ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə65/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   61   62   63   64   65   66   67   68   ...   85

        – Mən nə varsa onu dedim. Gecən xeyrə! 
 
        – Mənim balam, məgər mənimlə nahar eləməyəcəksən? 
 
           Ancaq o getdi, ledi Sammerxeyin varlığını pərtlik, həyəcan, qüssə bürüdü.  Kədərli və çarəsiz 
halda tək nahar elədi. 
 
           Sammerxey birbaşa evə getdi. Erkən payızın toranlığında fənərlər parlaq işıqla yanırdı. Kah 
oradan, gah da buradan əsən şiddətli külək çinarların sarı yarpaqlarını qopardırdı. Axşamın göy 
rənglərinin şəhərin görkəmini dəyişən vaxtıydı, əşyaların sərt cizgiləri yumşalır, onlar daha çox 
yırğalanır və sirli olurlar, adamları, bütün bu ağacları, evləri bürüyən kədər fantaziyanın qanadlarında 
çırpınır və adamın qəlbini poeziya ilə doldurur. Amma Sammerxey hələ də anasının səsini eşidir və ilk 
dəfə hamının əksinə getdiyini hiss edirdi. Ona elə gəlirdi, yanından keçənlərin sifətində artıq başqa 
ifadə var. İndi hər şeyi olduğu kimi qəbul eləməmək lazım gəlirdi! O isə hər şeyin olduğu kimi qəbul 
edildiyi təbəqəyə məxsusdu. O hələ bütün bunları elə də aydın dərk eləmirdi. Ancaq dayələrin dediyi 
kimi artıq düşünmək vaxtı başlayırdı, ona cəmiyyətdən qorunmaq lazım gəlirdi. 
 
        Açarı qıfılın deşiyinə salanda, ilk dəfə Cipin bu qapını, sanki, oğruncasına, eyni zamanda da 
hardasa meydan oxuyurmuş kimi açmasını xatırladı. İndi hər şey meydan oxuyacaq! Qonaq otağındakı 
buxarını yandırdı və yeşikləri çəkməyə, kağızları səliqəyə salmağa, cırmağa və yandırmağa, siyahilər 
tutmağa, şeyləri yığıb, yığışdırmağa  başladı. İşini qurtarandan sonra oturub siqaret çəkdi. Otaqda 
sakitlik idi və görünür, Cipin surəti anlaşılmaz halda otağı doldururdu. 
 
       Gözlərini yumaraq qızı buxarının yanında gördü, getməyə hazırlaşaraq arxası ona tərəf 
dayanmışdı. Qız onu nə qədər çox sevəcəkdisə, o da qızı bir o qədər çox sevəcəkdi! Və ucadan dedi: 
«Allaha and içirəm!» Qoca skoç-teryer Ossian küncdən çıxdı və burnuyla sahibinin əlinə toxunmağa 
başladı.  
 
       – Osey, bura gəl! Mehriban köpək Osey! – Onunla yanaşı oturacaqda özünə yer eləyən bu tüklü 
bədənin istiliyi ilə sakitləşərək, Sammerxey öz keçmişinin yavaş-yavaş yandığı buxarının qabağında 
yuxuya getdi. 
 
 
 
                     
 
XI   FƏSİL 
 
 
 
 
 
        Cip küçəylə gedərkən ətrafa boylanmasa da, olduqca aydın hiss edirdi ki, Sammerxey onların 
ayrıldıqları yerdəcə dayanıb və onun Beri-stritdəki evlərinə necə getməsinə baxır. Qız öz hisseləmə 
bacarığının gücünə dənizə atılan, dalğa onu aparanda və ayaqları  dənizin dibinə toxunmayanda 
heyrətlənən üzgüçü kimi heyrətlənirdi.  
 
       Artıq iki gecə ardıcıl Cip demək olar, yatmırdı. Saatbasaat Böyük Benin zənglərinə qulaq asırdı. 
Səhər yeməyi vaxtı atasına Forsenin yenidən gəldiyini dedi. Bu xəbəri eşidəndən sonra o, qızını 


diqqətli baxışlarla nəzərdən keçirdi. 
 
      – Hə, nə oldu, Cip?  
 
      – Mən ona danışdım. 
 
         Hər şeyi bilmək həvəsi, məzəmmət eləməyə haqqının çatmaması, qızının cəsarəti ilə fəxr eləmək, 
bütün bunların nəticəsi üçün qorxu, məhəbbətin qaynar axınına təslim olan qızına görə narahatlıq, – 
bütün bu hissləri onun sifətindən oxumaq olardı. 
 
     – O, bunu necə qəbul elədi? 
 
      – Rədd olub getdi. Mən əminəm, o, məni boşamayacaq. 
 
      – Qorxuram ki, elə olsun. Bunun üçün onun arsızlığı bəs qədərdir. – Uinton susdu. – Neyləməli, – 
birdən o dilləndi, – indi bircə Allaha məlumdur, bu işlərin necə qurtaracağı. Ehtiyatlı ol, Cip. 
 
        Günün yarısına yaxın Betti dəniz sahilindən qayıdıb gəldi və ciddi, qara gözlü, qığıldayan, 
qovrulan kofe dənəsi kimi günəşdə yanmış balaca Cipi gətirdi. Onu səyahətdən qayıdan uşaq kimi hər 
şeylə yedizdirəndən sonra Cip onu öz otağına apardı, şala bükərək çarpayıya uzatdı və özü də onunla 
yanaşı uzandı.  Balaca Cip bir neçə dəfə şirin-şirin əsnəyərək, yuxu dünyasına qərq oldu. Cip onunla 
yanaşı uzanmışdı və hansısa xüsusi bir şəfqətlə qara kipriklərinə baxırdı. Qız heç vaxt uşaqlara olan 
məhəbbəti ilə seçilməmişdi, ancaq bu balaca varlıq, öz zərif, əsmər dərisiylə, açıq baxışları və 
qığıldayan səsiylə, daima  «əziz anasından» yalvararaq nəsə istəyən bu goppuş və gövrək uşaq çox 
gözəl idi, inanılmaz dərəcədə məftunedici idi! Qız balaca vəhşi heyvan kimi girdələşərək, qüsursuz 
çiçək forması alaraq sürətlə inkişaf edirdi. Cicəsinin italyan qanı özünü onda daha çox hiss elətdirirdi. 
Saçları körpəliyində olduğu kimi elə də qara deyildi, burulur və halqa-halqa alnına, boynunun dalına 
tökülürdü. Gündə yanmış balaca əli şalın altından çıxmış və şalın qırağından möhkəmcə yapışmışdı. 
Cip cəhrayı gülümbaharlara, onların olduqca balaca yuvacıqlarına baxır, qızının sakit, küləksiz gündə 
qızılgül ləçəklərinin tərpənməsi kimi yüngül nəfəs almasına qulaq asırdı. Dodaqları titrəyir, bu qara 
kipriklərə doğru uzanırdı. Öz hisslərinə uymamaq üçün özünü məcbur elədi  ki, başını geri çəksin. 
 
         Həmin axşam yemək vaxtı Uinton soyuqqanlılıqla dedi: 
 
       – Mən bu gün Forseni gördüm və xəbərdarlıq elədim. Onu bu tipin, Rosekin yanında tapdım. 
Orada o, qızı da gördüm, rəqqasəni. Mən içəri girməyə hazırlaşanda, pilləkənlə düşürdü. Onu çox yaxşı 
gördüyümü ona hiss elətdirə bildim. Məncə, Forsen daha səni narahat eləməz. 
 
       – Ata, qız necə görünürdü? 
 
        Uinton gülümsədi. Ağzı açıq, gözlərini ona bərəltmiş bu xanım haqdakı təssüratını necə izah 
eləyəsən? 
 
       – Çox adi görünürdü, yalnız məni görəndə çox heyrətləndi. Ağ şlyapadaydı, tamamilə qəşəngdi. Öz 
halında cəlbediciydi, ancaq, hər halda, bayağıydı! Mən daxil olanda onlar ikisi musiqiylə məşğul idilər, 
biri skripkada çalırdı, o birisi royalda müşaiyyət edirdi. Onlar məni buraxmamağa çalışırdılar. Onların   
çox şübhəli yerciyəzləri var! 
 
        Cip gözləri qarşısında həmin mənzərəni çox aydınca görürdü. Qara divarlar, gümüş heykəllər, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə