ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə51/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   47   48   49   50   51   52   53   54   ...   85

halda oturdu, sonra ehtiyatla qapıya tərəf getdi. Yox, o, daha səhvlərini təkrar eləməyəcəkdi! İndi onun 
ağır-ağır nəfəs alındığını eşidirdi və bu nəfəsin yatan adama məxsus olduğuna əmin olana qədər orada 
durdu. Yalnız bundan sonra Cip oğruncasına qapını açıb boylandı. O, pilləkənin aşağı pilləsində sərxoş 
halda uzanmışdı. Bu yuxu Cipə yaxşı tanış idi, indi o, oyanmazdı. Cip qəlbində hansısa bir bədxahlıqla 
hiss elədi ki, xidmətçilər onu bu vəziyyətdə o, evdə olmayanda görəcəklər. Uşağı götürərək, son dərəcə 
ehtiyatla yatanın yanından keçdi. Yenidən öz otağına keçəndən sonra qapını bağladı və pəncərəyə 
yaxınlaşdı. Dan yeri sökülürdü, bağ boz şəffaf şəfəqlərə bürünmüşdü. Bağı sonuncu dəfə görürdü!.. 
 
        Cip saçlarını qaydaya saldı, qalın geyindi, soyuq idi. Ona doğma olan bir neçə kiçik əşyalarını 
götürdü və pulqabı ilə birlikdə  çantasına qoydu. Özünü idarə eləməsinə və özüylə nəyi götürməsini 
necə də yaxşı xatırlamasına  heyrətlənərək cəld tərpənirdi. Hər şey hazır olanda Bettiyə kağız yazdı ki, 
itləri də götürüb Beri-stritə gəlsin və kağızı uşaq otağının qapısının yarığına saldı. Sonra uşağı toxunma 
jaketə və isti şala bükərək aşağı düşdü. Artıq işıqlanırdı, dəhlizə boz işıq düşürdü. Yatan Forsenin 
yanından rahatlıqla keçərək, nəfəsini dərmək üçün bir anlığa dayandı. Forsen qolunu başının altına 
qoyaraq, aşağıdakı pillədə arxası divara doğru uzanmışdı, onun sifəti azacıq yuxarı qalxmışdı. Cipin 
üzünə yüz dəfələrlə yaxın olan üzü… Bu büzüşmüş bədəndə, qarışmış saçlarda, sümüklərdə, çuxura 
düşmüş yanaqlarda, tutqun – qızılı bığlarının altındakı yarı açıq ağzında, bütün bu hərəkətsiz vücudda 
əvvəlki ilhamvericilikdən nəsə vardı və bir anlığa Cipin ürəyi sıxıldı. Yalnız bir anlığa. Bu dəfə hər şey 
qurtardı! Həmişəlik! Ehtiyatla dönərək ayaqqabılarını geydi, giriş qapısını açdı, uşağı da götürüb,   
qapını sakitcə arxasınca bağlayaraq çıxdı. 
 
 
 
                                         
 
  
 
ÜÇÜNCÜ   HİSSƏ 
 
 
 
I  FƏSİL 
 
 
 
       Cip Londana getdi. Bütün qışı və yazı Mildenxemdə keçirmişdi, çoxlu at çapmış, musiqi ilə 
məşğul olmuşdu. Bu müddətdə atasından başqa kimləsə görüşməmişdi və Londona bu səfəri onda aprel 
günündə ilk günəş şüaları otları qızdıranda, mavi səmada ağ buludlar süzəndə adamın qəlbində oyanan 
bir duyğu kimi  duyğu yaradırdı.  Uidrinqton dayanacağında vaqona yükdaşıyan girdi, bel çantası, palto 
və qolf ağaclarını gətirmişdi, açıq qapıdan bir dəstə adam görünürdü. Cip parlaq saçları ağarmağa 
başlayan  ucaboylu bir qadını,   xalta qayışı ilə bağladığı foksteryer iti  olan gənc qızı və qoltuğunun 
altında skoç-teryer itini tutub, arxası vaqona tərəf dayanmış gənc oğlanı gördü. Qız skoç-teryerin 
başından öpdü. 
 
       – Əlvida, qoca Osey! O, necə də qəşəngdir… Tambo uzan! Sən ki getmirsən. 
 
       – Əlvida, qəşəng oğlan! Özünü işlə yorma!  
 
         Qızın cikkiltisi oğlanın cavabını eşidilməz elədi. 


 
       – Ah, Brayan, sən… Osey, salamat qal! Əlvida! Əlvida!       
 
         Gənc oğlan kupeyə girdi və dərhal da qatar tərpəndi. Cip çəpəki ona baxırdı, o, pəncərənin 
qabağında dayanıb şlyapasını yelləyirdi. Bu, ona tanış olan, ovda rastlaşdıqları, qoca Pettensin «mister 
Brayan Sammerxey» adlandırdığı, keçən il onun atını alan həmin cavan oğlan idi. Onun paltosunu necə 
çıxartdığını, qoca skoç-teryerə qatar gedə-gedə  oturacağın üstündə necə yer elədiyini izləyən Cip 
düşünürdü: «Mənə əvvəlcə itlərinin, sonra isə özlərinin qayğılarına qalan kişilər xoş gəlirlər». Onun 
girdə başı, qıvrım saçları, geniş alnı, dəqiq xətlənmiş dodaqları var idi. Qız yenidən xatırlamağa 
başladı: «Axı mən ona oxşayan adamı harada görmüşəm?» O, pəncərəni qaldırdı və geri dönərək 
soruşdu: 
 
       – Belə sizə yaxşıdırmı? O, salam! Biz ovda rastlaşmışıq. Siz, yəqin, məni xatırlamırsınız? 
 
       – Çox yaxşı xatırlayıram. Siz keçən il mənim kəhərimi də alıbsınız. O necədir?  
 
       – Çox gözəl formadadı. Mən sizin onu necə çağırdığınızı soruşmağı unutmuşdum,   adını Dəcəl 
qoydum, maneə gördümü qızğınlaşır. Həmin gün sizin necə gözəl at çapmanız yadımdadır. 
 
          Hər ikisi gülümsədi və susdular. İtə baxaraq Cip soruşdu: 
 
        – Necə qəşəng köpəkdir! Neçə yaşı var? 
 
        – On iki. İtlərin qocalmağı dəhşətdir. 
 
           Yenə də susdular, o, Cipə özünün aydın baxışlarıyla baxdı. 
 
        – Mən bir dəfə anamla sizə gəldim, inişil, noyabrda. Sizdə kimsə xəstəydi… 
 
        – Hə, mən xəstəydim. 
 
        – Ağır? 
 
          Cip başını yırğaladı. 
 
        – Sizin ərə getdiyinizi eşitdim… –   O, bu sözləri fasilə verərək deyir, öz  sözünün 
gözlənilməzliyini azaltmaq istəyirdi. 
 
        – Hə, amma indi balaca qızımla birlikdə atamın yanında yaşayıram.  
 
        – Belə de!.. Onda əla ov oldu, deyilmi? 
 
        – Misilsiz! Sizi yola salan ananız idi? 
 
        – Hə… Bir də bacım Edit. Bu Uidrinqtonda qıy vurursan qulaq tutulur, Mildenxem də belə olar? 
 
        – Hə, orada sakitlikdir, amma mən Mildenxemi sevirəm. 
 
        – Yeri gəlmişkən, mən sizin yeni soyadınızı bilmirəm? 


 
        – Forsen. 
 
        – Ah, hə, skripkaçı!.. Bizim bütün həyatımız bir azca oyundur, elə deylmi? 
 
          Cip onun bu qəribə qeydinə cavab vermədi. O cibindən elə də böyük olmayan qırmızı kitabça 
çıxartdı.  
 
       – Siz bunu bilirsinizmi? Mən onu həmişə özümlə yola götürürəm. İndiyə  kimi yazılmışların ən 
gözəlidir! 
 
         Kitab aşağıdakı sətirlərlə açılırdı: 
 
                                      
 
İki ürəyin birləşməsinə mane olmaq 
 
fikrində deyiləm. Məgər xəyanət 
 
böyük məhəbbətə son qoyarmı? 
 
Məhəbbət bilmir zərər və közərti nədir. 
 
         
 
Cip oxumağa davam elədi: 
 
 
 
                                      Məhəbbət, əllərdəki yazıq gəlincik deyil, 
 
                                      Zamanın yuduğu qızılgüldür. 
 
                                      Atəşli dilində və yanaqlarında 
 
                                      Qorxutmaz onu zamanın hədələri.    
 
(Şekspir, sonet 116) 
 
        
 
Artıq qərbə doğru əyilən günəşin demək olar ki, dümbədüz şüaları işıqlı yaşıl düzənliyə, çəmənlikdə 
otlayan, ya da arxların kənarında dayanan və quyruqlarını tənbəlcəsinə yelləyən inəklərin üzərinə 
düşürdü. Günəş şüası vaqona da yol tapır, yaratdığı işıq zolağında saysız hesabsız toz zərrəcikləri 
oynaşırdı. Cip balaca kitabçanı  bu parlayan işıq zolağından ona uzatdı və sakitcə soruşdu: 
 
      – Siz   çoxmu oxuyursunuz, həm də yalnız şeirləri? 
 
      – Bəlkə də, hüquqa aid kitabları daha çox oxuyuram. Amma mən elə düşünürəm, dünyada ən gözəl 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə