ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə43/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   39   40   41   42   43   44   45   46   ...   85

 
        Atası ümidsizlik dolu ah çəkdi. O, şərə xeyirlə cavab verilməsinə inanmırdı.  
 
       – Mən azad olana kimi o qızla bağlı hər şeyin qaydasınca olacağına əmin olmaq istəyirəm. Bəlkə, 
mən həmin pulun bir hissəsini xərcləyə bilərəm…. Başqa pulun? 
 
        Qızının istəyini məzəmmətləmək  yox, qəzəb onu tərəddüd eləməyə məcbur elədi. Pul və qisas 
onun şüurunda əsla bir yerə sığmırdılar. 
 
       – Mən özümü elə hiss etmək istəyirəm ki, sanki, heç vaxt ona ərə getməyə razılıq verməmişəm. 
Kim bilir, bəlkə də, onun borclarının buna dəxli var? 
 
       Necə də oxşarlıq! Hər şeydə oxşayırdılar, köhnə oturacağın arxasına söykənməsi, qaranlığa qərq 
olmuş sifəti! Uintonun varlığını sevinc bürüdü, yenidən onu əldə eləmişdi!   
 
 
 
                                         XVIII   FƏSİL 
 
             
 
        Forsen evdən çıxmamağa başladığı gündən  onun otağı xidmətçi qızın dediyi kimi «əsl tövlə» 
oldu, hər gün əsaslı surətdə yığışdırmaq və təmizləmək lazım gəlirdi. Qarmaqarışıqlıq yaratmaqda onun 
xüsusi istedadı var idi, otaq elə gündə olurdu ki, sanki, orada bir yox, üç kişi gecələyirdi. Paltarlar
başmaqlar, bakallar, qəzetlər, fransız romanları, siqaret kötükləri, bütün bunlar hara gəldi, atılırdı, otağa 
çökən tənbəkinin qoxusu ona çay və üzünü qırxmaqdan ötəri isti su gətirən xidmətçiləri dərhal vururdu. 
Bu gün səhər xidmətçi qız Roseki onun yanına aparanda, Forsen arxası üstə uzanıb öz siqaretinin 
tüstüsünün arxasınca və  yaşıl pərdələrin arasından düşən günəş şüalarının altında atılıb düşən dörd 
milçəyə həsədlə baxırdı. Adətən, qalxmamışdan əvvəlki saat onun üçün   yaradıcılığının yüksəlişi saatı 
olurdu, bu anlarda o, musiqidəki heyranediciliyi tamamilə duya bilir, ilhama gəlir və bunu adamlara 
çatdırmaq arzusu ilə alışıb yanırdı.  Axır vaxtlarda onun nə isə havası çatmırdı və keyləşmişdi. Bu 
səhərsə o, təzədən nə vaxt ki hissiyyatın öz ifadəsi üçün forma axtardığı  və ağlın  onu tapdığı 
həyəcanlı vəziyyətinə bənzər fantaziya axınını hiss elədi. Qapının döyülməsini və xidmətçi qızın: «Ser, 
qraf Rosek sizinlə görüşmək istəyir» deməsini eşidəndə düşündü: «Hansı şeytan onu bura gətirib?» Hər 
bir  sükansız və yelkənsiz  üzən istedadlı adam kimi Forseni daha az istedadlı, lakin həmişə onun nə 
istədiyini yaxşı bilən Rosek qıcıqlandırırdı.   
 
        Yəqin, pul haqda, ya da o qız haqda danışmağa gəlib. Əgər o qız ölsəydi necə də yaxşı olardı! 
Bekara və ibtidai varlıq!.. Uşaq! İlahi! O, necə də eşşək olmuşdu, oy necə də eşşək! Əvvəlcə Cipin 
uşağı, sonra da bunun! Allah şahiddir, o, qızlardan uzaqlaşmağa çalışırdı, ancaq gəl indi bu uşaqlardan 
uzaq qaç! Bu qız necə ilişdi ona! O, dözümlü idi, dözümlü və mehriban, amma indi neyləyəsən ki, qız 
onu bezdirdi! Ona ancaq Cip lazımdı, öz arvadı! İndi, hansısa saatda hər cür qayğıları başından atıb 
özünü xoşbəxt hiss eləməyə başlayanda, sfinks sifətli bu cənab təşrif gətirdi! 
 
       – Hə, Pol! Əyləş. Yenə də hansı pis xəbərlə gəlibsən? 
 
          Rosek siqaret yandırdı. Onun gülüşün kölgəsi belə olmayan solğun  sifəti Forseni 
həyəcanlandırdı. 
 


       – Qustav, sənə mister Ueqqdən özünü qorumaq lazım gələcək, o, dünən mənim yanıma gəlmişdi. 
Onun, ümumiyyətlə, musiqilik halı yox idi. 
 
          Forsen çarpayının üstündə oturdu.  
 
       – Cəhənnəm olsun, bu mister Ueqq! O, mənə neyləyə bilər? 
 
       – Mən vəkil deyiləm, ancaq onun sənə bir yığın xoşagəlməzliklər yarada biləcəyindən əminəm, qız 
olduqca cavandır. 
 
         Forsen ona hirslə baxıb dedi: 
 
       – Bəs sən nəyə görə bu lənətə gəlmiş qızı mənə sırıdın? 
 
       – Mənim dostum, onu mən sırımadım. 
 
       – Yox, sırıdın! Sənin oyununun mənası nədir? Sən axı arxasında nəsə düşünməsən, heç nə 
eləmirsən. Sən özün də bunu əla bilirsən. Hə, de, məqsədin nəydi? 
 
        – Sən həzz almağı sevirsən, mənim dostum. 
 
           Forsen qızğınlıqla dilləndi: 
 
        – Qulaq as! Bizim dostluğumuz qurtardı! Mən səni heç vaxt olduğun kimi tanıya bilmədim. Bütün 
bunlara son qoyuram! Məni rahat burax. 
 
         – Mənim əzizim, – Rosek istehzayla gülümsədi, – dostluğa belə son qoymurlar. Sən mənə min 
funt borclusan. 
 
         – Yaxşı, mən borcunu qaytararam. Arvadım mənə borc verər. 
 
         – Oho! Demək o, hələ də səni dəlicəsinə sevir? Mənsə elə düşünürdüm,  o, yalnız öz musiqi 
dərslərini sevir. 
 
           Forsen qabağa əyilib fısıldadı: 
 
        – Bəsdir bu haqda! Mən sənin min funtunu verərəm. 
 
          Hələ də gülümsəyən Rosek cavab verdi: 
 
        – Qustav, eşşək olma! Skripka çiynində olanda sən kişisən. Onsuz uşaqsan. Sakitcə uzan, mənim 
dostum və mister Ueqq haqqında düşün. Amma hamısından yaxşısı, gəl mənim yanıma, bütün bunları 
müzakirə eləyək. Hələlik, xudahafiz!  Sakit ol. – Siqaretinin külünü Forsenin dirsəyinin yanında olan 
külqabıya çırparaq, çıxıb getdi.   
 
       Forsen əlləriylə başını qucaqladı. Qoy onlar lənətə gəlsinlər, qızın atası da, qız da, Rosek və hər cür 
köpək balıqları da!... Pilləkənin meydançasına çıxdı. Aşağı mərtəbədə tam sakitlik idi. Rosek getmiş, 
rədd olmuşdu! Cipi çağırdı, cavab gəlmədi. Cipin otağına girdi, otaq çox qəşəng döşənmişdi, hər 
yerdən alp bənövşəsinin qoxusu gəlirdi! Sonra bağa baxdı. Bağın o biri başında uşağı arabaya 


qoymuşdular, gombul dayə də yanındaydı. Cip yoxdu! Ona lazım olanda Cip heç vaxt tapılmır… 
Ueqq! O diksindi, yataq otağına qayıdaraq, dolabdan bir şüşə konyak götürüb bir az içdi. Bu, onu 
sakitləşdirdi, dolabın qapısını örtüb, geyinməyə başladı. 
 
        Studiyaya gedəndə qızcığazla oynamaq üçün ağacların kölgəsində bir az ayaq saxladı. Elə anlar 
olurdu ki, böyük qara gözləri eynən Cipin gözlərinə oxşayan bu balaca varlıq ona məftunedici 
görünürdü, elə anlar da olurdu ki, onda, yalnız nifrət doğrurdu, hansısa  solğun düdəmə! Bu səhər ona 
baxanda, anadan olmağına az qalan başqa bir uşaq haqda düşündü və sifətini büzüşdürdü. Bettinin 
qorxu və heyrət ifadə eləyən baxışlarını öz üzərində hiss elədi, sanki, Forsenin onun bu qiymətli 
körpəsinə necə baxdığını hiss eləmişdi! Forsen gülümsədi və studiyaya getdi. Skripkasını kökləyərkən 
Cipin özünü necə aparmasını xatırladı, çoxdandı vaxtında gəlmirdi! Bu acı ədalətsizlik kimi onu 
qəzəbləndirdi. Sanki, hər şey bu uğursuz qıza görəydi! Cip heç vaxt onu sevməmişdi, heç vaxt onun 
hisslərinə cavab verməmişdi, heç vaxt onun yanğısını söndürməmişdi! İşin məğzi bundaydı. Heç bir 
başqa qadın onu belə iztirab çəkməyə düçar eləyə bilməzdi. Həmişə o, qadınları bezdirməmişdən əvvəl, 
qadınlar onu bezdirirdilər. Cip isə ona heç nə verməmişidi. Doğrudanmı, onun ürəyi yox idi? Ya 
başqasına verilmişdi? Bu Pol musiqi dərsləri haqqında nə deyirdi?   Birdən onu heç nə, tamamilə heç 
nə  bilməməsi fikri sarsıtdı. Az qala o, hər gün evdən gedir və saatlarla yox olur. Harada? Başqa kişinin 
qucağında?  Tam taqətdən düşmüş halda skripkanı endirdi. Nəyə görə də, yox? Heyvani ehtirasla 
alovlanan qarşısıalınmaz qısqanclıq Forsenin təbiətinə xas olan xüsusiyyətdi. O titrədi. Ancaq Cipin 
zərifliyini, onun məğrurluğunu və səmimiliyini, başlıcası isə laqeydliyini xatırlayıb sakitləşdi. Yox, hər 
halda, Cip yox! 
 
       Üstundə su dolçası olan masaya yaxınlaşıb, azacıq konyak süzərək içdi. Bu, ona qüvvət verdi və o 
çalmağa başladı. Bramsın konsertindən skripka  üçün olan parçanı seçib, təkrar – təkrar çaldı. İfasında 
elə hey eyni xətanın özünü büruzə verdiyini hiss edirdi. O, sadəcə olaraq, özünü tanıya bilmirdi. Bu 
mövzuda barmaqlarının texnikası, sadəcə, dəhşətli  idi!... Cip musiqi dərslərinə gedir… Hm! Nəyə görə 
gedir? Vaxtın və pulun əbəs yerə xərclənməsi, onsuz da onda heç nə alınmayacaqdı, sadəcə 
həvəskarlıqdı. Bu gündəmi oradaydı? Çoxdan yeməyin vaxtıydı, bəlkə, o qayıtmışdı? 
 
         Evə getdi. Cipdən əsər yox idi. Xidmətçi qız soruşdu, ona yemək versinmi? Yox! Sahibə qayıdıb? 
O, nə vaxt qayıtmalıdır? Xidmətçi qız heç nə bilmirdi? Yemək otağına gedib biskvit yedi və sodayla 
konyak içdi. Bu, onu sakitləşdirdi. Necə də səliqəlidir! Balaca təqvimdə qələmlə üçüncü və beşinci 
günərin altından xətt çəkilmişdi. Nə üçün? Musiqi dərsləri? Yeşikdən Cipin ünvan kitabını götürdü. 
«Armo, 305-a, Merilbon-rol», ünvanla yanaşı   qeyd də vardı. «Saat üçdə». 
 
         Saat üçdə. Bax, bu saata şərtləşmişdilər! Gözləri köhnə şəklin balaca surətinin üzərində dayandı,  
əlində ox və kaman tutub  altdan yuxarı ona baxan çılpaq eşq allahının qabağında dayanıb, titrəyən 
yaşıl şalını yellədən şərab ilahəsi.  Forsen şəkli çevirdi, arxasında yazılmışdı: «Mənim balaca dostuma 
– E.A.». Forsen royala yaxınlaşdı. Qapağını qaldırıb çalmağa başladı, düşüncəsiz halda qabağa baxır, 
nə çaldığını başa düşmürdü. Böyük artist? Axır vaxtlar hər şeyə qarşı etinasızlaşmışdı, lap elə qoy o, bir 
də heç vaxt skripkaya yaxın düşməsin. Küt sifətlər dənizinin qabağında dayanıb bu kötüklərin necə əl 
çaldıqlarına tamaşa eləmək onu bezdirmişdi.  Bu küt yeknəsəqlikdən ürəyi bulanırdı! 
 
        Ayağa qalxıb yeməkxanaya getdi və bir az da konyak içdi. O içəndə Cip dözə bilmirdi. Hə, indiyə 
kimi hansı cəhənnəmdəydi? Musiqi dərslərinə gedir. Musiqi dərsləri! Artıq saat üçdür. Nə demək olar, o 
gedər və öz gözləriylə görərdi, onun orada, əslində, nə ilə məşğul olduğunu, gedər və onu evə kimi 
ötürərdi! Diqqətli olmağın əlaməti. Bu Cipin xoşuna gəlməliydi. Onun etinasız görkəmdə mərhəmət 
edib qayıdacağını gözləməkdənsə, bu daha yaxşıydı. Bir az da konyak içib, şlyapasını götürərək çıxdı. 
Günəş yandırırdı, Forsen ona lazım olan evə yaxınlaşanda başının hərləndiyini hiss elədi. Qapını 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə