ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə74/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   70   71   72   73   74   75   76   77   ...   85

 
 
 
       Cip kabinetdə oturmuşdu və ay işığı onun sifətinə düşürdü. Yenidən bu qədim evdə keçirdiyi 
günlərin xatirəsi boy verməyə başladı. 
 
        Birinci qışda Sammerxey ovda özünü möhkəm əzmişdi. O vaxtdan iki il keçməsinə baxmayaraq,  
onu vəziyyətdən necə çıxartdığını xatırlamaq olduqca xoş idi. Sağalmasını sürətləndirmək üçün onlar 
martda Pireneyə, Arjelasa  getdilər, çiçəkləyən badamlar, mavi səma, misilsiz iki həftə! Onlar evə 
qayıdanda Londonda bir xoşagəlməz görüşləri oldu. Bir dəfə teatrdan çıxanda Cip qadın səsi eşitdi: 
 
        – Oy, Brayan! Biz çoxdandı görüşmürük! 
 
           O, qətiyyətsiz halda, sanki, müdafiə olunurmuş kimi cavab verdi: 
 
        – Salam! Diana, necəsən? 
 
        – Sən bütün vaxtı haralarda itib batırsan? Niyə bizə gəlmirsən? 
 
        – Kənddə yaşayıram, nə vaxtsa gələrəm. Görüşənə qədər.  
 
           Uca boylu, sarı saçlı, heyrətləndirici dərəcədə ağ dərili, qonur, hə, qonur gözlü qızdı… Cip bu 
gözlərin hansısa qızğın bir həvəslə onu təpədən dırnağa necə süzdüyünü görürdü. Brayan Cipin əlindən 
yapışdı.  
 
        – Gedək, maşın tutarıq. 
 
           Onlar adamların içindən çıxanda qız onun əlini sıxdı və soruşdu: 
 
        – O kimdi? 
 
        – Xalam nəvəsi, Diana Leyton. 
 
        – Sən onu yaxşı tanıyırsan? 
 
        – Oy, hə, biz tez-tez görüşərdik. 
 
        – O, sənin çox xoşuna gəlir? 
 
        – Ümumiyyətlə, hə. 
 
           O, diqqətlə qızın sifətinə baxırdı, onun adətən, ciddi gözlərində gülüş şölələnirdi. Bu günə qədər  
gözqamaşdırıcı ağ dərisi, qızğın qonur gözləri  və şölələnən sarı saçları olan bu ucaboylu qız Cip üçün, 
sadəcə, elə də xoşa gəlməyən xatirə idi. Məhz həmin gündən sonra onlar qərara aldılar ki, əlaqələrini 
heç kimdən gizləməsinlər, tanışlarından kiminləsə qarşılaşacaqlarından ehtiyat eləməyərək, hara 
istədilər getməyə başladılar. Cəmiyyətə qarşı etinasız olmağa məhəbbət qədər heç nə kömək eləmir. 
Bundan əlavə onlar Londonda çox az olurdular. Onun can atdığı ideal həyatın, ümumiyyətlə, 
Sammerxey üçün ideal olmadığı fikri Cipi heç vaxt    tərk eləmirdi. O, cəmiyyətin içində olmalı, 
adamlarla görüşməliydi. Onu kübarların əyləncələrindən və öhdəliklərindən ayırmaq olmazdı, gözəl 


günlərin birində o, hiss elərdi ki, qızın hesabına yüksələ bilmir. Hər gün Londona getmək yorucu idi və 
Cip onu   Templdə mebelli bir ev tutmağa, həftədə üç dəfə orada gecələməyə razı sala bildi. Onun 
bütün yalvarışlarına baxmayaraq, Cip bircə dəfə də bu otaqda olmamışdı və Londona gedəndə həmişə 
Beri-stritdə qalırdı. Cip onda belə bir hiss yaranmasından qorxurdu ki, onun çiyinlərində ağır yükdür. 
Onun üçün həmişə adi yox, arzuolunan olmasını, yanından gedərkən dərhal da yanına qayıtmağı 
arzulamasını  istəyirdi! Heç vaxt ondan soruşmurdu, haralarda olur, kimlərlə görüşür. Bəzən özündən 
soruşurdu, onu əvvəllər olduğu kimi sevirmi? Sevgilisinin də məhəbbəti onunku kimi coşqun, 
heyranedici, nəvazişli, bütünlüklə özünü fəda eləyəndirmi? Cip qəlbində öz sevgisinin əvəzində məhz 
belə sevgi istəyirdi, əks halda, məğrur qadın onu sevməyən insanı necə sevə bilərdi? Onun sevgisi hər 
şeyin hərəkətdə olduğu və dəyişdiyi bu dünyada ittifaqdan daha yaxşısını istəyirdi. Belə məhəbbətin 
yolunun qabağında dayanmağı heç ağlına da gətirmirdi. O heç bir şərt irəli sürmürdü, o nə vaxtsa 
atasının elədiyi kimi, hər şeyi bir karta oynayırdı.  
 
        Ay işığı indi artıq köhnə yazı masasını və qərənfil qoyulmuş güldanı daha aydın işıqlandırır, 
güllərə şəffaf çalarlar verirdi, sanki, onlar hansısa başqa, insan şüurunun dərk eləyə bilmədiyi bir 
dünyadan gətirilmişdilər. Ay parlaq şüalarını Volterin büstünün üzərinə salmışdı və sanki, büst yumulu 
gözlərinin kənarlarıyla gülümsəyirdi. Cip büstü azacıq fırladı ki, işıq Volterin o biri tərəfinə də düşsün. 
Büstün altında palıd taxtasının üstündə məktub var idi. Qız məktubu özünə tərəf çəkdi: 
 
                «Əziz Brayan! 
 
                         Gəl qulaq as, sən özünü xərcləyirsən!» 
 
         Cip məktubu yerinə qoydu və məktubu axıra qədər oxumaq, məktubun kimdən gəldiyini 
öyrənmək marağı ilə mübarizə apararaq ayağa qalxdı. Yox! Özgə məktublarını oxumurlar. Sonra birdən 
bu bir neçə sözün əhəmiyyəti ona çatdı: «Əziz Brayan! Gəl qulaq as, sən özünü xərcləyirsən!» Xətt 
qadın xəttiydi, ancaq nə anası yazmışdı, nə də bacıları, onların xəttini tanıyırdı. Bəs ona  özünü 
xərclədiyini yazmağa cürət eləyən kimdi? Məktub, şübhəsiz ki, birinci məktub deyildi. Ona yaxın olan 
hansısa qadın yazmışdı,   Cip onun adını bilmirdi, ona görə ki, heç vaxt onun haqqında danışmamışdı. 
Özünü nəyə xərcləyir? Onunla birgə həyatınamı? Bəlkə, elə belədir ki, var? Cip yaddaşına güc verdi. 
Keçən miladda, həmin günəşli, soyuq, gözəl iki həftədə o, tamamilə şən idi. İndisə may idi və əvvəlki 
şənlyindən əsər belə yox idi… «Gəl qulaq as, sən özünü xərcləyirsən!» Birdən Cipin qəlbində bu 
sözləri yazmağa cürət eləyən naməlum qadına qarşı qısqanclıq hissi alovlandı, hərarəti qalxdı, qulaqları 
qızarmağa başladı. Volter isə yenidən onu gözləyir və ona gülürdü. Cip otaqdan çıxdı və düşündü: 
«Gedib onu qarşılayacağam, mən burada otura və gözləyə bilmərəm».  
 
        Cip ay işığına qərq olmuş bağa çıxdı və aydın işıqlandırılan yolla ağır-ağır stansiyaya doğru 
getməyə başladı. Quru, şehsiz, sehrli gecəydi. Ayın şüaları ağacların üzərinə düşür, eynən qırov kimi 
ağacların gövdələrini və yarpaqlarını örtür, palıd pöhrəliyinə titrəyən şəffaf gümüşü don geydirirdi. 
Bircə yarpaq belə tərpənmirdi, heç yerdə bir ins-cins yox idi. Qız düşünürdü: «Mən onu bu pöhrəliklə 
evə ötürəcəyəm». Və onu meşənin uzaq kənarında gözləməyə başladı, o, buradan keçməliydi. Qatar 
gəldi, yanından maşınlar keçib gedirdi, onların arxasınca da velosipedçilər, sonra qız ilk piyadanı 
gördü, o, iti addımlarla addımlayır, sanki, qaçırdı. Qız onun Sammerxey olduğunu gördü, səsləyərək 
ağacların arxasında gizləndi. O, qızın arxasınca qaçdı.  
 
        Onlar böyük kötüyün üstündə oturdular. Cip onun kürəyinə söykənib tutqun budaqlara baxaraq 
soruşdu: 
 
       – Sənin üçün ağır günmü oldu? 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə