ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə46/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   42   43   44   45   46   47   48   49   ...   85

 
        – Ata, xahiş edirəm, bu öpüşə əhəmiyyət verməyəsən. Bu boş şeydir! 
 
         Bir dəqiqədən sonra Rosek çıxdı. Cip danışmağa macal tapmamış Uinton hər kəlməni ayrılıqda 
tələffüz edərək dedi: 
 
        – İndi, qızım evində olandan sonra, sizin iltifatlı köməyinizə daha ehtiyac yoxdu. Xudahafiz!  
 
        Cip bir azacıq irəli əyildi. O, xəsisliklə deyilən bu sözlərin Rosekin zirehini qılınc sarğı kağızını 
kəsən kimi, necə kəsdiyini aydın gördü. Rosek saxta təbəssümlə baş əyib getdi. Uinton da arxasınca 
çıxdı, sanki, onun  öz şlyapası əvəzinə başqasının şlyapasını götürəcəyindən ehtiyatlanırdı. Giriş qapısı 
bağlanandan sonra o döndü və dedi: 
 
       – Məncə,  o, bir də səni narahat eləməz. 
 
         Cip ona minnətdar idi və eyni zamanda da Rosekə yazığı gəlirdi. Axı onun günahı bircə buydu ki, 
ona vurulmuşdu.  
 
         Forseni Cipin daha geniş və sərin otağına keçirdilər. Birdən o, gözlərini açdı.  
 
        – Cip! Bu sənsən? Necə də çoxlu dəhşətli dəqiqələr yaşadım, daha bir də getmə! Ah, Cip! – O 
dikəldi və alnını Cipin əlinə söykədi. O, ilk dəfə həmin axşam evə sərxoş gələndə olduğu kimi, indi də 
Cip onu qorumaqdan başqa heç nə haqda düşünmürdü.  
 
        – Hər şey yaxşı olacaq, – Cip mızıldandı. – mən qalıram. Sakitcə uzan, tezliklə sağalarsan. 
 
         On beş dəqiqədən sonra o yatdı. Yuxuda belə  onun sifətində canlanan qorxu ifadəsi Cipi hədsiz 
təsirləndirirdi. Axı beynin xəstəliyi qorxuluydu! O qalmalıydı, Forsenin sağalması ondan asılıydı. 
Həkim gəlib onu çağırana kimi, hərəkətsiz halda Forsenin yanında oturdu. 
 
        Həkimin həlim görünüşü vardı, iki jilet geymişdi və danışanda hey Cipə göz vururdu. Hər bu 
gözvurmadan sonra da Cipə elə gəlirdi, həkim onun ailə sirlərinin üzərindən hansısa pərdəni qaldırır. 
Əsas məsələ, sakitlikdir! Hə, onu nəsə incidir! Hm…. Bir az da konyaka meyillilik…! Buna son 
qoymaq lazımdır! Təkcə əsəbləri yox, mədəsi də qaydada deyil. Onun qarabasmaları, qorxunc 
qarabasmaların əlamətidir! Evlənənə qədər elə də pəhriz gözləməyib. Evlidir… Çoxdanmı? – Həkimin 
mehriban gözləri Cipi təpədən dırnağa süzdü. – İl yarım? Cəmisi! Skripkada çox çalır? Şübhə 
eləmirəm! Musiqiçilər ölçü gözləməməyə həvəsli olurlar… Gözəllik hissi olduqca inkişaf eləmişdir… 
şamı hər iki tərəfdən yandırırlar! O, bunlara diqqət yetirməlidir. Arvadı belə görünür, gedib, eləmi? 
Atasının yanında yaşayır. M..hə. Arvadı kimi   yaxşı heç kim qulluğunda dura bilməz. Müalicə? Nə 
edəsən? Onun yazdıqları dərmanları qəbul eləsin, səhər, axşam. Tam sakitlik. Qıcıqlandıran heç nə 
olmasın. Əgər zəiflik hiss eləyərsə, bir fincan südlə tünd kofe. Yataqda uzansın. Həyəcanlanmasın, 
təsirlənməsin. Hələ cavandır. Gücü bəs qədərdir. Narahatlıq üçün əsas yoxdur. Gecə baxıcısının lazım 
olub, olmadığı sabah məlum olar. Bir aylıq skripkanı unutsun, alkoqollu içkilər qəti olmaz, bütün 
münasibətlərində ciddi bir mülyamliyi gözləsin. Sonuncu dəfə göz vurub və «mülayimlik» sözünü 
vurğu ilə tələffüz edib, cibindən qələmini çıxartdı, qeyd kitabçasının vərəqində nəsə cızdı, Cipə əlini 
uzadıb gülümsədi, üstdəki jiletini düymələdi və çıxıb getdi. 
 
        Cip çarpayının yanındakı öz yerinə qayıtdı. Təbiətin acı ironiyası! Onun yeganə arzusu azad 
olmaq idi, ancaq xəstəliyin əsas səbəbkarı oldu! Əgər Cip olmasaydı, onun beynini heç nə narahat 


eləməzdi, o, hələ də subay olardı! Sərxoşluğu, borcları, hətta bu qız da, ola bilsin onun günahı 
üzündəndi? Cip özünü də, onu da azad eləməyə çalışırdı, bu da nəticəsi! Doğrudanmı, onda fəlakətli 
nəsə vardı ki, həyatında rastlaşdığı bütün kişilərə həmişə bədbəxtçilik gətirirdi. Atasına da dərd 
gətirmişdi, müsyo Armoya da, Rosekə və öz ərinə də.  Ərə gedənə qədər nə qədər adam onun 
məhəbbətinə layiq olmaq istəmişdilər, hamısı da ondan bədbəxt halda ayrılıb getmişdilər? Güzgüyə 
yaxınlaşaraq öz sifətinə qüssəylə  bir xeyli baxdı.  
 
 
 
                                               
 
XX    FƏSİL 
 
 
 
        Forsendən uzaqlaşmağa uğursuz yerə cəhd elədiyi üç gündən sonra Dafna Uinqə məktub yazdı. 
Forsenin xəstəliyi haqqında məlumat verdi, yazdı ki, əgər Dafna istəsə Mildenxemin yaxınlığındakı 
kottecdə həvəskarların baxışlarından tamam uzaq olan yerdə rahatca yerləşə bilər. Məktubun sonunda 
isə Cip xahiş edirdi ki,   müqavilələrinin pozulmasından dəyən ziyanın əvəzini ödəməyə icazə versin. 
 
        Növbəti səhər qonaq otağında mister Ueqqi gördü. O, əlində krepdən olan lentlə sarınmış silindir 
tutmuş, qara əlcək geymişdi. Pəncərəyə doğru boylanır, sanki, ay günəbaxanları sehrli işığa qərq 
eləyəndə qızının bağda rəqs eləməsi haqdakı Cipin xatirəsini yenidən oyatmağı arzulayırdı. Cip onun 
yoğun, qırmızı boynunu, qatlama boyunluğunu, üstündən qara qalstuk vurduğu işıldayan ağ köynəyini  
aydın görürdü. Əlini uzadaraq dedi: 
 
       – Mister Ueqq, necəsiniz? Çox xoşdur ki, gəlibsiniz! 
 
         Mister Ueqq döndü, o, açıq-aydın qayğılı görünürdü. 
 
       – Mem, elə bilirəm, sağ – salamatsınız? Buralar çox gözəldir. Mən özüm çiçəkləri dəlicəsinə 
sevirəm. Həmişə onlara həvəs göstərmişəm.   
 
        – Londonda çiçəklər böyük təsəllidir!   
 
        – Hə…ə. Mənə elə gəlir, siz burada georgin də əkə bilərdiniz. – Onu bir xeyli tərifləyəndən sonra 
əsas məsələyə keçdi. – Qızım sizin məktubunuzu mənə göstərdi. Mən sizə cavab yazmamağı qərara 
aldım,  belə incə məsələləri  şəxsən deməyə üstünlük verirəm. Mənə görə sizin vəziyyətinizi nəzərə 
alsaq, siz çox iltifatlısınız. Mən özüm də həmişə xristian kimi hərəkət eləmək istəyirəm. Həyat 
keçəridir, heç vaxt bilə bilməzsən, sənin növbən haçan gələcək. Mən qızıma dedim ki, gəlib sizinlə 
görüşəcəyəm.  
 
      – Çox şadam. Mən sizin gələcəyinizə ümid edirdim. 
 
        Mister Ueqq öskürdü və davam elədi: 
 
       – Mən sizin yanınızda kiminsə haqqında pis söz demək istəmirəm, həm də məktubunuzdan 
görünür ki, bu adam xəstədir, ancaq doğrusu, yaranan bu vəziyyətdə neyləyəcəyimi bilmirəm. Bu işlə 
bağlı olaraq, mənə pul haqda düşünmək xoş deyil, ancaq eyni zamanda da mənim qızıma ziyan dəyib, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə