On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə14/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   10   11   12   13   14   15   16   17   ...   81

 
27 
deməzdi.  Bu  sözün  ağızdan-ağıza  yayılması  da  Əbu  Müslümün  sadəliyi 
üzündən  olmuşdu,  çünki  o  öz  məmuriyyətini  camaat  içərisində  demişdi. 
Onun bu işi üçüncü xəlifənin təyin etdiyi valilərin zülmlərindən cana doyan 
və  elə  həmin  səbəbə  görə  də  onu  qətlə  yetirən  qiyamçıları  bir-biri  ilə 
birləşdirib daha da müttəfiq etdi. 
Imam  (ə)-ın  bu  məsələni  yoxladıqdan  sonra  "onları  təhvil  vermək 
məsləhət  deyildir"  -  deməsinin  səbəbi  də  bu  idi  ki,  onların  hər  birinin 
barəsində  hər  hansı  qərara  gəlmək  onların  hamısını  hərəkətə  gətirəcəkdi. 
Bundan  da  əlavə,  qisas  hökmünün  icra  olunmasını  tələb  etmək  Quran 
ayələrinə  əsasən  ölən  adamın  qəyyumuna  (vəliyyid-dəmə)  aiddir  və  o  da 
Müaviyə deyil, Osmanın övladları idi. Müaviyə onunla çox uzaq qohum idi 
və Osmanın qətlini öz fitnəkarlıq məqsədləri üçün bəhanə etmişdi. 
ON DÖRDÜNCÜ FƏSİL 
IMAM (Ə)-IN ORDUSUNUN SIFFEYN MÜHARIBƏSINƏ 
HAZIRLIĞI 
NÜXEYLƏ 
DÜŞƏRGƏSINDƏ 
IMAM 
(Ə)-IN 
ORDUSUNUN ÖN CƏBHƏSININ TƏŞKIL OLUNMASI 
Müaviyənin "vaxt öldürmə" siyasəti sona çatdı. O, tanınmış şəxsiyyətlərə 
məktub  göndərməkdə  istədiyi  nəticəni  əldə  edə  bildi.  Bu  müddət  ərzində 
hərbi qüdrətini artırdı və ətraf məntəqələrə casuslar göndərdi ki, Imam (ə)-ın 
təyin  etdiyi  valilərin  bəzilərini  aldadıb,  o  həzrətin  ordu  başçıları  və 
sərkərdələri arasında ixtilaf və fikir ayrılığı yaratsın. 
Peyğəmbər  (s)-in  özündən  sonra  Əli  (ə)-ı  aşkar  şəkildə  xəlifəliyə  təyin 
etdiyinə baxmayaraq, Imam (ə) 35-ci hicri ilinin Zilhəccə ayının 25-də zahiri 
xilafətə çatdı.
1
 
Mühacir  və  ənsarın  hamısı  onunla  müsəlmanların  rəhbəri  ünvanı  ilə 
beyət etdilər. O, öz xilafətinin ilk günlərindən etibarən Səbrə Cəhmi adlı bir 
qasid  göndərməklə  Müaviyəni  mərkəzi  hökumətə  itaət  etməyə  dəvət  etdi. 
Lakin  ondan  xudpəsəndlik,  özbaşınalıq,  hədə-qorxu  gəlməkdən  başqa  bir 
əksül-əməl görmədi. 
Imam  (ə)  Əbu  Müslüm  Xovlaninin  vasitəsi  ilə  Müaviyənin  məktubuna 
cavab  verdikdən  sonra,  tam  qətiyyətlə  işə  girişərək  bu  xəbis  şəcərənin 
kökünü kəsməli idi. Bu məqsədlə 36-cı ilin şəvval ayının əvvəllərində oraya 
ordu  göndərməyi  qərara  aldı.  Əvvəlcə  mühacir  və  ənsarı  dəvət  etdi  və 
Quranın  "işlərində  onlarla  məşvərət  et"  ayəsinin  hökmünə  görə  onunla 
birlikdə  Mədinədən  köçüb,  ondan  ayrılmayan  mühacir  və  ənsarın 
böyüklərinə  belə  buyurdu:–Siz  bizim  cəmiyyətimizdə  mübarək  rəyə  malik 
olanlar,  səbir  edənlər,  haqq  söyləyənlər,  düz  əməl  sahiblərisiniz.  Biz  həm 
sizin,  həm  də  bizim  düşmənlərimiz  olan  adamlara  tərəf  hərəkət  etmək 
                                              
1
  "Tarixi-Yəqubi",  2-ci  cild,  səh.178  (Beyrut  çapı);  "Tarixi-Təbəri",  4-ci  cild, 
səh.457 


 
28 
istəyirik. Bu barədə öz fikirlərinizi deyin.
1
 
Mühacirlərdən Haşim ibni Ütbə ayağa durub dedi:–Ey Əmirəl-möminin! 
Biz  Əbu  Süfyan  övladlarını  çox  yaxşı  tanıyırıq.  Onlar  sənin  və  sənin 
şiələrinin  düşmənləri,  dünyapərəstlərin  dostlarıdır.  Dünya  malı  və  əldə 
etdikləri  qüdrətə  görə  səninlə  vuruşur  və  bu  yolda  heç  nəyi  əsirgəmirlər. 
Onların bundan başqa məqsədləri yoxdur. Sadəlövh adamları aldatmaq üçün 
Osmanın  intiqamını  bəhanə  etmişlər,  amma  yalan  deyirlər.  Onlar  Osmanın 
intiqamını  almaq  üçün  deyil,  dünyəvi  məqsədlərə  çatmaq  üçün  çalışırlar. 
Bizi  onlara  tərəf  göndər.  Əgər  onlar  haqqı  qəbul  etsələr,  lap  yaxşı;  amma 
əgər  qəbul  etməyib,  təfriqə  və  müharibə  yolunu  seçsələr,  onlarla  vuruşaq. 
Mənim fikrimcə elə belə də olacaqdır. 
Sonra  mühacirdən  olan  Əmmar
2
  ayağa  qalxıb  dedi:–Ey  Əmirəl-
möminin!  Hətta  bir  gün  belə  yubanmadan  fasid  və  yaramaz  adamların 
müharibəni  başlamalarından  və  haqdan  ayrılıb  müqavimət  göstərmək 
qərarına  gəlmələrindən  əvvəl  bizi  döyüşə  göndər,  bizim  vasitəmizlə  onları 
səadətləri  olan  şeylərə  dəvət  et.  Əgər  qəbul  etsələr,  lap  yaxşı.  Amma  əgər 
müqavimət  göstərsələr,  onlarla  vuruşarıq.  Allaha  and  olsun,  onlarla  cihad 
etmək Allah dərgahına yaxınlıq və Onun tərəfindən rəhmət səbəbidir. 
Sonra isə ənsarın böyük və nüfuzlu şəxsiyyətləri öz fikirlərini bildirdilər. 
Qeys  ibni  Səd  ayağa  durub  dedi:  Bizi  dayanmadan  düşmənə  sarı  göndər! 
Allaha and olsun, bizim üçün onlarla cihad etmək Roma imperiyası ilə cihad 
etməkdən daha xoşdur. Çünki, onlar öz dinlərində hiyləgərlik etmişlər, indi 
də Allah övliyalarını (mühacir və ənsarı) və yaxşılıq ardınca gedənləri zəlil 
və  xar  hesab  edirlər.  Onlar  bizim  mal-dövlətimizi  özlərinə  halal,  özümüzü 
isə qul hesab edirlər. 
Qeysin  sözü  sona  çatdıqda  Xüzeymə  ibni  Sabit  və  Əbu  Əyyub  Ənsari 
onun öz fikrini hamıdan əvvəl  bildirməsini irad tutub dedilər: Yaxşı  olardı 
ki, bir az səbir edərdin, böyüklər danışardılar. 
Sonra  ənsarın  böyüklərinə  dedilər:  Ayağa  qalxıb  Imam  (ə)-ın  irəli 
sürdüyü məsələ barəsində nəzərinizi bildirin. 
Ənsarın  görkəmli  şəxsiyyətlərindən  olan  Səhl  ibni  Hənif  ayağa  durub 
dedi: Ey Əmirəl-möminin, biz sənin dostun, dostlarının dostu, düşmənlərinin 
düşməniyik. Bizim fikrimiz elə sənin fikrindir. Biz sənin sağ əlinik. Amma 
gərək  bu  məsələni  Kufə  əhalisinə  də  təklif  edib  onları  cihada  çağırasan  və 
onları  əldə  edəcəkləri  səadətdən  agah  edəsən,  çünki  onlar  bu  yerin 
sakinləridir.  Əgər  onlar  sənin  çağırışına  müsbət  cavab  versələr,  sənin 
məqsədin əməli olaraq həyata keçər. Bizim səninlə heç bir fikir ayrılığımız 
yoxdur. Nə vaxt çağırsan cavab verərik, nə vaxt əmr etsən yerinə yetirərik.
3
 
Səhlin sözləri onun dərrakəli bir adam olduğunu göstərirdi. Çünki, Imam 
(ə)-ın  ətrafında  mühacir  və  ənsardan  olanlar  islam  ümmətinin  özəyi  hesab 
olunurdular,  onların  bu  işə  tərəfdar  olmaları  camaatın  hərəkət  etməsində 
                                              
1
 "Vəqətu-Siffeyn", səh.92 
2
 Peyğəmbər (s.ə.v.v) onun barəsində belə buyurmuşdur: "Əmmar haqq ilə, haqq 
da Əmmar ilədir." 
3
 "Vəqətu-Siffeyn", səh.92-93 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə