ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə76/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   72   73   74   75   76   77   78   79   ...   85

       – Cip, demək, sən məni qısqanmağa başlayırsan? 
 
        Onun soyuq, qəsdən açıq dediyi sözlərdən Cipin ürəyi sıxıldı, atını mahmızladı. Bir də atını 
dayandıranda Sammerxey onun sifətinə baxdı və qorxdu. Qız, sanki, daşa dönmüşdü və o, sakitcə dedi: 
 
       – Cip, mən səni incitmək istəmirdim. 
 
          Cip isə, yalnız, başını yırğaladı. Yox, o, məhz bunu istəyirdi, onu incitməyi! 
 
        – O uzun ağ buludu və göyün yaşıltəhər rəngini görürsənmi? – qız dedi. – Sabah yağış yağacaq. 
Hər aydın gündən axırıncı gün kimi istifadə eləmək lazımdır.  
 
           Həyəcanlanmış, dilxor olmuş, həm də azacıq hirslənmiş Sammerxey atını onunla yanaşı sürürdü.  
 
           Cip gecə yuxuda ağlayırdı, o, qızı oyadanda, qız ona sığınıb hıçqıraraq dedi: 
 
        – Ah, yuxuda görürdüm ki, sən daha məni sevmirsən! 
 
            Bir xeyli qızı qucaqladı, onu sakitləşdirdi. O, həmişə, həmişə onu sevəcəkdi! 
 
           Ancaq ovuc içi boyda bulud böyüyüb ən aydın günü tutqun gün eləyə bilər. 
 
                        
 
V    FƏSİL 
 
 
 
           Yay keçdi, ancaq onların hər ikisinin ürəyində hələ də gizli bir ağırlıq     qalmışdı.  Günəşli 
günlər xeyli uzun olurdu, amma sonra ən yüksək hədlərinə çatanda, tədricən qısalmağa başladılar. 
Şənbə və istirahət günləri onlar qayıqda üzürdülər, bəzən Uinton və balaca Ciplə, ancaq ən çox da ikisi 
bir yerdə. Cip üçün çay heç vaxt birinci gecədə olduğu kimi füsunkarlığını itirməmişdi.  
 
         Bütün həftəni Cip  onunla təklikdə qalacağı bu saatları arzuladı, o saatları ki, qayığı əhatə eləyən 
sular onu təkcə Sammerxeyi əlindən ala biləcək dünyadan yox, həm də Cipin çoxdan «köhnə 
georgiyalı» kimi dəfn elədiyi şəxsi xasiyyətinə xas olan xüsusiyyətləri  də ondan  ayırsın. Bir dəfə ona 
mantiyada və parikdə baxmaq üçün məhkəməyə getməyi qərara aldı. Alnının üstündəki kobud, boz 
qıvrım saçlarında o, qızın heç vaxt mənsub olmayacağı  təmtəraqlı dünyanın  sərt və müdrik adamı 
kimi  görünürdü. Sammerxeyin varlığının, yalnız bir tərəfinin onun üçün əlçatan olduğunu Cip başa 
düşürdü! Çayda o, bütünlüklə ona məxsusdu, əziz, tənbəl, onu dünyalarca istəyən.   Başını Cipin 
dizlərinin üstünə qoyur, suya atılaraq ətrafında üzürdü. Açıq boynu və gülümsəyən sifətiylə oturub 
avarları götürür və onlar ağır-ağır suyun axını istiqamətində üzürdülər. O, oxuyurdu. «Dalğa, məni irəli 
apar!» Hər həftə heç olmasa, bir neçə saatlığa onun bütünlükdə heç vaxt ona qismət olmayacağı 
fikrindən azad olmaqdan daha sevincli nə ola bilərdi? Hər halda, ürəyində gizli saxladığı bu yük günü-
gündən artırdı. 
 
        Tətillər başlayanda Cip özündən qəhrəmanlıq tələb eləyən bir qərar qəbul elədi, qoy Sammerxey 
bir ay ondan ayrı yaşasın! Betti balaca Ciplə dəniz sahilində olduğu müddətdə o, atasını müalicəyə 
aparardı. O elə inadla bu qərarında təkid elədi ki, Sammerxey xeyli etiraz eləyəndən sonra nəhayət, 


çiyinlərini çəkib dedi: 
 
       – Bir halda ki, məndən canını qurtarmağı  belə istəyirsənsə, yaxşı.   
 
        «Ondan canımı qurtarmaq!»   Cip hisslərini boğmağa özünü məcbur  eləyib gülümsəyərək dedi: 
 
        – Nəhayət ki! Bu da yaxşı oğlan!    
 
           Nə olacaqsa, olsun! Yalnız o, əvvəl necəydisə, elə də qayıda bilsəydi! Cip onun hara və kimin 
yanına gedəcəyini soruşmadı. 
 
 
 
        Tenbric su mənbələri təqaüddə olan və ürəklərini sonuncu təqaüdə hazırlayan adamlar üçün  
füsunkar məhşərdir. Adamlar burada təpələrin üstündəki uzun cərgələrlə düzülmüş tənha villalarında 
mürgüləyirlər. Burada günəş meşələri və çəmənlikləri elə də yandırmırdı ki, adamlar buradan dənizə 
getməyə can atsınlar. Onlar «Petayl»da alver eləyir, təpələrdə gəzir, ya da otlu parklarda qolf ağaclarını 
yelləyirlər, bir-birlərinə qonaq gedərək çay içir və çox saylı kilsələrə gedirlər. Onlar hamısı bu və başqa 
dərəcədə həyatdan ayrı düşüblər və yalnız həyatlarını uzatmağa çalışırlar.    
 
        Cip və atası oteldə otaq tutmuşdular, burada atası dağlara qalxmadan vanna qəbul eləyə və su içə 
bilirdi. Bu, altı il əvvəl onun Bisbadendə qızyla birlikdə olduğu müalicədən sonra ikinci müalicəsi idi. 
Cip özünü başqa cür hiss edirdi, tamam başqa cür! O vaxt o,  həyatı, sanki, hər içkidən azacıq olmaqla 
kiçik qurtumlarla içirdi, indi isə bir uzun qurtumla içir, ancaq yanğısı keçmirdi.  
 
        Cip gününü poçtu gözləməklə keçirirdi və məktub olmayanda qolları yanına düşürdü. Özü isə hər 
gün yazırdı, bəzən, hətta iki dəfə yazır, amma sonra bu ayrılığa nəyə görə razı olduğunu düşünərək
ikinci yazdığını cırırdı. Birinci həftə Sammerxeyin məktubları hamar, sakit idi, ikinci həftədə qızğın, 
üçüncü həftədə isə dəyişkən oldular. O, ya gələcəyə ümidlə baxır, ya da  ruhdan düşürdü. Üçüncü 
həftədə Rozamunda bibi gəldi. Bu qadın Cipin yeni vəziyyətində onun sadiq tərəfdarı idi. Forsenə 
gəlincə isə  qərarı qətiydi, ona elə də lazımdır! Qadın kişilər və nikah qanunları haqda elə də yüksək 
fikirdə deyildi. Rozamunda bibinin nəzərincə, bu məsələlərə görə zərbə alan hər bir qadın qəhrəman 
idi. Bibisi Cipin əslində, nikah qanunlarına və buna oxşar şeylərə hücum eləmək fikrində olmadığını 
unudurdu. Rozamunda bibinin aristokrat və üsyankar qanı qadını özlərinin şəxsi mülkiyyəti hesab 
eləyən, onun «xanja» adlandırdığı  kişilərə qarşı nifrətlə qaynayırdı. Görünür, məhz bu, onu özünü 
qorumağa və buna oxşar vəziyyətə düşməyə məcbur eləmişdi. 
 
        Qadında Cip üçün yeni xəbərlər vardı. «Mən Bond-stritdəki həmin şirni dükanının yanından 
keçirdim, əzizim, sən onu tanıyırsan, orada xüsusi saqqızlı konfetlər satırlar… Sən necə düşünürsən, 
səncə, oradan kim çıxdı? Miss Dafna Uinq və bizim dostumuz Forsen, o, olduqca qaşqabaqlı 
görünürdü! O, mənə yaxınlaşdı, balaca qadın öz pişik gözlərini ona dikmişdi. Düzünü deyim, mənim, 
hətta ona yazığım gəldi. Onun baxışları elə həminki ac baxışları idi, qızın isə gözlərindən, sanki, iki 
nəfərin əvəzinə yeməyə hazır olan adamın gözlərindəki ifadə var idi. O, məndən səni xəbər aldı.  
«Görəndə, –  dedi, – deyin ki, onu unutmamışam və heç vaxt da unutmaram. O, tamamilə haqlıymış, 
mən ancaq belələrinə layiqəm». Və o, qıza elə baxdı, sadəcə, mən özümdə olmadım. Sonra baş əydi və 
onlar getdilər, qız mis pul kimi işıldayırdı, o isə… Doğrudan da, mənim ona yazığım gəldi». 
 
          Cip sakitcə dedi: 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə