On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə3/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   2   3   4   5   6   7   8   9   ...   81

 

eşitməsinə baxmayaraq onun qəlbini qəm-qüssə bürümüşdü. O, dodaqaltı bir 
şer zümzümə edirdi ki, onun axırıncı beytinin tərcüməsi belədir: 
"Mən elə yaxşı bir şeyə ümidvaram ki, ümidli şəxsin ona ümidi var; və 
mən Iraq mülkündən məyus deyiləm."
1
 
O, bu məqsədə çatmaq üçün öz havadarlarını dəvət etdi, Ütbə ibni Əbu 
Süfyan ona dedi:–Əli  ilə müharibə etmək barədə gərək Əmr Asla məşvərət 
edib onun dinini alasan. Çünki o, Osmanın hökumətindən kənara çəkilmişdi 
və  əgər  onu  dirhəm  və  dinar  verməklə  razı  salmasan,  sənin  hökumətindən 
daha çox uzaqlaşacaq.
2
 
ON ÜÇÜNCÜ FƏSİL 
ƏLI  (Ə)-LA  QARŞILAŞMAQ  ÜÇÜN  MÜAVIYƏNIN 
TƏDBIRLƏRI 
MÜAVIYƏNIN ƏMR ASA MƏKTUBU 
Müaviyə mahir siyasətçi olan Əmr Ası həmkarlığa cəlb etmək üçün ona 
bir məktub yazdı. (O vaxtlar Əmr As xoşagəlməz və mənfur bir adam kimi 
hər  yerdən qovulmuşdu və Fələstində  yaşayırdı.) Məktubun məzmunu belə 
idi:  "Əli,  Təlhə  və  Zübeyrin  xəbərləri  sənə  çatmışdır.  Mərvan  ibni  Həkəm 
Bəsrə əhalisinin bir dəstəsi ilə Şama gəlmişdi. Cərir ibni Əbdüllah da bizdən 
beyət  almaq  üçün  Əlinin  tərəfindən  nümayəndə  kimi  Şama  gəlmişdi.  Mən 
əvvəlcə  sənin  rəyini  bilmək  üçün  hər  növ  qərara  gəlməkdən  çəkinmişəm. 
Tez özünü bura yetir, bu məsələ barəsində müzakirə edək."
3
 
Məktub Əmr Asa çatan kimi o, məktubda qeyd edilən məsələni iki oğlu–
Əbdüllah  və  Məhəmmədlə  müzakirə  etdi  və  onların  bu  barədə  fikirlərini 
soruşdu. Onun birinci oğlu belə dedi:–Peyğəmbər və ondan sonrakı iki xəlifə 
ölən gün hamı səndən razı idi. Osman öldürüləndə sən Mədinədə deyildin. 
Yaxşı olar ki, indi öz evində oturasan və əhəmiyyətsiz bir mənfəətdən ötrü 
Müaviyənin yanına getməyəsən. Çünki sən heç vaxt xilafətə çatmayacaqsan, 
ömür  günəşin  qüruba  enmək  ərəfəsindədir,  qorxuram  həyatının  sonunda 
bədbəxt olasan. 
Lakin  ikinci  oğlu  birincinin  əksinə  olaraq  onu  Müaviyə  ilə  həmkarlıq 
etməyə  dəvət  edərək  dedi:–Sən  Qüreyşin  böyüklərindən  birisən.  Əgər  bu 
işlərdə  fəal  hərəkət  etməsən,  nəzərlərdə  kiçilərsən.  Haqq  şamlılarladır. 
Onlara kömək et və Osmanın intiqamını al! Bu halda Bəni-Üməyyə də bu iş 
üçün qiyam edər. 
Əmr  As  ayıq  bir  adam  idi.  O,  Əbdüllaha  dedi:–Sənin  fikrin  mənim 
dinimin,  Məhəmmədin  fikri  isə  dünyamın  xeyrinədir.  Gərək  bu  məsələ 
barəsində fikirləşəm. 
Sonra bir neçə beyt şer oxuyub onda hər iki oğlunun fikrini əks etdirdi. 
                                              
1
 "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.78 
2
  "Nəhcül-bəlağə"nin  şərhi,  (Ibni  Əbil-Hədid),  3-cü  cild,  səh.79;  "Vəqətu 
Siffeyn", səh.33 
3
 "Vəqətu Siffeyn", səh.34; "Əl-imamətu vəs-siyasət", səh.84 


 

Daha  sonra  lap  kiçik  oğlu  Vərdanın  rəyini  soruşdu.  O  dedi:–Ürəyindən 
keçənlərdən xəbər verimmi?! 
Əmr As dedi:–Nə bilirsən, onu da de. 
Oğlu  dedi:–Həm  dünya,  həm  də  axirət  sənin  qəlbinə  hücum  etmişdir. 
Yüksək  fikir  və  düşüncəyə  tabe  olmaq  axirətdə  səadətə  çatmağına  səbəb 
olar, hərçənd ona tabe olmaqda dünya yoxdur, lakin axirət həyatı dünyadakı 
nakamlıqlarını əvəz edər. Müaviyə ilə həmkarlıq etməkdə dünya var, lakin 
axirət  yoxdur; dünya həyatı da əbədi  axirət  səadətini  əvəz edə bilməz. Sən 
indi iki yol ayrıcında qalmısan və hansını seçəcəyini bilmirsən. 
Atası dedi:–Düz deyirsən. Indi sənin fikrin nədir? 
Oğlu  dedi:–Öz  evində  otur.  Əgər  din  qələbə  çalsa,  onun  sayəsində 
yaşayarsan  və  əgər  dünya  əhli  qələbə  çalsa,  onda  onlar  səndən  ehtiyacsız 
deyillər. 
Əmr As dedi:–Mən evdə necə otura bilərəm, halbuki, mənim Müaviyəyə 
yaxınlaşmağım ərəblərin qulağına çatmışdır?!
1
 
O daxilən dünyapərəst bir şəxs olduğuna görə, Müaviyənin tərəfini seçdi
lakin kiçik oğlunun sözlərini zərif bir şer şəklində belə oxudu: 
"Əliyə  itaət  etmək  dinlə  yanaşıdır,  amma  onunla  dünya  yoxdur. 
Halbuki Müaviyəyə itaət etməkdə səltənət və dünya vardır. 
Qəlbimdə  olan  arzu  və  tamah  üzündən  tam  ixtiyarla  dünyanı  qəbul 
etdim, amma bunu seçməkdə üzr və dəlilim yoxdur."
2
 
Sonra Şama getdi və özünün köhnə dostu ilə müzakirəyə başladı. Onların 
Imam  (ə)-ı  hakimiyyətdən  götürmək  üçün  tökdükləri  məkrli  tədbirlər 
sonralar qeyd ediləcəkdir. 
IKI KEÇMIŞ SIYASƏTBAZIN HƏMKARLIĞI 
Nəhayət  Bəni-Səhm  tayfasının, eləcə də öz əsrinin  tanınmış siyasətbazı 
və  siyasətdə  hər  şeyi  rəva  görən,  heç  bir  əxlaqi  normalara  riayət  etməyən 
Əmr  As  dünyanı  axirətdən  üstün  tutdu,  qocalıq  çağlarında  yenidən  Misrə 
hökmranlıq etmək sevdası ilə Fələstindən Şama yola düşdü. O, Müaviyənin 
onun  tədbir  və  siyasətinə  ciddi  ehtiyaclı  olduğunu  yaxşı  bildiyinə  görə 
onunla  həmkarlıq  edəcəyinə  dair  verdiyi  iltizamın  əvəzində  Müaviyədən 
ağır məbləğdə pul almağa cəhd edirdi.
3
 
Müzakirə zamanı Müaviyənin  rəğbətini  mümkün qədər qazanmaq üçün 
istədiklərini  daha  çox  saf-çürük  edirdi.  Ilk  müzakirədə  Müaviyə  üç  çətin 
məsələni irəli çəkdi ki, onların içərisində, Əli (ə)-ın Şama həmlə etmək üçün 
hazırlaşması  onu hər şeydən çox narahat  etmişdi. Bu müzakirəni  Nəsr ibni 
Müzahimin "Tarixi-Siffeyn" kitabından olduğu kimi nəql edirik: 
Müaviyə:–Bir neçə gündür ki, üç məsələ məni çox narahat edir. Həmişə 
onların barəsində fikirləşirəm. Bunların çıxış yollarını mənə göstər. 
Əmr As:–Bu üç çətin məsələ hansılardır? 
Müaviyə:–Məhəmməd  ibni  Əbu  Hüzeyfə  Misir  zindanından  qaçmışdır. 
                                              
1
 "Əl-imamətu vəs-siyasət", səh.87 
2
 "Vəqətu Siffeyn", səh.36 
3
 "Tarixi-Yəqubi", 2-ci cild, səh.187 "Əl-imamətu vəs-siyasət", -ci cild, səh.87 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə