ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə40/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   36   37   38   39   40   41   42   43   ...   85

 
          Mister Ueqq  dərdli halda dayanıb əllərini ovuşdururdu. 
 
        – Mən ailəli adamam, – o dedi. – Həyata ciddi baxışları olan ciddi bir adam,  mənim ailəmdə belə 
bir iş ola biləcəyi  heç vaxt ağlıma gəlməzdi! Bu… mən, hətta deyə bilmirəm, bu nə olan şeydir!  
 
        Cip öz çətirini götürdü. O,   yubanmadan getməli olduğunu hiss elədi,  bu adam hər an nəsə 
dözülməz bir söz deyə bilərdi. Bundan əlavə qoyun ətinin qoxusu da güclənirdi. 
 
       – Çox təəssüfləndim, – Cip təkrar elədi, – Əlvida! – və qapıya doğru yönəldi.  
 
         Onu ötürərkən Cip qocanın necə ağır nəfəs aldığını eşitdi. Mister Ueqq qapının dəstəyindən 
yapışaraq onu qabağa buraxdı. Onun donuz gözlərinə oxşayan gözləri Cipə demək olar ki, hörmətlə 
baxırdı. 
 
       – Hə, – o dedi, –  mən çox xoşbəxtəm ki, sizinlə görüşmək şərəfinə nail oldum və deməyə cəsarət 
edirəm, siz olduqca məlahətlisiniz. Əlvida! 
 
        Cip acgözlüklə təmiz havanı udurdu. Onun yanaqları alışıb yanırdı, sanki, özünü müdafiə edirmiş 
kimi çətirini açdı. Qızın solğun sifəti yenidən onun gözləri önündə canlandı və qızın səsini eşitdi: «Ah, 
missis Forsen, mən necə də ölmək istəyirəm! Necə də istəyirəm!» 
 
 
 
                                                 
 
XVI  FƏSİL 
 
 
 
 
 
        Cip çətiri başı üzərində tutub, qeyri – ixtiyari ağaclara daha yaxın olmaq istəyərək gedirdi. Bütün 
bu gün baş verənlər yel kimi başından keçirdi, Dafna Uinq, üzü hansısa köpəyin üzünə oxşayan mister 
Ueqq, buxarının üzərindəki rənglənmiş ceyranotu, göy güldan, üstünə atılan Rosek, ağacların 
kölgəsində yatan öz qızı. 
 
        Kensinqtonsk parkına qədər gedib oturacaqda oturdu. Yemək vaxtı  yaxınlaşırdı, uşaq arabaların 
sürən mürəbbiyələr, qocalar, itlər, hamısı yeməyə tələsirdi. Adamlar belə bir saatda boş-boşuna oturmuş 
gözəl, gənc qadına baxır, onda heç olmaya bir çatışmazlıq axtarırdılar, əyri ayaqları və ya başqa bir 
şeyi. Cip heç nə hiss eləmirdi, itlərdən başqa, sanki, onun dizlərini qoxulamaqdan savayı işləri yox idi. 
O, özünü etinasızlığa çox alışdırmışdı, həqiqətin gözünün içinə baxmaqdan çox imtina eləmişdi, indisə 
sədd dağılmışdı və həyatın axını onu bürüyürdü. «Məhkəmə işi!» Öz dərdlərinin adamların içində 
müzakirə edələcəyi, şəxsi işlərini, hətta ən yaxın dostlarına belə etibar eləməyən adamların ağlına da 
gəlmir. Belə fikir, görünür, Cipin də ağlına gəlməmişdi. Acı təbəssümlə düşünürdü: «Ondansa mənim 
vəziyyətim daha yaxşıdır! Əgər mən də onu sevsəydim, onda nə olardı? Yox, mən heç vaxt, heç vaxt 
onu sevmək istəmirəm. Sevən qadınlar olduqca çox əzab çəkirlər». 
 
        Saat üçdə müsyo Armonun yanında olacağını xatırlayana kimi parkda çox oturdu, indisə üçün 


yarısı idi. Ayağa qalxdı və otların üzəriylə səntirləyərək, yeriməyə başladı. Hava arıların vızıltısıyla 
dolmuşdu, göyərçinlər quruldaşır, yarpaqlar yüngülcə xışıldayırdı, çiçəkləyən cökələrin qoxusu hiss 
edilirdi, mavi səmada sakit, yüngül buludlar  ağır-ağır süzürdülər. Bəs nəyə görə o, belə bədbəxt 
olmağa məhkum edilmişdi?.. 
 
         Hansısa  xal-xal spanel, enli başı və şəklədiyi qulaqlarının arxasında pırpızlı kəkili olan kələkbaz 
köpək ondan əl çəkmirdi, gözləyirdi ki, o, çətirini gölə atacaq və köpəyə gətirməyi əmr edəcək, yoxsa 
adamlar əllərində belə şeyləri nəyə görə gəzdirirdilər? 
 
        Müsyo Armo otaqda gəzişirdi. Pəncərə açıq idi, ancaq yunan tənbəkisinin qoxusu hələ 
çəkilməmişdi.  
 
        – Mən artıq sizin gəlməyəcəyinizi düşünürdüm, – o dedi. – Rənginiz qaçıb. İstidəndirmi? Ya… – 
o, hər şeyi bilmək həvəsiylə ona baxdı, – ya kimsə sizi incidib, mənim balaca dostum? 
 
           Cip başını yırğaladı. 
 
        –  Hə! Hə elədi! Siz mənə heç nə danışmırsınız, siz heç kimə heç nə danışmırsınız! Siz öz qəşəng 
sifətinizi gecələr çiçəklər öz qönçələrini gizləyən kimi gizləyirsiniz. Mənim balam, sizin yaşınızda olan 
öz acılarını kiminləsə bölüşməlidir,  gizli iztirab musiqiçi üçün  səpin vaxtı güclü küləyin əsməsi kimi 
bir şeydir. Hə, öz çətinliklərinizdən mənə danışın. Mən artıq çoxdan bunu sizdən soruşmağa 
hazırlaşırdım. Biz axı bir dəfə gənc oluruq. Mən sizi xoşbəxt görmək istəyirəm. 
 
        Əgər ürəyini ona açarsa yüngülləşərmi? Onun qonur gözləri qoca köpəyin gözləri kimi sualedici 
halda ona baxırdı. Bu xeyirxah qocanı incitmək istəmirdi. Amma, hər halda, bu mümkün deyildi! 
 
        Müsyo Armo royalın arxasına keçmişdi. Əllərini klavişaların üzərinə qoyub, ona tərəf döndü. 
 
        – Mən sizi sevirəm, bilirsinizmi? Öz hisslərinin mənasızlığını başa düşsələr də, qocalar bütün 
qəlbləri ilə sevə bilirlər və buna görə də onlara hirslənməmək olar. Hər halda, gənclər və gözəllik üçün 
xeyirli olmağımız bizə həzz verir, bizim qəlblərimizi qızdırır. Öz dərdləriniz haqda mənə danışın. 
 
        O, bir anlığa gözlədi, sonra qıcıqlanmış halda dedi: 
 
        – Hə, yaxşı, yaxşı! Keçək musiqiyə! 
 
        Adi vaxtda o, Ciplə yanaşı otururdu, bu günsə, sanki, ciddi görünmək üçün ayaq üstə durmuşdu. 
Cip çalmağa başladı. Əsəbləri həddən artıq gərilmişdi, hətta yeməyə belə macal tapmamışdı, hər 
nəydisə, o, indiyə kimi heç vaxt çalmadığı qədər yaxşı çalırdı. Bu Şopenin parçası di, lya bemol major
ona həmişə əlçatmaz görünən inqilabın mahnısıydı. O çalıb qurtarandan sonra müsyo Armo onun 
əlindən yapışıb dodaqlarına apardı, qız onun cod, balaca saqqalının necə titrədiyini hiss edirdi. Cip 
başını qaldırıb,  məmnunluqla köks ötürdü. Arxadan istehzalı səs eşidildi: 
 
        – Mərhaba! 
 
          Qapıda Forsen dayanmışdı. 
 
        – Madam, təbriklərimi qəbul edin. Mən çoxdan sizi müəlliminizin hərəkətindən ruhlanmış halda 
görmək istəyirdim! 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə