
nəticəsindən əzab çəkmək üçün onu tək buraxırdı. Cip cəsarətsiz halda qızın titrəyən çiynlərinə baxdı. 
Dafna Uinq qırıq-qırıq səslə dedi: 
 
        – Ah missis Forsen, mən onu elə sevirəm!   
 
           Cipi ağrılı bir gülüş dalğası çuğladı, titrəyiş bütün bədəni boyunca yayıldı. Dafna Uinq bunu 
sezdi. 
 
        – Mən bilirəm, bu qorxuncdur, – o dedi, – ancaq mən sevirəm. İndi isə o… 
 
           Qız təzədən çarəsiz halda hıçıqrmağa başladı və möhkəm sarsılmış Cip onun çiyinlərini 
sığallamağa başladı. 
 
       – Ah, missis Forsen, mən sizinlə elə qorxunc rəftar elədim! Məni bağışlayın, xahiş edirəm, 
bağışlayın! 
 
       – Yaxşı, yaxşı! Ağlamayın… Ağlamayın… 
 
          Hıçqırıqlar azacıq da olsa, sakitləşdi, ancaq qız hələ də başını aşağı salıb, əliylə üzünü örtmüşdü. 
Ah, bu qırmızı yaşıl otaq! Və buradan hər yerə soxulan qoyun ətinin qoxusu! 
 
        Nəhayət, Dafna öz solğun sifətini açdı, onun dodaqları artıq konfet istəmirdi. O mızıldandı: 
 
       – Sizi, yalnız sizi… o, həqiqi sevir. Sizsə nə qədər qəribə olsa da, onu sevmirsiz! Ah, missis 
Forsen, əgər mən onu görə bilsəydim! O, mənə bir də gəlməməyi tapşırdı və mən də onun sözündən 
çıxmağa cürət eləmədim. Mən artıq üç həftədir onu görmürəm, ona hər şeyi danışdığım o gündən bəri.  
Ah, mən neyləməliyəm? 
 
        İndi Cipin keçirdiyi mərhəmət hissinə qəzəb də qarışırdı, bu qız onunla elə sərt rəftar eləyən 
kişinin yanına təzədən sürünüb getmək istəyirdi. Dafna Uinq qüssəylə dedi: 
 
       – Bilirəm, məndə qətiyyən qürur yoxdur. Mənim üçün fərqi yoxdur ki, o, mənimlə neyləyəcək, ya 
da mənim haqqımda nə deyəcək, təki onu görüm! 
 
        Yenidən Cipin qəzəbi mərhəmət hissinin qabağında geri çəkildi: 
 
       – Vaxtına nə qədər qalıb? 
 
       – Üç ay. 
 
          Üç ay bu cür ümidsizlik içində yaşayasan! 
 
        – Mən özümlə nəsə qorxulu bir şey eləyə bilərəm! İndi, mən rəqs edə bilmirəm və bunu hamı 
biləndən sonra yaşamaq dözülməz olub. Əgər mən onu görə bilsəydim, rahat olardım. Mən hər şeyə 
hazıram. Ancaq ona daha lazım olmadığımı bilirəm. Ah, missis Forsen, mən necə də ölmək istəyirəm! 


Necə də istəyirəm!   
 
        Cip dərindən ah çəkdi və gözlənilmədən aşağı əyilib, qızın alnından öpdü. Onun saçlarından hələ 
də həmin gün olduğu kimi flerodranjın zəif qoxusu gəlirdi, o vaxt qız Cipdən soruşurdu, sevməyə 
dəyərmi, ya yox? Qoxu həm də ona  qızın, sanki, kəpənək kimi qaranlıqdan ay işığına uçduğu və dövrə 
vuraraq fırlandığı, kölgəsinin onun qabağında titrədiyi həmin  gecəni xatırladırdı. Gərginiyini 
azaltmağa çalışaraq Cip göy güldanı göstərdi: 
 
       – Yəqin, onu siz bura qoyubsuz? 
 
         Qız  yazıq bir hazırlıqla cavab verdi: 
 
       – O, sizin xoşunuza gəlir? Ah, götürün onu! Qraf Rosek onu mənə bağışlayıb… Ah, atam gəlir! 
İndicə o, daxil olacaq. 
 
        Cip kişi öskürəyini eşitdi, sonra da güncə qoyulan çətirin səsini. Qız tamam büzüşərək,  dolaba 
doğru çəkildi. Qapı açıldı və alçaq boylu, gombul, qara pencəyinə uyğun gələn  saqqalı   çallaşmağa 
başlayan mister Ueqq içəri girdi. Onun xoş niyyətli, vaxtında kilsəyə gedən, şərab içən, qoyun əti 
yeyən, bir sözlə, həyatda özü – özünə yol açan ingilisə məxsus görünüşü vardı.  Rəngi ilə artıq 
ciyərində kök salan xəstəliyindən xəbər verən üzü də bədəni kimi şişman idi, ancaq tamam kinli 
deyildi. Yalnız balaca boz gözlərində nifrət gizlənmişdi. Bir qədər peşəkar yaltaqlıqla yumşaldılmış,  
vərdiş elədiyi kobud səslə dedi:  
 
       – Hə…ə? Kiminlə görüşmək şərəfinə nail oluram? 
 
       – Missis Forsen. 
 
         Onun necə nəfəs aldığını Cip aydın eşitdi, o, kətili yaxınlaşdırdı: 
 
       – Oturmaq istəmirsinizmi? 
 
          Cip başını yırğaladı.  Mister Ueqqin sifətində hörmət ifadəsi hansısa kobud bir hisslə mübarizə 
aparırdı.  Cibindən qara haşiyəli cib dəsmalını çıxarıb burnunu sildi, sonra həmin dəsmalı üzünə çəkdi 
və qızına tərəf dönüb  donquldandı: 
 
       – Yuxarı get.  
 
         Qız cəld dönüb getdi. Mister Ueqq yenidən öskürdü, səsin gücünə görə müəyyən eləmək olardı 
ki, onun möhkəm hülqumu var.  
 
       – Soruşa bilərəmmi, sizin üçün… 
 
       – Mən sizin qızınızı görməyə gəlmişəm. 
 
         Onun balaca gözləri oynamağa başladı, baxışları gah onun üzündə, ayaqlarında, gah öz saatının 
zəncirində, gah da aramsız sürtdüyü əlinin üzərində dayanırdı, sonra o, yenidən Cipə baxmağa başladı, 
ancaq hələ də onun gözlərinin içinə baxa bilmirdi. Bu adamın son dərəcə karıxması Cipi sarsıdırdı. Cip, 
sanki, onun fikirlərini oxuyurdu: «Axı mən belə mövzunu bu xoşagələn gənc qadınla, mənim qızımı 
məhv eləyən əclafın arvadıyla necə müzakirə eləyə bilərəm? İncə məsələdi, bax, iş də bundadı!» 


Nəhayət, o, xırıltılı səslə dedi: 
 
        – Mem, xoşagəlməz hadisədir. Hətta nə deyəcəyimi belə bilmirəm. Düzü bilmirəm. Nə isə asan 
deyil, düzü. Asan deyil. 
 
        – Qızınız indi çox əzab çəkir, –  Cip sakitcə dedi. – Onun vəziyyətində bu yaxşı deyil. 
 
         Mister Ueqqin gombul bədəni, sanki, bir az da genəldi. 
 
       – Məni bağışlayın, mem, – o mızıldandı, – ancaq mən sizin ərinizə əclaf deməliyəm. Təəssüf 
edirəm ki, nəzakətsizlik eləmək lazım gəlir, başqa cür də bacarmıram. Əgər o, özü indi burada olsaydı, 
bilmirəm, mən özümü idarə eləyə bilərdimmi, düzü, bilmirəm! 
 
        Görünür, Cipin kədərinə şərik olmasını hiss elədiyindən boğuq səslə davam elədi: 
 
      – Qadınla müzakirə eləmək üçün elə də ədəbli mövzu deyil, mən özüm də zərərçəkən tərəfəm, 
amma hamıda duyğu var! Mən dərhal dedim ki, bu yalnız qəza-qədərin çağırışıdır, ancaq qadınlarda 
yumurtada olan qədər sağlam fikir yoxdur. Elə onun anasını götürün!  Mənsəb və sair, bir buna bax! 
Diqqətə layiq mənsəbdir! Mən deyirəm sizə, mem, mən qəzəblənmişəm!  Əgər bu əclaf nə vaxtsa 
mənimlə rastlaşarsa, mən ondan qisasımı alaram, mən cavan adam deyiləm, ancaq qisasımı alaram! 
Sizə nə deyim, düzü, özüm də bilmirəm. Təkcə düşünəndə ki, mənim qızım özünü belə aparıb! Yox, bu 
mənə edilən təhqirdir! İndisə şübhə eləməyə bilərsiniz, onun adına hər cür çirkablar yağdıracaqlar. Sizə 
açıq deyirəm,  sizin bundan xəbər tutmayacağınıza ümid edirdim, ona görə ki, qız artıq 
cəzalandırılmışdır. Boşanma işlərinə görə mühakimə eləsək, bu elə də yaxşı iş deyil, hətta abırlı 
adamlar üçün qorxunc işdir. Nəzərinizə çatdırıram, mən öz qızımın bu fırıldaqçıya ərə getməsinə  heç 
vaxt icazə vermərəm. Hətta siz ondan boşansanız belə, icazə vermərəm. Qoy o, eləcə  öz rüsvaçılığını 
daşısın! 
 
         Cip başını qaldırıb dedi: 
 
       – Mister Ueqq, heç bir rüsvayçılıq olmayacaq, əgər siz özünüz işi aparıb ora çıxarmasanız. Əgər 
hiss olunmadan Dafnanı bir yerə göndərmək… Deyzi… harasa sakit bir yerə, ta qurtarmayınca, onda 
bu haqda heç kim heç nə bilməz. 
 
       Mister Ueqqin ağzı yüngülcə açıldı, onun necə nəfəs aldığı, bəlkə, küçədə də eşidilirdi. 
 
       – Mem, siz demək istəyirsiniz, məhkəməyə müraciət etməyə hazırlaşmırsız? 
 
         Cip başının hərəkətiylə təsdiq elədi. Mister Ueqq sakitcə dayanmışdı, yalnız onun   hansısa 
köpəyin sifətini xatırladan sifəti yüngülcə gərildi. 
 
        – Nə demək olar, – o, nəhayət, dilləndi. – Bunu o, bəlkə də,  haqq eləmir. Gizlətmirəm, bu mənim 
üçün böyuk təsəllidir. Mən deməliyəm, sizin kimi gənc və gözəl qadında əsl xristian qəlbi var. – Cip 
yenidən başını yırğaladı, o isə davam elədi. – Hə, hə, bu belədir! Bunu mən sizə deyirəm, bunu sizə 
atanız yaşda olan, həqiqi dindar olan bir insan deyir.   
 
          O, əlini Cipə uzatdı. Cip əlcək geydiyi əlini ona verdi. 
 
        – Mən çox, çox təəssüfələnirəm, – Cip dedi. – Xahiş edirəm, ona qarşı mərhəmətli olun. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə