ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə71/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   67   68   69   70   71   72   73   74   ...   85

       – Gəl gedək baxaq, görək ona nə olub. 
 
         Sığırçın hələ də onların başı üzərində uçaraq, bərkdən qışqırırdı. Balaca Cip davam elədi.  
 
       – Mam, gəl onunla danışaq. Biz axı onu incitmək istəmirik, elə deyilmi? 
 
       – Əzizim, əlbəttə, yox. Ancaq qorxuram yazıq quş tamam vəhşi olsun. Əgər istəyirsənsə, bir sına. 
 
        Axşamın həzin, sakit dincliyində balaca Cipin zərif səsi sığırçının qışqırtısına qarışdı. 
 
        – Bir ora bax! – Cip dedi. – Quş yerə qədər enir, orada onun yuvası var. Yaxın düşməyək, 
yaxşımı? 
 
          Balaca Cip boğuq səslə cavab verdi: 
 
        – Orada onun yuvası var. 
 
           Onlar səssizcə saraydan aralandılar, sığırçın isə elə hey onların arxasında uçur və qışqırırdı. 
 
        – Mam, bizə isə necə də xoşdur, axı dostumuz yaralanmayıb, elə deyilmi?  
 
           Cip diksinərək cavab verdi: 
 
        – Hə, əzizim, bizə olduqca xoşdur. İndisə gedək və babanı bizə yeməyə dəvət eləyək. 
 
           Balaca Cip hoppandı. Onlar çayın sahilinə düşdülər. Uinton artıq iki ildi ki, çayın sahilindəki 
oteldə yaşayırdı. Ciplə bir yerdə yaşamağa razı olmadı,  sadəcə, qızına lazım olarsa, həmişə «əlinin 
altında olmaq» istəyirdi. Bu sadə kənd yerində olduqca sadə həyat sürürdü, Sammerxey Londonda 
qalanda atla Cipin yanına gəlir, qızının vəziyyətini yaxşılaşdırmaq haqda düşünür, fermerlərə baş çəkir 
və nəhayət, özünü bütünlüklə balaca Cipin şıltaqlıqlarının sərəncamına verirdi. Nəvəsinin artıq at 
minməyi öyrənən vaxtıydı, həyatını atlarsız təsəvvür eləmək mümkün olmayan bir adam kimi bu, onun 
üçün az qala müqəddəs bir iş idi. Cip əl-ələ tutub gedən atasına və balacaya baxıb  düşünürdü: «Atam 
onu heç də məndən az istəmir». 
 
       Oteldə tək nahar eləmək Uinton üçün əsl cəzaydı, baxmayaraq ki, bunu diqqətlə Cipdən gizlədirdi 
və buna görə də qızının təklifini həvəslə qəbul elədi.  
 
           Ərinin Qırmızı evində royaldan başqa  bircə dənə də əşya yox idi. Burada divarlar ağappaq idi, 
mebellər yaşlı palıddan hazırlanmışdı, hər yerdən Cipin sevdiyi şəkillərin surətləri asılmışdı. Uintonun 
Sammerxeylə münasibəti yaxşı idi, amma ona qızı ilə ikilikdə qalmaq daha xoş idi. Bu axşam o, lap 
razı qaldı, nə vaxtdı qızı ona qeyri – adi dərəcədə qüssəli və dalğın görünürdü.  
 
        – Mən istərdim, sən adamlarla daha çox görüşəsən, – o dedi. 
 
        – Oy, yox, ata! 
 
           Qızının təbəssümünü görüb düşündü: «Yox bu cansıxıcılıqdan deyil. Bəs onda iş nədədir?» 
 
        – Sən son vaxtlar Forsen haqda nəsə eşidibsənmi? 


 
        – Yox, heç nə. Deyəsən, bu mövsüm o, yenə də Londonda çıxış eləyəcək. 
 
        – Neynək, qoy o… – «Demək, bu, onu narahat eləmir! Amma, hər halda, burada nəsə var». – Mən 
eşitmişəm, Brayan uğur qazanır. Keçən həftə onun haqqında mənə bütün vəkillikdə ən ümidverici gənc 
namizəd kimi danışıblar. 
 
        – Hə, o çox gözəl işləyir. – Uinton boğuq köks ötürülməsini hiss eləyə bildi. – Ata, səncə, Brayan 
sən onu tanıyan vaxtdan indiyə kimi çoxmu dəyişib? 
 
        – Deyəsən, o daha az şən görünür. 
 
        – Hə. O gülməyi yadırğayıb. 
 
           Bu sözlər rəvan, sakit səslə deyildi, ancaq Uintonu sarsıtdı.  
 
        – Gülmək qabiliyyətini saxlamaq çətindir, – o, cavab verdi, –  nə vaxt adamları astar tərəfinə 
çevirirsən, onların çoxunun yaramaz olduqları məlum olur.  
 
           Ay işığında geri qayıdarkən o, yenidən öz düşüncələrinə qayıtdı, qızıyla açıq danışmadığı üçün 
heyfisləndi. Halbuki demək lazımdı: «Qulaq as, Cip, sən Brayana görə ciddimi narahat olursan? Ya 
çoxlu bəzi adamlar kimi özün – özünə narahatlıqlar uydurursan?» 
 
           Son üç il ərzində Uinton özü də hiss eləmədən öz sinfinə qərəzlə yanaşmağa, kasıblara isə əvvəl 
olduğundan da dostcasına münasibət göstərməyə  başlamışdı. Muzdurlara, kiçik fermerlərə, 
dükançılara baş çəkir, düşəndə onların əlindən tutur, uşaqlarına xırda pullar bağışlayırdı. O, görünür, 
ağlına da gətirmirdi ki, bu adamlar özlərində təmənnasızlıq hissi yaranmasına icazə verə bilməzlər. O, 
yalnız bircə şeyi görürdü, onlar Cipi gülərüzlə və hörmətlə qarşılayırdılar, o da bu adamlara eləcə 
yanaşırdı. Di gəl, onu getdikcə daha çox iki, ya da üç varlı olan yerli torpaq sahibləri qıcıqlandırırdı, 
çayın sahilindəki öz şəxsi villalarında yaşayan yüksək təbəqənin nümayəndələrindən isə söz belə gedə 
bilməzdi. 
 
           İlk dəfə Uinton bura gələndə, çoxdan tanış olduğu torpaq sahiblərindən ən varlısı onu səhər 
yeməyinə dəvət elədi. O, münasibətləri aydınlaşdıracağına güvənərək, dəvəti qəbul elədi və elə ilk 
fürsətdə qızını yada saldı. 
 
      – O, çiçəklərə həvəs göstərir, – dedi, – Qırmızı evin ətrafında indi gözəl bağ var. 
 
         Onun tanışının arvadı əsəbi təbəssümlə mızıldandı: 
 
       – Oy, hə! Hə, hə, anlaşılandır… 
 
        Ortalığa ağır sükut çökdü. O gündən də Uinton dostu  və onun arvadı ilə qarşılaşanda onlarla buz 
soyuqluğu ilə salamlaşırdı. Axı o, dostugilə Cipin onlara qonaq çağrılmasına nail olmaq üçün yox
qızıyla ehtiyatsız rəftar eləyənlərin cəzasız qalmayacaqlarını hiss elətdirməyə getmişdi! Təpədən 
dırnağa kimi aristokrat olan bir adam kimi o, yaxşı başa düşürdü ki, ər sayılmayan bir kişiylə yaşayan 
qadını heç vaxt adamlar özülün qoruyucusu roluna namizəd kimi qəbul eləməzlər. Onlar üçün Cip, 
hətta boşanan və sonra yenidən nikah bağlayaraq, yaşayan adamların dairəsindən də kənarda idi. 
Ancaq, hətta aristokrat adam da bəzi donkixotluqlardan xali deyildi və Uinton qızından ötrü istənilən 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə