Ön sözün müəllifi: İsa Həbibbəyli



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə1/24
tarix15.03.2018
ölçüsü0,55 Mb.
#31521
  1   2   3   4   5   6   7   8   9   ...   24


HACI NƏRİMANOĞLU 

 



2  

 

 

 

Ön sözün müəllifi:  



İsa Həbibbəyli,  

akademik 

 

Elmi redaktor:   



Fətəli Abdullayev, 

s. ü. fəlsəfə doktoru,  

dosent 

 

Məsləhətçi:                          Aytən Qəhrəman, 



                                                filologiya elmləri doktoru, professor 

 

Rəyçi:   



 

Elçin Qəhrəmanov, 

f.ü . fəlsəfə doktoru 

 

Texniki redaktor: 



Nailə Həmidqızı 

 

 



 

 

 



 

 

 



Hacı Nərimanoğlu. Əyyub Abasov: Zəngəzur faciəsini yaşayan 

və yaşadan ədib. – Bakı: Mütərcim, 2016. – 96 səh. 

 

 

 



Kitab  tanınmış  yazıçı-dramaturq,  əməkdar  incəsənət  xadimi,  məşhur 

“Zəngəzur” romanının müəllifi Əyyub Abasovun həyat və yaradıcılığına həsr 

olunub. 

 

 

ISBN: 978-9952-28-287-0     

 

 

© H.Nərimanoğlu, 2016 



 

 

 

 




3  

BƏLƏDÇİ 

 

İ. Həbibbəyli. 

Tarixi gerçəkliyin böyük romanını yaradan  

görkəmli yazıçı .............................................................................................. 5 

 

Həyatı ............................................................................................................ 11 



Bədii yaradıcılığı ....................................................................................... 15 

“Zəngəzur” romanının

 

Əyyub Abasov yaradıcılığında 



və ədəbiyyatımızda yeri ........................................................................ 22 

Zəngəzur qırğınları “Zəngəzur”da ..................................................... 32 

Zəngəzurun Ermənistana

 

verilməsinin tarixi, hərbi-siyasi,  



mənəvi aspektləri “Zəngəzur”da........................................................ 43 

İngilis barmağı ........................................................................................... 47 

Zəngəzurluların cavabsız

 

qalan harayları ...................................... 55 



Artıq ingilislər yoxdur,

 

baş rolda bolşevik Rusiyasıdır ............ 62 



“Zəngəzur” romanı istedad,

 

cəsarət, vicdan  



və milli düşüncənin təcəssümüdür ................................................... 66 

Əliyevlər ailəsinin stolüstü kitabı ...................................................... 69 

Əyyub Abasovun dünyaya göz açdığı

 

Şəki kəndi haqqında .... 76 



Mən isə onları heç zaman unutmayacağam… ............................... 80 

Şərəflə yaşanmış ömrün anları ........................................................... 81 

 

 

 

 

 




4  

 

 

 




5  

 

 

TARİXİ GERÇƏKLİYİN BÖYÜK ROMANINI  

YARADAN GÖRKƏMLİ YAZIÇI 

 

 



Birinci  Dünya  savaşında  (1914-18)  böyük  dövlətlərin 

Osmanlı torpaqlarını tarixdən silmək planları kimi, erməni-

lərin  Anadolu  torpaqlarında  “dənizdən  dənizə  Ermənistan” 

yaratmaq  xülyası  da  türk  xalqının  iradəsi,  döyüş  əzmi, 

tarixdə  bənzəri  olmayan  Qurtuluş  savaşı  sayəsində  puça 

çıxdı.  Bundan  başqa  böyük  dövlətlərin  silahlandırıb  hərtə-

rəfli  hərbi-siyasi  dəstək  verdiyi  erməni  terrorçu  dəstələri 

Anadolu  torpaqlarındakı  acınacaqlı  məğlubiyyətin  əvəzini 

Azərbaycanın  günahsız  müsəlman  əhalisindən  çıxmağa 

başladılar.  Məqsəd  Qərbi  Ermənistan,  Naxçıvan,  Zəngəzur 

və  Qarabağdan  Gəncəyə  qədər  olan  ərazilərdə  müsəlman 

əhalini deportasiya etmək, bu ərazidə erməni dövləti qurmaq 

idi.  Böyük  güclərin  Qafqazda  Azərbaycan  torpaqları  hesa-

bına  ermənilərə  dövlət  yaratmaq  planları  on  minlərlə 

günahsız  insanın  qanı  bahasına  reallığa  çevrildi.  XX  əsrin 

əvvəllərində  baş  vermiş  Zəngəzur  qətliamları  ermənilərin 

azərbaycanlılara qarşı soyqırımı siyasətinin ən qanlı səhifəsi 

idi. Bu faciələrin doğru-düzgün bədii salnaməsini yaratmaq 

missiyasını da tale həmin dəhşətləri şəxsən yaşamış Zəngə-

zurdan  olan  yazıçı  Əyyub  Abasova  həyata  keçirmişdir.  O, 

XX əsrin əvvəllərində ermənilərin Zəngəzurda törətdiyi qan-

lı  qırğınların,  soyqırım  və  deportasiyanın  canlı  şahidi  olub. 

Valideynlərini,  qardaşlarını,  doğmaları  və  əzizlərini  itirib, 

uşaq yaşında az sayda sağ qalan həmyerliləri ilə ağır əzablar 

içində  qarlı-çovğunlu  dağ  cığırları  ilə  Naxçıvana  pənah 

gətirmişdir.  Burada  dayısı,  tanınmış  maarifçi  ziyalı  Əb-

düləzim  Rüstəmovun  ailəsində  yaşayıb,  oxuyub,  işləyib  və 

yaradıcılıq fəaliyyətinə başlayıb.  




6  

Əyyub Abasov Bakıda, Leninqradda ali təhsil alıb, Nax-

çıvan  şəhərində  texnikum  direktoru,  maarif  müdiri  vəzi-

fələrində  çalışıb.  O,  Nazirlər  Sovetində,  Azərbaycan  KP 

MK-da  işləyib,  amma  müntəzəm  olaraq  həm  də  məhsuldar 

ədəbi yaradıcılıqla da məşğul olub. Əyyub Abasovun xalqı-

mız qarşısında ən böyük xidməti vicdan və cəsarətin, böyük 

ədəbi  istedadın  layiqli  bəhrəsi  olan  2  cilddə  yazılmış  980 

səhifəlik  "Zəngəzur"  tarixi  romanıdır.  Bu  əsərdə  XX  əsrin 

əvvəllərində bir sıra xarici dövlətlərin fəal hərbi-siyasi dəs-

təyi,  cəllad  Andronik  və  onun  təcavüzkar  tərəfdarları  olan 

daşnakların  başçılığı  ilə  Zəngəzurda  törədilən  qətliamlar 

doğru-düzgün qələmə alınıb. Roman Sovet rejiminin tüğyan 

etdiyi,  ermənilərin  bütün  dünyada  cəlladbaşı  Andronikin 

100 illiyini təmtəraqla qeyd edib heykəllərini qoyduğu illər-

də  nəşr  edilib.  Kitabda  cəllad  Andronikin  dilindən  deyilən 

aşağıdakı sözlər Azərbaycan sovet ədəbiyyatında cəsarət nü-

munəsi  sayıla  bilər:  "Müsəlman  kəndlərinin  biri  də  sala-



mat  qalmamalıdır",  "Türkü  öldürmək  cinayət  deyil,  qəh-

rəmanlıqdır,  türkü  öldürməyənlər  millət  xainidir,  özləri 

öldürülməlidir.”  

Əyyub Abasov yaxşı bilirdi ki, çar Rusiyasının və bolşe-

vik  hökumətinin  ağalığı  dövründə,  1905-1920-ci  illərdə 

Azərbaycanın  tarixi  mahalı  olan  Zəngəzurda  silahlı  erməni 

dəstələrinin  törətdiyi  qırğınlar  nəticəsində  minlərlə  müsəl-

man qətlə yetirilmiş, çoxsaylı müsəlman kəndi dağıdılmışdı. 

Zəngəzur mahalının Qafan, Gorus, Qarakilsə (Sisian), Meğri 

rayonları 1920-ci ildə xalqın iradəsinə zidd olaraq, Moskva 

və  Tiflisdə  mərkəzi  hakimiyyətdə  təmsil  olunan  ermənipə-

rəst  qüvvələrin siyasi  qərarı ilə zorla Azərbaycandan qopa-

rılaraq  Ermənistana  verilmişdi.  Bu  hadisələrin  şahidi  olan 

Əyyub Abasov “Zəngəzur” əsəri ilə tarixi gerçəkliyin böyük 

romanını yaratmağa müvəffəq olmuşdur. Ona görə də “Zən-

gəzur” romanı XX əsrin əvvəllərinin erməni terroru ilə bağlı 

qanlı  hadisələrinin  obyektiv  ədəbi  salnaməsi  hesab  olun-



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə