On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ


vəziyyətlərini  dəyişməyincə,  dəyişməz."



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə6/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   2   3   4   5   6   7   8   9   ...   81

 
11 
vəziyyətlərini  dəyişməyincə,  dəyişməz."  Osmanın  Əli  tərəfindən 
öldürülməsindən söz açılır. Əgər doğrudan da Əli onu öldürübsə, mühacir və 
ənsar  onunla  beyət  etdiyindən,  camaata  hakim  onlardır  (bu  məsələni  onlar 
həll  etməlidirlər).  Əgər  Əli  onu  öldürməyibsə,  bəs  nə  üçün  Müaviyənin 
sözünü təsdiq edirsən?! Rica edirəm ki, özünü və qohum-əqrəbanı fəlakətə 
salmayasan.  Əgər  Cəririn  müəyyən  bir  rütbəyə  çatmasından  qorxursansa, 
sən də Əliyə tərəf gedib öz qəbilən və Şam əhalisi ilə birlikdə onunla beyət 
edə bilərsən." 
Lakin Əzdi qəbiləsindən olan o kişinin xeyirxah fikirləri təsirsiz oldu və 
Şərhbil Müaviyənin dəvətini qəbul edib yola düşdü.
1
 
MÜAVIYƏ  QƏBILƏ  ŞEYXLƏRINDƏN  VƏ  SADƏLÖVH 
ZAHIDLƏRDƏN KÖMƏK ISTƏYIR 
Qəbilə  daxilində  təşkil  olunan  yığıncaqlarda  qəbilə  başçısının  qərar 
qəbul  etməkdə  tam  ixtiyarı  vardır,  onun  hər  hansı  bir  cinaha  tərəf  meyl 
etməsi  o  qəbilənin  hamısının,  yaxud  bir  hissəsinin  həmin  tərəfə  meyl 
etməsinə səbəb olur. Əslində onun şəxsi rəyi–xüsusilə əgər qəbilə rəisi zahiri 
müqəddəsliyə malik olsa–bütün qəbilədəki rəy və fikirləri təmsil edəcəkdir. 
Müaviyə  Şam  əhalisini  və  orada  yaşayan  yəmənli  mühacirləri  səfərbər 
etmək  üçün  belə  şəxsiyyətlərin  rəğbətini  qazanmalıydı.  Onun  "bədənindən 
ayrılmış  olan  ağlı"  Əmr  As  da  onu  bu  işə  vadar  etdi.
2
  Şamda  (Həmsdə) 
yaşayan  Şərhbil  hər  iki  şərtə  malik  idi:  O  həm  müqəddəs  və  hörmətli  bir 
ağsaqqal  idi,  həm  də  yəmənli  mühacirlərin  böyüyü  sayılırdı.  Onun  nəzər-
diqqətini  cəlb  etməklə  ümumxalq  fikrində  Əli  (ə)-a  qarşı  əsaslı  dəyişiklik 
yaranacaqdı.  Elə  buna  görə  də  Müaviyə  məktub  yazaraq,  onu  Şama  dəvət 
etdi,  Şərhbilin  etimad  göstərdiyi  adamlara  göstəriş  verdi  ki,  onunla 
müntəzəm  surətdə  əlaqədə  olsunlar,  Əli  (ə)-ı  Osmanın  qatili  kimi 
tanıtdıraraq onun  (Şərhbilin) beynini  yusunlar ki,  Imamın qatil  olmasından 
savayı başqa bir şey fikirləşə bilməsin. 
O,  Həmsdən  Şama  gəldi,  hamı  ona  hörmət  göstərdi.  Müaviyə  onunla 
söhbət edərək belə dedi:–Cərir ibni Əbdüllah Bəcli Iraqdan gəlib bizi Əli ilə 
beyət  etməyə  çağırır.  Əli  çox  yaxşı  adamdır,  lakin  Osmanın  qatilidir.  Mən 
hələlik  heç  bir  qərara  gəlməmişəm,  çünki  mən  Şam  əhalisindən  biriyəm, 
onların rəy verdikləri şeyə rəy verirəm, pis saydıqları şeyi də xoşlamıram." 
Şərhbil öz fikrini aşkar etmədən dedi:–Gərək məsələni araşdıram, sonra 
isə fikrimi deyəm." 
Buna  görə  də  məclisi  tərk  etdi  və  araşdırma  aparmağa  başladı.
3
  Onun 
beynini  doldurmaq  üçün  Müaviyə  tərəfindən  əvvəlcədən  məmur  olunan 
şəxslər müxtəlif yollarla onunla əlaqə yaradaraq Imam (ə)-ın qatil olmasını 
                                              
1
  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-Hədid),  2-ci  cild,  səh.;  "Vəqətu  Siffeyn", 
səh.44-45 
2
 Buxari öz tarix kitabında (2-ci cild, səh.249) onu şərh və Ibni Əbi Hatəm "Əl-
cərhu vət-tədil" kitabında (4-cü cild, səh.338) onun adını qeyd etmişdir. 
3
  "Kamil"  (Ibni  Əsir),  3-cü  cild,  səh.143;  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-
Hədid), 2-ci cild, səh.71; "Vəqətu Siffeyn", səh.44-45 


 
12 
təsdiq edir, Əli (ə) barəsində onun qəlbinə şəkk-şübhə toxumu səpirdilər. Bu 
zəhərli  təbliğatlar  sadəlövh  zahidin  fikrini  dəyişdirdi  və  onu  "oddan  da 
yandırıcı bir kasa", "anadan da mehriban bir dayə" surətinə saldı. Buna görə 
də Müaviyə ilə ikinci dəfə söhbət edəndə dedi:–Mən camaatdan Əlinin qatil 
olmasından  başqa  bir  şey  eşitmədim.  Buna  görə  də  onunla  beyət  etməyə 
haqqın yoxdur; əks halda ya səni Şamdan çıxardarıq, ya da öldürərik!
1
 
Müaviyə bu sözləri eşitdikdə dedi:–Mən də Şam əhalisinin bir üzvüyəm, 
heç vaxt sizinlə müxalifət etmərəm. 
Şərhbil  Müaviyənin  yanından  çıxıb  Həsin  ibni  Nümeyrin  yanına  getdi, 
ona  dedi  ki,  Imam  (ə)-ın  nümayəndəsi  olan  Cəririn  dalınca  bir  adam 
göndərsin ki, onunla da müzakirə etsin. 
ŞƏRHBILIN  IMAM  (Ə)-IN  NÜMAYƏNDƏSI  ILƏ 
MÜZAKIRƏSI 
Cərir  Həsinlə  birlikdə  Şərhbilin  yanına  gəldi,  hər  üçü  müzakirəyə 
başladılar.  Şərhbil  Imam  (ə)-ın  nümayəndəsinə  dedi:–Sən  müəmmalı  bir 
xəbərlə  buraya  gəlmisən.  Məncə,  bizə  qarşı  vəsvəsə  edib,  Iraqla  Şamı  bir-
birinə  qarışdırmaq  istəyirsən.  Sən  Əlini  tərifləyirsən,  halbuki,  o,  Osmanın 
qatilidir. Qiyamət günü Allah qarşısında cavab verəcəksən! 
Imam  (ə)-ın  nümayəndəsi  belə  cavab  verdi:  Mən  heç  də  müəmmalı  bir 
xəbərlə sizin yanınıza gəlməmişəm. Mühacir və ənsarın Əli ilə beyət etdiyi 
halda  onun  xilafəti  necə  müəmmalı  ola  bilər?!  Təlhə  və  Zübeyr  beyəti 
pozduqları üçün öldürülmüşdür. Sən özünü şirin ağzına atmısan, mən isə heç 
vaxt belə bir iş görməmişəm! Əgər Iraq və Şam haqqın qorunub saxlanması 
üçün  müttəfiq  olsalar,  onda  bu  iş  onların  batil  bir  iş  üstündə  bir-birindən 
ayrılmalarından  yaxşıdır.  Allaha  and  olsun  ki,  Əlini  "Osmanın  qatili" 
adlandırmaq  uzaqdan-uzağa  töhmət  vurmaqdan  başqa  bir  şey  deyildir.  Sən 
dünyaya  meyl  etmisən  və  keçmişdə,  Səd  Vəqqasın  dövründə  də  sənin 
qəlbində bir şey var idi. (Bu cümlədə "Səba" surəsinin 53-cü ayəsi istifadə 
olunmuşdur.)
2
 
Məclis  sona  çatdı,  Cərir  sonra  bir  qəsidədə  özünün  yəmənli  dostu 
Şərhbilə aşağıdakı məzmunda belə bir xəbər göndərdi: "Şərhbil, ey Səmtin 
oğlu, həvayi-nəfsə itaət etmə, çünki bu dünyada dinin yerini verə biləcək bir 
şey yoxdur, Hərbin oğluna da de ki, artıq bu gün öz məqsədinə çatmaq üçün 
hörmətin yoxdur, belə isə onun ümidini kəs!"
3
 
Cəririn  gözəl  bir  şer  şəklindəki  nəsihətli  sözləri  Şərhbilin  əlinə  çatanda 
sanki  yuxudan ayıldı,  bir az fikirləşib dedi:–Bu  söz mənim  üçün dünya  və 
axirətdə  bir  nəsihətdir.  Allaha  and  olsun,  son  qərara  gəlməkdə 
tələsməyəcəyəm!" 
Müaviyə  Cərirlə  Şərhbilin  müzakirəsindən  və  Cəririn  ona  göndərdiyi 
xəbərdən  agah  olduqda  Cəriri  tənbeh  etdi,  sonra  onun  sözlərinin  təsirini 
                                              
1
 "Vəqətu Siffeyn", səh.47-48 
2
 "Vəqətu Siffeyn", səh.47-48 
3
  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-Hədid),  2-ci  cild,  səh.80-81;  "Vəqətu 
Siffeyn", səh.48-49  


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə