Ölümə qarşı tək çarə sevişmək Həqiqət axtarışında (resenziya)



Yüklə 28,15 Mb.
Pdf görüntüsü
səhifə7/17
tarix26.08.2018
ölçüsü28,15 Mb.
#64600
1   2   3   4   5   6   7   8   9   10   ...   17

Disconnect

Müəllif


Fuad Alqayev

2Pac  “Me Against The World”

Kaset dövrlərinin adamı, adını eşidərkən ağlımıza çiyinlərdə maqnitafon, əyinlərdə enli 

şalvar və köynəklər, söyüşlü küçələr gələn repi milyonlara sevdirən, bir-birinə uzaq 

olan “küçə” və “sənət” sözlərini bir arada bizə göstərən adam – bir sözlə, King Tupac 

Amaru  Shakur.  “Me Against  The  World”  albomunun  yazılışları  onun  üçün  çox  pis 

vaxtlara  təsadüf  edir.  Mediyanın,  bir  çox  insanların  ona  qarşı  hakim  kəsildiyi, 

qalmaqallarda  adının  tez-tez  hallandığı  vaxtlarda  cavab  olaraq  “Dear  Mama”,  “So 

Many  Tears”,  “Me  Against  The  World”  treklərini  yazdı.  “Me  Against  The  World” 

albomunun reliz tarixi 1995-cı ildir. 15 trekdən ibarətdir.

27



Sex Pistols  “Never Mind the Bollocks

Here's the Sex Pistols”

70-ci  illərdə  yaranan  və  yalnız  3  il  fəaliyyətdə  olan, 

punk  dövrünün  ağla  ilk  gələn  qruplarından  –  Sex 

Pistols.  İngiltərə  tarixinin  ən  qalmaqallı  qrupu  da 

demək olar “Sex Pistols”-a. İlk dəfə bir proqramda və 

canlı  yayımda  “fuck”  kəlməsini  onlar  işlədib. 

“Radiohead”,  “Nirvana”  və  bir  çox  məşhur  qruplara, 

musiqiçilərə ilham qaynağı olmuşdur. 3 illik fəaliyyətləri 

tarixində ilk və son albomları “Never Mind the Bollocks, 

Here's  the  Sex  Pistols”  olmuşdur.  Albomdakı  “God 

Save  the  Queen”  mahnısı  o  dövrlər  İngiltərə 

kraliçasına  qarşı,  ona  olan  nifrətlərindən  yazılmışdır. 

Həmin  dövrdə  bu  mahnı  hit-paradlarda  ön  sıralarda 

yer alıb. Qrupun adı və bu mahnısı həmişə qəzetlərdə 

qara  xətlə  göstərilib. Albomun  yazılışları  1977-ci  ildə 

bitmiş və yayımlanmışdı.



Sibylle Baier   

“The End”

Sibylle  Baier  çoxlarının 

tanımadığı  alman  folk 

m u s i q i ç i s i d i r . 

Özünəməxsus  səs  tembri 

ilə  seçilir.  "Colour  Green" 

onun  yeganə  albomudur. 

Bu  albomu  da  uzun  illər 

sonra  2006-cı  ildə  oğlunun 

təkidilə 

ev 

şəraitində 



yazmışdır.  "Colour  Green" 

sakit,  səssiz,  qapanıq 

vaxtların, bir də payız və qış 

fəslinin albomudur.



Radiohead  

“OK Computer”

Çoxları  “The  Bends” 

albomunu  artıq  qrup 

üçün  pik  nöqtə  bilirdi. 

Bundan  daha  yaxşısı 

ola bilməzdi. Lakin "OK 

Computer" 

albomu 


Radiohead  üçün  zirvə 

oldu.  Onlar  tək  90-cı 

illərin 

ən 


yaxşı 

albomlarından 

birini 

yox, bütün dövrlərin 



ən  yaxşılarından  birini 

ərsəyə 


gətirdilər. 

1997-ci  ildə  bazara 

çıxan, 

musiqilərinin 



bəzisi 

bir 


alma 

anbarında,  digərləri  isə 

15-ci  ilə  aid  bir  qəsrdə 

yazılıb.  Albomun  ağır, 

melanxolik  bir  havası 

var.  Alboma  12  mahnı 

daxildir.

Joy Division 

“Unknown 

Pleasures”

70-ci  illərin  sonlarının 

əfsanəvi  post-punk  qrupu 

Joy Division... 

Özünəməxsus  üslubu  ilə 

seçilən  qrupun  “Unknown 

Pleasures” albomundakı 

mahnılar bir çox musiqiçilər 

tərəfindən  cover  edilmişdir. 

Tarixə  damğasını  vurmuş 

bu  albom  bir  çox  məşhur 

insan  üçün  ilham  qaynağı 

olub. Albomun üz qabığı da 

xüsusilə seçilir. 1979-cu ildə 

tam 

yazılışları 



bitib 

yayımlanmışdır. Alboma 10 

mahnı  daxildir.  Təəssüf  ki, 

qrupun 


vokalisti 

İan 


Curtis-in 

ölümü 


“Joy 

Division”ın 

fəaliyyətini 

erkən dayandırdı.



Billie Holiday  

“Lady in Satin”

50-ci illərin, möhtəşəm caz 

dövrünün  bir  o  qədər  də 

möhtəşəm  səsi  –  Billie 

Holiday.  Billie  Holiday 

deyərkən ağla gələn yalnız 

bu  olur  –  kədərin  səsi. 

Edith Piaf-ın həmişə olmaq 

istədiyi qadındır o. 11 və 14 

yaşında  zorlanıb,  sonra 

fahişəliyə  məhkum  edilən, 

rasizm  Amerikasının  küçə 

klublarında  məhv  olan  bu 

qadının 


əsl 

adı 


Eleonoradır.  44  yaşında 

serrozdan 

ölən 

müğənninin  ən  yaxşı 



albomlarından  biri  1958-ci 

ildə  yayımlanmış  “Lady  in 

Satin” albomudur.

28



Tərcümə

Feyza Əlimuradova



29

Sevgi Hekayəsi

Serge Gainsbourg və Jane Birkin

       Çox, olduqca çox qadın olub onun həyatında. Onlar gəlir, bir saatdan, bir gündən, bir 

aydan və ya bir neçə ildən sonra geridə ancaq Serjin yastığında pomada ləkəsi, 

yanağında əl izi, hətta bəziləri pasportunda möhür izi qoyaraq gedirdilər. Ancaq təkcə 

cazibədar Ceyn, Serjin qəlbində yara aça bilmişdi.

       O heç də digərlərindən daha gözəl və ağıllı deyildi (onun yanında həmişə gözəl və 

ağıllı qadınlar olurdu), ancaq nə səbəbdənsə məhz Ceyn başqalarından daha çox oldu 

onun yanında. Düz 12 il onlar birlikdə oldular, Serjin uzun və nizamsız həyatındakı 12 ən 

yaxşı il. Onun üçün yaradırdı Gensbur, ona ithafən yazılan "Je t'aime... moi non plus" 

(“Mən səni sevirəm... mən də yox”) bütün dünyada dinləyicilərin nəfəsini kəsirdi. “Mən 

səni sevirəm... – incə səslə Ceyn səslənirdi, – səni sevirəm”. “Mən də yox”, – deyə

cavab verirdi Serj. Sağ ikən zərif bir sevgi lirikası olaraq bəstələnmiş bu mahnı 

ölümündən sonra manifest kimi səslənir. Məlun kinikin manifesti, xoşbəxt ola bilən yalnız 

buna cəsarəti çatmayan birinin.

       Jurnalistlər tez-tez ondan soruşardılar: “Nə üçün sizin xoşbəxtlik haqqında mahnınız 

yoxdur?” Doğurdan, niyə görəsən? Ayrılıq haqqında mahnı var, yalnızlıq haqqında, pula 

sevgi, konfetə sevgi, ağ corablı balaca cariyələr, Mikki Maus haqqında və nəhayət... 

Xoşbəxtlik haqqında heç nə! “Xoşbəxtlik? Mən bunu müəyyən edə biləcək vəziyyətdə 

deyiləm. Ona görə xoşbəxtlik axtarmıram və ona inanmıram,” – deyə cavab verirdi Serj 

Gensbur.

        Kim bilir onun fateh və mədəni inqilabçı rolları ilə uyuşmayan sonsuz kədəri 

öz mənbəyini haradan götürürdü. Üstəlik “Rols Roys”la, möhtəşəm qadınlarla, 

böyük ölçülü brilliyantlarla və Parisin 7-ci rayonuna məxsus digər nişanları ilə 

birlikdə idi onun bu kədəri.

        Bəlkə bütün məsələ “rus mənşəli” olmağında idi. Belə ki, gələcək 

mədəni inqilabçının valideynləri Olqa və İosif Gensburlar 1917-ci 

ildə ağ və qırmızı terrorun dəhşətindən can qurtarıb Rusiyadan 

Parisə qaçan birinci immiqrant dalğasının tərkibində idilər. 



Yüklə 28,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə