ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə83/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   77   78   79   80   81   82   83   84   85

eləmək olmazdı! Hər halda, Cipi əzablardan     xilas eləməyi nə qədər istəsə də, bunu bacarmazdı. Bu, 
sadəcə olaraq, ağılsızlıqdı, mümkün olan iş deyildi! Doğrudanmı, Cip onu, o, Cipi sevdiyindən 
müqayisəolunmaz dərəcədə çox sevirdi və bununla da kişiylə qadın məhəbbətinin arasında hansısa fərq 
var idi? Nəyə görə o, həyatı olduğu kimi görməyə qadir deyildi? Doğrudanmı, o, başa düşmürdü ki, 
kişilərə başqa dostluq əlaqələri də lazımdır və  onların qısa məcaraları olur, eyni zamanda da onlar 
ürəklərini həmişəlik verdikləri qadınları əvvəlki kimi sevirlər? Cip onu qəddar adlandırdı, nəyə görə? 
Ona görə ki, qızın öpüşünə cavab vermişdi? Ona görə ki, o qızla danışmaqdan xoşu gəlirdi, həm də 
onunla azacıq gəzib dolaşmaq da xoş idi? O qəddardı? Yox! Cip həmişə onun üçün birinci olacaqdı. 
Onu məcbur eləmək lazımdı ki, bunu başa düşsün, ancaq necə? Hər şeydən imtina eləməkləmi? 
Dianadan imtina eləməkləmi? Neynək, o, belə eləməyə hazırdı. O qıza qarşı elə də dərin fikirləri yox 
idi, bu əsl həqiqət idi. Ancaq beləcə qəddarlıqla onu həmişəlik özündən uzaqlaşdırmaq özünə 
yaraşmazdı. Düzdü, bunu Cip onu qəddar adlandırmamışdan əvvəl də eləyə bilərdi. Olar və bunu 
eləmək lazımdı!  
 
        Amma bu nə ilə nəticələnərdi? Cip ona inanacaqdımı? Özünü necə aparsaydı belə, hər dəfə 
Londona gedəndə Cip onsuz da ondan şübhələnəcəkdi. Onda niyə əlini əlinin üstünə qoyub burada 
otururdu? Qəlbində qəzəb hissi baş qaldırırdı. Nəyə görə Cip onunla etibar qazanmayan birisi kimi 
rəftar eləyirdi? Məgər o, beləydimi? Otaqda gərdiş eləməyinə son qoydu. Diana onu qucaqlayanda 
qızın öpüşünə cavab verdi, etiraz eləmək gücündə deyildi, məsələn, necə ki, özünü pəncərədən birbaşa 
söyüdlərin altına atmağa da gücü yetmirdi. Amma o, əclaf, yırtıcı, yalançı  deyildi. Onun eləyə biləcəyi 
yeganə şey, Diananın bir il  bundan əvvəl yazdığı məktuba cavab verməmək idi. Ancaq o bütün bunları 
görməyə qadirdimi? Bunlar tədricən toplanırdı və heç nəylə də qurtardı, demək olar, heç nəylə. Yenidən 
qəzəb hissi onun ürəyini sıxdı. Cip, yəqin, bu lənətə gəlmiş büstün altındakı məktubu oxumuşdu. 
Demək zəhər o vaxtdan təsir eləyirmiş. Necə də mənasız təsadüf! Və bütün gücüylə yumruğunu 
Volterin bürünc üzünə vurdu. Büst yerə düşdü və Sammerxey key halda, əzilmiş əlinə baxdı. Necə də 
axmaqlıq idi! Qəzəbi keçdi. Neyləsin? Əgər təkcə Cip inansaydı! Və yenidən vəziyyətin çıxılmazlığını 
təlqin eləyən yorucu hisslər baş qaldırdı, hamısı əbəsdi!  İxtilaf, yalnız başlayırdı və sonu da 
görünmürdü. Tələyə düşən siçovul kimi onun beyni bu əsarətdən qurtarmaq üçün çıxış yolu axtarırdı… 
Hə, yaxşı! Bir halda, heç bir ümid yolu yoxdur, qoy nə olacaqsa, olsun! Çiyinlərini çəkərək at tövləsinə 
getdi və qoca Pettensə Sorvanesi yəhərləməyi tapşırdı. Atı yəhərləyənə kimi o düşünürdü: «Bəlkə, Cipi 
çağırım?» Ancaq daha onun danlaqlarına dözməyəcəyini bilirdi. Yəhərə sıçrayıb, atı təpələrə doğru 
çapdı.  
 
        İlk dəfə ovda Sammerxeyin Ciplə görüşdüyü gündə Cipin mindiyi, bədənli, bircə dənə də belə ağ 
nişanı olmayan kəhərin indi doqquza yaxın yaşı var idi. Sahibinin bir çapar kimi iki çatışmazlığı, irəli 
cummaq adəti və əlinin ağır olması həmişə Sorvantsə təsir edirdi və at cilovu gəmirmək fürsətini əldən 
vermirdi. Bəlkə, at bu gün tövlədə nəsə həyəcanlanmışdı, ya da ola bilsin, sahibinə nə isə xoşagəlməz 
bir hadisə baş verdiyini hiss edirdi, hər nəydisə Sorvanes öz tərsliyini göstərməyə başladı. Sammerxeyə 
isə, hətta atların müqaviməti belə nəsə məmnunluq bəxş edirdi. O, bir saat yaxın yolları ayırd eləmədən 
atı çapdı, sonra qızışmış, sızıldayan əliylə cilovu çəkib atı geriyə, evə tərəf döndərdi. Balaca Cipin 
«xam torpaq» adlandırığı, iki bataqlıq çəmənliyinin daş hasarın yanında birləşdiyi həmin yerin 
yanından keçirdi. İki çəmənliyi ayıran torpaq təpələrin üstündə bitən yaşıl çəpərlər bir yerdə alçaq idi. 
Sammerxey atı ora yönəltdi və at çəpərin üstündən quş kimi uçub keçdi, Cip onu öpən vaxtdan indiyə 
kimi o, ilk dəfə olaraq, bir anlığa əsl sevinc hiss etdi. Atı döndərdi və at yenidən səddin üstündən çox 
gözəl tullanıb keçdi. Ancaq atın qanı qaynamışdı. Sammerxey çox çətinliklə onu saxlayır, donqulanırdı: 
«Ah, vəhşi, dartınmağa cürət eləmə!» O, Sorvanesi cilov qayışı ilə döndərməyə çalışırdı. Başında isə 
Cipin sözləri səslənirdi: «Sən qəddarsan!» Və  qəzəblənmiş halda tərslik eləyən atı qırmancla vurdu. 
 
        At dördnala irəli cumdu, çəmənliklərin birləşdiyi yerə doğru çapırdı və Sammerxey birdən başa 


düşdü ki, atı saxlamağa qadir deyil, sanki, altındakı buxar mühərriki idi. Saraya qədər götürülüb, birdən 
Sorvanes irəli cumdu. «Aman Allah! O öldürəcək!» Sammerxey ani olaraq düşündü. Sorvanes birbaşa 
sarmaşıqla hörülmüş saraya doğru uçurdu. Sammerxey başını əydi, gec idi! Sarmaşıqların altında 
şalban var imiş! Dəhşətli zərbə! Yəhərdən atılan Sammerxey arxaya uçdu və beli üstə yarpaqlar və 
çirkabla örtülmüş gölməçənin içinə düşdü. Sorvanes sürüşərək bütün bədəni ilə sarayın divarına 
söykəndi və heç bir zədə almadan dayanıb qorxu içində fınxırdı. Sonra sıçrayıb saraydan çıxdı,  
vəhşiləşmiş gözləri ilə hərəkətsiz halda uzanmış sahibinə baxaraq, başını dik tutub yorğa yerişlə 
kövşənliklə qaçmağa başladı.   
 
                                       
 
X    FƏSİL 
 
 
 
            Sammerxey onun son sözlərini eşidib çıxanda Cipin ürəyi düşdü. Bütün səhəri   qəlbindəki kor 
qısqanclıq hissini boğmağa çalışmışdı, ancaq elə ilk xatırlamada qısqanclıq hissi yenidən baş qaldırdı. 
Bütün bunlar onun qüvvəsinin xaricində idi! Bir-birinin arxasınca günlər yaşayasan və biləsən ki, ya o, 
Londonda həmin qızla görüşür, ya da görüşməkdən özünü güclə saxlayır! Bura qayıdandan sonra isə 
onunla həmişə olduğun kimi olasan və heç nəyi büruzə verməyəsən, məgər bu olan işdimi? Əgər onu 
sevirdisə,    bircə dəqiqəliyə  də olsa, necə  belə tərəddüd eləyə bilərdi? Bu qız haqqında fikirləşmək 
belə, yəqin, onda nifrət doğururdu! Boş vədlərlə məşğul olmaq əvəzinə, özü bunları ona deməliydi. 
Əməlin əksinə olan sözün nə mənası vardı? Onu bədəninin hər bir hissəsi ilə sevən biri  kimi Cip üçün 
aydın deyildi, necə ola bilərdi ki, kişi bir qadını, həqiqətən də, sevə və arzulaya, eyni zamandan da 
başqasına aludə ola!  
 
        Əgər ondan ayrılıb Mildenxemə getsəydi, daha da bədbəxtmi olacaqdı? Ancaq… onsuz yaşamaq? 
Bu mümkün deyildi. Onunla yaşamaq? Belə görünür, bu da mümkün deyildi. Burada mənəvi işgəncələr 
içində olduğu saatlarda,  ağlının ona xidmət eləməkdən imtina elədiyi anlar başladı və o,  qərar qəbul 
eləməyə cəhd eləməyərək,  köməksiz halda bir çıxış yolundan digərinə doğru can atmağa çalışdı. O 
hələ də nəyləsə məşğul olmaq istəyirdi, ya onun əlcəklərini tikir, ya qoca Oseyi darayır, yaralarına 
dərman vurur, ya da hesablara, məktublara baxırdı. 
 
        Saat beşdə balaca Cipin gəzintidən qayıdan vaxtıydı. Onun şən danışıqlarına qulaq asmaq 
iqtidarında olmadığını hiss eləyib sezdirmədən evdən çıxdı və çaya doğru getdi. Təbiətdəki sakitliyə 
son qoyulmuşdu, cənub-qərb küləyi yenidən ağacları titrədirdi və üfüqdə nəhəng qara buludlar toplaşır, 
səmanın solğun maviliyinin üzünü örtürdü. Çayın sahilində dayanıb boz, soyuq dalğaların sındırılmış 
budaqları və tökülən yarpaqları necə apardığına,  ara verərək  əsən küləyin söyüdlərin başını yerə kimi 
necə əydiyinə baxırdı. Cip birdən atası üçün darıxdı, yalnız o, öz sakitliyi, sevgisi, varlığı ilə qızına 
azacıq da olsa, kömək eləyə bilərdi. 
 
        Çaydan geri döndü və ağır düşüncələr içində yol boyunca ağır-ağır getməyə başladı. Dünyanı 
gəzməyə çıxsaydılar necə olardı? Bundan ötrü o, öz işindən imtina eləyərdimi? Cip ona bu təklifi 
eləməyə cürət edərdimi? Ya da bu ancaq vaxtı uzatmaq olardısa? Əgər indi ona biri azlıq eləyirdisə, 
işindən də ayırmaq daha pis olmazdımı? Hər halda, bu hansısa ümid qığılcımı ola bilərdi. Kövşənliyin 
axırına, onların «xam torpaq» adlandırdıqları yerə kimi getdi.  Çaydan şərqə doğru üst-üstə qalanan ağ 
buludların cərgəsi artıq cəhrayı  rəngə boyanırdı, dağlara oxşayan qara buludların üstündə çiçəkləyən 
kətanın qönçəsi kimi şəffaf, ağ-mavi rəngli ay doğmuşdu. Bütün rənglər qeyri – adiydi. Yaşıl hasarlar 
kimi yüksələn palıdların yarpaqları hələ tökülməmişdi və yağışda yuyunmuş yarpaqlar  batan günəşin 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə