Ölümə qarşı tək çarə sevişmək Həqiqət axtarışında (resenziya)



Yüklə 28,15 Mb.
Pdf görüntüsü
səhifə8/17
tarix26.08.2018
ölçüsü28,15 Mb.
#64600
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

30

Bəlkə də bu, Almaniya işğalı dövründə bütün yahudilər kimi geyimində sarı ulduz 

gəzdirməyə məcbur olduğu vaxtlarda keçirdiyi qorxu və təhqirlərin nəticəsi idi. Kim bilir

bəlkə də buna səbəb anasının yersiz səmimiyyəti olmuşdu. Nəyə görəsə oğluna o və əkiz 

bacısı Lilinin onun qorxaqlığı ucbatından dünyaya gəldiklərini demişdi. Belə ki, o, abort 

etdirməyə gedəndə həkim masasındakı alətlərdən qorxub qaçmışdı. Baxmayaraq ki, Olqa 

Gensbur əsl “yəhudi anası” idi, uşaqlarını hədsiz dərəcədə sevirdi, ancaq Serjin etirafına 

görə, o həmişə özünü müəyyən mərhələyə qədər səhvən, təsadüfən doğulmuş insan kimi 

hiss edirdi. Hətta valideynlərinin ona verdiyi Lüsyen adı belə ona tələsik seçilmiş axmaq 

bir ad kimi görünürdü. Buna görə 15 yaşına çatan 

kimi o, Serj oldu, və eyni zamanda fransız 

dilində səhv tələffüz olunmasın deyə, 

orfoqrafik dəyişiklik edərək 

soyadını “Ginsburg” əvəzinə 

“Gensbur” yazdırdı. Bu çox 

vacib idi, çünki Serj 

Gensbur yaxın zamanda 

məşhur olmaq niyyətində 

idi. Kim olmağı isə o 

qədər də vacib deyildi. 

Məsələn, rəssam! Paris 

incəsənət məktəbində 

oxuduğu, kubizm, 

abstraksiya ilə 

maraqlandığı illərdə ən 

azından Kurbe kimi rəssam 

ola bilməyəcəyi qənaətinə 

gəlir Serj. O zaman şair ola 

bilərmi? Bəli, Gensbur 

şeir yazır, hətta bəzilərini 

ədəbi almanaxlarda çap 

etdirir. Ancaq intelligent 

 ailədə      böyüyən hansı 

 oğlan şeir yazmırdı ki?! 




31

Belə çıxırdı ki, ən yaxşısı, özünü musiqidə axtarmaqdır. Üstəlik atası da musiqiçi idi. Serj 

və bacısı Brams, Bartok, Debüssi ifalarının sədaları altında böyümüşdülər. Düzdür, atası 

Parisdə  ən  yaxşı  halda  yalnız  pianoçu  ola  bilərdi.  Ancaq  yox,  əgər  Serj  musiqiçi 

olacaqdısa, böyük bəstəkar olacaqdı. Bəlkə də daha yaxşısı müğənni olmaq idi?

       Beləliklə, nə olmağa tam qərar vermədən, həm şair, həm müğənni, həm musiqiçi, həm 

də aktyor oldu Serj Gensbur. Əslində kim olmağın elə də vacib deyil, əsas odur ki, lazımi 

vaxtda  lazımi  yerdə  olasan.  Fransa  həmin  zaman  millət  olaraq  muşketyorluqdan 

qalenteriyaçı  Bonaselərə  çevrildiyi  bir  dönəmi  yaşayırdı.  Müharibəni  soba  başında 

keçirmiş,  yəhudiləri  işğalçı  rəhbərlik  tərəfindən  xəbərdarlıq  olmadan  təhvil  vermiş, 

koloniyalar ultimatumlarla boşaldılmışdı. Kişilik nümunəsi homoseksualist Jan Mare hesab 

olunurdu.  Belə  bir  vəziyyətdə  Serj  Gensbur  peyda  oldu.  Hədsiz  ambisiyaları,  böyük 

qulaqları və zərif fransızcasında əxlaqsız, ləyaqətsiz sözlər danışan uzun dili ilə. Üzünə 

tökülən saçları, tüklü siması, corabsız ayağa geyindiyi ayaqqabıları və prinsipial olaraq alt 

paltarsız halda o, dünya ilə estetik münaqişəsini nümayiş etdirirdi. Eyni acgözlüklə işləyir 

və içirdi, yaradır və dəlilik edirdi. Fransız şansonunu jaz ilə, rok-n-rolla, klassik xorları Afrika 

ritmləri ilə qarışdırırdı. Nanəli likör ilə rakını qarışdırdığı kimi. Ən avara adamda belə çox 

gözəl  görünən  son  dəbə  uyğun  ayaqqabılarını  cır-cındır  ilə  kombin  edirdi.  “Mən  sənin 

gözlərində təsvir olunduğum üçün sən daha ağıllı görsənirsən,” – deyə oxuyurdu Serj və bu 

sözləri Gensburun daimi görüş yeri olan “Parisyen” otelinin 314-cü otağında olmuş bütün 

qadınlar öz ünvanına götürə bilərdi.



32

        Masajistlər, saç ustaları, müğənnilər, professional fahişələr və o dönəmin Zizi Janmer, 

Julyet  Qreko,  Petula  Klark  kimi  ən  dəbdəbəli  qadınları,  hətta  təsəvvür  edin,  möhtəşəm 

Bricit Bardo belə! Serj həmişə öz qadınlarının sayı və möhtəşəmliyi ilə öyünərdi. Qapısının 

qarşısında  sıraya  düzülən  qadın  heyranları,  sevgi  macəralarındakı  intim  məqamları 

jurnalistlərə açıq-aşkar danışardı. Ancaq çox qəribə idi ki, qadınlar Serjdən incimirdi. Hətta 

özünün  tərs  xarakteri  ilə  tanınan  Bricit  Bardo  Serjin  əxlaqsız  çıxışları  barədə  bir  ana 

müdrikliyi ilə belə deyirdi: “Onun çox incə və yaralı ürəyi var. Və o yazığa elə gəlir ki, kinizm 

onu yaralanmaqdan, incinməkdən qoruyur”.

      Ancaq kinizm onun zaman keçdikcə aşiq olmağına, hətta evlənməyinə belə mane 

olmurdu. Lakin bu tarixçələr yalnız onun qarşı cinsə olan pis vərdişlərini möhkəmləndirirdi. 

Rus aristokrat ailəsindən olan qızla ilk evliliyi 20 yaşında ikən oldu və cəmi 3 ay davam etdi. 

Serj hətta bunu xatırlamaq belə istəmirdi: “Bohem həyatın axmaq hekayəsi”.

         İkinci həyat yoldaşı daha əsilzadə ailədən idi – Şahzadə Fransua Antuanetta Qoliçina. 

Bu evliliyə Gensbur bir il sonra “qısqanclıq krizləri yaradan şahzadənin olduqca davakar 

xarakteri"nə görə son verdi. Güman etmək olar ki, qadının qısqanclığı boş yerə deyildi. 

Ona görə Serj özü boşanma prosesinin bütün xərclərini çəkdi və hətta şahzadəyə təsəlli 

kimi  son  model  “Rols-Roys”  belə  bağışladı. Azadlığını  geri  qazanan  Gensbur  yenidən 

otelin 314-cü otağına qadınlar dəvət etməyə və onlara mahnılar bəstələməyə başladı. Bu, 

1968-ci ilin 11 mayına kimi – Ceyn ilə tanış olana kimi belə davam elədi.

        Düzünü desək, 1968-ci ilə qədər Ceyn Birkin haqqında deyiləcək o qədər də söz yox 

idi. Gözəl, Serjdən iki dəfə kiçik, yaxşı ailədən olan bir qız idi. Atası Böyük Britaniya Dəniz 

Donanmasında kapitan idi. Ancaq sadəcə adi bir hərbiçi yox, incəsənətə meyilli bir insan 

idi. Anası “Haymarket” teatrında kifayət qədər məşhur aktrisa idi. Valideynlər bir-birlərini 

sevir və hər ikisi qızlarına bağlı idilər. Hətta qızları 18 yaşına çatmadan bəstəkar Con Barri 

ilə evlənməyə hazırlaşarkən, onun qərarına çox hörmətlə yanaşdılar. Belə hallar üçün bu, 

çox  nadir  bir  valideyn  münasibəti  idi.  Lakin  Ceyn  də  öz  növbəsində  onların  etibarını 

doğrultdu. Anası və atası da daxil olmaqla, hər kəsi təəccübləndirərək Ceyn nümunəvi bir 

həyat yoldaşı oldu. O dərəcədə ki, onların evində təxminən bir həftə yaşayan və onların 

evlilik həyatını müşahidə edən “Newsweek” qəzetinin müxbiri öz məqaləsinə belə başlıq 

vermişdi: “Con Barri, onun nümunəvi “Yaguarı” və nümunəvi həyat yoldaşı”. Balaca Ceyn 

xidmətçiləri  idarə  edərək  evdə  qüsursuz  nizam-intizamın  olmasına  nəzarət  edirdi; 

bəstəkarın  içdiyi  şorba  düz  saat  12-də  ona  təqdim  olunmalı,  50  dərəcədə  qızdırılmalı, 

yataq  örtükləri  kraxmallı  olmalı  və  səliqəli  şəkildə  düzülməli  idi.  Əyləncə  barədə  də  o, 

əsasən həyat yoldaşının seçiminə uyğunlaşırdı. Yoldaşı evdə oturmağı sevirdi, ancaq onlar 

aradabir  gəzməyə  çıxanda  “Albert  Hall”-a  gedib  Rostropoviçin  ifasında  “Maler”i 

dinləyirdilər. Allah  bilir,  onlar  arasında  nə  baş  verdi  ki,  evliliklərindən  iki  il  sonra  Barri, 

qucağında balaca qızı ilə Ceyni boşadı? Ceyn heç vaxt heç kimə bu barədə danışmadı və 

sadəcə olanları bu cümlə ilə təsvir edirdi: “Bu, ideal olmayan bir qız üçün həddindən artıq 

bir ideal evlilik idi”. Bəlli olan təkcə o idi ki, Ceyn boşanma mərhələsini çox pis keçirirdi. 

Hətta valideynləri bütün bunların nəticəsi olaraq, Ceynin özünü Temza çayına atacağından 

da ehtiyatlanırdılar. Ona görə qızlarına – “Get, özünü inkişaf etdir, nəvəmizin qeydinə biz 

qalarıq,” – deyərək onu başqa ölkəyə göndərdilər. Bu yaşdakı qəlb yaraları nə qədər dərin 

olursa  olsun  tez  sağalır.  Bir  neçə  ay  sonra  Ceyn  artıq  Antonioninin  “Blow  up” 

(“Fotoböyütmə”) filminə çəkilirdi, hətta heç nədən çəkinmədən, mədəni inqilabın bir parçası 

olaraq, Serj Gensburla birlikdə eyni kadrda çılpaq olaraq kamera qarşısına keçmişdi. Az 

sonra onların hər ikisini rejissor Pyer Grimbl “Sloqan” filmində çəkilmək üçün dəvət edir, 

burada isə cütlük bərbad çıxış edir. Məşhur "Don Juan" Gensbur, Ceynə pis dizayn edilmiş




Yüklə 28,15 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə