On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə1/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
  1   2   3   4   5   6   7   8   9   ...   81


 

ON İKİNCİ FƏSİL 
SIFFEYN MÜHARIBƏSININ SƏBƏBLƏRI 
IMAM (Ə)-IN MÜAVIYƏYƏ QƏTI SÖZÜ 
Əmirəl-möminin  Əli  (ə)-ın  saleh  şəxsləri  vali  təyin  etmək  və 
səlahiyyətsiz,  ləyaqətsiz  şəxsləri  işdən  götürməklə  ilahi-haqq  hökumətinin 
əsaslarını  möhkəmləndirdikdən  sonra  artıq  Şamdakı  xəbis  şəcərənin 
(sülalənin)  köklərini  kəsərək  onun  şərrini  islam  cəmiyyətindən 
uzaqlaşdırmağın  vaxtı gəlib çatmışdı. Bu məsələ Həmdanın hakimi  Cəririn 
Kufəyə gəldiyi vaxt daha da dəqiqləşdi. O, Imam (ə)-ın məqsədindən agah 
olduqdan  sonra  Imam  (ə)-ın  xəbərdarlığını  ona  çatdırmaq  istədi  və  belə 
dedi:–Mənim  Müaviyə  ilə  köhnə  dostluğum  var.  Onu  sənin  haqq  olan 
hökumətini  rəsmi  şəkildə  tanımağa  dəvət  edər  və  Allahın  itaətində  olduğu 
vaxta qədər sənin tərəfindən Şamda hakim qalacağını bildirərəm. 
Imam  (ə)  onun  sonuncu  şərti  qarşısında  sükut  etdi  və  heç  nə  demədi. 
Çünki  bilirdi  ki,  onun  bu  iş  üçün  səlahiyyəti  yoxdur.  Malik  Əştər  Cəririn 
Imam  (ə)-ın  nümayəndəsi  olmasının  əleyhinə  çıxdı  və  onu  Müaviyə  ilə 
həmkarlıq etməkdə müttəhim etdi. Lakin Imam (ə) Malikin sözlərinin əksinə 
olaraq  Cəriri  seçdi.  Hadisələrin  gedişi  də  o  həzrətin  düzgün  fikirləşdiyini 
isbat  etdi.
1
  Imam  (ə)  Cəriri  göndərəndə  ona  buyurdu:  Gördün  ki,  gözüaçıq 
və  din  əhlindən  olan  səhabələrin  hamısı  mənimlədir.  Peyğəmbər  səni 
"yəmənli xeyirxah" adlandırmışdı. Məktubumla birlikdə Müaviyənin yanına 
get. Əgər müsəlmanların hamısının qəbul etdiyinə əməl etsə, lap yaxşı. Əks 
halda  ona  bildir  ki,  indiyə  qədər  mövcud  olan  sakitlik  və  rahatlıq  bir  daha 
mövcud  olmayacaq.  Ona  çatdır  ki,  mən  onun  vali  olmağına  heç  vaxt  razı 
olmamışam,  camaat  da  onun  (mənim  tərəfimdən)  vali  olmağına  razı 
olmayacaq."
2
 
Cərir  məktubu  alıb  Şama  yola  düşdü.  Müaviyənin  yanına  gedib  dedi: 
"Məkkə,  Mədinə,  Kufə,  Bəsrə,  Hicaz,  Yəmən,  Misir,  Əmman,  Bəhreyn  və 
Yəmamə əhalisi əmioğlun Əli ilə beyət etmişlər və içərisində olduğun bu bir 
neçə  qaladan  başqa  bir  kəs  qalmamışdır.  Əgər  o  yerlərin  çöllərindən  sel 
qalxsa,  hamını  qərq  edər.  Mən  ki,  səadət  yoluna  dəvət  etmək  və  bu  kişiyə 
beyət etmək üçün sənə yol göstərməyə gəlmişəm.
3
 
Sonra  Imam  (ə)-ın  məktubunu  Müaviyəyə  verdi.  Məktubda  yazılmışdı: 
"Mədinədə  mühacir  və  ənsarın  beyəti  Şamda  sənə  höccəti  tamam  və  itaət 
                                              
1
  "Tarixi-Yəqubi",  2-ci  cild,  səh.184;  "Tarixi-Təbəri",  3-cü  cild,  səh.  səh.235; 
Kamil" (Ibni Əsir), 3-cü cild, səh.14 
2
 "Tarixi-Təbəri", 5-ci cild, səh.235 "Vəqətu Siffeyn", səh.27-28; Qurani-Kərim bu 
məsələni  "Ənfal"  surəsinin  58-ci  ayəsində  aşkar  şəkildə  bəyan  edir.  Islam  hakimi 
müharibə  elan  etməzdən  öncə,  əvvəldə  mövcud  olan  hər  növ  amanın  aradan 
götürüldüyünü elan edir. 
3
  "Nəhcül-bəlağə"nin  şərhi,  (Ibni  Əbil-Hədid),  3-cü  cild,  səh.75;  "Əl-imamətu 
vəs-siyasət", -ci cild, səh.847; "Vəqətu Siffeyn", səh.28 


 

etməyi sənə vacib etmişdir. Əbu Bəkr, Ömər və Osmanla beyət edənlər elə 
həmin qayda ilə mənə də beyət etmişlər. Bu beyətdən sonra nə (orada) hazır 
olanların  onunla  müxalifət  etmək  haqqı  var,  nə  də  ki,  sənin  kimi  orada 
olmayanlar  onu  rədd  edə  bilərlər.  Şura  (sizin  rəyinizə  görə)  mühacir  və 
ənsarın  hüquqi  ixtiyarıdır. Əgər onlar bir kəsin  imamətinə rəy  verərək onu 
Imam  adlandırsalar,  onda  Allah  bu  işdən  razı  olar.  "Əgər  bir  kəs  etiraz 
məqsədilə,  yaxud  qarmaqarışıqlıq  yaratmaq  qəsdi  ilə  onların  fərmanından 
boyun qaçırsa, onu öz yerində oturdarlar və əgər tüğyan etsə, möminlərdən 
başqasının yolunu getdiyinə görə onunla vuruşarlar, Allah da onu sərgərdan 
halda  buraxar,  qiyamətdə  onu  cəhənnəmə  atar.  Bu  da  ən  pis  aqibətdir."
1
 
Təlhə  və  Zübeyr  mənimlə  beyət  etdikdən  sonra  öz  beyətlərini  pozdular. 
Beyəti pozmaq onu rədd etmək kimidir. Ey Müaviyə!  Nəhayət,  haqq qalib 
gəldi, Allahın fərmanı qələbə çaldı. Mənim nəzərimdə sənin üçün ən yaxşı iş 
sənin sağ-salamat olmağındır. Lakin özünü bəlaya salsan, səninlə vuruşacaq 
və bu yolda Allahdan kömək istəyəcəyəm. Osmanın qatilləri barəsində çox 
söz dedin. Sən də sair müsəlmanların getdiyi  yolla get və bundan  sonra bu 
məsələni irəli çək. Mən hamını Allahın Kitabına əməl etməyə vadar edirəm. 
Deyirsən  ki,  "Osmanın  qatillərini  mənə  təhvil  ver,  sonra  səninlə  beyət 
edim." Sənin bu təklifin uşağı südlə aldatmağa oxşayır. Canıma and olsun, 
əgər  sən  öz  nəfsinə  yox,  əqlinə  müraciət  etsən,  Osmanın  qanı  qarşısında 
mənim  ən  pak  bir  şəxs  olduğumu  dərk  edərsən.  Bil  ki,  sən  "tüləqa"dan–
islamda  əsir  olduqdan  sonra  azad  olunanlardansan.  Xilafət  belə  şəxslərə 
halal deyildir və onların şurada da üzv olmağa haqları yoxdur. Mən iman və 
hicrət  əhli  olan  Cərir  ibni  Əbdüllahı  sənin  və  sənin  tərəfindən  işlə  məşğul 
olanların  yanına  göndərirəm  ki,  mənimlə  beyət  edib  öz  vəfadarlığını  elan 
edəsən."
2
 
IMAM (Ə)-IN NÜMAYƏNDƏSI ŞAMDA 
Hər hansı bir insanın elçisi və nümayəndəsi onun şəxsiyyətini təmsil edir 
və  onun  işbilən  və  münasib  adamı  seçməsi  əqlinin  kamilliyindən  və 
püxtələşməsindən xəbər verir. Elə buna görə də alimlər demişlər: "Düzgün 
seçicilik  kişinin  əqlinin  ən  yaxşı  nişanəsi,  onun  inkişaf  səviyyəsinin 
tərəzisidir." 
Imam  Əli  (ə)  Müaviyənin  işdən  götürülməsi  fərmanını  çatdırmaq  üçün 
siyasi  və  dövlət  məsələlərində  çoxlu  təcrübələri  olan,  Müaviyəni  yaxşı 
tanıyan və özü də bacarıqlı və mahir söz ustası olan bir şəxsi seçdi. Bu şəxs 
Cərir  ibni  Əbdüllah  idi.  O,  Imam  (ə)-ın  məktubunu  rəsmi  bir  məclisdə 
Müaviyəyə  verdi.  O,  məktubu  oxuyub  qurtardıqda  Cərir  Əli  (ə)-ın  rəsmi 
nümayəndəsi  kimi  yerindən  qalxdı,  çox  şirin  və  ürəkoxşayan  bir  xütbə 
                                              
1
  "Nisa"  surəsinin  115-ci  ayəsinə  işarədir;  "Əl-iqdul-fərid",  4-cü  cild,  səh.84-85; 
"Əl-imamətu  vəs-siyasət",  "Vəqətu  Siffeyn",  səh.29-30;  "Tarixi-Təbəri",  3-cü  cild, 
səh.235 
2
 "Nəhcül-bəlağə", 6-cı məktub; "Əl-iqdul-fərid", 4-cü cild, səh.322; "Əl-imamətu 
vəs-siyasət",  səh.84-85;  "Vəqətu  Siffeyn",  səh.29-30;  "Tarixi-Təbəri",  3-cü  cild, 
səh.235 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə