ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə82/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   77   78   79   80   81   82   83   84   85

 
       Tam ümidsizlik içində yuxarı qalxıb uzandı. Onun necə yuxarı qalxdığını eşitdi, nəhayət ki! Budur, 
buxarının işığında onun qarşısında diz çöküb. 
 
       – Cip! 
 
        Cip yerindən qalxdı və titrəyərək onu qucaqladı. Boğulanlar öz xilasedicilərindən belə yapışırlar. 
Məğrurluq bir tərəfə atıldı, yalnız onu bir daha özüylə yanaşı hiss eləsin, bir daha qayıdışı mümkün 
olmayan keçmişi geri qaytarsın! Cip onun bəraətlərinə və əbədi məhəbbətinə, sadiqliyinə dair 
bəraətlərinə xeyli qulaq asdı, bütün bunlar yad və əzabverici, eyni zamanda da uşaq hərəkəti, 
mütəəssiredici idi və Cip özü onu sakitləşdirirdi. Bu saatda Cip özünü olduğundan da çox ələ almağı 
bacardı. Onun ürəyində nələr baş verirdi, mühüm deyildi, təki o, xoşbəxt olsun, təki bütün 
arzuladıqlarına çatsın, əgər mümkün olacaqdısa onunla yaşasın, ya da onsuz, hətta həmişəlik onsuz… 
 
        Amma Sammerxey yatandan sonra Cip üçün ən dəhşətlisi başladı, gecənin bu gec saatlarında, hər 
şey nəhs işığın fonunda görünəndə o, öz hönkürtülərini saxlaya bilmədi və yalnız ağzını balışa sıxaraq, 
hıçqırıqlarını boğmağa çalışdı. Sammerxey oyandı və vəssəlam, hər şey yenidən başladı. Cip ağlayaraq 
deyirdi: «Hər şey qurtardı», o isə təkrar eləyirdi, «Qurtarmayıb». Bütün insan faciələrində olduğu kimi 
hər ikisi özünə görə haqlı idi. Cip özünü bütünlüklə onun ixtiyarını vermişdi və ondan da belə hərəkət 
eləməsini gözləyirdi, amma bunun mümkün olmadığı məlum oldu. Cip ona lazım idi, həm də ona 
sakitlik və məzəmmət olunmadan yaşamaq lazımdı, amma o, bunu ala bilmirdi. O,  mümkün olmayanı 
eləmirdi, Cip isə eləyirdi. 
 
        Nəhayət, qısa bir sakitlik başladı. Cip uzun müddət yuxuya getmədən uzandı və qaranlığa baxaraq, 
bütün bunlara dözmək üçün özündə güc axtarmağa başladı, ancaq tapa bilmədi. Onu ikinci həyatından 
qopara bilməzdi! O isə nə qədər bu həyatı yaşayacaqdı, qızın onu əlindən almasına Cip heç cür mane 
ola bilməyəckdi. Daima onu izləyə, sorğu-suala tuta bilməzdi. Amma kar və kor da yaşamaq, özünü 
heç nəylə ələ vermədən naharlara da razılaşmaq olmazdı. Nə desə də, onun həmin qızdan imtina 
eləmək fikrində olmadığını hiss edirdi, hətta qız ondan imtina eləsəydi belə. Cipdə özünə belə mənfur 
görünən bir fikir formalaşırdı, onu sınasın!.. Ehtiyatla öz əllərini ondan çəkib o biri böyrü üstə çevrildi 
və tamam gücdən düşmüş halda, nəhayət, yuxuya getdi.  
 
        Növbəti səhər isə Cip heç bir vicdan əzabı hiss eləmədən öz planını həyata keçirməyə başladı. 
Özünü gülməyə məcbur eləyir, aralarında heç nə olmayıbmış kimi danışırdı və  onun açılan sifətindən 
hiss edirdi ki, bu dəyişiklik Sammerxeyi çox sevindirir. Ürəyi isə əvvəlki kimi ağrıyırdı. Cip onun 
getmək üçün hazırlaşmağa başlamasını gözlədi və yenə də gülümsəyərək dedi: 
 
       – Əzizim, gecə olanları unut. Mənə söz ver! Sən heç nə itirməli deyilsən. Onunla dostluq eləyə 
bilərsən. Mən etiraz eləməyəcəyəm, əksinə, tamam xoşbəxt olacağam. 
 
           O, dizləri üstə çökdü və alnını onun sinəsinə söykədi. Cip onun saçlarını sığallayaraq dedi: 
 
       – Sən öz ürəyin istəyən kimi hərəkət eləsən, mən, yalnız xoşbəxt olaram. Buna azacıq belə etiraz 
eləməyəcəyəm. –  Və Cip  onun qayğılarının demək olar ki, tamamilə yoxa çıxdığını gördü. 
 
       – Sən, əslində də belə düşünürsən? 
 
       – Hə, əslində də. 
 


       – Demək, sən bütün bunların bizim məhəbbətimizin müqabilində boş şeylər olduğunu, tamam boş 
şeylər olduğunu başa düşürsən? 
 
        O, Cipin əzablarını qəbul eləməyə hazır idi! 
 
       – Sənin üçün bu dostluqdan imtina eləmək yaxşı deyil, çətindir. Bu sənin xalan nəvəni də təhqir 
eləyə bilər. 
 
        Cip onun sifətindən tamamilə sakitləşdiyini gördü və birdən gülümsədi. O, ayağa qalxdı və dalğın 
halda Sammerxeyə baxmağa başladı: 
 
       – Ah, Cip, Allah xatirinə yenidən başlama! 
 
         Cip hıçqırıqlarını boğdu və dönüb əlləriylə üzünü örtdü. Onun bütün xahişlərinə, öpüşlərinə bircə 
sözlə belə cavab vermirdi və nəhayət, əlindən çıxıb qapıya doğru qaçdı. Onu ümidsiz hisslər 
bürümüşdü. Niyə yaşasın? Əgər ölsəydi, onun üçün də sakitlik olardı, elə hamı üçün də! Ancaq o qaçıb 
Cipin qabağını kəsdi.  
 
        – Cip, Allah xatirinə! Mən ondan imtina eləyəcəyəm, düz sözümdü, imtina eləyəcəyəm… Sən… 
sən… yalnız ağllı ol! Axı səninlə müqayisədə o, mənim üçün nədir? 
 
         Yenidən fasilə verdilər, hər ikisi bunun, yalnız onların əzab çəkməsindən ötrü olduğun bilirdilər. 
 
        Kilsə zəngləri çalırdı, cənub-qərbi külək sakitləşmişdi, təbiətdə də gecə başlayan və on iki – on 
beş saat davam edən müvəqqəti sakitlik hökm sürürdü. Bağ   sarı-yaşıl  rənglərdən tutmuş, mis-qızılı 
rəngli bütün çiçəklərin yarpaqları ilə örtülmüşdü. 
 
        Sammerxey ona kömək eləməyə çalışaraq, bütün səhəri Ciplə birlikdə keçirdi. Onun qorxusu 
tədricən keçirdi, sanki, Cip də sakitləşmişdi,   hər hansı xoşagəlməzliyi çətin keçirən birisi kimi 
Sammrexey isə tezliklə bundan da yaxasını qurtarmaq istəyirdi. Amma səhər yeməyindən sonra 
qəlblərdəki fırtına yenidən elə güclə başladı ki, yaranın dərin və çətin sağalan olduğu aydın hiss 
olundu. O, yalnız soruşdu, Cipin Londona bir sifarişi varmı? Cip susdu, sonra dedi: 
 
       – Ah, yox, sağ ol. Sənin işlərin çoxdur, sən adamlarla görüşməlisən. 
 
        Cipin səsi, üzünün ifadəsi   onun həyatını hansı zərbə gözlədiyini yeni güclə büruzə verirdi. Əgər 
qıza öz məhəbbətinin həqiqiliyini sübut eləyə bilməsə, daima həyəcan içində yaşayacaqdı. Birdən o 
gəlib qızın harasa çıxıb getdiyini, ya da özünə nəsə elədiyini görsə?   Cipə hansısa qorxuyla baxdı  və 
bircə söz də demədən otaqdan çıxdı. Yenidən ona elə gəldi ki, indicə başını nəyəsə vuracaq və yenidən 
kabinetində irəli, geri  gəzişməyə başladı. Belə boş şey və belə nəticəsi! Cipin iti ağlı, özünü idarə 
eləmək bacarığı hara yoxa çıxdı? Doğrudanmı, onun elədiyi belə dəhşətli idi? Məgər onun 
günahıydımı, Diana ona vurulmuşdu? 
 
       Gecə Cip dedi:      
 
       – Sən qəddarsan. Sən necə düşünürsən, yer üzündə elə bir kişi varmı ki, mən onunla görüşlərimin 
sənə ağrı bəxş elədiyini bilim və ona nifrət eləməyim? 
 
       Bu həqiqət idi, o, bunun həqiqət olduğunu hiss elədi. Amma qıza vur-tut ona vurulduğu üçün nifrət 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə