Ölümə qarşı tək çarə sevişmək Həqiqət axtarışında (resenziya)



Yüklə 28,15 Mb.
Pdf görüntüsü
səhifə6/17
tarix26.08.2018
ölçüsü28,15 Mb.
#64600
1   2   3   4   5   6   7   8   9   ...   17

Səhnə adı Lita Grey olan aktrisa Chaplinin məşhur filmlərinin çoxunda rol almışdı. Tanış 

olduqları zaman McMurray 15, Chaplin 35 yaşında idi. Qısa müddət ərzində Lita hamilə 

qaldı. Litanı abort etdirməyə razı salmaq üçün əlindən gələni etsə də, qızın ailəsinin şantajı 

ilə 1924-cü ildə onunla evlənməli oldu. Lita 1927-ci ildə boşanma ərizəsində Chaplinin onu 

oral  seks  etməyə  məcbur  etdiyini  və  ən  az  5  məşhur  aktrisa  ilə  aldatdığını  söylədi.  Bu 

mövzuyla  daha  çox  gündəmə  gəlmək  istəməyən  aktyor  625000  dollar  ödəməyi  qəbul 

edərək  razılaşma  yolunu  seçdi.  Ayrılma  prosesi  onu  o  qədər  yaraladı  ki, 

avtobioqrafiyasında Litaya sadəcə iki sətir ayırdı...

        Chaplin yaşlandıqca az da olsa ağıllandı. 1936-cı ildə 47 yaşındaykən Çin səfərlərinin 

birində 26 yaşlı aktrisa Paulette Goddard ilə evlənib-evlənmədiyi dəqiq bilinmir. Bununla 

bağlı  dəqiq  bir  məlumat  yoxdur.  Chaplin  Goddarddan  ayrılır  və  1943-cü  ildə  dramaturq 

Eugene O’Neill-in qızı Oona O’Neill ilə evlənərək öz xasiyyətindən əl çəkmədiyini yenidən 

göstərir.  Evləndikləri  zaman  17  yaşı  olan  O’Neill  gələcəkdə  “Çovdarlıqda  uçurumdan 

qoruyan”  adlı  romanı  ilə  məşhurlaşacaq  yazıçı  Selincer  ilə  sevgili  olmuşdur.  Selincer 

sevgilisinin Chaplin tərəfindən əlindən alınmasına o qədər hirslənmişdi ki, Oonaya hiddətli 

bir məktub da yazmışdı. Chaplin ölənə qədər 34 il bərabər yaşadığı Oona ilə ən uğurlu 

evliliyini gerçəkləşdirdi. Qadın Chaplinin ölümündən sonra alkoqolizmin pəncəsinə düşdü. 

Bəzilərinə görə, onun bu vəziyyəti Chaplin ilə olan evliliyinin üzərində yaratdığı aşırı stresin 

sübutu idi.

      Amerika xalqının sevimlisi olsa da, Chaplin kino dünyası tərəfindən heç zaman çox 

sevilmədi. Fatty Arbucklen-in xanımı Minta Durfee düşünürdü ki, bunun etibarlı səbəbi var: 

Chaplindən leş iyi gəlirdi. Şəxsi gigiyenaya heç qulluq etmədiyinə görə ətrafa çox pis qoxu 

yayırdı.  Durfee  deyirdi:  “Çox  ağıllı  adamdır,  amma  natəmizdir”.  O,  ayaqqabılarından 

corablarına  qədər  eyni  paltarı  dəyişmədən  iki  həftə  geyinməsi  ilə  tanınırdı.  Keçmiş  bir 

assistentinin  dediyinə  görə,  Chaplin  bir  köynəyi  götürüb  onu  geyinə  bildiyi  qədər 

geyindikdən  sonra  zibilə  ataraq  geyim  xərclərinə  qənaət  edəcəyinə  inanırdı.  Bu  durum 

əsasən yay aylarında dəhşətli nəticələr ortaya çıxardırdı. 1914-cü ildə “Tillie’s Punctured 

Romance” (“Tillinin yarımçıq romanı”) filminin iyul ayında isti işıqlar altında gerçəkləşdirilən 

çəkilişlərində Chaplin 16 gün ərzində çürümüş banan qalığını yaxasında gəzdirməklə baş 

rolu  paylaşdığı  Marie  Dressleri  olduqca  iyrəndirmişdi.  Dressler  sonda  meyvə  çürüyünü 

təmizləməsi üçün Chaplini rejissor Mack Senettə şikayət etməli olmuşdu. Əgər o, deyildiyi 

qədər  pis  qoxu  yayırdısa,  necə  olurdu  qadınlar  barəsində  bəxti  gətirirdi?  Natəmizliyini 

kompensassiya edən başqa özəllikləri var idi. Şayiələrə görə, məşhur sərvət ovçusu Peggy 

Hopkins  aktyoru  bu  sualla  ələ  almağa  çalışmışdı:  “Bütün  qızların  söylədiyi  şey 

doğrudurmu? Penisiniz, doğrudan, atınkı qədər böyükdür?”

1960-cı illərin önəmli rock qrupu olan “Jefferson Airplane”ın barabançısı Spencer Dryden 

Chaplinin  qohumu  idi.  Uşaqlıqda  Chaplinin  film  studiyasında  xeyli  vaxt  keçirən  Dryden 

haqqında pis fikirlər yaranar deyə, aktyorla aralarındakı qohumluq münasibətini illərlə qrup 

üzvlərindən belə gizlətmişdir.

          Chaplin  1967-ci  ildə  çıxan  “A  Countess  from  Hong  Kong”  (“Honq-Konqdan  olan 

qrafinya”)  adlı  son  filmində  digər  Hollivud  ulduzu  Marlon  Brando  ilə  uyğunlaşa  bilmədi. 

Marlon Brando avtobioqrafiyasında onun haqqında “olduqca  zalım bir adamdır”, “böyük 

ehtimalla tanıdığım ən sadist adamdır”, “eqoist, zorba və xəsisdir”, “gecikəndə insanları 

təhqir  edirdi”,  “daha  sürətli  işləmələri  üçün  insanları  insafsızcasına  danlayırdı”  kimi 

cümlələrə  yer  vermişdir.  Chaplin  də  Brandonun  barəsində  onunla  çalışmağın 

qeyri-mümkün olduğunu demişdir. Bir dəfə Brando çəkilişə 15 dəqiqə gecikir. 



25


Chaplin aktyorların və işçi heyətinin önündə ona aktyorluq sənətinin üz qarası 

olduğunu deyərək danlayır (Sonradan Chaplin Brandonun tələbi ilə ondan üzr 

istədi.)

        Avtoritar görüntüsünə baxmayaraq, Chaplinin son dərəcə qayğılı və 

qəribə  fobiyaları  olan  biri  idi.  Məsələn,  rezin  və  ondan  hazırlanmış  bütün 

məhsullar  qarşısında  qorxudan  qanı  donardı.  Rezinin  “çirkli”  olduğunu 

düşünürdü  və  kino  karyerası  müddətində  rezin  aksessuarlar  istifadə 

etməkdən imtina etdi. Bəlkə də səbəb olduğu arzu olunmayan hamiləliklərin 

səbəbi  olan  prezervativ  istifadə  etməkdən  imtina  etməsi  də  elə  bununla 

əlaqədar  idi.  Soyudulmuş  südün  qoxusundan  iyrənirdi  (Ona  seksi 

xatırlatdığını  iddia  edirdi).  Aktyor  hətta  süd  şüşələrinə  də  toxunmurdu. 

Ömrünün sonuna qədər isə sui-qəsd qurbanı olacağından qorxaraq yaşadı. 

Birinin onu öldürməyə çalışacağından o qədər əmin idi ki, zərurət olmadıqca 

insan  içinə  çıxmazdı.  Hollivudda  “Şöhrət  Xiyabanı”nda  ona  bir  ulduz  ithaf 

olunur və Chaplin öz foto çəkilişinə qatılmadan mərasimi tərk edir.

         Bəlkə də Chaplin öldürülməyə görə yox, öldükdən sonra başına gələcək 

hadisələrə görə narahat olmalı idi. Məzar oğruları 1978-ci ilin martında onun 

İsveçrənin  Veve  şəhərində  basdırılmış  iki  aylıq  cəsədini  oğurladılar  və 

400000 pound tələb etdilər. Oğrular 3 ay sonra tapıldı və onların işsiz bolqar 

maşın təmirçiləri olduğu məlum oldu. Bolqarlar oğurluğa təşəbbüs və ölünün 

rahatlığını  pozmaqda  günahlandırılaraq  4  il  yarım  həbs  və  ağır  iş  cəzası 

aldılar.  Oğrular  aktyorun  tabutunu  harada  gizlətdiklərini  unutduqlarını 

söylədilər.  Polislər  meyidi  mina  dedektoru  ilə  axtarmaq  məcburiyyətində 

qaldılar. Chaplinin cəsədi may ayında yüksək təhlükəsizliyi olan bir məzara 

yenidən basdırıldı.

26



Yüklə 28,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə