Ön sözün müəllifi: İsa Həbibbəyli



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix15.03.2018
ölçüsü0,55 Mb.
#31521
1   2   3   4   5   6   7   8   9   ...   24

16  

yazdığı  dram  əsəri  də  Naxçıvan  şəhərindəki  Karl  Libknext 

adına komsomol klubunda tamaşaya qoyulur və tamaşaçılar 

tərəfindən maraqla qarşılanır. 

O, artıq

 

gənc yaşlarından-1929-cu ildən Sov.İKP üzvü idi. 



Yaradıcılıq  yolunu  "Qızıl  qələmlər"  Ədəbi  Birliyinin 

təşkilatçılarından biri kimi davam etdirən dövrün gənc ədəbi 

simalarından biri Müzəffər Nəsirli birliyin fəaliyyətinə dair 

xatirələrində  yazır:  "Bir  hadisə  heç  yadımdan  çıxmır. 



1927-ci  ilin  qış  fəslində  komsomol  klubunda  ədəbi  gecə 

keçirirdik.  Əyyub  Abasov  gecəni  aparırdı,  həmin  gecəyə 

şəhərin  çoxlu  ədəbiyyat  həvəskarları  toplanmışdı.  Cəlil 

Məmmədquluzadə  "Molla  Nəsrəddin"  jurnalında  bu 

Birlik  haqqında  xəbərlər,  ədəbi  yazılar  verirdi.  Ə.Abasov, 

Ə.Kəngərli, Əli Zəbun və digərlərinin şeirləri Bakıda nəşr 

olunan "Komsomol", "Dan  Ulduzu", "Qızıl  şəfəq" ədəbi 

məcmuələrində,  "Gənc  işçi",  "Yeni  yol",  "Kommunist", 

"Kəndli"  qəzetlərində  çap  olunurdu,  bu  da  Naxçıvanda 

ədəbi  həyatın  inkişafına  geniş  yol  açdı,  gənclərin  ədəbi 

yaradıcılığa həvəsi gündən-günə artdı".  

Naxçıvanda  Mirzə  İbrahimov,  Əli  Vəliyev,  Süleyman 

Rüstəm və digər şair, yazıçılarla yaxından tanış olur. O, bir 

sıra  məqalələrində  imza  yerinə  doğulduğu  kəndin  xatirinə 

“Şəkili” yazırdı. 

Məmməd Cəfər Cəfərov dövri mətbuatda Azərbaycan və 

rus  klassikləri  haqqında  ilk  məqalələrini,  Məmmədhüseyn 

Təhmasib  isə  milli  folklor  nümunələrini  toplayıb,  ilk  təd-

qiqatlarını  dərc  etdirirdilər.  Bu  dövrdə  gənc  tədqiqatçı, 

Ə.Abasovun  xalası  oğlu  və  əziz  dostu,  sonralar  görkəmli 

elm xadimi kimi tanınmış Əziz Şərif də maraqlı yazıları ilə 

diqqəti cəlb edirdi. 

1931-ci  ildə  ölkədə  ədəbiyyatın  daha  da  inkişaf  etdiril-

məsi  haqqında  Ümumittifaq  Kommunist  Partiyası  Mərkəzi 

Komitəsinin  ədəbiyyat  haqqında  yeni  qərarı  elan  olunur. 

Proletar  Yazıçılar  cəmiyyəti  ləğv  edilərək  Sovet  Yazıçılar 




17  

İttifaqının təşkili qərara alınır. Elə bu zaman Bakıdan qayıt-

mış Əyyub Abasov yaradıcı gəncləri öz ətrafına toplayır. 

1932-ci ildə Əyyub Abasovun "Şərq qapısı" mətbəəsində 

Məmmədəli Tarverdiyevin redaktorluğu, Lətif Hüseynzadə-

nin giriş sözü ilə "Mübarizə" adlı ilk şeirlər kitabı nəşr edi-

lir.  Şairin  bu  və  bundan  sonra  nəşr  edilən  şeir  kitablarında 

toplanmış  şeirlərində  dövrün  tələblərinə,  sosializm  realizm 

prinsiplərinə cavab verən ideyalar aparıcı yer tutur, zəhmət-

keşlərin  əmək  qəhrəmanlığı,  elliklə kollektivləşmə uğrunda 

gedən mübarizə, şüar, çağırışlar, partiya, komsomol, pioner, 

məktəb,  müəllim,  ana,  dostluq,  qələbə,  bayraq...kimi  ənə-

nəvi mövzular öz əksini tapır. 

Maraqlı  fakt  həm  də  budur  ki,  Ə.Abasovun  “Mübarizə” 

adlı  ilk  kitabı  həm  də  Naxçıvan  Sovet  Yazıçılar  Cəmiyyə-

tinin ilk ədəbi nəşri, buraxdırdığı birinci kitabı idi, ona görə 

xüsusi diqqətlə qarşılandı. 

Əyyub  Abasov  Böyük  Vətən  Müharibəsi  cəbhələrində 

döyüşlərdə iştirak edir. Sevastopolda qanlı savaşlardan sağ-

salamat çıxır. Həm də hərbi vətənpərvərlik ruhlu şeirləri ilə 

ilk  günlərdən  xalqı  mübarizəyə,  qələbəyə  səsləyir.  Bu  tipli 

şeirləri arasında “Tüfəngim”, “Sevastopol”, “Mənim komso-

molum”,  “Ana  Vətənə”,  “Komsomol  marşı”,  “Gəray”, 

“Açar” və başqaları bədii səviyyəsi ilə seçilir. Vətənpərvər-

lik, mübarizlik, doğma yurda məhəbbət, pafoslu patriotizm, 

düşmənə nifrət, qələbəyə çağırış bu şeirlərin əsas qayəsidir: 

 

Gözüm tək sevdiyim ana vətənim

Bilirsən vurğunam sana, vətənim! 

Azadlıq uğrunda, sənin uğrunda 

Sinəm topdağıtmaz qaladır mənim. 

 

Döyüş cəbhəsində aslanam, aslan! 

Gərək qan ağlasın əlimdən düşmən! 

Gərək külə dönsün faşist ocağı! 

Sarsılmaz gücümü qoy bilsin cahan! 



18  

Ey ana vətənim, ana torpağım! 

İnan məhv olacaq qudurmuş yağım, 

Berlinin köksündə dalğalanacaq 

Azadlıq bayrağım, zəfər bayrağım! 

 

“Ana  Vətənə”  adlanan  bu  şeiri  müəllif  Böyük  Vətən 



Müharibəsinin başlandığı 1941-ci ildə yazmışdı. 

Uşaqlar üçün şeirləri bu gün də öz ideyası, mənəvi-əxlaqi 

qayəsi ilə dəyərini saxlayır.  

“Açar” şeirindən bir parça: 

 

Dedi:-Bilin, çatar insan 

Savad ilə, bilik ilə 

Səadətə, ag günlərə

Xeyir verər yurda, elə! 

Bilik insan üçün –vardır, 

Bilik hər bir sirri açan 

Ən qüdrətli bir açardır.  

 

Onun əksər poemalarının, şeirlərinin dili axıcıdır, rəvan-



dır, sadə, dilə yatan, tez əzbərlənə biləndir. 

“Nailə” poemasından: 

 

Xoşsifət Humay qarı 

Gətirib boşqabları 

Düzdü masa üstünə

Qayıdıb getdi yenə 

Gətirdi dadlı xörək, 

Sonra alma, çəyirdək...  

 

Uşaqlar üçün maraqlı, tərbiyəvi əhəmiyyətli poemaların-



dan biri “Çiçəklər arasında” adlanır. Şair yay tətilində Azər-

baycanın  təbii  gözəlliklərinin  seyrinə  çıxan  məktəblilərin 

gəzib gördüklərini şirin dillə nəql edir, dialoqlar qurur, Ca-

mal müəllimin dili ilə çox sayda bitki barədə uşaqlara sadə 

dildə məlumat çatdırır, təbiət lövhələri  yaradır. “Qəşəng və 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə