Ön sözün müəllifi: İsa Həbibbəyli



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix15.03.2018
ölçüsü0,55 Mb.
#31521
1   2   3   4   5   6   7   8   9   ...   24

10  

Ona görə, bu qərarın qəbul edilməsində Azərbaycan xalqı-

na qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni za-

manda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə 

bölünürdü. Eyni zamanda, böyük türk dünyası iki yerə bö-

lünürdü. Bu,  ədalətsizlikdir,  bu, sağalmayan yaradır. An-

caq  mən  tam  əminəm  ki,  vaxt  gələcək  və  biz  azərbaycan-

lılar bütün tarixi torpaqlarımıza qayıdacağıq.” 

Bütövlükdə Hacı Nərimanoğlunun “Əyyub Abasov. Zən-

gəzur  faciəsini  yaşayan  və  yaşadan  ədib”  kitabı  həm  tarix, 

həm də ədəbiyyat baxımından əhəmiyyətli olan mühüm bir 

əsərdir.  Bu,  yazıçı  Əyyub  Abasovu  və  onun  məşhur  “Zən-

gəzur”  romanını  yeni  tarixi  mərhələdə  diqqət  mərkəzinə 

çəkən, həmin dövrün qanlı hadisələrindən ibrət dərsi almağa 

çağıran  dəyərli  araşdırmadır.  Əyyub  Abasov  kimi 

ədəbiyyatımızın  və  ictimai  fikrimizin  inkişafında  böyük 

xidmətləri olmuş vətəndaş bir yaradıcı ziyalını yada salmaq, 

onun  haqqında  ilk  dəfə  geniş  materialı  ictimaiyyətə  çatdır-

maq  əhəmiyyətli  bir  xidmətdir.  Təqdim  olunan  kitab  gələ-

cəkdə Əyyub Abasova həsr ediləcək daha geniş həcmə ma-

lik  əsərlərin  meydana  çıxmasına  təkan  verən  qiymətli  bir 

mənbədir. 

 

 

İsa HƏBİBBƏYLİ, 

akademik 

 

 



 

 

 



 

 

 



 


11  

 

 



HƏYATI  

 

İstedadlı yazıçı, şair, dramaturq, naşir, jurnalist, əməkdar 



incəsənət xadimi Əyyub Cəbrayıl oğlu Abasov 1905-ci ildə 

tariximizin  ən  qədim  dövrlərindən  bəri  Azərbaycan  türklə-

rinin  məskəni,  oğuzların  yurd  yeri  olmuş  Zəngəzur  qəzası-

nın  Şəki  kəndində  (indiki  Ermənistanın  Sisiyan  rayonu) 

anadan olub. Tarix boyu həmişə aclıqdan, soyuqdan, qonşu 

ermənilərin fitnə-fəsadlarından əziyyət çəkən dağlıq Zəngə-

zur camaatının  əsas dolanışıq  yerlərindən biri aşağı  Zəngə-

zurun  Bərgüşad,  Həkəri  çaylarının  kənarlarındakı  barlı-

bərəkətli çəltik sahələri, bostanları, Gəyən və Yazı düzünün 

taxıl  zəmiləri  idi.  Əyyub  da  əli  çomaq  tutanda  Qubadlıya 

gəlib  varlıların  təsərrüfatında  muzdurluq  edib,  naxır  otarıb, 

ailəsinin dolanışığına yardımçı olub. 

Atası Cəbrayıl kişi kənddəki ağır güzəranını bir az yaxşı-

laşdırmaq üçün ömrünün son illərində bir dəstə həmkəndlisi 

ilə Bakıya gəlib neft mədənlərində fəhləlik edib, ancaq çox 

qala  bilməyib  və  1917-ci  ilin  sonlarında  Sisiyana  ailəsinin 

yanına geri qayıdıb.  

Burda isə onu və ailəsini qanlı qırğınlar, faciələr gözləyirdi. 

Birinci Dünya savaşında ABŞ, İngiltərə, Rusiya və Fran-

sa ermənilərə verdikləri “dənizdən dənizə Ermənistan” təh-

rikçi, yalançı vədlərini Anadoluda yerinə yetirə bilməyəndə 

əvəzini  Qafqazda,  Azərbaycanda  çıxdılar  və  erməniləri  si-

lahlandırıb, şirnikləndirib günahsız müsəlman türk və kürd-

lərin üzərinə yönəltdilər. 

Andronikin başçılıq  etdiyi vəhşiləşmiş, hər cür insanlıq-

dan kənar rəzillik törədən quldur dəstələri Zəngəzurda daşı 

daş  üstə  qoymadılar.  Yaşlı,  qadın,  körpə  demədən  hamını 

qırdılar, bu qətliamlarda yalnız qaçıb canını qurtaranlar son-

rakı dərdli-qəmli ömürlərinə davam etdilər.  



12  

Əyyubun  ata-anası  ilə  birlikdə  iki  qardaşı  da  erməni 

qaniçənləri  tərəfindən  qətlə  yetirildi.  Zəngəzur  qırğınından 

ailədən Əyyub özü, bir də ondan böyük bacısı Həmidə sağ 

qaldılar.  Həmin  vaxt  onlar  bir-birini  itirir,  Əyyub  Naxçı-

vana,  Həmidə  isə  3  həmkəndlisinin  ailəsi  ilə  birlikdə  Qu-

badlıya  –  bu  kitabın  müəllifinin  doğulub  boya-başa  çatdığı 

35  evlik  Saray  kəndinə  gəlib  çıxır.  Və  onlar  ancaq  30  il 

ayrılıqdan sonra arayıb-axtarıb bir-birinə qovuşmuşlar. 

Ədibimizin Zəngəzurda keçən uşaqlığı beləcə faciəli son-

luqla bitir, bu ağrı-acı onu ömrünün sonuna kimi tərk etmir. 

Əyyub  Abasov  çətinliklə  Naxçıvana  gəlib  dayısı,  tanın-

mış  müəllim  Əbdüləzim  Rüstəmovun  ailəsində  yaşayıb, 

oxuyub,  burda  ilk  əmək  və  yaradıcı  fəaliyyətinə  başlayır, 

həyatının  Naxçıvan,  Bakı  dövrü  başlayıb.  Birinci  dərəcəli 

məktəbi və Pedaqoji Texnikumu bitirib, 1928-ci ildə Bakıda 

Pedaqoji  İnstituta  daxil  olub.  Komsomolçu,  kommunist 

partiyasının  üzvü  olub.  1931-ci  ildə  institutu  qurtaran  Ə. 

Abasov  iki  il  Naxçıvan  Pedaqoji  Texnikumunda  dərs  hissə 

müdiri, 1932-33-cü illərdə isə rayon maarif şöbəsinin müdiri 

vəzifələrində  işləyib.  0,  1933-34-cü  illərdə  «Kommunist» 

qəzeti  redaksiyasında  çalışıb.  Ə.Abasov  1934-37-ci  illərdə 

Leninqradda redaktorluq və tərcüməçilik  kursunda oxuyub. 

O, 1937-39-cu illərdə "Azərnəşr"də şöbə müdiri olub, 1939-

41-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında İncə-

sənət  İşləri  üzrə  Komitədə  çalışıb,  İkinci  Dünya  müharibə-

sində  faşistlərə  qarşı  vuruşub,  1943-47-ci  illərdə  Azərbay-

can  KP  MK-da  təlimatçı,  1947-48-ci  illərdə  Bakı  Teatr 

Məktəbinin  direktoru,  1949-57-ci  illərdə  isə  "Uşaqgənc-

nəşr"də şöbə müdiri vəzifələrində işləmişdir.  

1932-ci ildə ilk kitabı nəşr edilmiş, məhsuldar ədəbi yara-

dıcılığı, yeni kitabları ilə təzə yaranmaqda olan Azərbaycan 

sovet  ədəbiyyatının  məzmun  və  formaca  zənginləşməsinə 

sanballı töhfələr vermişdir. 

Acı  təəssüflər  olsun  ki,  Əyyub  Abasov  1957-ci  ilin  18 

dekabrında  52  yaşında  istedad  və  yaradıcılığının  püxtələş-




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə