ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə58/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   54   55   56   57   58   59   60   61   ...   85

kimi hər şey qeyri – adi idi. Birdən şam ağacından düşən kölgə tərpəndi, az-az!  Ağacın gövdəsinə 
söykənərək, orada Sammerxey dayanmışdı, onun sifəti indi gövdənin fonunda görünürdü. Ay onun 
gözlərinin üstünə qoyduğu  əllərini işıqlandırırdı. Sonra o, hansısa yalvarıcı bir hərəkətlə əllərini qıza 
doğru uzatdı. Cip tərpənmir və birbaşa ona baxırdı. İndiyə qədər hiss eləmədiyi bir duyğuyla 
Sammerxeyin ona doğru gəldiyini görürdü. Budur, o, yuxarı baxaraq dayandı. Onun sifətində ehtiras, 
yalvarış, iztirab ifadəsi vardı və qız bütün bunları görür, onun pərəstiş dolu pıçıltısını eşidirdi: 
 
       – Bu sizsiniz, Cip? Doğrudan, bu, sizsiniz? Siz necə də gənc görünürsünüz!               
 
                                  
 
VII   FƏSİL 
 
 
 
         Həmin vaxtdan, Cip ona təslim olan gündən özünü ovsunlanmış kimi hiss edirdi, axı o heç vaxt 
sevgiyə inanmırdı, heç vaxt düşünmürdü ki, indi sevdiyi kimi sevə bilər! Sanki, gündüzləri və gecələri 
yuxuda keçirdi. Əgər əvvəllər evlilik həyatının sirlərini başqalarıyla bölüşməyi mümkün hesab 
eləmirdisə, indi, ümumiyyətlə, onun üçün başqaları mövcud deyildi. Təkcə atası haqdakı fikir onu 
üzürdü. Atası Londona qayıtmışdı və qız hər şeyi ona danışmağa borclu olduğunu bilirdi. 
 
        Cip ayın axırına kimi dənizin kənarında qalmalı olsa da, hələ ayın axırı çatmamış getdi və Bettiyə 
balaca Ciplə birlikdə iki gün sonra gəlməyi tapşırdı. Klubdan qayıdan, müalicə vaxtı ağarmış Uinton 
onu evdə tapdı. 
 
        Cip axşam paltarını geymişdi. Günəşdə yanıb qızılı rəng almış sifəti və boynu çiyinlərinin ağlığını 
daha aydın nəzərə çarpdırırdı. O, qızını heç vaxt belə görməmişdi, gözlərinin nə vaxtsa belə  
işıldadığını xatırlamırdı. Razılıq əlaməti olaraq, köks ötürdü. Qız çoxdan açmayan, amma birdən nəyi 
varsa açan çiçəyi xatırladırdı. Cip baxışlarını ondan yayındırır və bütün axşamı öz etirafını təxirə 
salırdı. Ona asan deyildi, qəti asan deyildi! Nəhayət, atası «yatmamışdan əvvəlki» siqaretini çəkəndə, 
qız onun oturacağının yanında xalçanın üstündə oturdu və atasının sifətini görməmək üçün onun dizinə 
söykəndi, eynən ilk balından sonra atasının etirafını eşitdiyi gün olduğu kimi. 
 
       – Ata, yadındamı bir dəfə mənə dedin ki, sənin və anamın bir-birinizə bəslədiyiniz hissi mən başa 
düşə bilmirəm? 
 
        Uinton susdu və qız davam elədi: 
 
       – İndi mən bilirəm, bu necə olur. Ölməyə razı olarsan, amma ondan imtina eləməyə yox. 
 
       – Kimdən? Sammerxeydən?  
 
       – Hə. Mən heç vaxt sevməyəcəyimi düşünürdüm, ancaq sən haqlıymışsan. 
 
        Haqlı!  Kədərli sükut içində o, tələsik düşünürdü: «Neyləməli? Mən neyləyə bilərəm? Onun 
boşanmasına nail olmağa cəhd eləyimmi?»  
 
        Qızın səsimi onu təşvişə saldı, ya vəziyyətin ciddiliyimi həyəcanlandırdı, hər nəydisə qızını 
Forsendən ötrü itirdiyi həmin günlərdə olduğu kimi qəzəblənmədi. Məhəbbət! Qızın anasını və onun 


özünü birdən yaxaladığı vaxtlarda olduğu kimi! Bu gəncə olan məhəbbət? Xoşagələn cavan oğlan, 
yaxşı at çapan, qızı başa düşmək olardı! Bax, bircə necə hərəkət eləməli olduğunu da bilsəydi! Əlini 
qızının çiyninə qoyub dedi: 
 
       – Cip, onda biz boşanmaq işləriylə məşğul olmalıyıq, yalnız bundan sonra… 
 
       – Çox gecdir. Əgər istəyirsə, qoy o, məndən boşansın! 
 
         Çox gecdir? Gözlənilmədən xatırladı ki, qızına, hətta bircə acı söz deməyə belə haqlı deyil və 
susdu. Cip davam elədi: 
 
       – Mən onu bütün varlığımla sevirəm. Mənim üçün bunun necə olacağının, gizlinmi, açıqmı, heç 
fərqi yoxdur. Bu haqda nə düşünəcəklərinin mənimüçün heç fərqi yoxdur. 
 
        Qız atasına tərəf döndü. O heç vaxt Cipi belə görməmişdi! Bütünlüklə alışıb yanırdı, tamam 
təngənəfəs olmuşdu, gözlərində balalarını təhlükə gözləyən pişiyin, ya də pələngin baxışlarında olan 
ehtiyatlılıq vardı. Hələ qızlığında atla   hündür sədləri aşanda sifətinin necə gərgin olduğunu xatırladı. 
Nəhayət, atası sükutu pozdu: 
 
       – Bunu mənə əvvəl demədiyin üçün təəssüflənirəm. 
 
       – Mən bacarmadım. Hələ özüm də bilmirdim. Oy, ata, mən həmişə səni kədərləndirirəm! Məni 
bağışla. 
 
        Qız onun əlini alışıb yanan yanağına qoydu və o düşünürdü: «Bağışlamaq? Yəqin, mən 
bağışlaram. Məsələ onda deyil,  məsələ ondadır…» 
 
        Mənzərə bütün aydınlığı ilə gözləri qarşısında canlandı. Cipin sevgilisi haqda danışmağa 
başlayacaqlar, qızı haqda dildən-dilə şaiyələr dolaşacaq, qızı da, elə o, özü də hamıdan gizlənməli 
olacaq, xəlvəti, arada bir görüşəcəklər, bu sirri, hətta öz balaca nəvəsindən də gizləyəcəklər. Ah, yalnız 
bu yox! Hətta, hər halda, bu da yaxşıydı, nəinki  bəd dillər, hər şeylə maraqlanan gözlər,  səni görəndə 
göz vuran, ya da qəzəblənən alicənab adamlar! Sammerxey təqribən onun özünün dolaşdığı dairəyə 
mənsub olan adamdı, qapalı kiçik cəmiyyətlərdə həmişə xüsusilə  dedi-qodular daha tez yayılır, onları 
sürünən alaq otuna da bənzətmək olar. Onun beyni iti işləməyə başlamışdı, ancaq soyuqqanlılıqla 
vəziyyətdən çıxış yolu axtarırdı. Sifətində yenidən  sıx meşəlikdən çıxıb qaçan tülkünü görən ovçunun 
sifətindəki ifadə canlandı. 
 
       – Cip, bunu bilən varmı? 
 
       – Yox. 
 
          Bu artıq nə isə deməkdi! Qəlbinin lap dərinliklərindən qalxıb gələn bir hirslə o mızıldandı: 
 
        –  Bu tip Forsen sudan quru çıxarsa və əgər sən əzab çəkərsənsə, mən buna dözmərəm. Biz sənin 
boşanmana nail olana kimi, sən Sammerxeylə görüşməkdən imtina eləyə bilərsənmi? Heç kim heç nə 
bilməmiş bunu yoluna qoymaq lazımdır. Cip, mən elə düşünürəm, sən mənim xətrimə buna razı 
olarsan? 
 
        Cip ayağa qalxdı və cavab vermədən bir xeyli pəncərənin qabağında dayandı. Uinton diqqətlə onu 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə