ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə66/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   62   63   64   65   66   67   68   69   ...   85

Ropsun qravyüraları, solan qızılgüllərin qoxusu, siqaretlər, royal arxasında o iki nəfər və  soyuq, 
təmkinli atası. 
 
       – Belə tiplərin nazıyla oynamaq lazım gəlmir. Əzizim, mən bu polyakın səninlə necə rəftar 
elədiyini unutmamışdım!    
 
        Cip diksindi. 
 
       – Ata, mən artıq sənin ora getdiyinə görə təəssüflənirəm. Sən başqa bir söz demədinmi?    
 
       – Niyə ki? Elə düşünürəm, özümü tamamilə mədəni apardım. Doğrudu, mən onlardan birini əclaf 
adlandırmadığıma and içə bilmərəm. Onlar isə buna bənzər sözlər dedilər, guya, mən şikəst olduğum 
üçün   belə rəftarı  özümə rəva bilirəm.  
 
       – Oy! Mənim əzizim! 
 
       – Bu polyak isə… 
 
         Cip yenidən qorxu hiss elədi. Solğun, qılığagirən Rosek, onun çox sirdən agah olan gözləri
hissiyyatlı dodaqları… Oy, beləsi heç vaxt bağışlamaz! 
 
       Uinton isə gülümsəyirdi. Bu görüşdən məmnun qalmış, sakitləşmişdi. 
 
       Cip bütün gecəni özünün ilk həqiqi sevgi məktubunu yazdı. Növbəti gün isə vədinə əməl eləyərək, 
Sammerxeyin balaca evinə gələndə ürəyi düşdü. Pərdələr endirilmişdi, sanki, evdə heç kim yaşamırdı, 
halbuki o, pəncərənin qabağında dayanaraq qızı gözləməliydi! Demək, onun məktubunu almayıb? Ya 
dünəndən evdə olmayıb? Həyatında ilk dəfə olaraq, görüş baş tutmayanda  sevənlərin ürəyinə hakim 
kəsilən həyəcan hissi varlığını bürüdü. Üçkünc bağda Erosun yarısı dağılmış heykəlinin əlindəki ox 
sınmışdı, yaşıl çiyninə sərçə qonmuşdu, heykəlin başının üzərinə yasəmən yarpaqları tökülmüşdü
ayaqlarının altında isə qoca skoç-teryer uzanıb fısıldayırdı 
 
       – Osey! 
 
         Qoca it yaxın gəlib quyruğunu yüngülcə buladı 
 
       – Sahibin hanı? Əzizim, sənin sahibin haradadır? 
 
         Osian uzun burnunu onun ayaqlarına toxundurdu. Qız boşalmış evdən uzaqlaşıb öz evinə qayıtdı, 
onu həyəcanlı fikirlər bürüməyə başlamışdı. O, hara getmişdi? Nəyə görə ona xəbər verməmişdi? 
Özünəməxsus şəkkaklığı  büruzə verməyə başladı. Onu öz sevgisinə inandırmağından başqa, haqqında 
nə bilirdi? Hara getmişdi? Ondan məktub gəlməyəndə dəniz sahilində qızda baş qaldıran qısqanclıq 
hissi indi ikiqat güclənmişdi. Yəqin, ona hansısa haqqı olan qadın var idi, ya da onun sevdiyi qız var 
idi. Cip qısqanclıq qabiliyyətinin olduğuna heyrətlənirdi. Qıza həmişə elə gəlmişdi ki, bu qaranlıq, 
çürümüş və ona layiq olmayan qısqanclığ hissini keçirməmək üçün kifayət qədər məğrurdur, ancaq 
əbəs yerə! Qısqanclıq belə qorxunc və əlçəkməyən duyğuymuş!  
 
       Uinton klubdaydı və qız əlüstü tək nahar eləyəsi oldu. Sonra tələsik geyinib küçəyə çıxdı. Sent-
Ceyms kilsəsinə tərəf yola düşdü, Pikadillanın yanından, küçənin daha çox qələbəlik olan tərəfindən 
keçdi və parka doğru yönəldi. Sifətində aydın olmayan bir təbəssüm vardı, öz düşüncəsizliyinə istehza 


edirdi. Yan küçədən çıxan bir neçə fahişə öyrəşdikləri qəsdən ləng yerişləri ilə irəliləməyə başladılar. 
Onların dalğın, sınayıcı, az qala düşmən baxışları, qızardılmış və pudralanmış sifətləri Cipə kinli bir 
sevinc bəxş edirdi. Qızın görünüşü onları qıcıqlandırır, yaralayırdı, qız isə bunu heç istəmirdi. 
 
       Axşam kostyumunda və düymələnmiş paltoda olan hansısa cənab qızla bərabərləşdi. Bu adamın  
karıxdığını və cəsarətsizcəsinə onu izlədiyini hiss edən Cip elə həmin yarımçıq təbəssümüylə də irəli 
keçdi. Nəhayət, adam Cipin sifətinin ifadəsini gördü və dərhal da kənara sıçradı, Cip yenidən həmin 
kinli sevinci hiss elədi.  
 
        Cip küçəni keçdi və parkın yanından ötüb, Sent-Ceyms-stritə tərəf döndü. İndi o, bütünlüklə dərin, 
tutqun kədərə qərq olmuşdu. Əgər   sevgilisi bu gözəl ilıq gecədə, işıqların və ağacların kölgələrinin 
arasında onunla birlikdə olsaydı! Nəyə görə o, yanından keçən kütlənin arasında yox idi? Bircə 
təbəssümü ilə hər hansı kişini özünə cəzb eləyə bilərdi, ancaq sehrbazlar kimi paytaxtın bu nəhəng 
boşluğunda ona lazım olan yeganə adamı  çağıra bilmirdi. Sent-Ceyms-stritin döngəsində dayandı. 
Onun klubu buradaydı. Bəlkə də, o indi qızdan cəmisi bir neçə addım uzaqlıqda, ancaq sanki, başqa bir 
dünyada kart və ya bilyard oynayırdı? Bax, indicə o çıxacaq, hansısa müzik-holla yollanacaq, ya da 
qızın haqqında düşünərək, ya da ola bilsin ki, heç düşünməyərək, tələsmədən öz evinə doğru 
gedəcəkdi. Qız klubun pəncərəsinin qabağından keçərək, iti addımlarla öz evlərinə yola düşdü. 
 
        Növbəti səhər məktub gəldi. Çayın sahilindəki oteldən yazan Sammerxey qızdan saat on birin 
qatarıyla gəlməyi xahiş edirdi, qızı stansiyada qarşılayacaqdı. Orada tapdığı evi qıza göstərmək 
istəyirdi və bütöv bir günü çayda birlikdə keçirə biləcəkdilər. Onu diqqətlə izləyən Uinton birdən dedi: 
 
       – Mənə Nyumarketə getmək lazım gələcək. Sabah axşama qayıdaram. 
 
         Qatarda qız, sanki, huşsuz halda oturmuşdu. Əgər o, hətta yanında olsaydı, onu qucaqlasaydı belə, 
qıza bu anlarda olduğu qədər yaxın ola bilməzdi.   
 
        Qatar dayanan kimi qız onu gördü, ancaq onlar bir-birlərinin əllərini sıxmadan, bircə söz belə 
demədən görüşdülər və yalnız bir-birlərinə baxıb gülümsəməklə kifayətləndilər. 
 
        Sammerxey hardansa Nuh əyyamından qalma balaca bir araba tapmışdı, «at, arabaçı və 
vəssəlam», öz tapıntısını belə təqdim elədi və onlar yola düşdülər. Dəri döşlüyün altında əllərini 
birləşdirdilər. 
 
        Çox gözəl gün idi, belə günlər, yalnız sentyabrın əvvəllərində olur, artıq günəş yandırmır, yalnız 
özlərinin yay gümrahlığını itirən ağacları, qızılı rəngə çalan biçilmiş tarlaları,  gümüşü yaşıl təpələri, 
qızılı rəngli çiçəkləri olan çəmənliyi  rəvan işığa qərq eləyir. Aradabir uzaqlardan atəş səsləri eşidilir və 
sanki, yarpaqlar öz-özünə birdən  yerə düşürdülər. Onlar kəndarası yola döndülər, fıstıq pöhrəliyinin 
yanından keçib, qədim kərpic evin darvazası qarşısında dayandılar. Ev saralan vəhşi üzümlərlə əhatə 
olunmuşdu, alçaq, enli boruları olan buxarısı vardı. Elə görünürdü ki, günəş, sanki, bütün işığını ancaq 
bağa salırdı, oradan güclü arı vızıltısı eşidilirdi. Ağacların arxasından təpələr görünürdü. Deyilənə görə 
orada löhrəm yerişli atları sınaqdan çıxarırdılar. Evin açarı Sammerxeydə idi, qapını açdı və onlar içəri 
keçdilər. Bütün bunlar Cip üçün uşaq oyunu kimi bir şeydi, təsəvvür edirdi ki, onlar burada birlikdə 
yaşayacaqlar, otaqları böləcək və hər birini döşəyəcəklər. Qız bu gözəl günü hansısa mübahisələrlə 
korlamaq və yenidən hansısa bir qərar qəbulu haqda düşünmək istəmirdi və o soruşanda: 
 
        – Hə, əzizim, xoşuna gəlirmi?  
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə