ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə69/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   65   66   67   68   69   70   71   72   ...   85

Bax belə, o, və qraf Rosek onu məndən oğurlayıblar. 
 
        Dafna Uinq həyəcanlanmış halda onun əlini sıxdı. 
 
       – Oy, necə də alçaqlıqdır! Haçan? 
 
       – Dünən axşam. 
 
       – Mən onu indiyə kimi görmədiyimə necə də şadam! Oy, mən bunun alçaqlıq olduğuna əminəm! 
Siz, yəqin, ümidsiz vəziyyətdəsiniz? 
 
        Cipin dodaqlarında təbəssüm hiss olundu. Dafna Uinq davam elədi: 
 
        – Siz bilirsiniz… mən düşünürəm… mən düşünürəm, sizin soyuqqanlılığınızda nəsə qorxulu bir 
şey var! O, məni qorxudur. Əgər mənim uşağım sağ qalsaydı və onu oğurlasaydılar, mən indi yarıcan 
olardım. 
 
           Cip elə həmin daş görkəmiylə dedi: 
 
        – Bax belə, mən öz uşağımı qaytarmaq istəyirəm və mənə elə gəlir… 
 
          Dafna Uinq əllərini bir-birinə vurdu. 
 
       – Oy, məncə, onu məcbur eləyə bilərəm…. – O, pərt halda susdu və sonra tələsərək əlavə elədi: – 
Siz, doğrudanmı… qəti etiraz eləmirsiniz? 
 
       – Onun, hətta əlli məhəbbət məcarası olsa da, mən heç nəyə etiraz eləmərəm. Bəlkə, elə o qədər də 
var. 
 
         Dafna Uinq ovqatı təlx olmuş halda, alt dodağını dişlədi. 
 
       – Elə düşünürəm, indi onu məcbur eləyə bilərəm ki, öz istədiyini yox, mənim istədiyimi eləsin. 
Sevirsənsə, başqa cür də olmaz. Oy, lütfən, gülməyin, sizin gülüşünüzdən mən özümü nəsə… inamsız 
hiss edirəm. 
 
       – Siz onu nə vaxt görəcəksiniz? 
 
         Dafna Uinq qızardı. 
 
        – Yəqin, o, bura yemək yeməyə gələcək. Bilirsinizmi, o indi mənə yad deyil! – Baxışlarını 
qaldıraraq əlavə elədi. – O, mənə, hətta sizin adınızı çəkməyə belə icazə vermir, bu, onu qəzəbləndirir. 
Buna görə də onun hələ də sizi sevdiyinə əminəm, ancaq onun məhəbbəti belə qəribə olur. – O, yenidən 
Cipin əllərindən yapışdı. – Sizin mənə qarşı necə xeyirxah olduğunuzu heç vaxt unutmayacağım. Mən 
ümid edirəm… siz… kimisə başqasını sevirsiniz. – Cip onun nəm, gövrək barmaqlarını sıxdı, ancaq 
Dafna Uinq tələsik davam elədi: – Mən sizin qızınızın çox gözəl olduğuna əminəm! Siz necə də 
ağarıbsınız. Özünüzə əzab verməyin, bunun heç bir xeyri yoxdur... mən bunu yaxşı bilirəm. 
 
           Cip baş əydi və dodaqlarıyla qızın alnına toxundu: 
 


        – Xudahafiz, əgər siz bacarsaydınız, mənim körpəm sizə minnətdar olardı. 
 
           Və o dönərək çıxmaq istəyəndə, birdən qızın boğuq hıçqırıqlarını eşitdi. Cip nəsə deməyə macal 
tapmamış Dafna Uinq barmaqlarıyla boğazını sıxdı və qırıq-qırıq dilləndi: 
 
        – Bu… Bu dəşhətdir! Mən… mən o vaxtdan indiyə kimi ağlamamışdım. Həmin vaxtdan, siz 
bilirsiniz! Mən… mən… tamamilə sərbəstəm. Yalnız mən, yalnız… siz mənə xatırlatdınız… Mən heç 
vaxt ağlamıram! 
 
        Bu sözlər və hıçqırıqlar Cipi az qala maşına kimi müşaiyyət elədi. 
 
        Beri-stritə qayıdıb  Bettinin dəhlizdə oturub hələ də şlyapasını çıxartmadığını gördü. Onun 
arxasınca heç kimi göndərməmişdilər, heç bir cavab yox idi, heç Nyumarketdən də. Cip otura, özünü 
nəyləsə məşğul eləyə bilmirdi. Xidmətçilərlə üz-üzə gəlməməkdən ötəri yuxarı, yataq otağına qalxdı. 
Hər dəqiqə heç nə ifadə eləməyən musiqiyə qulaq asır, yüz dəfələrlə pəncərəyə yaxınlaşırdı. Betti uşaq 
otağında idi. Cip uşaq otağına boylanıb gombul qadının hələ də şlyapasını çıxartmadan arxası divara 
tərəf oturduğunu və dərindən köks ötürdüyünü gördü. Cip bütün bədəni ilə titrəyərək, səssizcə öz 
otağına qayıtdı.  
 
        Birdən əgər… uşağının xatirinə  öz hisslərini qurban vermək lazım gələrsə? Əgər bu amansız 
məktub onun son sözü olarsa, ona seçmək lazım gəlirdi, ya onu, ya da bunu? O, kimdən imtina 
eləməliydi, sevgilisindən, ya uşağından? 
 
        Ürəyi dözülməz dərəcədə ağrıyırdı, təmiz hava almaq üçün pəncərəyə yaxınlaşdı. Yenidən başında 
hər şeyin qarışdığını hiss elədi. Bu kor, sözlə ifadəsi mümkün olmayan, onun təsəvvür eləyə 
bilməyəcəyi, hər biri inanılmaz dərəcdə güclü olan bu iki instikt arasındakı mübarizə olduqca  amansız 
idi.   
 
        Cip ona Brayanı xatırladan şəklin qarşısında dayandı, indi ona elə gəlirdi ki, onların arasında heç 
bir oxşarlıq yoxdur. Brayan olduqca həqiqi, olduqca sevimli, arzuedilən idi. Dünən qız Brayanın 
yalvarışlarına etinasız qaldı, həmişəlik onun yanına köçmək haqdakı arzusuna etiraz elədi. Necə də 
qəribəydi! Məgər indi qız onun yanına qaçmazdımı, o, hara istəsə, onunla getməzdimi? Ah, indi qız 
onun qucağında ola bilsəydi! Heç vaxt qız ondan imtina eləməyəcəkdi, heç vaxt! Ancaq elə bu vaxt 
onun qulaqlarında qığıltılı səs səsləndi: «Əziz mama!...»  onun qızı, qiymətli körpəsi!.. Cip ondan necə 
imtina eləyə bilərdi, onu bir daha özünə sıxmayasan, koppuş, gözəl bədəninin öpməyəsən,  ciddi, qara 
gözlü sifətini görməyəsən! 
 
       Londonun uğultusu açıq pəncərədən içəri dolurdu. Bu qədər çoxlu həyat, bu qədər çox adam və 
bircə canlı belə ona kömək eləyə bilmirdi! Pəncərədən çəkilib Mildenxemdən gətirdiyi pianinonun 
qabağında oturdu. Yenidən Forsenin konsertində qızın sınıq ürəklər haqda oxuduğu mahnı yadına 
düşdü. 
 
       Yox, yox! O bacarmaz, bacarmaz! O, özününkülərlə qalacaq, öz sevdikləri ilə! Yanaqları ilə göz 
yaşları süzülməyə başladı.  
 
        Aşağıda maşın dayandı, ancaq Betti qaçıb içəri girməyənə qədər o, başını yuxarı qaldırmadı. 
 
                                                   
 


XIV    FƏSİL 
 
 
 
         Cip özünü güclə ələ alaraq, yeməkxanaya girəndə, Forsen qucağında uşağı tutmuş halda, bufetin 
yanıda dayanmışdı. Cipə doğru addımladı və uşağı ona verdi. 
 
         – Götür onu. – o dedi, – necə istəyirsən, elə də elə. Xoşbəxt ol. 
 
          Cip qızı özünə sıxaraq susmuşdu. Əgər həyatı   bundan asılı olsaydı belə, bircə söz də deyə 
bilməzdi. Minnətdar, son dərəcə heyrətlənmiş, karıxmış   olsa da, hər halda, Forsenin bu 
insansevərliyinin arxasında sezilməyən məkri hiss edə bilirdi. Dafna Uinq! Onların arasında hansı 
razılaşma əldə olunmuşdu?  
 
         Forsen, yəqin, Cipdən gələn soyuqluğu hiss elədi və bunu qızın deyə bilmədiyi fikri kimi başa 
düşdü. O qışqırdı: 
 
       – Sən heç vaxt mənə inanmayıbsan! Sən heç vaxt mənim  nəsə  yaxşı bir iş görə biləcəyimə 
inanmayıbsan!  
 
        Dodaqlarının necə əsdiyini Forsen görməsin deyə Cip uşağın üzərinə əyildi.   
 
        – Mən çox təəssüfləndim… Çox, çox təəssüfləndim. 
 
          Forsen yaxına gəlib qızın sifətinə baxdı. 
 
        – Allaha and içirəm ki, səni heç vaxt unutmayacağam, heç vaxt! 
 
         Onun gözlərində göz yaşları göründü və Cip ona  mütəssir olmuş, həyəcanlanmış halda, amma 
hələ də dərin inamsızlıqla baxırdı. O, əliylə gözlərini sildi. «Göz yaşlarını görməyimi istəyir», – qız 
düşündü.  
 
         Forsen bunu da başa düşdü və gözlənilmədən mızıldandı: 
 
        – Əlvida, Cip! Mən elə də pis deyiləm!   
 
          Bu, qızğınlıqla deyilən «mən elə də pis deyildim» Cipi zəiflik tutmasından xilas elədi. Hətta 
fədakarlığının ən yüksək anında belə o, özünü yaddan çıxartmağa qadir deyildi! 
 
          İnsan bütünlüklə xilas olanda,  onu dərhal başa düşmək  çətindir. Cipə elə gəlirdi,   bütün 
dünyaya onu bürüyən başgicəlləndirici səadəti haqqında qışqırmalıdır. Uşaq Bettinin əlinə keçən kimi 
də, oturub Sammerxeyə məktub yazdı: 
 
        «Mənim sevgilim! 
 
          Olduqca qorxulu günlər yaşadım. Mən səninlə olanda o, mənim uşağımı oğurlamışdı. Mənə 
məktub yazdı ki, əgər səndən imtina eləsəm, uşağı qaytarar. Ancaq mən, hətta uşağın xatirinə də səndən 
imtina eləyə bilməyəcəyimi hiss elədim. Sonra isə cəmisi bir neçə dəqiqə əvvəl o, uşağı sağ-salamat 
halda gətirib verdi. Sabah biz hamımız Mildenxemə gedirik, əgər mən sənə lazımamsa, hara istəsən 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə