Ön sözün müəllifi: İsa Həbibbəyli



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix15.03.2018
ölçüsü0,55 Mb.
#31521
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

43  

 

ZƏNGƏZURUN ERMƏNİSTANA  



VERİLMƏSİNİN TARİXİ, HƏRBİ-SİYASİ,  

MƏNƏVİ ASPEKTLƏRİ “ZƏNGƏZUR”DA 

 

“Zəngəzur”da  Andronik,  Dro,  Hjde,  Karo  kimi  erməni 



daşnak  generallarının iç  üzünü açmaqla bərabər,  erməni  və 

azərbaycanlıların,  onların  başbilənlərinin  baş  verən  hadisə-

lərə, yeni cəmiyyət quruculuğuna, milli münasibətlərə müəl-

lifin baxışı da aydın görünür. Bu da dövrün gerçəklərini gö-

rüb, anlayıb dəyərləndirmək baxımından çox əhəmiyyətlidir. 

Müəllif həqiqətin bədii inikası olan detallarla  yeni quru-

lan  Ermənistan  Milli  Şurasının  məramını  ustalıqla  göstərir. 

General  Karo  Hamparsumyan  başda  olmaqla,  Şuranın  nü-

mayəndələri də dinc müsəlman əhaliyə qarşı eyni fikirdədir: 

"Andronik  ermənilərə  millətçilik  və  başqa  xalqlara  qarşı 

ittiham  hissi  aşılamaqda  bizim  məqsəd  və  ideyamıza 

yaxındır." 

Bununla onlar Andronikin etnik təmizləmə, deportasiya-

ya  yönələn cinayətlərinin onların da ürəyincə olduğunu, si-

yasi məramları ilə eyniyyət təşkil etdiyini etiraf edirlər. 

Kitabın  üzdəniraq  erməni  başbilənlərinin  hamısı:-  keşiş 

Mesrop  da,  yeni  qurulan  Erməni  Milli  Şurasının  qurduğu 

baş  nazir  Xatisovun  rəhbərlik  etdiyi  hökumətin  rəhbərləri 

də, yeni ictimai quruluş yaratmaq uğrunda mübarizə aparan 

bolşevikləri  də  bir  ümumi  amal,  ideya  birləşdirir-daha  çox 

Azərbaycan torpaqlarını yerli əhalidən təmizləyib böyük Er-

mənistan qurmaq. Bu isə qaniçənlikdə heç də Andronikdən 

geri  qalmayan  general  Karonun  fikirləridir:  “əsas  vəzifə 



şüarımızı  unutmamaqdır.  “Makrel  sırpel”,  yəni  süpürüb 

atmaq.  Ermənistanda  ancaq  ermənilər  yaşaya  bilər.  Mü-

səlmanlar,  ruslar  ölkədən  təmizlənməlidir.  Andronikin 

başladığı,  lakin  axıra  çatdırmadığı  işi  Xatisov  hökuməti 

başa vuracaqdır.” 


44  

Bəs Tiflisdə eyni gündə, eyni məqsədlə yaradılmış Azər-

baycan  Milli  Şurası  o  günlərdə  hansı  düşüncədə,  mövqedə 

idi, xatırlayırsınızmı, əziz oxucum?! Faktları yada salaq, heç 

olmasa  erməni  başbilənlərlə  bizim  fərqlərimizi  görmək, 

göstərmək üçün. 

...1919-cu  il  23  noyabrda  Tiflisdə  Ermənistan  və  Azər-

baycanın  baş  nazirləri  A.Xatisovla  Nəsibbəy  Usubbəyov 

arasında  Amerika  ordusunun  baş  qərargah  polkovnikinin, 

Gürcüstan  xarici  işlər  nazirinin  iştirakı  ilə  savaşı,  atəşi  da-

yandırmaq məqsədi ilə sülh sazişi imzalanmışdı və dekabrın 

sonlarına  ABŞ,  Böyük  Britaniya,  Fransa,  İtaliya  hökumət-

lərinin Qafqazdakı missiya başçılarının iştirakı ilə birgə sülh 

konfransının  keçirilməsi  barədə  razılıq  əldə  olunmuşdu.  7 

gün  keçmişdi  növbəti  qırğınların  siqnalını  verən  bu  əmr 

veriləndə,  müqavilənin  mürəkkəbi  də  yuxarı  Zəngəzurda 

Andranikin  başçılığı  ilə  axıdılan  qanların  torpaqdakı  izləri 

də hələ qurumamışdı: 



 

“Qafan-Genvaz-Tatev hərbi hissələrinə 

 

ƏMR 

 

Əsgərlər, sabah Gığı dərəsinə qarşı bizim hücumumuz, 

səlib müharibəmiz başlayır. 

Sabah  sizin  güclü  hücumunuz  və  zərbələrinizdən  ağlını 

itirən  düşmən  öz  kəndlərini  buraxıb  gedəndə  sizi  bu  gün 

düşmənlər tərəfindən təhqir olunmuş kilsə və qalalarımızın 

qədim  xarabalıqları  salamlayacaqdır.  Sabah  bu  vadidə 

ayaqlarınızın taqqıltısı, silahlarınızın gurultusu eşidiləcək... 

Bütün  kəndləri  yandırın,  talan  edin,  hücum  zamanı 

külli  miqdarda  dinamit  və  partlayıcı  çəlləklərdən  istifadə 

edin... 

İrəli, Allah və Davud bəyin qisasçı ruhu bizimlədir. 


45  

Qafan,  Tatev  (Gorus)-Genvaz  (Meğri)  hərbi  qüvvələri-

nin ümumi komandanı Njde” 

 

1919-cu il dekabrın 1-i sübh çağı üç istiqamətdə başlayan 



hücumlarda;  Oxçuda  əvvəlcə  əli  silah  tutan  kişilər  gülləyə 

qənaət  etməkdən  ötrü  xəncərlə  doğranıb,  gürzlərlə  başları 

əzilib, ardınca da məscidin içinə 400-dən çox qadın və uşaq 

doldurulub,  içəri  qumbaralar  atılıb  sonra  od  vurub  yandı-

rılıblar,  bu  kəndin  1400  sakinindən  yalnız  10-12  nəfər  sağ 

qurtulub,  öldürülənlərin  yalnız  133-nün  kimliyini  tanımaq 

mümkün  olub,  Şabadindən  cəmi  8  kişi,  7  qadın  sağ  çıxıb, 

Atqız  kəndinin  4000  sakinindən  yalnız  261  nəfəri  mühasi-

rədən  sağ  çıxa  bilib,  onların  da  167-si  Gığı  dərəsindən  Or-

dubada  keçən  qarlı,  şaxtalı  yollarda  donub  ölüblər,  Çaylıda 

900 müsəlman öldürülüb, tamamən mühasirəyə alınmış Mə-

dən, Şəhərcik, Buğacıq, Mollalı, Həkəri, Keçi Sofulu, Kurud, 

Keçili, Əsgərli, Pirçevan, Zəngəzur qəzasının 3-cü sahəsinin 

(Qubadlı  rayonu)  Xocahandan  Qaladərəsinə  qədər  ərazidəki 

48 kəndin əhalisi amansızlıqla qətlə yetirilib, evləri tamamən 

yandırılıb, talan, qarət edilib. Qubadlının 93-cü ilin 31 avqust 

işğalına qədər o kəndlərin bir çoxunun xarabalıqları dururdu, 

heç  kəs  oralarda  yenidən  məskən  salmağa  ürək  etməmişdi, 

insanlar o yerlərə gizli bir qorxu hissi ilə baxırdılar ki, qırılan 

insanların  ruhları  hələ  də  o  kəndlərin  xarabalıqları  üzərində 

gecə-gündüz qorxunc inilti ilə haray  çəkirlər, bəzi kəndlərin 

isə yalnız adları arxiv sənədlərində qalıb.  

Türk zabitləri kişiləri bir yerə yığıb silahlanmağı, erməni 

hücumlarına  qarşı  hazırlıqlı  olmağa  çağırır.  Romanın  əsas 

qəhrəmanlarından  olan  kəndli  Comərdin  onlara  cavabına 

baxaq:  “Siz,  cənab zabit,  bizim kəndlilərin arasına millət-



çilik ruhu yaymayın! Heç kəs siz türklərdən, almanlardan 

silah  alıb,  ermənilərlə  dava  etməyəcək.  Ermənilər  bizim 

ata-baba  qonşumuz,  torpaq  əhlimiz  və  dostumuzdur.  Bi-

zimlə onların heç bir  şərikli malı yoxdur. Siz  və sizin  əli-


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə