ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.

səhifə57/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
növüQaydalar
1   ...   53   54   55   56   57   58   59   60   ...   85

       – Cip, artıq belə mümkün deyil, mən bilməliyəm. 
 
         Qıza elə gəldi ki, ürəyi dayandı, ancaq eyni sakitliklə də davam elədi: 
 
       – Gəl bir dəqiqəliyə oturaq. – Qız sıldırımla üzü aşağı düşdü və evdən onu görə bilməyəcəkləri 
tərəfə getdi. Barmaqlarının arasında sərt gövdəli otu oynadaraq dedi: – Mən heç vaxt özümü sizə 
sevdirməyə cəhd eləməmişəm. Heç vaxt cəhd eləməmişəm. 
 
       – Hə, heç vaxt. 
 
       – Bu yaxşı olmazdı.  
 
       – Mənimçünsə fərqi yoxdur. Mənim kimi sevənlər üçün bunların fərqi yoxdur. Ah, Cip, siz məni 
sevə bilərsinizmi? Mən elə də diqqət cəlb eləyən olmadığımı bilirəm, ancaq qatardakı görüşümüzün 
üstündən üç ay keçir və o vaxtdan da sizin haqqınızda düşünmədiyim bir dəqiqəm də olmayıb. 
 
          Cip köks ötürdü. 
 
        – Yaxşı, biz neyləməliyik? Baxın, bax orada  otun üzərindəki boz ləkəyə, o, mənim balaca 
qızımdır. O, mənimlədir… və mənim atam… mən qorxuram… mən məhəbbətdən qorxuram, Brayan! 
 
         Qızın onun adını çəkdiyini eşidən Sammerxey onun əlindən yapışdı. 
 
       – Qorxursunuz? Niyə qorxursunuz? 
 
           Cip çox sakitcə dedi: 
 
        – Mən, yəqin, çox sevirəm. İndi heç nə deməyin. Lazım deyil. Danışmayın! Gedək evə, nahar 
eləyək. – Və qız ayağa qalxdı. 
 
        O, axşam çayına qədər qaldı və onların arasında məhəbbətlə bağlı bircə söz də danışılmadı. O 
gedəndə Cip şam ağacının altında oturub, uşağı dizlərinin üstünə qoymuşdu. Məhəbbət! Əgər anası 
sevgidən imtina eləsəydi, Cip dünyaya gəlməzdi… Yalnız mığmığalar özlərini hiss elətdirəndə evə 
qayıtdı. Bettinin balaca qızcığazı necə çimizdirdiyinə baxıb, yataq otağına qalxdı və pəncərənin 
qabağında dayandı. Doğrudanmı, elə bu gün o, meşədə uzanmışdı və yanaqları ilə ümidsizlik dolu göz 
yaşları axırdı? Şam ağaclarından solda ay doğurdu, solğun göydə hələlik ay güclə görünürdü. Hansısa 
yeni dünya, sanki, sehrlənmiş bağ! 
 
        Bütün gecəni dizlərinin üstündə kitab oturdu, ancaq kitabı oxumadı, onda hansısa çevriliş baş 
verirdi, bu, onun ilk məhəbbəti idi! «Mən»in «sən»də əriməsi, ehtiraslı itaət, öz iradəsindən imtina 
eləyib, tamamilə qovuşmağa hazır olan dəfedilməz, qeyri – ixtiyari arzu idi.  
 
        Yatdı və yuxu da görmədi, ancaq yuxudan yorğun və əzgin halda oyandı. Çimməyə tənbəllik 
eləyirdi və bütün səhəri balaca Ciplə birlikdə çimərlikdə etinasız halda oturdu. Söz verdiyi kimi orada, 
qayanın tağının altında onunla görüşməyə mənəvi gücü çatacaqdımı? Uzun illərdən bəri ilk dəfə Cip 
gözlərini Bettinin gözlərindən yayındırır, baxan kimi onun çox şeydən xəbər tutacağından qorxurdu. 
Çaydan sonra sıldırıma doğru yola düşdü, əgər getməsəydi, o, bura gələrdi. Xidmətçilərin onu iki gün 
ardıcıl burada görmələrini istəmirdi.  
 


        Axırıncı avqust günü nədənsə xüsusilə isti və bərəkətli oldu. Buğda artıq yığılmışdı,  almalar 
yetişmişdi, moruqlar uzaqdan çağırırdı, yumşaq, yuxulu buludlar ağ-mavi səmada süzürdülər, dəniz 
gülümsəyirdi. Dənizdən uzaqlaşaraq çay boyunca gedirdi. Bu tərəfdə şam ağacları bitməmişdi, qonur 
torpaq daha bərəkətli idi. Yonca çəmənliyindəki yenicə qalxan yoncaların üzərində arılar vızıldaşırdı, 
ağ döşlü qaranquşlar cəld aşağı uçur və yenidən qayıdıb gəlirdilər.  Cip bir buket kasnı çiçəyi yığdı. 
Sıldırıma yaxınlaşanda tağın altında onun oturduğunu gördü. O, sahilə baxır, baxışlarıyla onu axtarırdı. 
Bura çox sakitlik idi, arıların uğultusu və milçəklərin dızıltısı eşidilmirdi, yalnız uzaqlardan alçaq 
dalğaların zəif şappıltısı eşidilirdi. O hələ də qızı görmürdü və birdən qızı belə bir fikir 
həyəcanlandırdı: «Əgər mən bir addım da ataramsa, bu həmişəlik olacaq!» Nəfəsini tutub, kasnı 
buketini dodaqlarına yaxınlaşdırdı. Sonra onun necə ah çəkməsini eşitdi və irəli sıçrayıb dedi: 
 
      – Mən buradayam. 
 
        O, qızın əlindən yapışdı və bircə söz belə demədən tağın altına getdilər. Çiyin – çiyinə quru 
qumun üzəriylə addımlayırdılar, sıldırımdan dırmaşaraq, çəmənlikdən keçdilər və  hasara alınmış mal-
qara arxacına girdilər. O, qapını açdı və qız içəri keçəndən sonra qızı qucaqlayıb dodaqlarından öpdü. 
Min dəfələrlə öpülmüş qız üçün bu, ilk öpüş idi! Qorxunc dərəcədə ağararaq, ondan kənarə çəkildi və 
qapıya söykəndi, sonra dodaqları titrədi, gözləri tutqunlaşdı, ona, sanki, ağlını itirmiş halda baxırdı və 
birdən əlləriylə üzünü örtdü. Hıçqırıqlar boğazını tutmuşdu, ona elə gəlirdi, indicə ürəyi partlayacaq. O, 
cəsarətsiz, özünü itirmiş halda, qızın əlindən yapışdı, onu dilə tutaraq, qulağına nəsə pıçıldayırdı, ancaq 
heç nə kömək eləmirdi, qız ağlamağına ara vermirdi. Bu öpüş, sanki, onun ürəyindəki səddi qırmış, bu 
dəqiqəyə qədər olan bütün həyatını silmişdi, bu nə isə qorxunc və olduqca gözəl idi. Nəhayət, qız 
mızıldandı: 
 
     – Bağışlayın… Oy, bağışlayın… Mənə baxmayın. Bir qədər kənara çəkilin və mən… İndi hər şey 
yaxşı olacaq.  
 
        O, dinməzcə deyilənə əməl elədi və qapıdan keçərək sıldırımın kənarında arxası qıza, üzü dənizə 
tərəf oturdu. 
 
        Cip qapının odunlarından elə möhkəm yapışmışdı ki, barmaqları ağrıyırdı. Günəş işığında 
qığılcım saçan, dənizə doğru uçan, tədricən mavi göyün fonunda ağ ləkələrə çevrilən  kəpənəklərə 
baxırdı. 
 
        Bunun həqiqət oduğuna heç cür inanmırdı. Bu  olduqca güclü, şirin, qorxuducu hiss idi və dedi: 
 
       – İcazə verin, mən evə gedim. Sabaha qədər! 
 
       – Əlbəttə, Cip, necə istəyirsən.  
 
        O, qızın əlini yanağına sıxdı və öz əlini sinəsinin üstünə qoyaraq, yenidən dənizə baxmağa 
başladı. Cip evə getmədi, uzun müddət şam meşəsində oturdu, yalnız toranlıq qatılaşandan və göydə 
ulduzlar işıldamağa başlayandan sonra ayağa qalxdı,  səma həmin  cəhrayı, bənövşəyi rəngdəydi, 
görücülərin təsdiq elədikləri kimi xeyirxah ruhların paltarlarının rəngi var. 
 
        Gecədən xeyli keçmiş, saçlarını darayıb qurtarandan sonra pəncərəni açdı və eyvana çıxdı. Yatmış 
evdə nə bir səs-səmir, nə də kiminsə necə nəfəs alması eşidilirdi! Qızın üzü, əlləri, bütün bədəni 
tonqaldaymış kimi yanırdı. Ay onun yuxusunu qaçırırdı. Dənizdə qabarma başlamışdı və dalğalar gah 
qalxır, gah da enirdilər. Qumlu yarğanlar qarlı təpələr kimi görünürdü. Həmişə aylı gecələrdə olduğu 




Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   85


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə