ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə60/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   56   57   58   59   60   61   62   63   ...   85

əvvəldən. Mən çox çalışdım. Mən düşünürdüm, qadının nə hiss elədiyinin sənin üçün əhəmiyyəti var, 
hətta bu qadın sənin arvadındırsa belə. 
 
        Qız onun sifətinin necə titrədyini gördü və davam elədi: 
 
       – Mən səni sevə bilməyəcəyimi başa düşəndən sonra hiss elədim ki, sənə heç bir haqqım yoxdur. 
Mən öz haqlarımı da tələb eləmədim, elə deyilmi? 
 
         Yenidən onun sifəti titrədi və qız tələsik davam elədi: 
 
       – Sən dəfələrlə sevdiyin halda, məndən bütün həyatım boyu sevgisiz yaşamağı tələb eləyə 
bilməzdin. – Öz – özünə heyrətlənmiş halda əllərini möhkəmcə sıxaraq qız dilləndi: – İndisə mən 
sevirəm. Mən qəlbimi başqasına vermişəm. O, nəsə qəribə, iniltili bir səs çıxartdı və üzünü əlləriylə 
örtdü. Cipin başından ani olaraq keçdi: «Dilənçinin qəbulu, rəhm edin, əziz ser, mərhəmətli olun!» Nə 
olacaq, o, indi ayağa sıçrayacaq və onu boğacaq? Qapıya doğru tullanıb köməyə çağırsınmı? Bir neçə 
uzun və qorxulu an ərzində qız ona baxdı. O, pəncərə altlığının üzərində oturmuşdu, yerində o tərəf-bu 
tərəfə yırğalanırdı, hələ də əlləriylə üzünü örtmüşdü. Birdən qıza baxmadan  əliylə ağzını tutdu və 
otaqdan çıxıb qaçdı. 
 
        Açıq qapıdan Cip Markini gördü, Forsen qaçıb yanından keçəndə o, hərəkətə gəldi. Cip qapını 
bağlayıb yatağına uzandı, ürəyi çəkic kimi vururdu. Əgər bu sarsıntıdan sonra Forsen yenidən içməyə 
başlarsa, azmı işlər ola bilərdi?  
 
         Mənasız sözlər danışırdı, onun qısqanmağa, qəzəblənməyə nə haqqı var idi? Hansı haqqı? Qız   
ayağa sıçradı, hələ də titrəyirdi, gücgüyə yaxınlaşdı və ixtiyarsız olaraq, saçlarını qaydaya salmağa 
başladı. Heç bir zədə almaması, sadəcə, möcüzə idi! 
 
        Sammerxeylə Sent-Ceymsdəki parkda həmin oturacaqda saat üçdə görüşməyi şərtləşmişdilər.  
İndisə hər şey başqa cür, çətin və təhlükəli oldu. Gözləsin, atasıyla məsləhətləşsinmi? Əgər bu görüşə 
getməzsə, Brayan narahat olmağa başlayar, düşünərdi ki, ona nəsə bir hadisə üz verib, ya da onun 
başına lap axmaq fikirlər gələrdi, guya, o, görüşəcəklərini unudub və hətta sevdiyinə görə peşman olub! 
Bunca səadət dolu günlərdən sonra Sammerxey görüşə gəlməsə, qız özü onun haqqında nələr 
düşünərdi? Qız, əlbəttə, düşünərdi ki, o fikirləşdi, sevdi və qızın ona layiq olmadığını, belə asanlıqla 
təslim olan qadına həyatını həsr eləməyin mümkünsüzlüyünü  başa düşdü. 
 
        Bu iki saatı, əqrəblər üçə yaxınlaşana qədər Cip amansız şübhələr içində keçirdi. Əgər getməsəydi, 
onda o, Beri-stritə gələrdi və bu daha təhlükəliydi. Şlyapasını geydi və cəld Sent-Ceyms sarayına tərəf 
yola düşdü. Görüşə on dəqiqə gecikdi və dərhal da var – gəl eləyərək, hər dəqiqə boylanıb oturacağı 
gözdən qoymayan Sammerxeyi gördü.  
 
        Məşuqələrə məxsus, ancaq kimisə aldada bilməyən həmin etinasız riqqətlə salamlaşaraq, Qrin-
parkdakı xiyabanla getməyə başladılar. Qız atası ilə danışığını ona çatdırdı və o, çətirin altından qızın 
dizinin üstünə qoyduğu əlini möhkəm sıxanda, Forsen haqqında da ona danışdı. 
 
         O, əlini çəkdi və soruşdu: 
 
       – Cip, o, sənə toxundumu? 
 
         Bu sual qızı sarsıtdı. Toxundumu? Hə! Sammerxeydən nidaya bənzər bir inlti qopdu, dişlərini 


qıcırdırdı. Qız ucadan səsləndi: 
 
       – Brayan! Lazım deyil! Mən heç vaxt ona icazə vermərəm ki, məni öpsün. 
 
        O, güclə özünü qıza baxmağa məcbur elədi. 
 
       – Boş şeydir! Hər şey yaxşıdır, – nəhayət,  dilləndi.  
 
        Qız düz ürəyindən vurulubmuş kimi hərəkətsiz oturmuşdu. Ona görə qız murdarlanmış, 
tapdalanmışdı. Hə, əlbəttə! Ancaq heç vaxt qızın ürəyinə toxunulmamışdı, bu ürək, yalnız ona 
məxsusdu, həmişəlik! Görünür, bu kişilər üçün azdı. O istəyirdi ki, qızın bədəni də toxunulmamış 
olsun.  Bu düzəlməsi mümkün olmayan işdi, bu haqda indi yox, əvvəl düşünmək lazımdı.  Qız çox 
məyus halda oturaraq, qabağa baxırdı. 
 
       Yanlarında balaca bir oğlan dayandı, oğlan onlara girdə, hərəkətsiz gözləriylə baxdı. Əlində üstünə 
cem yaxılmış çörək vardı, ağzı və yanaqları tamam bulaşmışdı. Qadın səsi eşidildi: «Cekki! Gəl bura, 
tez ol!» Oğlan qaçaraq getdi, ancaq  üstünə cem yaxılmış çörəyi hələ də əlində saxlayaraq boylanır, 
sanki, çörəyinin bir parçasını Cipə təklif eləyirdi. Sammerxey qızı qucaqladı: 
 
       – Hər şey keçdi, əzizim. Bu bir də təkrar olunmayacaq. Sənə söz verirəm. 
 
        Hə, əlbəttə, o, söz verə bilər, hətta sözünə əməl də eləyə bilər, ancaq  həmişə əzab çəkəcəkdi, o 
adam haqqında düşünəndə həmişə əzab çəkəcəkdi.  
 
       – Brayan, – qız dedi, – mən necəyəmsə, yalnız elə də ola bilərəm. Mən sənin üçün başqa cür ola 
bilmərəm. Mən bunu istəyərdim, ah, necə də istəyərdim! 
 
        – Bu haqda düşünmə, – o, cavab verdi. – Gedək mənim evimə, çay içək. Orada heç kim yoxdur. 
Xahiş edirəm! 
 
        O, qızın əlindən yapışdı və Cip hər şeyi unutdu, yalnız onunla bir yerdə olmağın sevinci qaldı.  
 
                                  
 
IX    FƏSİL 
 
 
 
        Forsen Markinin yanından, sanki, kor kimi qaçaraq küçəyə çıxdı, heç yüz addım getməmiş geri 
qayıtdı. Şlyapasını yaddan çıxartmışdı. Hələ də qapıda dayanan xidmətçi geniş ətəkli şlyapasını 
uzadaraq, qapını onun üzünə bağladı. 
 
         Forsen Pikadillaya tərəf yola düşdü. Əgər Cipin sifətindəki həmin ifadə olmasaydı, o, nələr 
eləməzdi! Əzabverici qısqanclıqla bərabər, sanki, hansısa   qorxunc yükdən azad olubmuş kimi bir 
yüngüllük hiss edirdi. Demək belə, arvadı onu heç vaxt sevməyibmiş? Heç vaxt? Mümkün olan şey 
deyil! Belə bir ehtirasla sevdiyi qadının onu heç vaxt eyni ehtirasla sevməməsi ağlabatan deyildi! 
Gözləri qarşısında Cipin xəyalı canlanırdı, həmişə güzəştə gedirdi, həmişə. Bu, bütünlüklə riyakarlıq 
ola bilməzdi!   Axı o, adi adam deyildi, gözəgəlimliydi, … ya bəlkə, yalnız başqa qadınlar belə 
düşünürdülər? O, nə deyirdisə hamısı yalandı, heç şübhəsiz ki, yalan deyirdi! 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə