ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə84/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   77   78   79   80   81   82   83   84   85

solğun şəfəqləri altında köhnə qızılın tünd yaşıl rənginə çalırdılar. Yarı çılpaqlaşmış fısdıqlar qırmızı 
mis kimi alışıb yanırdılar. Quşarmudunun salxımları qıpqırmızı qızarırdı. Cipin yanından küləyin 
qopartdığı yarpaq uçub keçdi, yarpaq uçaraq fırlananda buxarlanırdı,  külək onu yüksəklərə, daha da 
yüksəkliklərə, səmaya doğru, qaldırırdı  və nəhayət, yarpaq yuxarılarda yox oldu. 
 
        Sıx otların üzərinə yağış atmağa başladı və Cip geri döndü. Sarayla yanaşı, doqqazın ağzında at 
dayanmışdı. Cipi görəndə kişnədi. Sorvanes! Yəhərlənmiş, yüyənlənmişdi, amma minicisi yox idi! 
Niyə? Bəs onda o, haradaydı?.. Qeyri – ixtiyari halda sarayın içinə qaçdı və gözlərini geniş açaraq 
arxası üstə palçığın içinə uzanmış Sammerxeyi gördü. Alnı və tükləri qan içində idi, tamamilə xəzəl 
yarpaqları ilə örtülmüşdü. Aman Allah! Ah, Allah! Gözləri görmürdü, o, nəfəs almırdı, ürəyi 
döyünmürdü. Yarpaqlar onun üzünü, zavallı başındakı qanı örtmüşdü.  Cip onu dikəltdi, soyumuşdu, 
buz kimi soyuq idi. Yalnız bir dəfə qışqırdı və yıxıldı, onun daşa dönmüş bədənini qucaqlayaraq 
dodaqlarını, gözlərini, dağılmış alnını öpürdü. Onu özünə sıxmışdı, isindirərək, onu həyatı qaytarmaq 
istəyirdi və nəhayət, dodaqlarını onun soyuq dodaqlarına, bədənini soyuq bədəninə  sıxaraq, özü də 
palçığın içində, xəzəl yarpaqlarının arasında sakitcə uzandı. Sarmaşıqları xışıldadan külək yağışın 
təmizliyi ilə doyaraq, əsib daha uzaqlara gedirdi. Kəhər yanlarında dayanmışdı, narahat halda boğazını 
uzadıb Cipi qoxuladı, sonra isə dala çəkilərək kişnədi və kövşənlikdə dövrə vurmağa başladı…  
 
        Atı tövləyə salmaq üçün Sammerxeyin qayıtmasını gözləyən qoca Pettens uzaqda kişnərti eşitdi, 
bağın doqqazına çıxdı və əlini balaca gözlərinin üstünə qoyub, batan günəşin işığından gözlərini 
qıyaraq baxmağa başladı. Minicisi olmayan atı gördü, at «xam torpağ»ın ətrafında dördnala çapırdı, 
halbuki orada at olmamalıydı. O fikirləşdi: «Al, bu da sənə! Bu hiyləgər şeytan buraxılıb və sahibindən 
qaçıb. İndi onu tutmaq lazım gələcək!» Tövləyə qayıdıb bir az yulav götürdü və doqqaza çıxıb, 
bükülməyən ayaqları ilə cəld o tərəfə getməyə başladı. Qoca atabaxan həmişə olduğu kimi hansısa 
fəlakət haqda düşünmürdü.  
 
         Sadəcə, sahibi yəhərdən yerə atılmışdı, yəqin ki, ağır çöl qapısının cəftəsini çəkmək üçün. Bu 
kəhər isə, sadəcə, Allahın bəlası idi! Pettens üçün bu heyvanın ona düçar elədiyi müsibətləri unutmaq 
asan deyildi. 
 
        Yarım saatdan sonra o, səntirləyərək və tövşüyərək qaçıb işıqlandırılmış mətbəxə girdi, onun 
qırışlı üzüylə və ağzının kənarlarıyla göz yaşları süzülürdü. 
 
       – Oy, aman Allah! Fermerləri çağırın, xərək tapın. Oy, Aman Allah! Betti, aşpaz! Mən Cipi ondan 
qoparda bilmədim. Bircə söz də demirdi. Mən ona toxundum, bumbuz idi. Qızlar, tez olun, tez! Ay 
Allah! Yazıq sahibim! Yəqin ki, at götürülüb saraya girib və onu öldürüb. Mən bu şeytan Sorvanesin 
çiyinlərində sıyrıntılar gördüm, onun dərisini divar soyub. Cəld olun! Xərək götürün. Yoxsa o da 
onunla birlikdə palçığın içində öləcək. Uşağı yatırdın, həkim dalısınca qaçın, Londona, mayora 
teleqramma göndərin, qoy yubanmadan gəlsin. Sizdən şeytan da baş çıxarmaz, di tələsin! Dayanıb 
ulamağın və şarlar buraxmağın nə faydası var? 
 
        Kövşənliklərin birləşdiyi yerdə ayın və fənərlərin işığı köhnə daş hasarın, sarmaşıqların, uçuq 
darvazaların, qızılı yarpaqlar içində olan palçıqlı gölməçənin və bir-birinə sığınmış iki nəfərin üzərində 
oynaşırdı. Cip huşsuz vəziyyətdə idi və elə görünürdü, onlar arasında heç bir fərq yoxdur. 
 
       Bir azdan küləkdə və ay işığında əzilmiş otların üzəriylə balaca dəstə gedirdi. İlk xərəyi iki kişi, 
ikinci xərəyi, bir kişi və iki qadın aparır, arxada isə qoca Pettens atın yüyənindən dartaraq gedirdi.  
 
  


 
                                            
 
XI     FƏSİL 
 
 
 
        Cip özünə gələndən sonra   ilk şüursuz hərəkəti bu oldu ki, çarpayıda dikəlsn və və Sammerxeyin 
yanında olduğuna əmin olsun. Adət elədiyi kimi hələ gözlərini açmadan əlini uzatdı ki, ona toxunub 
yenidən yatsın.  Yanında isə nə istilik, nə də həyat əlaməti var idi, morfidən hələ də dumanlı olan 
şüurunda fikirlər tutqun və yalqız halda axırdı: «Ah, hə, o, Londondadır».  
 
         Arxası üstə çevrildi. Londonda… Nə baş verib? Gözlərini açdı. Ah, demək buxarı bütün gecəni 
yanıb… Oturacaqda kimsə oturub, ya yuxu görür? Birdən səbəbini özü də bilmədən təngənəfəs olmağa 
başladı, havası çatmırdı. Oturacaqdakı adam tərpəndi, üzünü buxarıya tərəf döndərdi. Betti! Cip 
gözlərini yumdu. Bütün bədənini soyuq tər basdı. 
 
      – Betti! 
 
      – Hə, mənim gözəlim! 
 
      – Nə olub?  
 
      – O, haqda heç düşünmə! Mənim sevincim, indicə atan gələcək. – Cip geniş açılmış gözləriylə 
alovun dillərinə, axıra qədər çəkilməmiş pərdələrin arasından güclə düşən nazik işıq şüalarında 
oturacaqda tərpənən adama baxırdı. Dilini dodaqlarında gəzdirdi, əllərini odeyalın altına salıb ürəyinin 
üstünə sıxdı. Demək belə… demək, onunla bir yerdə ölməyib, ölməyib! Şüurundan ani bir fikir keçdi, 
onlar onun sağ qalmasını istəyirlər! 
 
        – Betti, mən elə içmək istəyirəm. Mən bir fincan çay gətir. 
 
        Hə, mənim gözəlim, bu dəqiqə. Bunun sənə xeyri də var. Bax, bu gözəldir! 
 
        – Hə… 
 
          Bettinin arxasınca qapı bağlanan kimi Cip yataqdan ayağa sıçradı, onun qəlbində indi ancaq bir 
fikir var idi, onları aldatmaq! Qarderoba qaçıb uzun xəz paltosunu götürdü, ayaqqabılarını çılpaq 
ayaqlarına geydi,  krujevanın parçası ilə başını sarıdı və qapını açdı. Hər yerdə qaranlıq və sakitlik idi. 
Səs salmamağa çalışaraq pilləkəni düşdü, giriş qapısının zəncirini çəkdi, qapını açıb çölə qaçdı. Otların 
üzərindən kölgə kimi sürüşüb keçdi, bağın qapısını arxada qoydu və  yolla, tuqun ağacların altıyla 
qaçmağa başladı, ağaclardan soyuq yağış damcıları düşürdü. Üfüqlərin solğun şəfəqləri qaranlığı yarıb 
keçirdi,  artıq öz ayaqlarının əksini yoldakı gölməçələrdə görə bilirdi. Sonra  təpələrə yaxınlaşan 
maşının uğultusunu eşitdi və hasarın kölgəsində gizləndi. Maşın fənərinin xəyal kimi görünən işığı 
yandı, qaranlıqda söyüdlərin  yuxarı tərəflərini, ağacların gövdələrini aşkara çıxarıb, parıltılı şəfəqlə 
yola uzandı. Cip sürücünün başını ona tərəf döndərdiyini gördü, sonra maşının banı göründü və arxa 
fənərlərin işıqları ilə göz vuraraq  qaranlıqda yox oldu. Bəlkə də, atası bu maşınla Qırmızı evə gəlmişdi 
və onu həyatda saxlamağa kömək eləmək üçün həkim gətirmişdi. Daha uzağa qaçdı. Doqqazdan itlə 
adam çıxdı, o, Cipin arxasınca qışqırdı: «Ey!». Cip artıq tuflisini itirmişdi,   çör-çöpü, daşları hiss 
eləmədən yolla ayaqyalın qaçırdı, daha uzağa, otelin azacıq solundan bir başa çaya aparan cığıra doğru, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə