ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə44/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   40   41   42   43   44   45   46   47   ...   85

xidmətçi qız açdı. 
 
       – Mən mister Forsenəm. Missis Forsen buradadır? 
 
       – Bəli, ser, gözləmək istəyirsiniz? 
 
         Nəyə görə xidmətçi qız ona belə qəribə halda baxırdı? Kifir qız. Kifir insanlar necə də 
ürəkbulandırandılar! Qız gedəndən sonra   qonaq otağının  qapısını açıb qulaq verdi.  
 
        Şopen! Qədim polyak rəqsinə yazılan musiqi, lya bemol major. Yaxşı. Doğrudanmı, çalan Cipdir? 
Çox yaxşı! Otaqdan çıxıb dəhlizlə irəlilədi və ehtiyatla qapının dəstəyini burdu. Musiqi ara verdi. O 
girdi… 
 
        Armogildə baş verənlərdən saat yarım sonra Uinton onun evini tərk eləyib gedəndə Forsen giriş 
qapısının ağzında dayanmaqda davam edirdi. Konyakla qızışdırılan və onu arvadıyla mosye Armonu 
təhqir eləməyə təhrik eləyən qısqanclığı,  Cip küçədə onunla buz soyuqluğu ilə danışan andan  
keçmişdi. Həmin andan da hər an artan qorxu onu tərk eləmirdi. Cip onu bağışlayacaqdımı? Kimisə 
incitdiyini və hətta məhz  nə elədiyini belə bilməyən, həmişə təsirlənərək, hərəkət eləyən bu adam  
üçün, Cipin dözümü həmişə sirr olaraq qalır və həmişə onu az da olsa, qorxudurdu. O, hara getdi? Nəyə 
görə qayıtmadı? Onun qorxusu dağdan tökülən qar uçqunu kimi anbaan güclənirdi. Bəs birdən,  
ümumiyyətlə, qayıtmasa? Yox, o qayıtmalıydı, uşaq buradaydı, onların uşağı! 
 
        İlk dəfə uşaq haqdakı fikri ona məmnunluq bəxş elədi. Qapıdan çəkildi və soda ilə konyak içib, 
sakitləşsin deyə qonaq otağındakı divana uzandı. Konyakın onu necə qızdırdığını hiss edib düşünürdü: 
«Mən yeni həyata başlayacağam, içkini atacağam, hər şeyi atacağam, uşağı kəndə göndərib, Cipi 
Parisə, Berlinə, Venaya, Rimə, hara mümkünsə, aparacağam, təki İngiltərədən uzaq olum, onun 
atasından və bütün bu zabitəli, darıxdırıcı kütlədən uzaq olum! Cip səyahət eləməyi xoşlayır!» Hə, 
onlar xoşbəxt olacaqlar. Gözəl gecələr… baş gicəlləndirən günlər… Səni əzməyən və içməyə məcbur 
eləməyən təmiz hava… Əsl ilhamverici… Əsl musiqi!  Parisin küçələrində çiçəkləyən şabalıd 
ağaclarının qoxusu, Tirqartenanın şəfəqləri, Florensiyanın dalanlarında gitaranın səsləri, İtaliyanın 
qaranlıqlarında işıldanböcəklər, – ax, necə də adamı sərxoş eləyən xatirələr! Konyakın istisi keçdi, o 
titrədiyini hiss elədi. Gözlərini yumub, Cipin gəlişinə qədər yatmağı qərara aldı. Ancaq yenidən 
gözlərini açdı, gözləri önündə hansısa eybəcər mənzərələr canlanmağa başladı, son vaxtlar onda belə 
hallar tez-tez baş verirdi. Aydın, formalarını dəyişən sifətlər, getdikcə onlar daha nifrət doğururlar, 
onlar yırtıqlara çevrilirlər…yırtıqlar…yırtıqlar, çürük,  kələ-kötür ağaclar, iki qat, üç qat eybəcərləşmiş 
insan siftələri! Oy, dəhşətliydi! Ancaq o, gözlərini açandan sonra hər şey yoxa çıxdı. Olduqca sakitlik 
oldu. Yuxarıdan səs-səmir gəlmirdi. Hətta itlərin hürməsi də eşidilmirdi. Ayağa qalxdı və uşağa 
baxmağa getdi. 
 
        Giriş qapısına çatanda, zəng çalındı, teleqramma gətirmişdilər! Açıb oxumağa başladı. «Cip və 
uşaq mənim yanımdadırlar. Məktub olacaq. Uinton».  
 
        İstehzayla gülümsəyərək qapını teleqrammanı gətirənin üzünə bağlayıb yuxarı qaçdı. Əbəs yerə! 
Burada da kimsə yox idi! Bu o deməkdimi ki, Cip həqiqətən də, onu atmışdı? Cipin çarpayısının 
yanında dayandı, irəli cumdu, çarpayıya köndələninə uzanıb üzünü əlləriylə örtdü və konyakın 
təsirindən tamamilə gücsüzləşmiş halda hıçqırdı. Doğrudanmı, Cipi itirdi? Heç vaxt onun gözlərinin 
necə yumulduğunu görməyəcək, gözlərindən öpməyəcəkdi? Heç vaxt onu sevməyəcəkdi? Ayağa 
sıçradı. Onu itirmək? Cəfəngiyyatdı!  Onun soyuqqanlı şeytan olan atasının işləriydi bu, hə, onun 
işiydi, uşağı o oğurlamışdı! 


 
         Aşağı düşdü və konyak içdi. Bu, onu cəsarətləndirdi. Neyləsin? «Məktub olacaq».  Beri-stritəmi 
getsin? Yox. İçmək! Əylənmək!  
 
         Şlyapasını götürüb çölə qaçdı, elə iti addımlayırdı ki, başı gicəllənirdi. Taksi saxlayıb Soxodakı 
restoranlardan birinə sürməsini xahiş elədi. Həmişə olduğu kimi yüngül yeməkdən sonra ağzında 
biskvitdən başqa heç nə hiss eləmirdi. Sup və bir şüşə yaxşı şərab sifariş verdi, hansısa başqa bir yemək 
haqda düşünmək belə istəmirdi. Beləcə iki saata yaxın rəngi qaçmış halda və sükut içində oturdu, alnını 
tər basmışdı, zaman keçdikcə dişlərini qıcırdır, əl-qolunu oynadaraq, ona yaxın oturan bəzi müştəriləri 
əyləndirir, digərlərini isə qorxudurdu. Əgər onu buralarda tanımasaydılar, hərəkətləri şübhəli görünə 
bilərdi. Doqquzun yarısında şərabının qalanını içib qalxdı, masanın üstünə qızıl sikkə atıb, qalığın 
verilməsini gəzləmədən, çıxdı.   
 
        Artıq fənərlər yanırdı, ancaq gündüz işığı hələ də hiss olunurdu.  Səbatsız halda Pikadilliyə tərəf 
yola düşdü. Yanından keçən fahişə onu nəzərdən keçirdi. Gic-gic gülərək qızın əlindən yapışdı, buradan 
o yana birlikdə getdilər. Birdən qız dayandı və əlini çəkməyə başladı, onun pudralanmış qara 
gözlərində qorxu ifadəsi canlandı. Forsen onun əlini buraxmır və gülürdü: 
 
       – Gedək, – deyirdi. – sən mənim arvadıma oxşayırsan. İçmək istəyirsən? 
 
        Qız başını yırğaladı, birdən sərt bir hərəkətlə əlini azad elədi və qaranquş kimi küçəni keçən 
yeraltı keçidə baş vurdu. 
 
        Forsen tərpənmədən dayanmışdı və gülümsəyirdi. Gün ərzində ikinci dəfə o,  əlindən çıxırdı. 
Yanından keçənlər heyrətlənmiş halda boylanırdılar. Lənətə gəlmiş kifirlər! Ağız-burnunu əyərək 
Pikadilladan uzaqlaşdı, Sent-Ceymsk kilsəsinin yanından keçdi və Beri-stritə doğru yola düşdü. 
Anlaşılan buydu ki,  onu ora buraxmazdılar! Ancaq o, yalnız pəncərələrə baxacaqdı, onlar pəncərənin 
qabağına dibçəklərdə gül qoyurdular. Birdən  bərkdən inildədi, qarşısında, öz bağlarında, çiçəklərin 
arasında Cip dayanmışdı. Döngəyə qədər gedib su borusunun yanında köhnə skripkasını cüyüldədən 
skripkaçını gördü. Forsen qulaq asmaq üçün ayaq saxladı. Zavallı! Əlini skripaçının çiyninə qoydu.  
 
        – Dostum, qulaq as, – dedi, – hələ bir skripkanı mənə ver. Mən böyük skripkaçıyam. Mən sənin 
üçün çoxlu pul qazanaram. 
 
        – Vraiment, monsieur? (Cənab, doğrudanmı? (Frans.). 
 
        – Ah, vraiment. Voyons! Donnez...  un  instant...  vous  verrez... (Hə, doğrudan! Bir dəqiqəliyə 
ver… Özün görərsən. (Frans.).  
 
        Hələ də tərəddüd eləyən, ancaq dəqiq ovsunlanmış skripkaçı skripkasını ona uzatdı. Naməlum 
adamın skripkanı çiyninə necə qoymasını, onun barmaqlarının mizrab və simlərlə necə rəftar eləməsini 
görəndə skripkaçının tutqun sifəti işıqlandı. Forsen küçə ilə irəliləyir, gül dibçəkləri olan evi axtarırdı. 
Evi gördü və dayanıb çalmağa başladı. Köhnə, dağılmış skripkada çox gözəl çalırdı və ondan bir addım 
da uzaqlaşmayan skripkaçı dayanıb karıxaraq, həsədlə, azacıq da təsirlənərək qulaq asırdı. Bu 
uzundraz, qəribə, solğun sifətli, sərxoş gözləri və batıq sinəsi olan cənab, mələk kimi çalırdı! Hə, amma 
bütün hallarda bu lənətə gəlmiş şəhərin küçələrində pul qazanmaq asan deyildi! Lap qırx mələk kimi də 
çala bilərsən, amma bircə mis pul da verən olmaz! Hə, bu yeni melodiyaya başladı, adamın birbaşa 
ürəyi sıxılır…  tres  joli,  tout  a  fait ecoeurant (Çox gözəl, bütün dərdləri unutdurur! (Frans.). Bax 
budur, buyuracaqsınız, hansısa xanım pəncərəni bağlayır və pərdələri çəkir. Həmişə belə olur!.. Skripka 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə