Ölümə qarşı tək çarə sevişmək Həqiqət axtarışında (resenziya)



Yüklə 28,15 Mb.
Pdf görüntüsü
səhifə9/17
tarix26.08.2018
ölçüsü28,15 Mb.
#64600
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

33

adi bir oyuncaq kukla kimi baxırdı. O, Ceyni müxtəlif yollarla iynələyirdi. Bunların mənasını 

Ceyn heç də həmişə başa düşmürdü, ona aydın olan tək şey Serjin dəyişməyən səs tonu 

idi.


       Sevgi səhnələrinin birində kinayə ilə Serj onun qulağına pıçıldayır: “Əzizim, fransızsa 

bir söz belə bilmədiyiniz halda nə üçün fransız filminə çəkilirsiniz?” Ceynin rəngi dərhal 

ağarır və o, mətni qarışdırır. Yazıq Grimbl bu cütlüklə nə edəcəyini bilmirdi. Ağlına gələn tək 

şey guya ssenarini müzakirə etmək üçün onları restorana dəvət etmək idi. Özü isə görüşə 

getməyəcəkdi, qoy Serj ilə Ceyn birlikdə yemək yesinlər, söhbət eləsinlər və bəlkə bu yolla 

onların münasibəti isinər. Sevgi intriqasının yaranması da istisna deyildi, təbii ki.

         Kifayət qədər vodevil bir hiylə idi, ancaq nəticəsi gözləniləndən də artıq oldu. Kim bilir 

necə, ancaq onlar elə ilk gecədəcə ortaq dil tapdılar. Əgər Ceyn fransızca bilmirdisə, Serjin 

də  ingiliscəsi  yaxşı deyildisə,  onların  nə  haqqında  danışdıqlarını  təxmin  etmək  çətindir. 

Ancaq nəticə olaraq Ceyn başa düşdü ki, ilk baxışdan ona özündən razı və abırsız kimi 

görünən Serj, əslində yeniyetmə bir oğlan kimi çox utancaq, qəlbi yaralı və sanki çox tənha 

idi. Gensbur da öz növbəsində başa düşdü ki, çox qadındansa bir qadınla yaşamaq heç də 

pis olmazdı. Hətta daha yaxşı olardı.



34

        Parisin  7-ci  rayonunda  ev  almaq  xəbərini  eşidən  dostları 

birmənalı şəkildə şərh bildirdilər ki, Serj balaca ingilis qızına aşiq 

olub və bu dəfə deyəsən işlər ciddidir. Əks halda şəxsi ev onun 

nəyinə gərəkdir ki! 40 yaşına kimi o, valideynləri ilə yaşayırdı, öz 

rəqfiqələri ilə isə əfsanəvi 314 nömrəli otel otağında görüşürdü. 

Hətta  müvəqqəti  olaraq  bu  otaqda  görüşmələrini  belə  Ceyn 

kəskin  bir  şəkildə  rədd  etmişdi.  Həmin  ilk  gecə  Serj  onu 

“Parisyen” otelinə apardığı günü çox gözəl xatırlayırdı. Xidmətçi 

Serjə  müraciətlə  demişdi:  "Cənab  Gensbur,  xanımla 

birlikdəsiniz? O zaman həmişəki kimi 314 nömrəli otaq”. Ceyn 

hədsiz dərəcədə hirslənmiş, ancaq gecənin bir yarısı yeni tanış 

olduğu  biri  ilə  otelə  gəlmişdisə,  belə  bir  situasiyada  etiraz 

etməyin yersiz olduğunu anlamışdı. Yaxşı ki, həmin gün onlar 

arasında heç nə baş vermədi. Ceyn hamam otağından çıxanda 

Serj  artıq  yatmışdı.  Növbəti  gün  isə  o,  Ceyni  dostu  Petula 

Klarkın  evinə  gətirmişdi.  Bu  da  Serjin  onu  indiyə  qədər 

həyatında  olan  digər  qadınlardan  fərqləndirdiyinin  daha  bir 

göstəricisi idi.

          Onun  Ceynlə  münasibətinin  xüsusi  olduğunu  hamı  hiss 

edirdi, ancaq heç kim düşünmürdü ki, bu münasibət 12 il davam 

edəcək.  Bunun  üçün  olduqca  çox  səbəblər  var  idi.  Məsələn, 

Gensburun ailə həyatına uyuşmayan pis vərdişləri. 40 yaşında 

olan  insan  üçün  isə  vərdişlərindən  əl  çəkmək  asan  deyil. 

Bundan başqa, aralarında 20 yaş fərq var idi, təbii ki, 40 yaşlı 

insanla  20  yaşlı  insanın  həyatdan  istədikləri  də  fərqli  olur. 

Aralarındakı dil bariyeri də güclü səbəb idi. Ən nəhayət, Ceyn 

asanlıqla  daha  cavan  və  yaraşıqlı  birini  tapa  bilərdi.  Serji  də 

deyəsən ən çox narahat edən bu idi. “Sloqan” filminin çəkilişləri 

bitdikdən  sonra  Ceyn  yaraşıqlı  Delonla  birlikdə  “La  Piscine” 

(“Hovuz”) filmində çəkilmək üçün dəvət aldı. Bu vaxt Serj – ciddi

yetişkən  kişi,  bütün  günü  çəkiliş  meydançasının  ətrafında  gəzişirdi.  Bəli,  o  qısqanırdı! 

Qorxurdu ki, Delon onun balaca Ceynini oğurlayacaq.

“Siz qızlar, gözəl olan hər şey üçün acgözlük edirsiniz. Başa düşmürsünüz ki, eybəcərlik 

gözəllikdən daha əhəmiyyətlidir və daha uzun müddət davam edir. 20-30 il sonra Delon 

kompotun içindəki armud kimi bürüşəcək, acınacaqlı və eybəcər olacaqdır. Mən isə elə 

olduğum kimi qalacağam, çünki bundan daha betəri olmur.”

Bir dəfə Gensbur möhtəşəm bir limuzin kirayəyə götürür və çəkiliş meydançasına Ceyni 

qarşılamağa gedir. Onlar üstüaçıq limuzində şampan şərabı içə-içə gedirdilər, arxalarınca 

isə öz “Range Rover”-ində Delon tələsirdi. “Ora bax, o, qəzəbli milçəyə oxşayır,” – Delona 

işarə edərək Gensbur deyir. Şair olduğu üçün o, sözün təsir gücünü çox gözəl bilirdi.

Birlikdə olduqları ilk il onlar, demək olar ki, heç ayrılmadılar. Gensbur hətta öz karyerasını 

da düşünmürdü. Onlar cəmiyyət arasına çıxır, birlikdə müasir klub və restoranları gəzirdilər. 

Gensbur  ictimaiyyət  arasında  olmağı  sevirdi,  çünki  insanlar  tərəfindən  tanınmaq  onu 

məmnun edirdi, ancaq bütün gücü ilə bunun tam əksini nümayiş etdirirdi. Onun xasiyyəti bu 

cəhətdən Ceynə də təsir edirdi. O, Serjin şəxsi stilisti olmağa çalışırdı, ona nələrsə alır, 

onun üçün saç düzümü fikirləşib tapırdı. Ceyn hesab edirdi ki, onun bu cəhdlərinə qarşı 



35

Serj  hədsiz  dərəcədə  diqqətsizlik  göstərir. 

Ancaq  Gensbur  qətiyyətlə  onun  iradlarını 

rədd  edirdi:  “40  yaşımda  balaca  bir  qızla 

münasibətə  girib  onunla  ailə  qurmağa 

hazırlaşmağımın  özü  belə  axmaqlıqdır. 

Ancaq sənin qoca canavardan mülayim bir 

pişik  düzəltmək  cəhdlərin  isə  tamamilə 

gülüncdür”.  Qısacası,  onun  öz  xarici 

görünüşünə  bu  cür  laqeyd  yanaşması  da 

sadəcə  nümayiş,  göstəriş  xətrinə  idi. 

Yaxası  açıq  köynəklər,  cırıq  cinslər,  boş 

boyun ətrafına dolanmış qalstuk və üç gün 

qırxılmamış  saqqallı  simasi  ilə  (yeri 

gəlmişkən,  bunu  elə  Gensbur  dəbə 

gətirmişdi)  o,  çox  yaxşı  düşünülmüş  bir 

solçu  imici  yaratmışdı  –  mövcud  sistemə 

nifrət edir, ancaq ondan çox yaxşı istifadə 

etməyi  bacarırdı.  Elə  buna  görə 

ayaqqabıları  piton  dərisindən  olurdu, 

şalvarının  cibindən  brilliant  işləməli 

podsiqar  sallanırdı.  Ceynə  də  tez-tez  çox 

bahalı  və  gözəl  əşyalar,  hədiyyələr  alırdı. 

"Daha  yaxşı  olar  ki,  mənə  bir  mahnı 

hədiyyə  edəsən,”  –  bir  dəfə  Ceyn  ondan 

xahiş edir. Və Serj ona özünün ən gözəl və 

ən dürüst sevgi mahnısı olan "Je t'aime… 

moi non plus" (“Mən səni sevirəm... Mən də 

yox”)  mahnısını  həsr  edir.  Əslində  bu 

mahnını Serj Ceynlə tanış olmazdan yarım 

il  əvvəl  Bricit  Bardoya  ithafən  yazmışdı. 

Mahnının dörddə bir hissəsi ehtiraslı qadın 

iniltilərindən  ibarət  idi,  qalanı  isə  sevişmə 

barədə açıq-saçıq bir mətn idi.

      Serj və Bardo hətta birlikdə səslərini də 

yazdırmışdılar,  ancaq  Bricit  qəfil  utanaraq 

bu  mahnının  onun  üçün  çox  açıq-saçıq 

olduğunu əsas gətirərək Gensburu mahnını 

yazdırmaq  fikrindən  daşındıra  bilmişdi. 

1969-cu ildə isə Bardonun partiyasını Ceyn 

oxuyur.  Sanki  üzünü  yastığa  sıxmış  kimi 

boğuq və zəif səsi ilə “Mən səni sevirəm” – 

deyir, “ Mən də səni yox”, – xırıltılı, dumanlı 

səsi ilə Serj cavab verirdi. Bu eyni zamanda 

həm  çox  gözəl,  həm  də  təhqiredici 

səslənirdi. Vəziyyət o həddə gəlib çatdı ki, 

hətta  bəzi  Avropa  ölkələrində  mahnıya 

qadağa qoyulmuş, Roma Papası ictimai 

formada öz narazılığını bildirmişdi. Əsasən 

belə hallarda baş verdiyi kimi, bu da çox əla 

reklam  oldu.  Disk  bir  neçə  milyon  tirajla 

satıldı. Gensbur birdən-birə diskləri ən çox 

satılan  musiqiçiyə  çevrildi.  Onun  keçmiş 

uğuru indiki ilə müqayisəyə belə gəlməzdi. 

Jurnalların  üz  qabığı  üçün  şəkillər,  qəzet, 

radio  və  televiziya  üçün  müsahibələr.  Və 

qaçılmaz sual: “Niyə “mən də yox”? Bu nə 

mənaya  gəlir,  cənab  Gensbur?”  –  “  Bu,  o 

deməkdir ki, xoşbəxtlik məndən qaçmamış 

mən ondan qaçmağa üstünlük verirəm.”

       Ola bilər, o zamanlar Ceyn fransızcanı 

bu ifadənin mənasını onu narahat edəcək 

dərəcədə  anlamaq  həddində  bilmirdi.  Və 

yaxud bunu sadəcə zəhlətökən jurnalistlərə 

verilən adi bir cavab kimi qəbul edirdi. Həm 

də  onların  gündəlik  yaşantıları  Serjin 

xoşbəxtlikdən  qaçmaq  istəyində  olduğunu 

göstərmirdi.  Hətta  tam  əksinə,  elə 

görünürdü ki, Serj özünü hazırkı həyatında 

xoşbəxt  hiss  edir.  Hətta  daha  az  içməyə 

başlamışdı. Əvvələr onun adi günü “Pastis 

51”  arağı  ilə  başlayır  (özünün  ikiqat 

dozasına  görə,  o,  bu  içkini  “yüz  iki” 

adlandırırdı)  və  digər  qarışıq  içkilərlə 

davam  edirdi.  Serj  həmişə  alkoqolu 

yaradıcılıq üçün yeganə stimul verən qüvvə 

hesab edirdi, ancaq indi onun stimul vericisi 

balaca həyat yoldaşı idi. O, demək olar ki, 

daha  digər  müğənnilər  üçün  mahnı 

yazmırdı.  Əgər  dünyaya  nəsə  demək, 

anlatmaq  istəyirdisə,  o  zaman  Ceynə 

mahnı həsr edirdi və ya film çəkirdi. Onlar 

tez-tez  Londona  gedirdilər.  Ceyn  onu  öz 

valideynləri  və  qardaşı  Endryu  ilə  tanış 

elədi,  Serj  hamıda  çox  gözəl  təəssürat 

yaratmağı  bacardı.  Xüsusilə  də,  Fransa 

heyranı və poeziya vurğunu olan anasında: 

bəs necə, fransız kürəkən, özü də şair düz 

qapıya  gəlmişdi.  Serjin  valideynləri  də 

Ceyni  sevdilər.  Təkcə  ona  görə  ki,  o, 

oğullarının yanında idi. Ceynin ilk nikahdan 

olan  qızı  Keyti  qayınanası  öz  nəvəsi  kimi 

qəbul elədi, əzizlədi. Bir sözlə, onlar normal 

ailə 


həyatına 

başladılar. 

Yeganə 

çatışmazlıq daha çox uşağın olmaması idi. 




Yüklə 28,15 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə