ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə75/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   71   72   73   74   75   76   77   78   ...   85

 
       – Hə. Gec başlayan məsləhətləşmələrdən ötrü yubandım. Sonra da qoca Leyton yeməyə dəvət 
elədi. 
 
        Cipə elə gəldi torpaq yüngülcə  ayaqları altından qaçdı. 
 
       – Bu Leytonlar İton-skverdə yaşayırlar, hə? Yaxşı ziyafətdi? 
 
       – Yox, ancaq qocalar idilər, Berti və Diana. 
 
       – Diana? Bu biz teatrdan çıxarkən qarşılaşdığımız həmin qızdırmı? 
 
       – Nə vaxt?!  Ax hə!... Cip, sənin necə yaddaşın var! 
 
       – Hə. Söhbət məni maraqlandıran məsələlərdən gedəndə, yaddaşım mənə yaxşı kömək eləyir. 
 
      – Məgər Diana səni maraqlandırır? 
 
      – Hə. O ağıllıdır?              
 
      – Elə düşünürəm, ona ağıllı demək olar. 
 
      – O, sənə vurulub? 
 
      – Ədalətli Allah! Bu haradan çıxdı? 
 
      – Məgər bu belə ağlasığmazdır?  Bax, elə mən də sənə vuruldum. 
 
        O, Cipi öpməyə başladı, Cip isə gözlərini yumaraq düşünürdü: «Cavab verməmək üçünmü məni 
öpür?» Bir anlıq sükut çökdü.  
 
        – Brayan, mənə düzünü de… Sənin nə vaxtsa… nə vaxtsa ağlına belə bir fikir gəlməyib ki, özünü 
mənimlə xərcləyirsən? 
 
           Cip onun əllərinin necə titrədiyini açıq-aydın hiss elədi, ancaq onun sifəti səmimi və sakit idi
səsi də əvvəlki kimiydi, yalnız azacıq da olsa hirsləndiyi hiss ounurdu. 
 
        – Özümü xərcləmək! Əzizim, bunlar nə qəribə fikirlərdir? 
 
        – Söz ver, nə vaxt sənə lazım olmadığımı mənə deyəcəksən. 
 
        – Əla! ancaq mən nə vaxtsa həyatımda sənsiz yaşaya biləcəyimi düşünmürəm. 
 
        – Mən elə də əmin deyiləm.  
 
        – Mənsə əminəm. 
 
 
 


                                  
 
IV    FƏSİL 
 
 
 
         Səhərisi aşağı düşən Sammerxey birbaşa öz kabinetinə getdi, o, özündə deyildi: «Özünü 
xərcləyirsən!..» Diananın məktubunu hara qoymuşdu? Məktubu təzəcə oxuyub qurtaranda Cipin içəri 
girdiyini xatırladı. Rəfləri, yeşikləri axtarmağa başladı, üstdə olan hər şeyi seçib baxırdı və nəhayət, 
Volterin büstünü kənara itələdi, məktub büstün altındaydı. Yüngülləşmiş halda məktubu oxumağa 
başladı. 
 
        «Əziz Brayan! 
 
          Gəl qulaq as, sən özünü xərcləyirsən!  Mənim quzum, bu belədir.  Ilfaut se faire valoir! (Öz 
qiymətini bilməlisən (Frans.) Sən indi yalnız bir ayağınla addımlaya bilirsən, o biri ayağın isə Allah 
bilir, hansısa sehrli yarığa  pərçim olub. Cəmisi otuz yaşında bir ayağın qəbirdə olasan! Di bəsdir, 
Brayan! Buna son qoymaq lazımdır. Səni irəlidə çoxlu uğurlar gözləyir. Bekara yerə mısmırığını 
sallayab, burnumu başqasının işlərinə soxmayım deyə təkrar eləmə. Mən səni bütün tanıyanların 
adından deyirəm. Qızılgülü hansı xəstəliyin məhv elədiyini biz hamımız bilirik. Bundan əlavə mənim 
beş yaşım olandan indiyə kimi sən mənim ən sevimli xalam nəvəsi idin, onda sən on yaşlı davakar 
oğlan idin və   sənin üzüyuxarı qalxmaq əvəzinə, üzüaşağı yuvarlanmağını seyr eləmək ürəyimi 
bulandırır. Hə, mən bilirəm, «bütün dünya cəhənnəm olsun!» Bəs sən özün necə? Mənsə elə 
düşünürəm, bütün dünya səni cəhənnəmə göndərir! Bəsdir! Haçan bizə gələcəksən? Mən həmin kitabı 
oxumuşam. Müəllif görünür, elə zənn eləyir ki, məhəbbət, yalnız ehtirasdır, ehtiras isə həmişə nədənsə 
fəlakətli olur. Bu belədirmi? Bəlkə, sən yaxşısını bilirsən?   
 
         Sənə qarı kimi məktub yazdığıma görə mənə hirslənmə.  
 
                                          Sənə sadiq olan xalan nəvəsi 
 
                                                                 Diana Leyton». 
 
        Məktubu cibinə qoydu. Məktub bu büstün altında gərək ki, iki gün qalmışdı! Cip onu 
görmüşdümü? Bürünc sifətə baxdı, filosof onu oturduğu yerdən dərindən süzərək, sanki, deyirdi: 
«Mənim balam, sən insan ürəyi haqda nə bilirsən? Öz ürəyin, sevgilinin ürəyi, ya da hansısa başqa bir 
qızın ürəyi? Ürək hələ səni əlçatmaz yerlərə aparar! Ürəyi konvertə qoymaq, iplə sarımaq, surqucla 
möhürləyib yeşiyə atmaq və yeşiyi də bağlamaq olar! Sabah isə heç nə olmayıbmış kimi azadlıqda 
olacaq və elə sənin həmin konvertinin üzərində atılıb düşücək. Ha-ha!» 
 
        Sammerxey düşündü: «Ey, qoca keçi! Sənin özünün heç vaxt ürəyin olmayıb!» Yuxarıdakı otaqda, 
bəlkə, hələ də Cip güzgünün qabağında dayanmışdı,  saçını darayıb qurtarmaq üzrəydi.   Doğrudan, axı, 
hər hansı bir insan əclaf olar ki, hətta düşüncələrində belə özünə rəva görməsə… «Kifayətdir! – sanki, 
filosofun gözləri deyirdi. – Rəhmdillik? Bu gülməlidir! Bəs niyə o sarı saçlı, elə ağ dərili və alışıb 
yanan gözləri olan qıza yazığın gəlməsin?» Qoca şeytan! Yox, onun ürəyi Cipə məxsusdu və dünyada 
heç kim onu Cipdən ayıra bilməzdi! O, Cipi necə sevirdi, necə də sevirdi! Cip onun üçün həmişə elə 
qalacaq, necə… Filosofun ağzı əyildi. Sanki, deyirdi: «Tamamilə doğrudur, əzizciyəzim! Ürək hər şeyi 
yaddan çıxaran əşyadır, tutumu çoxdur!» 
 


        Yüngül səs onu geri dönməyə məcbur elədi. Qapıda balaca Cip dayanmışdı.  
 
        – Salam, Brayan! – qız ona tərəf uçdu və o, qızdan yapışıb dizlərinin üstündə oturtdu, onun gur 
qıvrım saçlarında günəş işığı oynaşırdı. 
 
        – Hə, qaraçı, indi kim böyük qızdır? 
 
        – Mən artıq at minirəm.      
 
        – Oho! 
 
        – Brayan, gəl Xampti-Dampti oynayaq! 
 
        – Oynayaq! 
 
          Cip hələ də saatın dördə biri qədər vaxtını aparan,  yüz işindən biri olan işini qurtarmamışdı, bu 
işi qurtarandan sonra qadınlar deyirlər, «tamamilə hazıram». Balaca Cip: «Xampti!» deyə qışqıranda, 
Cip iynəni bir kənara qoyub,  bu müqəddəs ayinə baxmağa başladı. 
 
           Sammerxey çarpayının üstündə oturub, əllərini düymüşdü, boynunu uzadararq ovurdlarını 
şişirtdi, bununla da sifətini yumurtaya oxşatmaq istəyirdi. Sonra isə birdən  uzanıb çarpayıyla 
diyirlənməyə başladı, balaca Cip buna alışdığından elə də təəccüblənmədi.  
 
           Balaca Cip özünü «bütün krallığın atlı qoşunu» kimi təsəvvür edərək, mənasız yerə  onu 
qaldırmağa cəhd edirdi. Cipin özünün də yüz dəfələrlə oynadığı köhnə oyun bu gün onun üçün xüsusilə 
doğma idi. Əgər o, belə gülməli yeniyetmə ola bilirdisə, onda bütün bu şübhələr nəyə dəyərdi! Cip 
onun sifətinə baxdı,  başını o tərəf – bu tərəfə fırlasa da, balaca yumruqlar aravermədən onu döyəcləsə 
də,    sifəti dinc və sakitdi. Cip düşünürdü: «Bir də bu qız cürət eləyib deyir ki, o, özünü xərcləyir!» 
Həmin ağ dərili hündür qız. Teatrdan çıxarkən rastlaşdıqları və onun dünən birlikdə yemək yediyi 
Diana yazmışdı bu sətirləri. Cip indi buna əmindi!.. 
 
        Təpələrlə bir xeyli at çapandan sonra yorulmuş atlarını saxlayanda Cip Sammerxeyə baxmadan 
birdən soruşdu: 
 
       – O qız ovçudur?      
 
       – Kim? 
 
       – Sənin xalan nəvəsi Diana. 
 
         O, tənbəlcəsinə cavab verdi: 
 
       – Nəydi, olmaya  elə güman eləyirsən, o, məni ovlamaq istəyir? 
 
         Cip onun belə danışıq tərzinə bələddi, sifətinin ifadəsindən əsəbləşdiyini başa düşürdü, ancaq 
özünü saxlaya bilmədi.  
 
       – Hə, elə güman eləyirəm. 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə