ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə62/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   58   59   60   61   62   63   64   65   ...   85

kömək eləyəcək». Sakitcə dedi: 
 
       – Dafna, mən qəddarlıq eləmişəm. Mən öz günahımı yumaq üçün gəlmişəm. 
 
       – Ah, yox! Siz heç nəyi qaytara bilməzsiniz, yox, sağ olun! – Qız əlcəklərini geyməyə başladı. – 
Bilirsinizmi, siz mənə çox şey öyrətdiniz və mən buna görə sizə minnətdaram. Ah, siz saqqal 
buraxıbsınız? Elə düşünürsünüz, bu sizə yaraşır? Yox, əksinə, Mefistofeli xatırladırsınz. 
 
       Forsen onun çox gözəl üzünə diqqətlə baxmağa başladı, heyrətləndirici dərəcədə ağ olan dərisində 
zəif də olsa, al qızartılar görünürdü. Bu nə deməkdi, qız ona lağ edirdimi? Dafna Uinq və belə işküzar 
əda! 
 
        – İndi sən harada qalırsan? – o soruşdu. 
 
        – Atamgildən ayrı, studiyada yaşayıram. Əgər istəsəniz gələ və baxa bilərsiniz. Ancaq bir şeyi 
dərhal başa düşməlisiniz, artıq mənə sevgi lazım deyil, daha istəmirəm! 
 
           Forsen dişlərini ağardaraq hırıldadı. 
 
         – Hətta başqaları ilə də? – o soruşdu.  
 
          Dafna Uinq sakit cavab verdi: 
 
         – Xahiş edirəm, mənimlə bir lediylə olduğu kimi rəftar eləyəsiniz. 
 
          Forsen dodaqların dişlədi. 
 
       – Mən sizi bir stəkan çay içməyə dəvət eləmək şərəfinə nail ola bilərəmmi? 
 
       – Təşəkkür edirəm, mən çox acam. Gündüz çıxışlarım olanda  səhər yeməyini yemirəm. Elə 
düşünürəm, belə yaxşıdır. Mənim Ofeliyanı necə rəqs eləməyim xoşunuza gəldimi? 
 
       – Tamamilə gözəldir! 
 
       – Bunu güzgülərin köməyi ilə eləyirlər və orada məftillərdən toxunmuş tor da var. Amma sizdə 
belə təəssürat yarandı ki, mən ağlımı itirmişəm? – Forsen başını tərpəttdi. – Mən çox sevindim. Hə, 
gedirikmi? Mən elə çay içmək istəyirəm. 
 
        Qız geri döndü, güzgüdə özünə baxdı, hər iki əli ilə şlyapasını düzəltdi, bir anlığa öz misilsiz 
qamətini nümayiş elətdirərək, stulun arxasından asılmış çantasını götürdü və dedi: 
 
       – Əgər etiraz etməzsinizsə, siz qabaqda getsəniz yaxşı olar. Belədə biz diqqəti öz üzərimizə 
çəkmərik. «Raffelya»nın yanında görüşərik, orada çox ləzzətli şeylər var.   Au revoir (Xudahafiz 
(Frans.)  
 
        Tamamilə kökündən silkələnmiş, ovqatı təlx olmuş halda, qəribə bir küskünlük içində  Forsen 
Koventri-striti keçdi, boş olan «Raffelya» restoranına girdi və pəncərənin qabağında masa tutdu. Palıd 
sandığın üzərində oturmuş Cipin surəti rəqqasənin tamamilə vurub qəlbindən çıxardı. Ancaq başını 
qaldıranda Dafna Uinqi gördü, küçədə dayanıb vitrinə düzülmüş pirojnalara diqqətlə baxırdı. Sonra o 


da içəri girdi.  
 
    – Ah, siz artıq buradasınız? Bilirsiniz, mən kofe ilə şirni, qoz tortu, şirin badam kurabiyəsi istərdim, 
oy, tortun üzərinə azacıq da qaymaq vursunlar! Siz etiraz eləmirsiniz? – Stula oturandan sonra qız onu 
nəzərdən keçirməyə başladı. 
 
        – Hansı xarici ölkədəydiniz? 
 
        – Stokholmda, Budapeştdə, Moskvada  və başqa yerlərdə. 
 
        – Çox gözəl! Siz necə düşünürsünüz, mən Budapeştdə və ya Moskvada uğur qazana bilərəmmi? 
 
        – Mümkündür. Siz tipik ingilis qızısınız. 
 
        – Ah, siz elə düşünürsünüz, mən tipik ingilis qızıyam? 
 
        – Sözsüz. Sizin tipiniz… – O, özünü bu sözləri deməkdən güclə saxladı: «Sizin bayağı tipinizlə 
çətin ki, hansısa ölkədə uğur qazanmaq olar?» 
 
         – Mənim gözəllik tipim? 
 
           Forsen gülümsədi və başıyla təsdiq elədi. 
 
        – Deyəsən, bu sizin mənə indiyə kimi dediyiniz sözlərin ən yaxşısıdır. Amma, hər halda, mən 
yunan, bütpərəst tipi olmaq istərdim. 
 
           Qızın qaməti parlaq işıqda heyrətləndirici dərəcədə təmiz və zərif görünürdü. O dedi: 
 
        – Balaca Dafna, siz, yəqin ki, mənə nifrət eləyirsiniz. Axı siz mənə nifrət eləməlisiniz. 
 
           Dafna Uinqin girdə, boz-mavi gözləri konfetlərə indicə necə baxırdısa, ona da eləcə baxırdı. 
 
        – Yox. İndi mən artıq sizə nifrət eləmirəm. Əlbəttə, mən hələ də sizi sevsəydim, sizə nifrət 
elərdim. Bu qəribədir, deyilmi? Axı insanın murdar olduğunu bilib ona nifrət eləməmək olar? 
 
        – Demək, siz elə düşünürsünüz, mən murdaram? 
 
        – Məgər deyilsiniz? Sizə başqa ad tapmaq da olmaz! Təkcə başıma nə oyunlar açdığınızı 
fikirləşirsinizmi? 
 
        – Amma, hər halda, siz mənimlə bir fincan çay içməkdən boyun qaçırtmadınız! 
 
        Dafna Uinq tortu yeməyə girişdi və ağzını doldurub dedi: 
 
        – Bilirsinizmi, mən indi müstəqiləm və həyata bələdəm. Buna görə də sizdən qorxmuram. 
 
           Forsen onun qolundan, nəbzinin vurduğu yerdən yapışdı. Qız ona baxdı, qaşığı digər əlinə verib 
yeməyə davam elədi. Forsen ilan sancıbmış kimi əlini geri çəkdi. 
 


        – Siz dəyişibsiniz, bu, şübhəsizdir! 
 
        – Siz bunu gözləmirdiniz, elə deyilmi? Bilirsiniz, belə sınaqlar əbəs olmur. Düşünürəm, mən 
dəhşətli dərəcədə axmaq olmuşam… – Qız qaşığı qaldırdı və yeməyinə ara verdi. – Hər halda… 
 
        – Mən sizi hələ də sevirəm, balaca Dafna!  
 
           Qız yüngülcə köks ötürdü. 
 
        – Bu sözləri eşitmək üçün əvvəllər mən nələr verməzdim! 
 
           Qız döndü, tortun üstündən seçib iri qozu götürdü və  ağzına qoydu. 
 
        – Siz mənim studiyama baxmağa gələcəksinizmi? Ora mənim üçün olduqca rahatdır və həm də 
yenidir. Mən həftədə iyirmi beş funt alıram, sonrakı müqavilələrə görə isə otuz funt alacağam. Missis 
Forsenin bunu bilməsini istərdim…Ah, mən unutdum. Axı ondan danışanda sizin xoşunuz gəlmir, bəs 
nəyə görə? Mən istərdim, siz bu suala cavab verəsiniz. – Onun qəzəbli sifətinə baxıb, qız davam elədi: 
– Mən sizdən zərrəcə də qorxmuram. Əvvəlsə qorxurdum. Bəs qraf Rosek necədir? Hələ də elə 
solğundur? Bəs siz nəyə görə özünüz üçün heç nə sifariş vermirsiniz? Siz heç nə yemirsiniz?  
Bilirsiniz, mən bundan sonra nə yeyərdim? Şokolad ekleri, selter suyu ilə moruq dondurması, bir dilim 
naringi ilə. 
 
         Qız küləşlə içkini ağır-ağır içib, küləşi naringi diliminə toxundurandan sonra onlar restorandan 
çıxıb maşına əyləşdilər. Yolda Forsen qızın əlindən yapışmaq istəyirdi, amma qız əllərini sinəsində 
cütləyərək sakitcə dedi: 
 
        – Sənin səfeh hərəkətlərin var, maşında özünü necə belə apara bilirsən? 
 
           Əlini hirslə geri çəkərək, yandan qıza baxmağa başladı. Doğrudanmı, bu qız onunla oyun 
oynayırdı? Ya doğrudan da, qızın daha ona heç bir marağı yox idi? Bu, ona inanılmaz göründü. Maşın 
Soxonun dalanları ilə gedərək, nəhayət, dayandı. Dafna Uinq dəhlizin işığını yandırdı və sağdakı yaşıl 
qapıya doğru getdi, qapını öz açarı ilə açaraq, dedi: 
 
        – Belə kasıb guşədə yaşamaq mənim çox xoşuma gəlir. Bu nəsə daha ciddi və peşəkarcasınadır. 
Əlbbəttə, bu studiya yox, karton emalatxanasının arxa otağıdır. Amma sənət üçün, hətta balaca bir yer 
uğrunda da mübarizə aparmaq xoşdur.  
 
           Onlar yaşıl xalça döşənmiş bir neçə pillə qalxdılar və tavanında işığı olan böyük bir otağa 
girdilər, otağın divarlarına sarı azaliya rəngində olan yapon parçasından üzlük çəkmişdilər. Dafna Uinq, 
sanki, öz otağının səliqəsindən heyrətə düşübmüş kimi bir anlığa sükut içində dayandı, sonra divarları 
göstərərək dedi: 
 
        – Bu mənim çox vaxtımı aldı. Hər şeyi özüm eləmişəm. Mənim balaca yapon ağaclarıma baxın, 
məgər gözəl deyillərmi? 
 
       Yuxarıdan işıq düşən yüksək pəncərə altlığında səliqə ilə altı balaca ağac düzülmüşdü. 
 
        – Məncə, bu otaq qraf Rosekin xoşuna gələrdi, – qız birdən dedi. – Burada nəsə bir orijinallıq var, 
deyilmi? Başa düşürsünüz, mən özümü bütün bunlarla əhatə eləmək istəyərdim… bir sözlə, siz başa 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə