ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə52/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   48   49   50   51   52   53   54   55   ...   85

poeziyadır, elə deyilmi? 
 
      – Yox, məncə, musiqidir. 
 
       – Siz musiqiçisiniz? Hə, oxşayırsınız. Düşünürəm, siz çox gözəl ifa eləyirsiniz? 
 
       – Təşəkkür eləyirəm. Siz musiqiyə heç həvəs göstərmirsiniz? 
 
       – Mən operanı sevirəm. 
 
       – Bu hibriddir, aşağı formadır.   
 
       – Elə ona görə də mənim xoşuma gəlir. Siz operanı sevmirsiniz? 
 
       – Yox, niyə ki. Mən elə buna görə də Londona gedirəm. 
 
       – Doğrudanmı? Siz abunəsiniz? 
 
       – Hə, bu mövsüm. 
 
       – Elə mən də. Əla, biz orada görüşəcəyik. 
 
         Cip gülümsədi. Çoxdandı öz yaşıdı olan kişiylə söhbət eləmirdi, çoxdandı onda maraq oyadan, 
heyran olduğu birisinə rast gəlməmişdi və çoxdandı elə onun özünə pərəstiş eləyən  birisi də yoxdu. 
Qatar qərbə tərəf hərəkət elədiyindən günəş şüaları öz istiqamətini dəyişmişdi, sanki, günəşin istisi 
Cipdə bir yüngüllük və hansısa xoşbəxtlik hissi doğururdu. 
 
        Dəmir yolu ilə səyahət eləyərkən üç saat ərzində çox şey haqda danışmaq olar. Hə də, bu zaman 
necə dostcasına bir şərait yaranır! Bəlkə də, qatarın səsindən bir-birlərini çətin eşitdiklərin üçün onların 
söhbətləri getdikcə daha da səmimi olurdu. Birlikdə olduqları bu qısa zaman onları, bəzi adamların 
uzun müddətli tanışlıq zamanı yaxınlığından daha çox yaxınlaşdırdı. Bu uzun söhbətdə o, Cipdən daha 
çox danışırdı. Cip o qədər elə şeylər eşitmişdi, bunlar haqda heç vaxt danışa bilməzdi. Onun cəsarətli, 
kəskinliyi ilə seçilən, azca uzunçu danışığına,  gülüşünü boğa bilmədən   qulaq asmaq qızın xoşuna 
gəlirdi. O, heç nəyi gizlətmədən özü haqqında danışırdı, məktəb, universtitet həyatı, vəkillər zümrəsinə 
daxil olmaq arzusu, ümidləri, zövqü və hətta həyatında baş verən fəlakətlər haqqında da. Bütün bu 
qeyri – mütəşəkkil etiraflara qulaq asan Cip həmişə də onun səsində özünə qarşı bir pərəstiş notlarını 
duyurdu. O, Cipdən piket oynayıb, oynamadığını soruşdu: 
 
      – Mən atamla demək olar,  hər gecə piket oynayırdım, – Cip dedi. 
 
      – Onda bir partiya oynayaqmı? 
 
        Qız onun nəyə görə kart oyanmaq istədiyini başa düşürdü, ona yaxın oturacaq, dizlərinin üstünə 
qəzet sərəcək və kart paylayanda təsadüfən əlinə toxunacaq, üzünə baxacaq. Bu, ona heç də pis 
gəlmədi, çünki onun sifəti qızın da xoşuna gəlirdi, onda nəsə yüngül və azad, bir çox ciddi, gözəl 
sifətlərdə olmayan  məftunedicilik vardı. 
 
        Vidalaşıb ayrılanda o, qızın əlini sıxdı, qız da özündən asılı olmadan onun əlini möhkəm sıxmaqla 
cavab verdi. O, maşının yanında dayanıb qıza baxmaqdan açıqca və bir az da qüssəli halda zövq alırdı, 


heyran olmuş halda, qıza baxaraq dedi: 
 
       – Operada görüşərik, sonra,  bəlkə də, Royda? Siz, məncə,   arada Beri-stritə gəlməyə mənə icazə 
verərsiniz, elə deyilmi?  
 
        Cip başıyla razılığını bildirdi və maşın Londonun qaranlıq çökmüş bürkülü küçələriylə şütüdü. 
Uzun müddət kənddə olandan sonra qıza öz otağı darısqal gəldi. Xalatını geyinib oturdu və paravozun 
qurumunu təmizləmək üçün saçlarını daramağa başladı.  
 
        Cip Forsendən ayrılandan sonra bir neçə ay yalnız yüngüllük hiss elədi.  Təzəlikcə öz yeni 
vəziyyəti haqqında düşünməyə başlamışdı, ərdəydi, eyni zamanda da ərdə deyildi. Bundan məyus olsa 
da, gizlicə artıq əsl dost haqqında düşünməyə başlamışdı və hər saat keçdikcə də onun ürəyi və 
gözəlliyi məhəbbətə doğru can atırdı. İndi, güzgüdə öz dalğın və qüssəli sifətini görəndən sonra 
həyatının necə mənasız keçdiyini aydın başa düşürdü. Gözəl olmağın nə dəyəri varmış? Onsuz da 
gözəlliyi heç kimə lazım deyildi. Heç iyirmi altı yaşı yoxdu, ancaq sanki, monastırda yaşayırdı. Soyuq 
olmasa da, titrədi və xalatını möhkəmcə bağladı. Keçən il bu vaxt o, həyatın başlıca axınında idi. Hər 
halda, belə atılmış halda yaşamaq, hər an   əllərini, quş caynaqlarına oxşayan barmaqlarını aralayıb 
yatmış uşağının üstünə əyilən o adamı xatırladan həyata qayıtmaqdan dəfələrlə yaxşı idi. 
 
       Həmin səhər evdən gedəndən sonra Forsen həftələrlə onun arxasınca gəzdi, Londonda, 
Mildenxemdə, hətta Uintonla birlikdə getdikləri Şotlandiyada. Ancaq bu dəfə qız öz qərarını dəyişmədi 
və Forsen də izləməyə son verərək, çıxıb xaricə getdi. O vaxtdan onun bir neçə rabitəsiz halda, ağlağan 
ruhda, yəqin ki sərxoş vəziyyətdə yazılmış məktubları nəzərə alınmazsa, ondan heç bir xəbər yox idi. 
Sonra isə o, ümumiyyətlə, yazmağa ara verdi və artıq dörd ay idi ki, bircə sətir də yazmırdı. Görünür, o, 
nəhayət, Cipi unutdu.  
 
        Saçlarını daramağa ara verdi, oktyabr səhərində sübh tezdən uşaqla birlikdə sakit, boş küçələrlə 
necə getdiyini, səkidə ölümcül yorulmuş halda dayanaraq, onun zənginə qapının açılmasını necə 
gözlədiyini xatırlamağa başlamışdı. Sonralar təəccüblənirdi, doğrudanmı, qorxu onu belə ümidsiz 
qaçışa sövq elədi? Atası və Rozamunda bibi onun boşanmaq  üçün cəhd eləməsini istəyirdilər. Ancaq 
elə həmin instikt öz sirrlərini və acılarını başqa adamlara bildirməyi ona qadağan eləyirdi. Boşanmaq 
prosesində qaçılmaz olan riyakarlığı yaşamaq istəmirdi, sevmədiyin halda  durub necə deyəsən ki, 
guya, mən onu sevirdim. Bu, onun və ancaq onun səhvi idi, sevmədən ona ərə getmişdi! 
 
                                 ……………. ola bilərmi xəyanət 
 
                               böyük məhəbbətə son qoysun?  
 
        Əgər təsadüfi yol yoldaşı bilsəydi, bu misralar onun üçün necə də istehzalı səslənir! 
 
        Ayağa qalxıb otağı, – öz qız vaxtının yataq otağını nəzərdən keçirdi. Demək, həmişə onu 
xatırlayırmış! Vaqondakı görüş artıq qıza   naməlum adamla görüş kimi gəlmədi. Onlar, hər halda, tanış 
idilər! Birdən qız onun sifətini gördü! Hə, əlbəttə!  Bunu niyə dərhal xatırlamadı? Divarda qonur rəngli 
çərçivədə Bottiçellinin və ya Mazaççonun Milli qalareyada olan «Gənc adamın başı» adlı məşhur 
şəklinin surəti asılmışdı. Nə vaxtsa Cipin bu şəkildən xoşu gəldi və elə o vaxtdan da şəkil onun 
otağından asıldı. Bu geniş alın, aydın gözlər, cəsarətli, dəqiq cizgili ağız, bütün görünüşündəki bu 
kişilik… Yalnız canlı sifət ingilisə yox, italyana məxsus idi. Onda güclü yumor, comərdlik, az 
poetiklik, amma «köhnə georgiyanlılıq» nəsə vardı. Əgər ona desəydi ki, sən pırtlaşıq saçlı, boynuna da 
büzməli haşiyələri olan parça dolamış qədim kilsə xadiminə oxşayırsan, o, necə gülərdi! Gülümsəyərək 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə