Ölümə qarşı tək çarə sevişmək Həqiqət axtarışında (resenziya)



Yüklə 28,15 Mb.
Pdf görüntüsü
səhifə14/17
tarix26.08.2018
ölçüsü28,15 Mb.
#64600
1   ...   9   10   11   12   13   14   15   16   17

(Mir Bağır) – Yoxdur, təbii ki.

(Tahir Əliyev) – Amma adamın üstündə allahı var. 

Aktyor  və  aktrisalar  bu  serialların  hesabına  bank 

borclarını bağladılar (gülür).

(Mir  Bağır)  –  Bir  az  mövzudan  uzaqlaşdıq. 

Qayıdaq yenidən sənədli filmlərə. (gülürəm)



(İqbal Məmmədəliyev) – Yadıma düşmüşkən, müstəqillik dövrünün ilk sənədli filmi 

kimi  rəhmətlik  Ələkbər  Muradov  və  Köçəri  Məmmədovun,  Rafiq  Quliyev  və  digər 

operatorların  20  Yanvar  hadisələri  zamanı  çəkdikləri  “Azadlığa  gedən  yollar” 

(rejissorlar:  Xamis  Muradov,  Tofiq  Məmmədov)  filmini  saymaq  olar.  Sənədli  film 

hadisəliliyi xoşlayan bir şeydir. Əgər cəmiyyətdə gəlişmələr olmursa, oradan sənədli 

film çıxarmaq müşkül olur. Qarabağ müharibəsinin özündən də nə qədər filmlərimiz 

var. Baxmayaraq ki, bunların əksəriyyəti atəşkəs dövründə çəkilib, amma demək olar 

ki, hamısı atəşkəsdən əvvəlki dövrə istinad edir.



(Mir Bağır) – Mənə elə gəlir ki, sənədli filmə az olan marağın səbəblərindən biri də 

portret,  təbliğat  sənədli  filmlərdir.  Onların  həddən  artıq  çox  və  yorucu  olmaları 

sonradan  tamaşaçıların  sənədli  film  anlayışının  avtomatik  olaraq  bu  cür  sənədli 

filmlərlə assosiasiya olmasına səbəb olur. Bu, haradasa, sənədli filmin antireklamı da 

sayıla bilər.

(İqbal Məmmədəliyev)  – Elədir. Çeşid-çeşid çəkilən bu cür portret sənədli konyunktur 

filmlər sənədli filmin yükünü, ona olan marağı azaltdı, çəkisini cılızlaşdırdı.



(Mir Bağır) – Azdan-çoxdan demək olar ki, bütün janrlarda sənədli filmlərimiz çəkilir. 

Amma məncə, elmi-kütləvi janrda sənədli filmlərimiz, demək olar ki, yoxdur.



(Tahir Əliyev) – Elmi-kütləvi janrlarda, demək olar ki, yoxdur, sıfırdır...

(İqbal Məmmədəliyev) – Düzdür, o sahədə indi boşluqdur. Amma lovğa danışmaq 

kimi  çıxmasın,  pis-yaxşı  mən  bir  az  2002-2003-cü  illərdə  məşğul  oldum.  Bu 

istiqamətdə rənglər haqqında silsilə elmi-kütləvi filmlər çəkdim.

(Tahir Əliyev) – Niyə ki? Sən 2008-ci ildə “Sualtı səltənətimiz”-i də çəkmişdin.

(Mir Bağır)  – Yeri gəlmişkən, mən də baxmışam “Sualtı səltənətimiz” filminə və çox da 

bəyənmişəm.



48


(İqbal  Məmmədəliyev)  –  Hə.  Bu,  bir  az  yaxın  tarixdir.  Orman  Çingizoğlu  saçlar 

haqqında çəkib, “Qafqaz gürzəsi” adlı elmi-kütləvi filmi var. Bu kimi filmlərin istehsal 

müddəti uzun çəkdiyindən, heç bir televiziya və prodakşna sərf eləmir. Xüsusən də, 

heyvanat aləmi ilə bağlı filmlər... Efiri olan media qurumu tez və qısa müddətə başa 

gələn audio-vizual məhsullar tələb edir. Bir zamanlar “Azərbaycan Redaksiyası”nda 

buna imkan var idi. “Sualtı səltənətimiz” filmi isə Mədəniyyət və Turizm Nazirliyinin 

sifarişi  ilə  çəkilmişdi.  Heç  Sovet  dönəmində  də  bu  kimi  janrlara  xüsusi  diqqət 

yetirilməyib.  Sualtı  çəkilişlər  ilk  və  son  dəfə  80-ci  illərdə  aparılıb.  Biz  “Sualtı 

səltənətimiz” filmini çəkəndə operatoru və çəkiliş avadanlığını Türkiyədən əldə etdik. 

İndiki  dövrdə  hər  televiziyanın  müasir  GoPro  tipli  full  HD  kamerası  var  ki,  onun 

imkanları ilə açıq səmada və suyun altında çəkilişlər aparmaq mümkündür. Di gəl ki, 

bu mövzuya maraq yoxdur.



(Mir Bağır) – Dəqiq yadımda deyil, amma bir rejissorun belə bir fikri var idi, sənədli 

filmlər haqqında; deyir ki, sizin çəkdiyiniz sənədli filmlərin də hamısı əsl sənədli deyil. 

Əsl sənədli film gizli kamera ilə çəkilmiş sənədli filmdir. Yəni demək istəyir ki, istənilən 

adam kameranı gördükdə başlayır aktyorluq eləməyə.



(Tahir Əliyev) – Təbii. Yəni bizim çəkdiyimiz filmlərdə məlumatlar ancaq sənədli olur. 

Bəzən elə sırf aktyor oyunundan da istifadə edirik bəzi olayları canlandırmaq üçün. 

Bunların hamısı sənədli filmə bədii yanaşma tərzidir.

(Mir  Bağır)  –  Belə  bir  termin  də  var  hətta  –  mokumentari.  Mock  və  documentary 

sözlərinin qarışığından. Sənədli film üslubunda bədii film.



(Tahir Əliyev) – Amma bu da həmişə lazım və keçərli olmur. Məsələn, mən bir film 

çəkdim  Əlimərdan  Bəy  Topçubaşov  haqqında.  Əvvəlcə  istəyirdim,  bəzi  səhnələri 

canlandırıb çəkim. Sonra əlimə o qədər maraqlı arxiv materialları, məktublar keçdi ki, 

filmi sırf məktublar üzərində qurdum.



(Mir Bağır) – “Parisdən məktublar”-dan söhbət gedir də yəqin?

(Tahir Əliyev) – Baxmısan da. Görürsən, orada, demək olar ki, heç bir bədiilik yoxdur. 

Amma  materialdan  da  istifadə  etməyi  bacarmaq  lazımdır.  Həm  də  sənədli  filmi 

çəkərkən gərək yalan danışmayasan.

(Mir Bağır) – Yalandan söz düşmüşkən. Son dövrlər, xüsusən də rus kanallarında o 

qədər bu yadplanetlilər, paranormal hadisələr haqqında sənədli filmlər verirlər ki, daha 

çox  da  yanlış  maarifləndirmə  aparırlar  yəni.  Ekspertlər,  şahidlər  çağırıb  başlayırlar 

nağıllar  danışmağa.  İnsanlarda  da  sənədli  filmə  inam  olduğundan  uyurlar  bu 

söhbətlərə.

(İqbal Məmmədəliyev) – Bu, daha çox toplumun idarə olunmasıdır, ya da reytinq 

dalınca qaçmaq və s. Yalana qaldıqda isə, mənə görə, yalansız sənədli film yoxdur. 

Bizim bu çəkdiymiz qəhrəmanlar ki var ha, bu qəhrəmanların özlərinin də çatışmayan 

tərəfləri olur. Amma “qaliblər müzakirə olunmur” prinsipi ilə yanaşsaq, biz qəhrəmana



49


Yüklə 28,15 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə