Ölümə qarşı tək çarə sevişmək Həqiqət axtarışında (resenziya)



Yüklə 28,15 Mb.
Pdf görüntüsü
səhifə17/17
tarix26.08.2018
ölçüsü28,15 Mb.
#64600
1   ...   9   10   11   12   13   14   15   16   17

Onunla görüşlərimizdən sonra mən hər dəfə evə qayıdıb ssenarini yenidən yazırdım, 

çünki  anlayırdım  ki,  aktyor  daha  dərin  oynaya  bilər.  Mənim  öncə  düşündüyümdən 

daha  dərin.  Hesab  edirəm  ki,  “Şam  ağacları  altında  yer”  filminin  uğurunun  səbəbi 

Bredli və Rayanın məşhur və istedadlı film ulduzları olmaqları deyil, onlar sözün həqiqi 

mənasında izləyiciləri fəth edirlər. Hər biri ekran əsərinə özünəməxsus enerji verərək 

filmdə lazımi balans yaradırlar.



     – Bu filmi yaratmaq üçün sizi nə ilhamlandırdı?

    – İllər öncə kinoteart məktəbinin tələbəsi olduğum illərdə Abel Qansın “Napaleon 

Bonapart” ("Napoleon Bonaparte") filminə baxmışdım və məndə elə o zaman triptik 

film  yaratmaq  arzusu  yarandı.  O  illərdə  avanqard  kinematoqrafiyanın  əfsanəvi 

nümayəndələri Sten Brekic (Stan Brakhage) və Fil Solomondan (Phil Solomon) ustad 

dərsləri  alırdım.  Məhz  onların  sayəsində  məndə  estetizmin  və  formalizmin  dərin 

anlayışları kök saldı. Lakin Fil həmişə deyirdi ki, “forma məzmunu işıqlandırmalıdır”. 

Mən  hesab  edirdim  ki,  3  fərqli  səsi  səsləndirə  bilərəm,  ancaq  hansı  mahnını 

seçəcəyimi bilmirdim. Triptik haqqında ideya mənim beynimdə uyğun hekayə tapana 

qədər yaşamağa davam etdi. Və nəhayət, 2007-ci ildə, ikinci oğlum Koudinin dünyaya 

gəlməyinə bir neçə ay qalmış qəfildən ağlıma bu filmin süjet xətti gəldi. Mən təkrar 

yaşayacağım  atalıq  və  onunla  birlikdə  gələcək  olan  məsuliyyət  hissi  barədə  çox 

düşündüm. Bu uşağa necə ata olacağım, ona nə verə biləcəyim barədə fikirləşirdim. 

Daxilimdə yanan o alov barədə düşünürdüm. Özümü tanıyandan bütün həyatım boyu 

yanan alov. O mənə həyatda bir çox şeyin öhdəsindən gəlməyə kömək etmişdi. Ancaq 

bəzən o, dağıdıcı gücə çevrilirdi. Bilirəm ki, atamın da daxilində eyni ilə bu cür alov 

yanırdı. Mənə maraqlı gəlməyə başladı ki, görəsən, bizim ailədə neçə nəsli bu alov 

daxildən isidib. Mən istəyirdim ki, hələ dünyaya gəlməmiş oğlum bu həyata təmiz, bu 

irsi  xislətə  malik  olmadan  gəlsin.  Mən  ona  öz  ağrılarımı  və  yanlışlarımı  ötürmək 

istəmirdim. O öz yolu ilə getməli idi. Həmin vaxtlarda mən Cek Londonun romanları, 

onun qan mirası və əcdadların harayı barədə ideyaları ilə maraqlanırdım. Hər şey çox 

tez baş verdi. Mənim beynimdə izlə

yicil

ərə anlatmaq istədiyim süjet anidən yarandı. 



Mənimlə birlikdə bu süjet üzrə ssena

ri ya


zmaq üçün adam axtarmağa başladım, çünki 

mən  rejissor  idim  və  komanda  ilə  işləməyə  öyrəşmişdim,  ona  görə  də  bu  ideyamı 

təklikdə  reallaşdıra  bilməzdim.  Əgər  təklikdə  işləməyi  sevsəydim,  yəqin  ki,  rəssam 

olardım.  Bu  zaman  agentim  məni  tamaşaçılar  tərəfindən  layiqi  dəyəri  görməyən 

möhtəşəm “Sıfır gün” ("Zero day") filminin rejissoru və ssenaristi Ben Kossio ilə tanış 

etdi.  Biz  onunla  Nyu-Yorkun  “Donat  Pub”  barında  görüşdük  və  o  mənə  əslən 

Skenektadidən olduğunu danışdı. Biz tezliklə xeyli ortaq nöqtələrimizi tapdıq. Çünki, 

biz oxş


ar m

ühitlərdə, eyni filmlərin təsiri ilə böyümüşdük, sevdiyimiz film "

Good

fell


as"

 

idi, biz eyni kitabları oxumuşduq və hər ikimiz bir şəkildə Skenektadi şəhər



ciyi ilə

 ba


ğlı 

idik. O mənim ideyamı çox bəyəndi və onu reallaşdırmağa kömək etdi. Beləliklə, m

ən 

“Mavi  Valentin”  filmini  çəkdiyim  müddətdə  o,  biz



im  ortaq

  işimiz  olan  “Şam  ağacları 

altında yer” filminin ssenarisini yazmağa başladı.

59



60


    – Gəlin, Eva Mendesdən danışaq, o, bu filmə və Romina xarakterinə öz 

ifası ilə nə gətirə bildi?

      – Mən Eva ilə “Mavi Valentin” filminin çəkilişləri bitdikdən bir az sonra tanış oldum. 

Etiraf edim ki, mən həmişə onun istedadının heyranı olmuşam, xüsusilə Ceyms Qreyin 

“Gecələrin sahibi” ("We own the Night") filmindəki rolunun. Onun ekran işləri həmişə 

izaholunmaz  bir  cəlbediciliklə  zəngin  olub.  Ancaq  ona,  əsasən,  cinsi  cazibə 

obyektindən uzaq olmayan rollar verilirdi. Lakin qeyd etməliyəm ki, “Ehtiyat polislər” 

("The  Other  Police")  filmində  yaratdığı  obraz  mənim  çox  xoşuma  gəlmişdi.  “Şam 

ağacları  altındakı  yer”  filminin  çəkilişlərini  planlaşdırdığım  zaman  Eva  Mendesi 

diqqətdən  kənar  buraxmayaraq,  baş  rol  üçün  qadın  aktrisa  axtarmağa  başladım. 

Məndə elə bir hiss var idi ki, əgər ona belə bir imkan verilsə, o, quşu gözündən vura 

biləcəkdir. O, ilk seçimlərə makiyajsız gəldikdə həmişəki kimi gözəl idi. Baxmayaraq ki, 

bütün gücü ilə gözəlliyini gizlətməyə çalışırdı. Onun bu davranışı mənim üçün çox şey 

ifadə edirdi. Və onu dinləmək əvəzinə, ondan məni Los-Ancelesdə böyüdüyü yerləri 

gəzdirməsini xahiş etdim. Sərnişin kreslosunda onunla yanaşı oturaraq mən Evanın 

dərin,  mənalı,  isti,  mərd  və  gözlənilməz  kimliyini  görə  bildim.  O,  səmimiyyətlə  özü, 

həyatı,  keçmişi  barədə  danışdı  və  bütün  bunlardan  sonra  mən  bu  rolu  ona  təklif 

etməyə bilməzdim. Onun ilk səhnəsi Rayan ilə sevişmə səhnəsi oldu. Mən bilirdim ki, 

o çox narahat idi: onu titrəmə tutmuşdu. Ancaq bu qız çox cəsarətli bir xarakterə malik 

imiş. O, qorxularına qalib gələrək kamera önündə ruhunu göstərə bildi. Həmin gün 

çəkiliş  meydançasında  elə  də  çox  adam  yox  idi.  Ancaq  biz  hamımız  bu  gözəlin 

cəsarətinin qarşısında donmuşduq. Onun komandamız üzərində yaratdığı təəssürat 

çəkilişin sonuna qədər bizi tərk etmədi. Rayan ilə filmdən öncə də tanış idilər, bu da 

onların qəhrəmanlarının münasibətlərinə həyatilik qatmışdı.

     – İndi də oğlanlardan danışaq. Onların hekayəsi 15 il sonra baş verir.

      –  Əslində  ilk  iki  hissə  üçüncü  hissənin  bir  növ  girişi  hesab  oluna  bilər.  Burada 

mirasdan söhbət gedir. Üçüncü hissə əslində filmin əsas mahiyyətidir. Rayanın oğlu 

(Deyn  DeXaan)  çox  isti  bir  ailə  mühitində  böyüyüb,  yaxşı  valideynləri  var  və 

uşaqlığında kifayət qədər sevgi görüb. Çox yaxşı atalığı, sevgi dolu anası olub, ancaq 

buna baxmayaraq, həyatında nəsə çatışmır və o bunu hiss edir. Uzun müddət onu 

qorumaq üçün ondan bir sirri gizlədirlər və məhz bu sirr onun beynindən çıxmır. O, 

möhtəşəm gəncdir, ancaq həqiqəti öyrənməlidir. O, əsl qəhrəmandır, çünki həqiqətin 

axtarışına çıxır, bu onun həyatını məhv etsə belə.

İkinci oğlan, Eyverinin oğlu Ed Cey (Emori Koen) ilk baxışdan heç bir şeyə ehtiyac 

duymur: evdə istədiyi hər şey var, anasının bütün sevgi və diqqəti oğlunun üzərindədir, 

onun təkcə ataya ehtiyacı vardır. Hər iki oğlanın həqiqi ataları yoxdur, ancaq onların 

hər biri bu boşluğu müxtəlif yollarla doldurmağa çalışırlar. Ey Ceyin atası ilə əlaqəsi 

yoxdur və buna görə mənəvi əzab çəkir. Onun etdiyi bütün hərəkətlər atasının diqqətini 

çəkir. Ey Cey çox faciəvi obrazdır. Varlı varisdir, qeyri-adi xarizması olan, cəlbedici, 

məşhur və atasının bir çox xüsusiyyətlərini özündə daşıyan bir oğlandır. Əslində isə 

çox dərin emosional yaralardan əzab çəkir. Bu isə onu özünə nifrət etməyə məcbur 

edir.


61


     – Uşaq rolları üçün aktyorları 

necə seçdiniz?

       – Rayan Goslinqin və Bredli Kuperin 

uşaqlarını oynayacaq oğlanları seçmək 

heç  də  asan  məsələ  deyildi.  Bu  rollar 

üçün  500-ə  yaxın  müraciət  dinləməli 

olmuşdum.  Demək  olar  ki,  sona  yaxın 

mən  Deyn  DeXaanı  və  Emori  Koeni 

gördüm.  Onlarla  işləmək  hədsiz 

dərəcədə  zövqverici  idi,  çünki  çox 

istedadlı və təmiz uşaqlar idi. Rayan və 

Bredli  kimi  uşaqlar  da  aralarında 

mükəmməl 

qarşılıq 

qurmuşdular. 

Yadıma  gəlir,  ilk  ortaq  görüşdə 

uşaqlardan  sevdikləri  aktyorların  kim 

olduqlarını soruşdum. İş o yerə çatdı, az 

qala  dava  edəcəkdilər;  Deyn  bunun 

Ceyms Din, ya da Al Paçino olduğunu 

iddia  edirdi,  Emori  isə  Marlon  Brando, 

yaxud Robert De Nironun tərəfində idi. 

Mən  çəkiliş  meydançasında  da  bu 

dinamikliyi qorumağa çalışdım.

      –  Sizcə,  tamaşaçı  bu  filmi 

izlədikdən sonra nə etməlidir?

        –  Mən  özümü  rejissor-misyoner 

hesab  etmirəm.  Sadəcə  istəyirəm  ki, 

izləyicilər filmlərimdən zövq alsınlar və 

onlardan  yalnız  öz  həyatlarına  yaxın 

hesab  etdikləri  şeyləri  götürsünlər.  Bu 

film  haqqında  ən  yaxşı  şərhi  mənə, 

adını  demək  istəmədiyim  çox  nüfuzlu, 

görkəmli bir centlmen verib. O dedi ki, 

filmə  baxdıqdan  sonra  iş  yeməyini 

təxirə  saldım  və  keçmiş  həyat 

yoldaşıma zəng edib dedim: – "Bilirəm, 

mənim  növbəm  deyil,  ancaq  olar 

oğlumu  bu  gün  mən  götürüm?"  – 

Bundan sonra o, şəhərin o biri başına 

gedərək yeniyetmə oğlunu götürür, onu 

öz  evinə  gətirir  və  onlar  həmin  gecəni 

bir yerdə keçirdirlər.



62


Müəllif

Zaur Muxtarov

Kinoda 

minimalizm:



Carlos

Reygadas

63

İnsanların, əsasən də, 

tənqidçilərin film nümayişlərinə 

hekayə görmək üçün gəlməsi 

məni dəhşətli dərəcədə 

qıcıqlandırır. Yaxşı hekayə 

lazım olanda, mən bunu 

nənəmdən istəyirəm. Hekayə 

mənə ancaq çatdırmaq 

istədiklərimi strukturlaşdırmada 

yardımçı olur. 

Karlos Reyqadas



64

        Karlos  Reyqadas  –  meksikalı  rejissor,  ssenarist  və  prodüser.  Müasir  müəllif 

kinosunda  öz  minimalist  tərzi  ilə  seçilən  rejissorlardan  biri  olaraq  tanınır.  Karlos 

Reyqadas  1971-ci  ildə  Mexikoda  dünyaya  göz  açmışdır.  Burada  hüquq  təhsili  alan 

Reyqadas sonralar təhsilini London və Brüsseldə davam etdirir. Elə həmin illərdə rus 

ədəbiyyatı ilə maraqlanan Karlosun əlinə təsadüfən Andrey Tarkovskinin filmləri keçir. 

Filmləri heyrətlə izləyən gənc gələcəkdə özünün rejissor olacağını anlayır. Tarkovski ilə 

yanaşı,  Luis  Bunuel,  İnqmar  Berqman,  Robert  Bresson,  Mikelancelo Antonioni  kimi 

dünya səviyyəli rejissorların üslublarını dərindən mənimsəyərək, onları özünə müəllim 

hesab edir. Reyqadas gənclik illərində ekspressionizm, ekzistensial fəlsəfədən o qədər 

təsirlənmişdi  ki,  sonralar  bu  təsir  özünü  filmlərində  göstərir.  Din,  ekzistensializm, 

mənəviyyat,  tənhalıq  və  seks  filmlərindəki  mövzuların  bünövrəsini  təşkil  edir. 

Filmlərində  professional  olmayan  aktyorlarla,  sadə  insanlarla  birgə  işlədiyinə  görə 

Reyqadası Bresson və Pazolini ilə müqayisə edirlər.

     1999-cu ildə Belçika istehsalı “Maxhumain” qısametrajlı filmini çəkir. 7 dəqiqəlik 

filmində  yeniyetmə  oğlanla  anası  arasında  olan  kiçik  dialoqda  Reyqadas  intihar, 

Freydin məşhur Edip kompleksini sorğulayır.

       2002-ci ildə 55-ci Kann kinofestivalında nümayiş olunan “Yaponiya” (“Japón”) filmi 

rejissorun ilk tammetrajlı filmidir. Film dünyaya qarşı yadlaşma hissi kəskinləşən baş 

qəhrəmanın  Mexiko  şəhərindən  uzaqlaşması  ilə  başlayır.  Durmadan  intihar  barədə 

düşünən, soyuqqanlıqla bir quşun başını qopara bilən, adı izləyiciyə naməlum olan 

baş  qəhrəman  ateist  rəssamdır.  O,  özünü  öldürmək  məqsədilə  bir  kəndə  gəlir. 

Ölümünə  hazırlaşan  rəssam  həmin  kənddə  yaşlı  qadının  qonağı  olur. Yaşlı  qadın, 

rəssamdan fərqli olaraq, ömrünü dinə həsr edən inanclı biridir. Bu iki insanın arasında 

yaranan dostluq münasibəti seksual yaxınlığa doğru irəliləyir. Filmin təbiət qoynunda 

natura çəkilişləri sənətsevərlərə Tarkovski kadrlarını xatırladır. Baş qəhrəmanın baxış 

bucağından göstərilən səhnələr izləyiciyə filmin atmosferini duymağa imkan verir. Film 

Kann kinofestivalında Golden Camera üzrə qalib olur.



Çoxları  hər  gün  masturbasiya  edib  və  ya  sevişdikdən  sonra  film 

izləməyə  gəlir,  amma  ekranda  sevişmə  səhnələri  gördükdə  isə 

təəccüblənirlər.  Vəziyyət  elə  qurulub  ki,  bu  haqda  danışmaq  olmaz, 

kimsə  birdən  bu  haqda  danışsa,  həmin  insan  avtomatik  olaraq  ucuz 

şöhrət axtaran provokatora çevrilir.   Karlos Reyqadas

Küçəyə  çıxıb  insanlardan  Yaponiya  ilə  bağlı  ilk  beş  söz  soruşsam, 

əminəm ki, onların 80 faizinin seçimi Harikiri olacaq.    Karlos Reyqadas


65

       2005-ci il 58-ci Kann kinofestivalında Reyqadasın “Cənnətdə savaş” (“Batalla en 

el cielo”) filmi nümayiş olunur. Mexikoda yaşayan, aşağı təbəqədən olan Markos adlı 

baş  qəhrəmanının  vicdan  əzabı  çəkməsini  yaxın  planlar  vasitəsilə  Reyqadas 

mükəmməl  əks  etdirə  bilib.  Markos  burjua  təbəqəsindən  olan  generalın  qızına 

sürücülük  edir.  Həyat  yoldaşı  ilə  birgə  oğurladığı  uşağın  ölümünə  səbəb  olduğunu 

bildikdən  sonra  Markosun  daxili  aləmi  alt-üst  olur.  Başlanğıc  və  final  səhnəsindəki 

erotik  səhnələrlə  bir  çox  mübahisələrə  səbəb  olan  filmin  ssenarisini  Reyqadas 

Meksika xəbərləri əsasında yazıb.

        2007-ci il 60-cı Kann kinofestivalında Reyqadasın “Tutqun işıq” (“Stellet Licht”) 

filmi nümayiş olunur. Bu dəfə Reyqadasın kamerası Meksikada yaşayan bir mennonit 

ailəyə çevrilir. İlk baxışdan sakit görünən, inanc və adət-ənənələrinə bağlı olan ailədə 

fırtınanın  baş  verməsi  baş  qəhrəmanın  ağlaması  ilə  başlayır.  Yohan  öz  həyat 

yoldaşına  xəyanət  etməkdədir.  O,  evliliyindən  kənar  münasibət  yaşayır.  Yaşadığı 

məhəbbət üçbucağının toplum tərəfindən mənfi qarşılanacağının fərqində olan Yohan 

2  qadın  arasında  seçim  etmək  məcburiyyətindədir.  Başlanğıc  və  final  səhnələrinin 

möhtəşəm olması filmi unudulmaz edən əsas məqamlardan biridir. Reyqadas sanki 

ailənin bir günlük yaşam tərzini ekrana köçürə bilib. Film Kann kinofestivalında Jury 

Prize üzrə qalib olur.

       2012-ci il 65-ci Kann kinofestivalında Reyqadasın 

sürrealist  dram  filmi  olan  “Qaranlıqdan  sonra  işıq” 

(“Post  Tenebras  Lux”)  nümayiş  olunur.  Kino 

tənqidçiləri  bu  filmi  Tarkovskinin  “Güzgü” 

(“Зеркало”) və Malikin “Həyat ağacı” (“The Tree of 

Life”) filmləri ilə müqayisə edirlər. Avropanı tərk edən 

bir  cütlük  Meksikada,  modern  həyatdan  uzaq  bir 

yerdə, təbiət qoynunda 2 övladı ilə birlikdə yaşayır. 

Ana  təbiət  ilə  insan  arasında  olan  münasibəti 

işıqlandırmağı  özünə  hədəf  seçən  Reyqadas,  bu 

filmə görə Kann festivalında ən yaxşı rejissor adına 

layiq  görülür.  Uzun  planlarda  çəkilən  ovsunlayıcı 

təbiət  mənzərələri  filmdə  üstünlük  təşkil  edir. 

Rejissorun  doğma  qızının  yuxusu  ilə  başlayan  film 

izləyən  hər  kəsi  Reyqadasın  naməlum  dünyasına 

dəvət edir.

“Qaranlıqdan sonra 

işıq”  filmini “Həyat 

ağacı” ilə müqayisə 

etməyə başladılar. 

Malikin filmi mənim 

üçün film yox, bir 

albomun içindəki 

gözəl şəkillər 

seriyası ola bilərdi, 

əgər onlarda 

hərəkət olmasaydı.

Karlos Reyqadas



İŞIQLA ÇƏKİRƏM

5

fb.com/isiqlacekirem




67

Müəllif

Nurlan Baba-Zadə



İyrənc, amma gözəl 

fotoların müəllifi

O, standart estetik gözəllik anlayışından uzaq qaçır. Fotolarına baxanların 

ilk  reaksiyası  üz  turşutmaq,  ilk  fikirləri  “İyrəncdir!”  nidası  olur.  Diqqətlə 

baxanlar  isə  qorxu,  dəhşət,  psixoloji  sarsıntı  hiss  edirlər.  O,  gözəl 

göstərilən  fotolarla  xəyali  dünyada  yaşayan  insanları  oyatmağa  çalışır. 

Onun pornoqrafik fotoları özünəqədərki çılpaqlıq anlayışını – Stiqlitsdən 

Bressona, Kertesdən Vestona qədər uzanan çılpaqlıq anlayışını – tamamilə 

qırır.


68

Söhbət çex fotoqraf-

rəssam Yan Saudekdən 

gedir. Fotolarını və 

dolayısı ilə şüuraltını 

anlamağımız üçün 

bioqrafiyasına öz 

sözlərilə nəzər salaq.

        Göründüyü kimi, Saudekin İkinci Dünya müharibəsi dövrünə təsadüf edən uşaqlığı 

onun  gələcək  həyat  və  yaradıcılığına  birbaşa  sirayət  edir.  Müharibədən  gördüyü 

dəhşətli  səhnələr  fotolarında,  rəsmlərində  özünü  göstərəcək  dərəcədə  şüuraltında 

dərin  izlər  buraxır.  1952-ci  ildən  1983-cü  ilə  qədər  çap  mərkəzində  bir  fotoqrafın 

köməkçisi kimi işləyir. 60-cı illərdən sonra isə gününü 2 hissəyə bölür: birinci hissədə 

o, güzəranını təmin etmək üçün işləyir, ikinci hissədə isə beynindəki kadrları fotoşəklə 

köçürürdü. Arvadından boşandıqdan sonra bir binanın zirzəmisini kirayə tutub orada 

yaşayır. Bununla da onun qadınlarla dolu yeni həyatı başlayır.



     “1935-ci ildə anam Karel adlı oğlundan bir az sonra 

məni dünyaya gətirdi. Elə o vaxtdan həyatımı 2 nömrəli, 

2-ci  dərəcəli  adam  kimi  davam  etmişəm. 

Təsəvvürümdə  4  yaşımda  ikən Adolf  Hitleri  Praqaya 

yeriyən alman tanklarının birində gördüyüm qalıb (lakin 

çox güman ki, o Hitler bığlı adi bir əsgər idi).

     8 yaşımda ilk dəfə Lui-Ferdinand Selinin “Gecənin 

sonuna  səyahət”  əsərini  oxudum,  çox  şey  başa 

düşməsəm də, üslubuna möhkəm vurulmuşdum.

    1944-cü  ildə,  9  yaşımda  insanların  öldüyünü 

görürdüm.  Sahələrdə,  yol  kənarlarında  güllələnmiş 

insanlar... Bəzən onların ayaqları lap filmlərdəki kimi qıc 

olur, dartınırdı. Onlar ölür və mənə imdad diləyirlərmiş 

kimi baxırdılar. Mən bir uşağın edə biləcəyi kimi onlara 

uzun-uzadı  və  çox  yaxından  baxırdım.  Həmin  il  küçə 

işığı dirəyinə ayağından asılan əsgər gördüm. Üstünə 

benzin  töküb  yandırdılar.  O  isə  “Ana!  Ana!”  deyə 

bağırırdı.

       14 yaşımda ilk kamerama – kiçik Kodak Brownie-yə 

sahib  oldum.  O,  hələ  də  çox  yaxşı  işləyir  və  bəzən 

onunla çəkirəm.

      16  yaşımda  isə  sonralar  rənglədiyim  ilk  fotomu 

hazırladım.  Anam  həmin  fotonu  utancaqlıqla  ailə 

həkimimizə göstərdi. O isə fotonu qətiyyən bəyənmədi, 

köhnəlmiş,  yararsız  və  tamamilə  pis  adlandırdı. 

Sözlərinə diqqətlə qulaq asandan sonra şəkil çəkməyi 

dayandırdım. (Lakin illər sonra həmin fotoya baxanda 

həkimin dediyi qədər də pis olmadığını gördüm.)

      1959-cu ildə arvadım mənə ilk əsl kameranı aldı: 

6x6 formatlı Fleksaret modeli.

        1960-cı  illərdə  “İnsan  ailəsi”  fotokataloqu  əlimə 

düşdü.  Həmin  kitabdan  çox  təsirləndim  və  qəti  qərar 

verdim  ki,  buradakı  fotolar  kimi  insan  ailəsini 

çəkəcəyəm. Həmin dövrlərdə Roy Orbison və Rolling 

Stones oxuyurdum. Və bunlar mənə dəhşətli dərəcədə 

təsir göstərirdi”.


69

  Axşamlar evinə bədəni deformasiyaya 

uğramış fahişələr gətirir. Onlarla sevişir, 

gözəl  olmayan  bədənlərinin  fotolarını 

çəkərək  estetik  gözəllik  yaradır. 

Fotolarında  müxtəlif  yaşlı  kişiləri, 

qadınları,  uşaqları  təsvir  edir.  Hətta 

uşaqları  pornoqrafiyaya  cəlb  etmə 

ittihamı ilə bir neçə ay həbsdə yatır.

      1972-ci ildə o, yeni bir üslub kəşf edir 

–  divar.  Onun  bu  dövrdən  sonrakı, 

demək olar, bütün fotolarında hadisələr 

evinin  suvağı  dağılmış,  uçuq-sökük 

divarı  qarşısında  baş  verir.  Bu,  onun 

özünəməxsus üslubudur. Burada Divar 

bir  çox  mənaları  ehtiva  edir;  onunla 

cəmiyyət  arasındakı,  onun  çirkin 

obrazları ilə gözəl qadınlar arasındakı, 

bir fotoqraf kimi özü ilə digər fotoqraflar 

arasındakı  sərhədi  göstərir.  Eyni 

zamanda Divar onun obrazları üçün, bir 

növ, səhnə rolunu oynayır.

    80-ci  illərdə  onu  daha  da 

məşhurlaşdıran 

“Oyun 

kartları” 



seriyasını  işləyir.  Bu  seriyada  da,  təbii 

ki,  Saudek  fərqi  açıq-aydın  görünür. 

Struktur 

etibarilə 

oyun 

kartları 



təkrarlanır,  lakin  obrazlar  Saudek 

təhtəlşüurunun məhsuludur.

    Düşündüklərini  obrazlarla  yaradıb 

fotosunu  çəkdikdən  sonra  o,  həmin 

fotoları rəngləyir. Obrazların konturlarını 

kəskinləşdirir,  insanlarda  isti,  kənar 

obyektlərdə isə soyuq rənglərlə yenidən 

işləyir.  Onun  fotolarında  gördüyümüz 


Yüklə 28,15 Mb.


Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə