126
düşmənə belə bir fürsət verdiniz.
1
Ibni Əbil-Hədid 36-cı xütbənin şərhində yazır: "Xəvaric Imam (ə)-a
dedilər ki, dediklərinin hamısı düzdür, amma nə etmək olar ki, biz böyük bir
günaha mürtəkib olmuş və ondan tövbə etmişik. Sən də gərək tövbə
edəsən!" Imam xas bir günaha işarə etmədən ümumi şəkildə buyurdu:
"Əstəğfirullahə Rəbbi və ətubu iləyh." Bu vaxt xəvaricin düşərgəsindən altı
min nəfər ayrılıb Imama qoşuldu."
Ibni Əbil-Hədid bu istiğfarın izahında yazır: "Imamın bu tövbəsi
"müharibə məkrdir" qəbilindən olan siyasət idi. O heç bir günahı iqrar
etmədən bütün peyğəmbərlərin dediyi müəmmalı bir söz dedi və düşmən də
onunla razılaşdı."
2
DOST CILDINDƏ OLAN DÜŞMƏNLƏRIN TÖRƏTDIYI
FITNƏ-FƏSADLAR
Imam (ə) xəvaric düşərgələrindən Kufəyə qayıtdıqdan sonra, camaat
arasında belə bir şayiə yayıldı ki, o, həkəmiyyəti ləğv etmiş, onu zəlalət
saymışdır; o həm də camaatın Müaviyə ilə müharibə etməsi üçün döyüş
sursatı hazırlamaq və həkəmlərin rəyi elan olunandan sonra hərəkət etmək
istəyir. Bu vaxt Əşəs ibni Qeys (onun həm həyatı, həm də Imam (ə)-a hansı
məqsədlə qoşulması tamamilə şübhəli idi) zahirdə dostluq göstərdi, batində
isə Müaviyənin xeyrinə olaraq sözə başlayıb dedi:–Camaat deyir ki, Əmirəl-
möminin öz əhdindən dönmüş, həkəmiyyəti küfr və zəlalət hesab etmişdir.
O, müqavilə müddətinin axırına qədər gözləməyi qanunsuz hesab edir.
Əşəsin sözləri Imam (ə)-ı həqiqəti açıb söyləməyə məcbur etdi. O həzrət
dedi:–Hər kəs mənim həkəmiyyət müqaviləsini qüvvədən salmağımı
fikirləşirsə, yalan deyir. Hər
kəs onu zəlalət hesab edirsə, özü zəlalətdədir.
Həqiqətin aşkar edilməsi xəvaricə elə ağır gəldi ki, "la hukmə illa lillah"
şüarını verərək məscidi tərk etdilər və yenidən öz düşərgələrinə qayıtdılar.
Ibni Əbil-Hədid burada qeyd edir ki, Imam (ə)-ın hökumətində baş verə
biləcək hər növ xələl və iğtişaş Əşəsin əlində idi, çünki o bu məsələni ortaya
atmasaydı, Imam (ə) həqiqəti deməyə məcbur olmaz və elə həmin ümumi
tövbə ilə qane olan xəvaric Imam (ə)-la birlikdə Müaviyəyə qarşı
müharibəyə gedərdilər. Amma o, Imam (ə)-ın tövriyəni açıb həqiqəti bəyan
etməsinə səbəb oldu.
XƏVARICI HIDAYƏT ETMƏK ÜÇÜN YENI SƏYLƏR
Mübərrəd "Kamil" kitabında Imam (ə)-ın əvvəlki ilə tamamilə fərqlənən
digər bir mübahisəsini qeyd edir ki, o həzrətin xəvariclə etdiyi ikinci
mübahisəsi olmasına ehtimal verilir. Onun xülasəsi belədir:
Imam (ə):–Yadınızdadırmı, onlar Quranları nizələrə vurub qaldıranda
mən dedim ki, bu iş hiylə və məkrdir. Əgər onlar Quranın qəzavət etməsini
istəsəydilər yanıma gəlib mənim qəzavət etməyimi tələb edərdilər. Bir nəfər
1
"Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 1-ci cild, səh.280
2
Yenə orada