ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə5/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   85

cürətləndirməsəydi, o kəs heç vaxt belə eləməzdi. Qız ayağa qalxdı, çəkdiyi əzabdan tutqunlaşmış 
baxışlarla onu diqqətlə süzüb, bütünlüklə titrəyərək, otaqdan çölə sıçradı. Qız özünü birbaşa Uintonun 
üstünə atdı. Qızın, sanki, daşa dönmüş sifətinə, dodaqlarının künclərinin tanış titrəməsinə baxan kimi, 
o, başa düşdü ki, qız üçün nəsə qorxulu bir iş olub. Qız heç nə demədi, yalnız yorğunluqdan 
şikayətləndi və evə getmək istədiyini dedi. Bütün axşamı ixtiyarsız olaraq, susan, indisə birdən 
danışmağa başlayan öz sadiq mürəbbiyəsi ilə maşına oturdular və ani olaraq, şaxtalı gecə onları 
ağuşuna aldı. Uinton xəz boyunluğunu qaldıraraq, sürücü ilə yanaşı oturmuşdu və girdə tüklü papağını 
aşağı endirib, qaranlığa baxaraq, əsəbi halda siqaret çəkirdi. Onun sevimli qızının xətrinə dəyməyə kim 
cürət eləmişdi? Maşının arxasında mürəbbiyə astadan çərənləyirdi, Cip isə qaranlıq küncə sıxılıb, ona 
edilən təhqirdən başqa heç nə düşünməyərək, sakitcə oturmuşdu.  
 
        Evdə  uzansa da, bir müddət yata bilmədi, şüurunda tədricən hadisələr arasındakı bağlılıq 
aydınlaşmağa başladı. «O, əslində, onun atasıdır! …» sözü və onun çılpaq əlini öpən bu kişi… Bütün 
bunlar, sanki, sirli hadisələrin üzərindən pərdəni qaldırır və qızın əminliyini daha da möhkəmləndirirdi 
ki, onun öz həyatını da hansısa sirr əhatə eləyir. Uşaqlıqda o qədər həssas idi ki, ətrafındakıların ona 
münasibətlərində  gizli olanları dərhal başa düşürdü, ancaq instinktlə hər şeyi aydın anlamaqdan 
qaçırdı.  Uinton şərqdən qayıdana qədər günlər sönük keçirdi. Betti, oyuncaqlar, cürbəcür ani 
təəssüratlar, onun «papa» deyə çağırdığı xəstə adam… Bu sözdə Uintona dediyi «ata» sözündəki 
mənanın cüzi bir hissəsi belə yox idi. Bettidən başqa heç kim heç vaxt onunla anası haqqında 
danışmamışdı. Onun təsəvvürüncə, valideynləri müqəddəs adamlar olmamışdılar, onlar haqda indiyə 
qədər bilmədiyi nəyisə öyrənə bilsəydi, bu inamı dağılardı. Başqa qızlardan təcrid olunduğundan,  hətta 
məişət qaydaları haqda da çox zəif təsəvvürlərə malik idi. İndi qaranlıqda uzanarkən  möhkəm əzab 
çəkirdi – ürəyindəki kəskin ağrıdan yox, daha çox hansısa narahatlıq hissindən ona elə gəlirdi, sanki, 
tikanlarla tamamilə dəlik-deşik edilib. Qəlbinə iğtişaş salan inciklik hissinin nədən doğduğunu özünə 
aydınlaşdırmaq əzabverici dərəcədə ağırdı. Bu bir neçə saatlıq yuxusuzluq onun qəlbində dərin izlər 
buraxdı. Nəhayət, hələ də çaşqın halda yuxuya getdi və yuxudan hər şeyi bilmək kimi qəribə arzuyla 
oyandı. Bu səhəri royal arxasında keçirtdi, otaqdan çölə çıxmadı, Betti və mürəbbiyəsi ilə elə soyuq 
rəftar elədi ki, Betti göz yaşlarını saxlaya bilmədi, mürəbbiyəsi isə Vordsvortu oxumağa girişdi. Çaydan 
sonra Cip Uintonun kabinetinə, dəri üzlüklər çəkilən oturacaqlar düzülmüş elə də böyük olmayan 
tutqun otağa girdi, burada o, heç vaxt nəyləsə məşğul olmamışdı, əgər «Mister Corroksa», Bayron, 
atlara qulluq edilməsi haqdakı məlumat kitabı və Uayt-Melvilin romanları  nəzərə alınmazsa, buradakı 
kitabları heç vaxt oxumamışdı. Divarlardan təmiz qanlı cins atların şəkilləri olan miniatür əsərlər, 
Uintonun qamçısı, Cipin şəkli və atasının zabit dostlarının şəkilləri asılmışdı. Otaqda, ancaq iki parlaq 
əşya vardı, buxarının alovu və Cipin həmişə tər çiçəklər qoyduğu balaca güldan. 
 
        Zərif və düz qamətli, solğun çöhrəli, qara gözləri nəmli olan qız qaşqabağını tökmüş halda,  
qaçaraq otağa girəndə, Uintona birdən-birə böyümüş kimi göründü. Bütün günü fikirli olmuşdu, onun 
Cipə olan coşqun sevgisinə nəsə narahatlıq dolu, az qala qorxuducu bir hiss qarışmışdı. Dünən axşam 
onun cəmiyyətə ilk gedişində nə baş verə bilərdi? Orada hamı qeybət eləməyə və burunlarını 
başqalarının işlərinə soxmağa alışmışdılar.  
 
        Qız döşəmənin üzərində oturdu və onun qıçına söykəndi. Sağ tərəfində oturduğundan qızın sifətini 
görə bilmirdi və salamat əli qıza çatmırdı. Həyəcanını boğmağa çalışaraq, soruşdu: 
 
       – Nə var, Cip, yorulubsan? 
 
       – Yox. 
 
       – Heç? 


 
       – Yox. 
 
       – Dünən axşam yaxşımı oldu, hər şey gözlədiyin kimiydimi? 
 
       – Hə.   
 
         Odunlar fısıldayır və çatırtı ilə yanırdılar, alovun uzun dilləri buxarının borusuna doğru can atırdı, 
çöldə külək uğuldayırdı. Bir qədər keçəndən sonra qız elə gözlənilmədən soruşdu ki, onun nəfəsi 
çatmadı: 
 
       – De görüm, doğrudanmı, sən mənim əsl atamsan? 
 
         Uinton hədsiz heyrətləndi, cavab verməyi düşünmək üçün onun bir neçə saniyə vaxtı vardı, həm 
də bu cavabdan qaça bilməzdi.  Bu qəfil sualla yaxalanan daha az iradəli insan dərhal «hə», ya da 
«yox» deyərdi. Uinton isə verəcəyi cavabın bütün sonrakı nəticələrini götür-qoy eləməyə bilməzdi. 
Qızın atası olması fikri onun bütün həyatını isindirmişdi, amma əgər bu sirri açarsa, qızın ona olan 
məhəbbətinə xələl gələrdimi? Qız bunu necə öyrənə bilərdi? Onu necə başa salsın? Vəfat eləmiş anası 
haqda nə düşünərdi? Sevdiyi qadın buna indi necə münasibət bildirərdi? Onun yerinə olsaydı, necə 
cavab verərdi? 
 
        Çətin anlar idi. Qız isə sifətini gizləyərək, onun dizinə sığınıb oturmuşdu, heç nəylə ona kömək 
eləmirdi. İndən belə qızda şübhə oyanandan sonra bunu ondan gizləmək mümkün deyildi. 
Barmaqlarıyla oturacağın yanlığını sıxıb dedi: 
 
      – Hə, Cip. Ananla biz bir-birimizi sevirdik. 
 
        Qızın bədənindən yüngül bir titrəyiş keçdiyini hiss elədi, bu an onun sifətini görmək üçün 
nələrdən keçməzdi. Hətta indi qız hər şeyi başa düşəndən sonra da. Yox, sona qədər getmək lazım idi.  
 
      – Nəyə görə soruşdun? – dedi. 
 
        Qız başını yırğalayıb pıçıldadı: 
 
      – Mən sevindim.  
 
        O, hər şey gözləyirdi, kədər, qəzəb, hətta sadəcə, heyrətlənmə, – bu, onun bütün  sağalmamış 
köhnə yaralarının közünü qopardar, qəlbindəki lal sadiqliyi silkələr və o, daha çox soyuqqanlılıqla 
özünə qapılardı. Ancaq bu sakit pıçıltı! Onda dediyini yumşaltmaq istəyi doğdu. 
 
      –  Heç kim heç nə bilmədi. Anan doğum vaxtı öldü. Bu mənim üçün ağır dərddir. Əgər sən nəsə 
eşidibsənsə, bil, bunlar hamısı qeybətdir, sən mənim adımı daşıyırsan. Heç kim heç vaxt sənin ananı 
buna görə mühakimə eləmədi. Sən artıq böyüyübsən,  hər şeyi bilsən daha yaxşı olar. Bizim bir-
birimizi sevdiyimiz kimi, təsadüfi hallarda sevirlər. Sən heç nəyə görə xəcalət çəkməməlisən. 
 
      Cip hələ də əvvəlki kimi otururdu. Çox sakitcə dedi: 
 
     – Mən xəcalət çəkmirəm. Mən anama çox oxşayıram? 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə