Ölümə qarşı tək çarə sevişmək Həqiqət axtarışında (resenziya)



Yüklə 28,15 Mb.
Pdf görüntüsü
səhifə4/17
tarix26.08.2018
ölçüsü28,15 Mb.
#64600
1   2   3   4   5   6   7   8   9   ...   17

    Sən mənə sülh verdin. Dünyanın mənə 

verə biləcəyi hər şeyi verdin. Hissiyyat, 

sevgi, sevinc... Qalan hər şey bulud və 

dumandır. Mənimlə ol. Hər zaman...

15


      Bu dəfə qəhrəman Los-Ancelesdə yaşayan Rik (Christian Bale) adlı uğurlu 

ssenaristdir. Qardaşının ölümündən sonra atası ilə yaşanan anlaşılmazlıqlar onu 

həyatın dibinə atıb. Bu vəziyyətdən o, yalnız qadınlar və ziyafətlər vasitəsi ilə 

çıxır. Hər yeni tanışlığın onu həqiqətə daha da yaxın etdiyini düşünür.

      Göründüyü kimi, ilk baxışdan çox sadə ssenaridir. Hər şey olduqca şəffaf 

təsvir edilib. Ekzistensial boşluq, ritorik və cavabsız suallar. Lubezki yenə 

kamera ilə möcüzələr yaradır. Kadrların boşluğunda yer saxlayır, tamaşaçını 

oranı öz düşüncəsi ilə doldurmağa çağırır. Zümrüd haqqında əfsanənin 

gerçəkliyinə inanmaq istəyirsən, hovuzda itin topu heç cürə tuta bilməməsi 

həqiqətinə gülümsəyirsən. Qəhrəmanımız cəngavərlərə xas zireh daşıyır. 

Əynindəki pencəyə fikir verməsək, bu zirehin daxili rahatlığa can atması 

uğrunda döyüşlərdə onu əldən salmasını asanlıqla görə bilərik. Təbiətini idarə 

edən başlıca şey də, əlbəttə ki, elə təbiətdir. Malik həqiqətində insan təbiətlə 

vəhdət təşkil edir. Bəlkə də Malik yeganə rejissordur ki, öz həqiqətini bu qədər 

hiss etdirə bilir filmləri vasitəsi ilə. Öz həqiqətini axtarmaqla, axtarışın özünün 

elə həqiqət olduğunu bilməklə belə gözəl tablo yarada bilir.



    “Sən mənə sülh verdin. Dünyanın mənə verə biləcəyi hər şeyi verdin. 

Hissiyyat, sevgi, sevinc... Qalan hər şey bulud və dumandır. Mənimlə ol. 

Hər zaman...”

     Malik filmdən filmə daha çox qəlizləşir. Film Taro kartlarına uyğun fəsillərə 

bölünüb. Rikin qadınları da fərqlidir. Daha dəqiq desək, hər qadın onun üçün 

həqiqətin parçasıdır. Ardıcıllıqla sıralasaq, Malik həqiqətinə bir addım daha 

yaxınlaşmış olarıq: çılğınlıq (Imogen Poots), ağıl (Cate Blancett), rahatlıq 

(Frieda Pinto), axmaqlıq (Isabel Lucas), ümid (Natalie Portman) və sevgi 

(Teresa Palmer).

    "Həyat ağacı" ("Tree of life") filmi: "Onu sənə verirəm. Oğlumu qəbul et" – 

xahişi ilə, "Möcüzəyə" ("To the wonder") filmi: "Bizi sevən sevgi, təşəkkürlər!" 

– minnətdarlığı ilə, hər şeyi unudan şahzadə haqqında hekayə ilə başlayan

haqqında danışdığımız son filmi isə: "Oğlum, yadda saxla!" – əmri ilə bitir.

16



Müəllif

Natiq Bəxtiyarlı



KİNODA UŞAQ

OBRAZLARI

Uşaq obrazlarına 

görə seçilən 10 film 

17


Uşaq  psixologiyası,  uşaq  xarakteri,  xüsusən, 

dram  janrında  olan  filmlərdə  həmişə  diqqət 

çəkir.  Dünyada  bəzi  kino  festivallarında  “Ən 

yaxşı  uşaq  aktyor”  mükafatı  təsis  olunub. 

Adətən  uşaq  obrazları  ağır  sentimental 

dramatizmə  motiv  olsa  da,  incəsənət  filmləri 

arasında uşaq düşüncəsinə empatiya quraraq 

yaradılan  obrazları  tapmaq  xoş  olur.  Elə  bu 

xoşluğu  paylaşmaqçün  uşaq  obrazlarına  görə 

seçilən  10  filmi  ayrıca  çeşid  olaraq  təqdim 

edirəm:

1. “The bicycle thief” (“Velosiped 

oğruları”) – Bruno

Rejissor  Vittorio  De  Sica  10  yaşlı  Bruno 

obrazına  Enzo  Staiolanı  seçir.  1948-ci  ildə 

İtaliyada  çəkilmiş  “The  bicycle  thief”  filmində, 

İkinci  Dünya  Müharibəsindən  sonra  Romada 

yaranmış işsizlik və yoxsulluq bir ata və oğulun 

başına  gələnlərdə  özünü  göstərir.  Həmin  ağır 

maddi  vəziyyətdə  hər  tərəfə  oğurluq  yayıldığı 

vaxtda  Brunonun  qəhrəmanı  seçdiyi  atasının 

velosiped  oğrusu  olmağa  məcbur  qalması  ilə 

situasiyaya  uşaq  baxışını  dəqiq  şəkildə 

görürük.


18


2. “Mayıs sıkıntısı” – Ali

Nuri  Bilge  Ceylanın  ikinci  tammetrajlı 

filmi “Mayıs sıkıntısı”nda süjetə – film 

çəkmək  üçün  doğulduğu  qəsəbəyə 

gələn  rejissorun  başına  gələn 

hadisələrdəki  yumşaq  gərginliyə 

paralel 

olaraq 


Muhammed 

Zımbaoğlunun  canlandırdığı  Alinin 

uşaq  düşüncəsi,  hərəkətləri  filmə 

xüsusi  rəng  qatır.  Film  boyunca 

atasının ona musiqili saat almağı üçün 

çalışan  bu  uşaq  musiqili  alışqan 

görməsiylə  zəhmətini  heçə  sayaraq 

yeni əşyaya meylini salır.



3. “Возвращение” (“Qayıdış”) 

– Vanya

2003-cü  il  işi,  rejissor  Andrey 

Zvyagintsev filmi. Filmdə iki qardaş – 

Andrey və İvanda yeniyetmə və uşaq 

psixologiyası 

xüsusi 


dəqiqliklə 

işlənilib.  Uzun  illər  görmədikləri 

atalarının  evə  qayıtmasıyla  bu  iki 

qardaşın  ona  münasibətləri,  onunla 

uyğunlaşmaları  filmin  xarakter  analizi 

özülünü yaradır.



4. “Khane-ye doust kodjast? 

(“Dostun evi haradadır?”) 

– Ahmed

1987-ci  ildə  çəkilmiş  filmdə  İranda 

təhsilə baxış, övlad-valideyn 

münasibətləri, uşaqların cəmiyyətdəki 

yeri fonunda səhvən dostunun dəftəri-

ni götürmüş və özünü onu qaytarmaq 

məcburiyyətində  hiss  edən  Ahmed 

(obrazı  Babek  Ahmed  Poor  can-

landırıb),  rejissor  Abbas  Kiarostami-

nin ən dəqiq xarakterlərindəndir.



19


Yüklə 28,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə