Ön sözün müəllifi: İsa Həbibbəyli



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix15.03.2018
ölçüsü0,55 Mb.
#31521
1   2   3   4   5   6   7   8   9   ...   24

7  

mağa  layiqdir.  Bu,  Azərbaycan  ədəbiyyatında  Zəngəzur 

hadisələrinə həsr edilmiş ilk tarixi roman kimi mühüm əhə-

miyyətə  malikdir.  Əsərdə  Zəngəzur  hadisələri  bütün  real-

lıqları,  acı  həqiqətləri  ilə  birlikdə  obyektiv  mövqedən  əks 

etdirilmişdir. Bu mənada “Zəngəzur” romanı geniş oxucular 

üçün  vətənpərvərlik  məktəbi  funksiyasını  yerinə  yetirdiyi 

kimi,  tarixçilər  üçün  də  mühüm  bir  mənbəşünaslıq  bazası 

sayıla  bilər.  Əyyub  Abasovun  “Zəngəzur”  romanında  tari-

xiliklə  bədiilik  bir-birini  tamamlayır.  Bu  əsər  Azərbaycan 

ədəbiyyatındakı qiymətli tarixi romanlardan biridir. “Zəngə-

zur”  romanına  görə  onun  müəllifi  haqsız  yerə  təqib  olun-

muş, çətin və gərgin həyat yaşamışdır. Hətta, XX əsrin əllin-

ci  illərində  “Zəngəzur”  romanı  kitab  mağazalarından  və 

kitabxanalardan  yığılmış,  oxunması  və  istifadəsinə  qadağa 

qoyulmuşdur.  Xüsusən,  “Zəngəzur”  tarixi  romanının  ikinci 

cildi nəşr edildikdən sonra yazıçıya qarşı ədəbi tənqiddə və 

ictimai  mühitdə  haqsız  kampaniyalar  təşkil  olunmuşdur. 

Əyyub Abasovun 18 aprel 1957-ci ildə 52 yaşında ikən dün-

yasını dəyişməsi də həmin ədalətsiz təqiblərin nəticəsi idi.  

Müstəqillik illərində ölkəmizdə dövlət səviyyəsində mey-

dana  çıxmış  mühüm  tarixi  əhəmiyyətə  malik  olan  qərarlar 

XX əsrin əvvəllərinin repressiya və deportasiya hadisələrinə 

verilmiş  obyektiv  siyasi  qiymətin  ifadəsi  olmaqla  bərabər, 

həm  də  Əyyub  Abasov  kimi  vətənpərvər  yazıçıların  tam 

siyasi bəraəti demək idi. Azərbaycan Respublikasının Prezi-

denti  İlham  Əliyevin  ölkəmizdə  latın  qrafikalı  ədəbiyyatın 

nəşri üzrə həyata keçirdiyi dövlət proqramının əsasında çap 

olunmuş  bədii  əsərlər  içərisində  “Zəngəzur”  romanının  da 

olması  yeni  tarixi  epoxada  bu  qiymətli  əsərə  və  onun 

müəllifi olan görkəmli yazıçıya bəslənilən münasibəti aydın 

şəkildə ifadə edir. 

Oxuculara  təqdim  edilən  “Əyyub  Abasov:  Zəngəzur 

faciəsini  yaşayan  və  yaşadan  ədib”  adlı  kitabın  müəllifi, 

yazıçı-tədqiqatçı  Hacı  Nərimanoğlu  Zəngəzurda  doğulub 

boya-başa  çatdığı  üçün  bu  regionda  baş  vermiş  keşməkeşli 




8  

hadisələrin  tarixini  yaxından  öyrənmək  imkanına  malik 

olmuş, gərgin və mürəkkəb hadisələrin böyük bir hissəsinin 

məşəqqətlərini şəxsən yaşamışdır. Buna görə də onun elmi-

ədəbi  fəaliyyətində  Zəngəzur  və  ətrafında  cərəyan  etmiş 

hadisələr  geniş  yer  tutur.  Hacı  Nərimanoğlunun  indiyədək 

çap  edilmiş  12  kitabından  dördü  Qarabağ-Zəngəzurun 

tarixinə  həsr  edilmişdir. Yazıçı-publisist  və  tədqiqatçı  Hacı 

Nərimanoğlunun “Turan aşiqləri”, “Qubadlısız 16 il”, “Zən-

gəzurda  doğuldular,  Anadoluda  əbədiyyətə  qovuşdular”, 

“Zəngəzur və Qarabağda ermənilərin törətdikləri qətliamlar 

Osmanlı-Türkiyə  mənbələrində”,  “Türk,  yoxsa  erməni  soy-

qırımı” adlı kitabları qiymətli tədqiqat materialları və zəngin 

tarixi  mənbələrlə  yanaşı,  həm  də  yerli  əhalidən  yazıya 

alınmış  xatirələr,  şahidlərin  dedikləri  əsasında  yazıldığı 

üçün  obyektiv  reallıqları  əks  etdirir.  Hacı  Nərimanoğlu 

Azərbaycanda  Zəngəzur  ətrafı  Qarabağ  hadisələrinin  əsas 

tədqiqatçılarındandır.  Yazıçılıq  qabiliyyəti  onun  tarixi 

mövzuda  yazılmış  əsərlərinin  bədii  təsir  gücünü  artırmağa 

xidmət  edir.  Hacı  Nərimanoğlunun  əsərlərində  tarixi 

həqiqətlər  həm  də  yazıçı  gözü  ilə  canlandırılan  yaddaqalan 

və təsirli həyat hadisələri kimi təqdim olunur. Bu isə həmin 

əsərlərin  oxucu  auditoriyasını  genişləndirməklə  bərabər, 

ideya-tərbiyəvi  imkanlarını  da  qüvvətləndirir.  “Zəngəzur” 

Cəmiyyəti  İctimai  Birliyinin  sədri  kimi  Hacı  Nəriman-

oğlunun son 10 il ərzində apardığı iş, rastlaşdığı hadisələr və 

insanlar  onun  əsərlərində  qiymətli  tarixi  materiallarla  bir 

yerdə  zəngin  həyat  materiallarının  da  öz  əksini  tapmasına 

imkan  yaratmışdır.  Tərcümeyi-halının  və  taleyinin  Zən-

gəzur-Qarabağ  hadisələri  ilə  yaxından  bağlı  olması  onun 

Əyyub Abasovun “Zəngəzur” tarixi romanını tədqiqat üçün 

seçməsini  şərtləndirmişdir.  Taleyin  hökmü  ilə  erməni 

qırğınlarından  qaçaraq,  Qubadlı  rayonunun  Saray  kəndinə 

pənah gətirib burada məskunlaşmış Əyyub Abasovun bacısı 

Həmidə  xanımın  tərcümeyi-halını,  ömür  yolunu  ətraflı 

öyrənməsi,  bu  ailə  ilə  şəxsi  tanışlığı,  qohumluq  münasi-




9  

bətləri  də  onu  “Zəngəzur”  romanını  yaratmış  yazıçının  hə-

yatı və  yaradıcılığını araşdırmağa doğru aparmışdır. Əyyub 

Abasovun  həyat  yolunu  və  “Zəngəzur”  romanını  öyrənib 

oxuculara  çatdırmaqla  o,  mühüm  bir  yazıçı-tədqiqatçı  işini 

və  həm  də  vətəndaşlıq  borcunu  yerinə  yetirmişdir.  Bu 

kitabdan əvvəl  H.Nərimanoğlunun  “Azərbaycan” jurnalının 

2015-ci  il  7-ci  sayında  Əyyub  Abasovun  anadan  olmasının 

110  illiyinə  həsr  olunmuş  iri  həcmli  “Zəngəzur  faciəsini 

yaşayan və  yaşadan ədib” adlı sanballı məqaləsi dərc olun-

muşdu.  Təqdim  olunan  kitabda  Zəngəzur-Qarabağ  hadisə-

lərinin fonunda, “Zəngəzur” romanının işığında ermənilərin 

iç  üzünü,  qəddarlıq  və  qaniçənliyini  açıb  göstərən  tarixi 

hadisələri  də  təsvir  etməsi  Hacı  Nərimanoğlunun  əsərinin 

əhatə dairəsini daha da genişləndirir. Bu, kiçik həcmə malik 

kitabda  XX  əsrin  böyük  hadisələri  öz  əksini  tapmış  və  ob-

yektiv  qiymətini  almışdır.  Hacı  Nərimanoğlunun  təqdim 

etdiyi  zəngin  materiallar  və  “Zəngəzur”  romanının  reallıq-

ları bu mövzuda təsirli və əhəmiyyətli bir filmin yaradılması 

zərurətinə işıq salır. Tam  mənası  ilə demək olar ki,  Əyyub 

Abbasovun  “Zəngəzur”  romanı  tarixi  gerçəkliyin  istedadla 

yazılmış  böyük  romanıdır.  Bu  əsərin  dünya  dillərinə 

tərcümə edilərək nəşr olunması çox zəruri və əhəmiyyətli iş 

olardı.  

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin 

Naxçıvan  Muxtar  Respublikasının  90  illik  yubileyinə  həsr 

olunmuş təntənəli mərasimdəki nitqində haqlı olaraq dediyi 

aşağıdakı  fikirlər  Zəngəzur  ağrısını  sinəsində  daşıyan, 

yaşadan hər kəs üçün nikbin gələcəyə əsas verir, xalqımızın 

o  torpaqlara  qayıdacağına  inamı  artırır: "Xalqımıza  qarşı 



ədalətsizlik də edilmişdir. Çünki Azərbaycanın əzəli torpa-

ğı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana ver-

mişdilər. Bu, böyük ədalətsizlik idi. Çünki Zəngəzur tarixi, 

əzəli  Azərbaycan  torpağıdır.  Zəngəzurun  o  vaxtkı  əhali-

sinin  mütləq  əksəriyyəti  azərbaycanlılar  idi.  Zəngəzurun 

bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə