ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə81/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   77   78   79   80   81   82   83   84   85

açılmamışdı. 
 
       – Cip, Allah xatirinə, dünəndən indiyə kimi nələr baş verib? Mənə əzab vermə, de görək! 
 
        Cip döndü və ona baxdı: 
 
       – Riyakarlıq eləmə, sanki, məni öpə bilmədiyin üçün çox kədərlənibsən! Brayan, özünü bicliyə 
vurma! Axı sən bilirsən, bu riyakarlığın təkcə bir aylıq deyil. 
 
        Sammerxey səsini qaldırdı: 
 
       – Sən, yəqin, nəyəsə aludə olubsan. Nədən danışdığını   başa düşmürəm. 
 
       – Yox, başa düşürsən! Sən dünən «Tamamilə təcilidir» qeydi ilə yazılmış məktubu aldın?  
 
        Belədir ki, var! O sərtləşdi və birbaşa dedi: 
 
       – Hə, aldım. Diana Leytondan. Sən narazısan? 
 
       – Yox, ancaq bir düşün, məktub buradan sənə necə elə tez yetişə bilərdi?  
 
       – Bilmirəm, – qaşqabaqlı halda cavab verdi, – yəqin, poçtla. 
 
       – Yox! Mən özüm altının yarısında onu sənin poçt qutuna qoydum.  
 
         Sammerxey tez düşünməyə alışmışdı və dərhal da deyilənlərin mənası ona çatdı. Diqqətlə qıza 
baxıb: 
 
       – Onda sən bizi də gördün? – deyə soruşdu. 
 
       – Hə. 
 
         O, ayağa qalxdı, gücsüz halda əllərini açdı və dedi: 
 
       – Cip, lazım deyil! Belə insafsız olma! Mən sənə and içirəm… 
 
          Cip qısaca güldü və arxasını ona çevirərək saçlarını yığmağa başladı. Onlarda belə bir qorxunc 
hiss yaranmışdı ki, indicə nəsə başlarından vuracaq. O, özünü itirmiş halda dedi: 
 
       – Mən, yalnız onu çaya qonaq elədim. Nəyə görə də yox? O, mənim xalam nəvəsidir, axı bunlar 
boş şeylərdir. Nəyə görə mənim haqqımda ən pis şeyləri  düşünürsən? O, mənim otağıma baxmaq 
istəyirdi. Mən etiraz eləyə bilmədim. 
 
       – Sənin boş otağına? Əl çək, Brayan, bu nə aciz çərənləmələrdir! Mən səni eşitmək belə istəmirəm. 
 
        Sammerxey qırmancla vurulubmuş kimi diksindi və sərt halda ona tərəf dönüb dedi: 
 
       – Demək, sənə mənim haqqımda ən pis şeylər düşünmək ləzzət eləyir? 
 


        Cipin barmaqları bir anlığa dayandı. 
 
        – Mən sənə həmişə demişəm, sən tamamilə azadsan. Elə düşünürsən,  bunun neçə aydı davam 
elədiyindən xəbərsizəm? Ancaq qürurun oyandığı saat gəlir və vəssəlam. Xahiş edirəm, məni aldatma. 
 
        – Mənim aldatmaq adətim yoxdur.         
 
          O, özünü hansısa tora düşən və oradan çıxa bilməyən adam kimi hiss edirdi. Hər şeyin günahı 
Diana ilə onun münasibətlərindəki lənətə gəlmiş təklifsizlikdə idi, nəyə görə o bütün bunları Cipə 
danışmamışdı? Ancaq onu həqiqəti duymağa  necə məcbur eləyəsən, hiss eləsin ki, təkcə onu sevir
təkcə onu! 
 
       – Cip, and içirəm, bircə öpüşdən başqa heç nə olmayıb, o da… 
 
       – Oy, çıx, dərhal çıx! – deyə Cip qışqırdı. 
 
          O, əlini qızın çiyninə qoydu. 
 
       – Mən, yalnız səni sevirəm. And içirəm! Nəyə görə  mənə inanmırsan? Sən mənə inanmalısan. Bu 
səfehlikdir. Səfehlikdir! Bizim məhəbbətimiz haqda düşün, hər şey haqqında düşün… 
 
        Onun sifəti buz kimi soyuq olmuşdu və  əlini qızın çiynindən çəkib mızıldandı: 
 
       – Sənin bu məğrurluğun necə də qorxuludur! 
 
       – Olanım budur. Haçan istəsən, onun yanına gedə bilərsən. 
 
       – Onun yanına getmək? Hə, mən bunu bacarmaram… əgər istəyirsən.. əgər istəyirsən mən bir daha 
onunla görüşmərəm.  
 
       – Eh, dayan! Bunun nə faydası? 
 
        Sammerxey indi düşündüyünü deyirdi və hər halda, Cipi inandırmaq gücündə deyildi. Bu dəhşət 
idi! Həm də ədalətsizlikdi. Ağılsızlıqdı! O neylədi ki, Cip ona olan bütün etimadını itirdi və birdən qız 
üçün balaca əclafa yaxın birisi oldu? Məgər  qız onu öpdüyü üçün o günahkardı? Bəlkə,  qızın ona 
vurulduğuna görə günahkardı? Ya da ona görə ki, o kişiydi? Ağılsızlıqdı, ədalətsizlikdi, namərdlikdi!  
Cipi hirslə süzərək otaqdan çıxdı. 
 
        Kabinetində taxtın üstünə atıldı və üzünü divara döndərdi. Ancaq heç beş dəqiqə keçmədən 
hirslənməsi ona uşaqlıq kimi gəldi və əriyib yox oldu, qəzəbin yerinə dəhşətli, aramsız həyəcan gəldi. 
Hiss elədi ki, Cipin bütün varlığı, məğrurluğu və inamsızlığı, hə, hətta məhəbbəti də ona qarşıdır! Cipə 
ondan başqa heç kim lazım deyildi, o isə, aza da qane olmağa hazır idi… Ancaq özünü dalana dirənmiş 
hesab elədiyindən  bunları dumanlı halda təsəvvür eləyirdi və onda qarşısına çıxan bütün sədləri 
buynuzu ilə vurub aşan cöngə olmaq arzusu baş qaldırırdı… Bütün bunlar nə qədər davam eləyəcəkdi? 
Ayağa qalxıb otaqda gərdiş eləməyə başladı, başını ya aşağı salır, ya da məngənəylə sıxıldığı fikrini öz 
üzərindən atırmış kimi, silkələyirdi. Diana!.. Bir daha onunla görüşməyəcəyini dedi. Həmin öpüşdən 
sonra? Vidalaşarkan onu süzdüyü həmin baxışlardan sonra? Birdən-birə əlaqəni beləcə kəsmək olarmı? 
O titrədi. Ah, bütün bunlar necə də iyrənc idi! Axır bir çıxış olmalıydı? Bəlkə də, amma necə? 
 


        Həyatda insan tez-tez belə iztirablara düçar olur, onun tutqun, qaşqabaqlı çöhrəsi artıq ağacların 
arasından özünün gah solğun yanaqlarını, gah da qorxudan inadkarlıq  və aydın olmayan reallıq həkk 
olunmuş qara gözlərini ona göstərirdi.  
 
 
 
  
 
IX   FƏSİL 
 
 
 
       Cip otağında qaldı və özünü bədbəxt hiss eləyən hər bir qadın kimi xırda-para işlərlə məşğul 
olmağa başladı, yataq ağlarına lent tikdi, üzükləri sildi. Səhərdən onun qəlbində özünə yer eləmiş cin 
oğrunca yoxa çıxır, yerində üzərinə çökən bədbəxtliyin tutqun kölgəsi qalırdı. O, öz sevdiyini 
cəzalandırarkən nə isə bir məmnunluq hiss edirdi, indisə ona, yalnız ağrılar və acılar qalmışdı.  Bunun 
nə xeyri, təsəllisi vardı? Yaranı xırda iynələrlə çirkləndirərək, özəyini qurdlara yoluxdurmaqla  onu 
sağaltmaq olarmı? Sevdiyin adama ağrılar bəxş eləməklə özünü sağalda bilərsənmi? Əgər o indi yuxarı 
qalxıb ona azacıq belə işarə versəydi, Cip onun boynuna atılardı.  Ancaq saatlar keçir, o, yuxarı 
qalxmırdı, Cip də aşağı düşmürdü, özünü tamam əzgin və bədbəxt hiss edirdi. Artıq qaranlıq düşürdü, 
ancaq o, pərdələri çəkmir, işıqları yandırmırdı. Ay, bağ, küləyin təsiri ilə xışıldayan yarpaqlar ona 
məyusluq gətirirdi. Balaca Cip qaçıb gəldi. Orada bağda ağac vardı və onlar dırmaşıb iki  səbət qoza 
yığıblar, amma donuzlar hamısını yeyib. Sonra donuzlar qaçıblar və Betti də onu tutmalı olub. Brayan 
isə hələ də kabinetində gəzişir, elə məşğuldu ki, onu dəfələrlə öpüb! 
 
         Əgər külək onun əzabverici hisslərini dağıda bilsəydi, bununla da hər şeyə son qoyulardı, Brayan 
nə qədər riyakarlıq eləsə də, onu sevirdi! Belə şəkkak xasiyyətli, özünə əmin olmayan, kiməsə etibar 
eləməyən qadınlar bir dəfə köklərindən pozuldularmı, bir daha bərpa oluna bilməzdilər.  Özünü sözsüz 
məhəbbətə təslim eləyib, yarımməhəbbətlə kifayətlənmək onun məğrur xarakteri üçün uyğun deyildi.  
O, məhəbbətdən qorxurdu, onun gəlməsinə müqavimət göstərirdi, indisə məhəbbət bütün varlığına 
hakim kəsilmişdi. Həmin gündən o, başqa heç nə üçün yox, ancaq sevgi üçün yaşayırdı, hər şeyini 
verirdi və hər şeyi də almaq istəyirdi. İndisə bütün aydınlığı ilə dərk edirdi ki, hər şeyi ala bilmir. 
Aylarla o, lap elə azacıq da olsa, başqa qadın haqqında düşünürmüş.  Lap elə həmin bircə öpüşdən 
başqa heç nə yox idi, məgər bu azdı? Bu qızın, xalası nəvəsinin əlində hər şeyi vardı, cəmiyyət, nüfuzlu 
ailəsi, təmin olunmuş həyatı, ən çox da   kişilərə görə gənc,  hələ oyanmamış kədər hissi də onun 
tərəfindəydi. O, Diana ilə evlənə bilərdi! Bu fikir aramsız olaraq Cipi təqib edirdi. Kişilərə məxsus 
ehtirasın təsadüfi partlayışı  ona hər şeyi unutdura bilərdi. Amma bu qız, xalası nəvəsi onu Cipin 
əlindən alırdı! Bu qız öz qürurunudan əl çəkməsə onu saxlaya, əlini və qolunu bağlaya bilərdimi? 
 
        Cip onun hamama qalxdığını eşitdi və ordaykən səssizcə aşağı düşdü. Həyat öz axarı ilə 
getməliydi, xidmətçilər heç nə hiss eləməməliydilər. Royalı açıb çalmağa başladı. Dərhal da 
Sammerxey içəri girdi və sakitcə buxarının qabağında dayandı. 
 
        İşgəncəli söhbətlərlə müşaiyyət olunan nahar dözülməz idi, nahar qurtaran kimi də onlar ayrıldılar, 
o, kabinetinə getdi, Cip isə royalın yanına. Əgər kimsə içəri girərsə, hər an dillərə vurmağa hazır 
vəziyyətdə oturmuşdu. Dizləri  üstə  qoyduğu əllərinə göz yaşı damcıları düşürdü. Bütün qəlbi ilə ona 
doğru can atırdı, getsin, qucaqlasın, qışqırsın: «Mənim üçün onsuz da fərqi yoxdur! … Onsuz da! Nə 
istəyirsənsə elə, ancaq məni azacıq da olsa sev!» Hə, indi artıq azacıq da olsa. Məgər bu mümkündü? 
Yox, onun üçün yox! 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə