ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə54/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   50   51   52   53   54   55   56   57   ...   85

qapıya, içəri girən hər kəsə doğru oturdu. Onun sevimli romanı həmişə onda isti,  dostluq hissləri 
oyadırdı, ancaq romanı oxumadı. İndi onun oturduğu klubdan qızın evinəcən əlini uzatsan çatacaq 
qədər məsafə vardı, əgər divarlar olmasaydı, qızı görər, qız onun səsini eşidərdi. Bu nə axmaqlıq idi! 
Cəmisi ikicə dəfə görüşdüyü qadın! Sadəcə, mənasızlıq…  
 
        «Beş xal! Üç dama, üç valet!... Siz xatırlayırsınızmı Doyson necə demişdir: «Mən özüm kimi sənə 
sadiqəm, Çinara!» Bu, Verlenin bütün yazdıqlarından yaxşıdır, əgər bunları nəzərə almasaq: "Les 
sanglots longs" («Uzun hönkürtülər» – fransız şairi Polya Verlenin şeirinin ilk misrası. (1844-1896) 
«Payız skripkası» (Frans.) Sizdə nədir? 
 
        «Yalnız dörd xal, dama ilə. Çinara adından xoşunuz gəlirmi?» 
 
        «Hə. Bəs sizin?»  
 
        «Çinara. Çinara… Hə, bu payızdır, qızılgül qönçəsidir, düşən yarpaqların qalağıdır». 
 
         «Necə də yaxşıdır!.. Tutur.  Osey, kənarə çəkil, xoruldama». 
 
         «Yazıq qoca köpək! Onu həyəcanlandırmayın.  Kartları qarışdırın, zəhmət olmasa. İndi tamam 
başqa oyun olacaq!..» 
 
        Qızın dizləri onun dizlərinə toxundu. 
 
        Kitab döşəməyə düşdü, Sammerxey diksindi. Cəhənnəm olsun! Ümidsizdir… Geri dönərək 
oturacağa daha rahat oturdu. Bir neçə dəqiqədən sonra  yatdı. Yuxu görmədən yatırdı. 
 
         İki saat keçdi.  Zarafat eləmək istəyən tanışı ona yaxınlaşdı və gülümsəyərək, onun qıvrım saçlı 
başına, yatmış uşağın sifəti kimi  dinc olan sifətinə baxıb dayandı. 
 
        Sonra tanışı oturacağı yüngülcə itələdi. 
 
        Sammerxey dik sıçradı. «Nəydi? Mən haradayam?», ani olaraq fikrindən keçdi. Qarşısında 
tanışının gülümsəyən sifətini gördü, ancaq mürgü dumanının arxasından ona başqa bir gözəl, 
məftunedici sifət boylanırdı.  
 
       – Oy, lənət şeytana! – o silkələndi. 
 
       – Qoca, hirslənmə. 
 
       – Saat neçədir? 
 
       – On. 
 
         Sammerxeydən aydın olmayan bir nida qopdu və oturacaqda daha rahat oturdu, ancaq daha 
yatmadı. Qızı gördü, səsini eşitdi və yenidən onun əlcəkdə olan əlinə toxundu.  
 
 
 
III   FƏSİL 


 
 
 
          Beşinci gün opera teatrında «Kaballereya» və «Hoqqabazlar» gedirdi. Yalnız bu operalara və bir 
də «Faust»la «Karmen»ə Uinton yatmadan baxa bilərdi.  
 
         Diqqətlə ətrafı nəzərdən keçirmək onun üçün düzgün olmasa da, qadının gözü daha çox yeri əhatə 
eləyir, nəinki kişinin gözü. Cip Sammerxey onu görməmişdən əvvəl Sammerxeyi gördü. Qız onun necə 
içəri girdiyini  və silindirini ağ jiletinə sıxaraq, kimisə axtarırmış kimi salonu gözdən keçirdiyini gördü. 
Axşam kostyumunda o, olduqca şıq görünürdü. O oturandan sonra qız onu yalnız yandan görməyə 
başladı. Dalğın halda Santussuya və gombul Turidaya qulaq asan qız özündən soruşurdu: «Əgər ona 
diqqətlə baxsam, geri dönərmi?» Və elə bu an o, qızı gördü. Onlar bir-birləriylə baxışandan sonra qız 
dərhal yenidən ona baxmasını son dərəcə istəyirdi. Donu onun xoşuna gələcəkdimi? Saçının daranması 
yaxşıydımı? Bəlkə də, bu səhər saçını yumamalıydı? Amma fasilə vaxtı da qız onun səsini eşitməyənə 
qədər ətrafına boylanmırdı.  
 
       – Salam, mayor Uinton! 
 
         Uinton onların qatarda görüşdüklərini bilirdi. O, çox istəyirdi ki, siqaret çəksin, ancaq qızını tək 
qoymaq istəmirdi. Bununla belə, Sammerxeylə bir-iki söz mübadiləsindən sonra   ayağa qalxdı. 
 
       – Sammerxey, bir dəqiqəliyə burada otur, mən siqaret çəkmək üçün çıxıram. 
 
          Sammerxey özünü oturacağa saldı. Cipə elə gəldi, salon və adamlar harasa yox olurlar və onlar 
yenidən ikisi bir yerdə, vaqondadılar. Onun gülüşündən, səsindən, baxışlarından zövq almaq üçün 
cəmisi onca dəqiqə! Özü də gülürdü, onunla iltifatlıydı. Axı onlar dost idilər! O vidalaşaraq qalxanda 
qız dedi: 
 
       – Milli qalareyada bir şəkil var, mən ona baxmaq istəyirdim. 
 
       – Məni də apararsınızmı? Sabah? Nə vaxt? Saat üçdə? 
 
         Qız qızardığını bilirdi, bax belə, qızarmış yanaqlarıyla, gülən gözləriylə qız təsadüfi hallarda hiss 
elədiyi bir əminliyi, gözəl olduğunu hiss eləyirdi! Sonra o getdi. Atası yenidən öz yerində oturdu, 
atasının onun həyacanını hiss eləyəcəyindən qorxub, əlinə toxundu: 
 
        – Ata, Allah xatirinə o, saçın formasına fikir ver, bir cərgə o tərəfdəki! Sən nə vaxtsa belə gözəllik 
görübsənmi? 
 
       Uinton onun göstərdiyi səmtə baxanda orkester «Hoqqabazlar»ın uvertürasını çalmağa başladı. 
Həyəcanlandırıcı səhnələrin necə inkişaf elədiyini maraqla izləyən Cip ilk dəfə hiss elədi ki, bu opera 
təkcə onun estetik hisslərinə təsir eləmir. Zavallı Nedda! Zavallı Kanio! Zavallı Silvio! Onun gözləri 
yaşla doldu. İkili həyat yaşayan tragikomediyanın surətlərində, o, çılğın, olduqca tez keçən, güclü, 
qaynar, şirin və qorxuducu bir məhəbbət hiss edirdi. 
 
                   Ürəyim sənin əsirindir. Səninəm əbədi – 
 
                    Bu gün və ədədi səninəm! 
 


                    Mənə nə qalır? Yalnız qırılmış ürək… 
 
        La commedia e finita  (Təsəvvür eləmə, qurtardı (ital.)  
 
        Plaşını geyərkən Cip baxışları  ilə Sammerxeyi axtardı. 
 
        Cip gülümsəməyə cəhd elədi, ancaq bacarmadı və yavaş-yavaş baxışlarını çəkərək, Uintonun 
arxasınca getdi.  
 
 
 
        Cip naz-qəmzə elədiyinə görə gecikmədi, sadəcə, qorxdu ki, elə düşünər, onunla görüşməkdən 
ötrü ürəyi gedir. Sütunların altında dayanmış oğlanı dərhal gördü və ona yaxınlaşarkən sifətinin necə 
dəyişdiyini hiss elədi. Qız onu birbaşa şəklin yanına apardı. Silindir və dəbdə olan boyunluq oxşarlığı 
bir qədər nəzərə çarpdırmasa da, hər halda, oxşarlıq var idi. 
 
       – Hə, nə deyirsən? 
 
       – Bəs siz nəyə gülürsünüz? 
 
       – Məndə bu şəklin surəti var, hələ mənim on beş yaşım olandan. Belə ki, mən sizi çoxdan 
tanıyıram. 
 
         O, qıza heyrətlə baxırdı. 
 
         – Mərhəmətli Allah! Doğrudanmı, mən ona oxşayıram?.. Onda mən də sizi burada tapmağa 
çalışacağam. 
 
          Cip başını yırğaladı. 
 
         – Burada mənim bir dənə də sevimli rəsmim var – «Prokridinin ölümü». Bu favnın heyrətlənmiş 
sifəti, Prokridinin bağlı gözləri, it və göyərçindir! Bu, baş verənlər haqda təəssüfdür. 
 
      – Baş verənlər haqda!... Bəs «Hoqqabazlar» xoşunuza gəldimi? 
 
      – Mənə elə gəlir, opera mənə olduqca güclü təsir elədi. 
 
      – Mən də elə düşünürəm. Sizi izləyirdim. 
 
       -Məhəbbətə görə ölüm – bu necə də qorxuludur!.. Hə, sevimli rəsminizi göstərin mənə. Mən 
əvvəlcədən deyə bilərəm o necədir? 
 
       – Eləmi? 
 
       – Hər şeydən əvvəl, «Admiral». 
 
       – Elədir. Bəs sonra? 
 
       – Bellinin iki rəsmi. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə