On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə9/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   5   6   7   8   9   10   11   12   ...   81

 
17 
dikmisən. 
Müaviyə dedi:–Başqa bir məclisdə öz qəti fikrimi elan edəcəyəm. 
O  öz  qəti  fikrini  elə  bir  vaxtda  elan  etdi  ki,  artıq  Şam  əhalisi  onunla 
beyət etmiş, Müaviyə də onları sınamışdı. Yalnız bundan sonra Imam (ə)-ın 
nümayəndəsinə  qayıtmaq  izni  verdi  və  Imama  da  bir  məktub  yazdı. 
Tarixçilərdən  bəziləri  o  məktubun  belə  olduğunu  qeyd  etmişlər:  "...Əgər 
mühacir  və  ənsar,  sənin  Osmanın  öldürülməsində  əlin  olmadığın  halda 
səninlə  beyət  etmiş  olsaydılar,  onda  sənin  xilafətin  də  əvvəlki  üç  xəlifənin 
xilafəti  kimi  olardı,  lakin  sən  mühacirləri  Osmanı  öldürmək  üçün  təhrik 
etdin,  ənsarı  da  onu  (Osmanı)  himayə  etməyə  qoymadın.  Nəticədə  cahillər 
sənə  itaət  etdi,  zəiflər  gücləndi.  Şam  camaatı  Osmanın  qatillərini  təhvil 
verməyincə  səninlə  vuruşmağı  qərara  almışlar.  Əgər  təhvil  versən,  xilafət 
məsələsi  müsəlmanların  şurasında  irəli  çəkilib  həll  olunacaq.  Canıma  and 
olsun,  bil  ki,  sənin  mənimlə  olan  vəziyyətin  Təlhə  və  Zübeyrlə  olan 
vəziyyətin  kimi  deyildir.  Çünki  onlar  səninlə  beyət  etmişdilər,  lakin  mən 
beyət  etməmişəm.  Şam  əhalisi  də  Bəsrə  əhalisi  kimi  deyildir,  çünki 
bəsrəlilər səninlə beyət edərək sənə itaət etməyi qəbul etmişlər, halbuki Şam 
əhalisi sənin xilafətini və sənə itaət etməyi qəbul etməmişdir. Amma sənin 
islamda  olan  iftixarlarını,  Rəsuli-Əkrəmlə  olan  yaxınlığını  və  Qüreyş 
arasında olan mövqeyini heç vaxt inkar etmirəm."
1
 
Bu  məktub  yalanla  dolu  olmaqla  eyni  zamanda  Müaviyənin  əxlaq 
normalarına riayət etmədiyi hiylələrindəndir. O öz məqsədinə çatmaq üçün 
rəqibinə  hər  hansı  iftira  atmaqdan  çəkinmirdi.  Lakin  Imam  (ə)  öz 
məktublarında  özünü  müdafiə  etmək  üçün  real  həqiqətləri  irəli  çəkirdi.  O 
həzrət,  Müaviyəyə  yazdığı  bir  məktubda  onun  vurduğu  töhmətlərə  belə 
cavab  verir:  "...Elə  bir  şəxsin  məktubu  mənə  çatmışdır  ki,  onun  nə  ağlı 
vardır ki, onu (düz yola) hidayət etsin, nə də bir rəhbəri var ki, onu (düz) 
yola gətirsin. Tamah onu (özünə tərəf) çağırmış, o da (bu çağırışa) müsbət 
cavab  verib  ona  tabe  olmuşdur.  Sən  belə  təsəvvür  edirsən  ki,  Osman 
barəsində gördüyüm iş mənim beyətimi (sənin üçün) qüvvədən salmışdır. 
Canıma and olsun ki, mən mühacirdən olan bir adam idim, onlar haradan 
getdilərsə,  mən  də  oradan  getdim.  Allah  isə  heç  vaxt  onların  hamısını 
birlikdə azğınlığa salmaz, gözlərinə pərdə çəkib örtməz. Mən nə Osmanın 
qətlinə  fərman  verdim  ki,  fərmanda  xəta  etmək  məni  tutsun,  nə  də  onu 
öldürdüm  ki,  məndən  qisas  alınması  vacib  sayılsın.  Sən  deyirsən  ki, 
şamlılar  bu  gün  Hicaz  əhlinə  hakimdir.  Şamlılardan  bir  adam  göstər ki, 
onun  şuraya  üzv  olması  qəbul  edilsin  və  Peyğəmbərin  canişinliyi 
məqamına  layiq  olsun.  Əgər  belə  güman  edirsənsə,  bil  ki,  bu  haqda 
mühacir və ənsar sənin fikrini təsdiq etmirlər. "Osmanın qatillərini mənə 
təhvil ver" - deməyin çox yersiz bir sözdür. Osmanın sənə nə dəxli var?! 
Sən  Bəni-Üməyyədənsən,  bu  iş  (qisas  almaq)  üçün  Osmanın  övladları 
səndən  irəlidə  və  səndən  artıq  haqlıdır.  Əgər  sən  onların  atalarının 
intiqamını almaqda güclü olduğunu təsəvvür edirsənsə, bizə itaət et, sonra 
                                              
1
  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-Hədid)  3-cü  cild,  səh.88;  "Kamil" 
(Mübərrəd) 3-cü cild, səh.184; "Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.91; 


 
18 
onun qatillərindən şikayət et. Mən hamını düz yol getməyə vadar edirəm. 
Sənin  Bəsrə,  Şam,  Təlhə,  Zübeyr  və  özün  haqqında  yürütdüyün 
mühakimə əsassızdır və onların hamısında hökm birdir. Çünki  o ümumi 
bir beyət idi, ona yenidən baxılmalı deyil və onun pozulmasına da ixtiyar 
verilməmişdir. Osmanın qətli barəsində məni təkidlə günahlandırmağın da 
düz  söz  deyil  və  bu  barədə  sənə  bir  xəbər  çatmayıb.  Mənim  fəzilətimi, 
Peyğəmbərlə  olan  yaxınlığımı  və  Qüreyş  arasında  olan  nüfuzumu  qəbul 
etmisən.  Canıma  and  olsun,  əgər  bacara  bilsəydin  onları  da  inkar 
edərdin!"
1
 
Sonra  öz  nümayəndəsi  olan  Nəcaşiyə  buyurdu  ki,  Müaviyənin 
məktubuna yüksək səviyyəli bir şerlə cavab versin və hər ikisini (məktub və 
şer) Müaviyəyə göndərsin. 
IMAM (Ə)-IN NÜMAYƏNDƏSI ŞAMDAN QAYIDIR 
Imam  (ə)-ın  nümayəndəsi  olan  Cəririn,  bir  siyasi  nümayəndə  kimi,  söz 
ustası,  ayıqlığı,  dözümlülüyü  və  səbrinə  söz  ola  bilməzdi.  O,  Imam  (ə)-ın 
məqsədini  qan  tökülmədən  təmin  etmək  və  Müaviyəni  mərkəzi  hökumətə 
tabe olmağa vadar etmək üçün çox çalışdı.  Lakin o bir səhvə yol vermişdi: 
Iki  köhnə  siyasətbazın  "bu  gün-sabah"  deyə  söylədikləri  hiyləgər  sözlərinə 
aldandı.  Müaviyə  də  bu  fürsətdən  mümkün  qədər  istifadə  etdi,  Şam 
camaatını  sınaqdan  çıxarıb  Imam  (ə)-la  müharibəyə  hazırladı  və  öz  qəti 
fikrini yalnız Osmanın intiqamını almaq üçün Şam əhalisindən beyət aldığı 
vaxt elan etdi. 
Cəririn yol verdiyi səhv nəticəsində Imam (ə) 36-cı hicri ili, rəcəb ayının 
əvvəlində Kufəyə daxil olmuş, Müaviyənin qəti fikrini bilmək üçün aylarla 
Cəriri gözləmişdi. Müaviyə də bu müddət ərzində şamlıları təpədən-dırnağa 
qədər silahlandırdı,  onların hamısını  Imam (ə)-la müharibəyə səfərbər etdi. 
Beləliklə də düşməni qəfildən yaxalamaq fürsəti əldən çıxdı. 
Cəririn  xəyanət  etməsini  isbat  edəcək  xüsusi  bir  dəlil  yoxdur,  lakin 
şübhəsiz, onun bilərəkdən, yaxud bilməyərəkdən etdiyi səhv islam tarixinin 
gedişində  çox  təsir  buraxdı  və  onun  səhvinə  görə  qasitinlərin  mənfur 
həyatları  müəyyən  həddə  qədər  davam  etdi.  Əlbəttə,  Imam  (ə)  Kufədə 
qaldığı  müddətdə  çox  işlər  gördü,  bəzi  valiləri  işdən  kənarlaşdırdı,  islam 
üçün fədakarlıq göstərən və səlahiyyətli şəxsləri işə götürdü. 
Bu müddət ərzində Əli (ə)-ın Kufədə qalmasının səbəbini yalnız Cəririn 
yubanması ilə əlaqələndirmək olmaz. Xüsusilə də bunu nəzərə alaq ki, Imam 
(ə)  Kufədə  düşərgə  salandan  sonra,  Cəriri  Həmdan  hakimliyindən  Kufəyə 
çağırdı və belə bir böyük vəzifəni ona tapşırdı. Bu müddət ərzində cavanlar 
və cəngavərlər ona müraciət edib düşmənlə döyüşə hazır olduqlarını bildirir 
və  Imam  (ə)-dan  hərəkət  edib  Şam  sərhədlərinə  getmək  üçün  icazə 
istəyirdilər.  Lakin  Imam  (ə)  qan  tökülməsinin  qarşısını  almaq,  məsələni 
hərbi  toqquşma  olmadan,  dinc  yolla  həll  etmək  istəyirdi.  Buna  görə  də 
                                              
1
  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-Hədid),  3-cü  cild,  səh.89;  "Əl-imamətu 
vəs-siyasət",  səh.91-92;  "Vəqətu  Siffeyn",  səh.57-58;  "Kamil"  (Mübərrəd)  3-cü  cild, 
səh.224 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə