Ön sözün müəllifi: İsa Həbibbəyli



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix15.03.2018
ölçüsü0,55 Mb.
#31521
1   2   3   4   5   6   7   8   9   ...   24

19  

Çiçək” poeması da məktəbli uşaqların həyata, təbiətə baxışı 

haqqındadır. 

Müəllifin 3 pərdəli, 6 şəkilli “Sevinc” pyesi də məktəbə, 

şagird  və  müəllimlərə,  məktəblə  kolxozun  sıx  əlaqəsinə, 

əməyin tərənnümünə həsr olunub. 

 

Yaşıllanır quru çöllər, 

Həyat gülür əmək ilə. 

Bağçalardan bitən güllər: 

Qərənfil, bənövşə, lalə. 

Əmək ilə ətir saçır, 

İnsanların könlün açır. 

Əmək edir yurdu cənnət, 

Əməyə var bizdə hörmət

Əməkdədir hər səadət

Əmək bizim canımızdır, 

Şöhrətimiz, şanımızdır! 

 

Ə.Abasov teatrla ardıcıl, məhsuldar əlaqəsi olan, əsərləri 



ən çox səhnəyə qoyulan ədiblərimizdən olub. Onun "Aqil və 

Sərvinaz" adlı pyesi 50-ci illərdə Gənc Tamaşaçılar Teatrın-

da  uğurla  tamaşaya  qoyulur.  Sərvinaz  rolunun  ifaçısı  xalq 

artisti  Firəngiz  xanım  Abbasmirzə  qızı  Şərifzadə  Əyyub 

Abasovun bu əsərinin tamaşaçılar tərəfindən maraqla qarşı-

landığını xatirələrində yazır. 

Əyyub  Abasovun  sonralar  nəşr  olunan  kitabları  bunlar-

dır;  “Günəşli  yollar”  (1938),  “Sərhəddə”  (1939),  “Könül 

şikəstəsi"  (1947),  “Könül  dəftəri”  (1947),  “Vətən  suları” 

(1949), “Pyeslər” (1950), "Nailə" poeması (1951), “Qırmızı 

bayraqlı  gəmi”  (1952),  "Ağ  çadırlar"  (1955)  ...  kitablarının 

hərəsi  5-20  min  tirajla  çap  olunur.  Bunlardan  bir  çoxunun 

redaktoru, yaxın dostu Osman Sarıvəllidir.  

Onun “Sərhəd boyunda”, “Qəhrəman Ana”, “Könül dəf-

təri”, "Dar ağacı", “Abşeron”, “Çiçəklər arasında”, “Qəşəng 

və Çiçək” poemaları zamanında diqqəti cəlb edir, haqqında 

rəylər,  yazılar  verilir,  epik  poeziyaya  meylini,  bu  sahədə 

uğur  qazanmaq  imkanlarını  ortaya  qoyur.  “Azad”  poema-




20  

sında  gözəl  səsi  olan  kənd  çobanının  xeyirxah  insanların 

yardımı ilə Bakıya gəlib çətinliklərdən keçib musiqiçi kimi 

yetişməsi təsvir edilir. Sovet - Hindistan xalqlarının dostlu-

ğunu, hind xalqının azadlıq, müstəqillik uğrunda mübarizə-

sini  tərənnüm  edən  “Qırmızı  bayraqlı  gəmi”  poeması  50-ci 

illərdə daha maraqla oxunur, yüksək qiymətləndirilir, müəl-

lifinə uğur qazandırır, poetik imkanlarının genişliyini göstə-

rir. Hər ədəbi nümunəni sosialist realizmi baxış bucağından 

az  qala  zərrəbinlə  yoxlayıb  tənqid  atəşinə  tutan  dırnaqarası 

tənqidçilərdən  fərqli  olaraq,  Mehdi  Hüseyn,  Süleyman 

Rüstəm, Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Paşa Əfəndi-

yev, Məsud  Əlioğlu və  başqaları  Ə. Abasovun bu və digər 

poemalarına  həsr  etdikləri  resenziyalarda  qələm  dostlarının 

uğurlarını  müsbət  dəyərləndiriblər.  Təəssüf  ki,  dövrün  ob-

yektiv  maneələri,  sovet-KQB  rejiminin  sıxma-boğmaları, 

qorxunc  repressiyalar  poema  və  şeirlərinin  ideya,  mövzu 

seçimində  sosializm  realizmi  qəlibindən  kənara  çıxmağına 

imkan verməyib. 

“Məlik  Məmməd”,  “Alma  bağı”,  “Aqil  və  Sərvinaz”, 

"Sevinc",  “Keçinin  qisası”  pyesləri  M.Qorki  adına  Gənc 

Tamaşaçılar  Teatrının  səhnəsində  uğurla  tamaşaya  qoyulub 

göstərilir. “Məlik Məmməd” həm də Naxçıvan Dövlət Dram 

Teatrında  tamaşaya  qoyulub,  50-ci  illərdə  Bakı  və  Naxçı-

vanda ən çox izlənən səhnə əsərlərindən olub. Çox tələbkar 

yazıçı olan Mehdi Hüseyn bu pyes haqqında  yazırdı:  “Yol-



daş Ə.Abasovun “Məlik Məmməd” pyesini böyük maraqla 

oxudum.  Azərbaycan  xalq  nağılı  əsasında  yaradılmış  bu 

əsərdə avtorun özündən artırdığı çox orijinal səhnələr var-

dır. Xüsusilə pyesin başlanğıc hissəsi və konflikt məharətlə 

işlənmişdir...” 

 Şeir və pyesləri ilə Ə.Abasov 50-ci illərin ən çox tanınan 

uşaq  yazıçılarından  biri  olub.  Xüsusilə  “Ağ  çadırlar”  kita-

bında toplanmış şeir və poemaları uşaq ədəbiyyatı sahəsində 

ən yaxşı ədəbi nümunələrin toplandığı mənbələrdən biri ki-

mi qiymətləndirilib.  




21  

Sabit  Rəhman  1948-ci  ildə  “Ədəbiyyat”  qəzetində  dərc 

olunmuş  Yazıçılar  İttifaqındakı  illik  hesabat  məruzəsində 

Ə.Abasovun  “uşaq  ədəbiyyatı  sahəsində  çalışan  ən  qabi-



liyyətli yazıçı” olduğunu demişdi. Bəzi tənqidçilər onu haqlı 

olaraq Abdulla Şaiqdən sonra Azərbaycan uşaq ədəbiyyatının 

ən  görkəmli  nümayəndəsi  sayırdı.  Həmin  yaradıcılıq  nü-

munələrinin  bir  çoxunun  indi  uşaq  ədəbiyyatımızın  bu  zəif 

vaxtında yenidən təkrar nəşri, yayılması əhəmiyyətli olardı.  

Ə.  Abasovun  bədii  yaradıcılığındakı  zəngin  təbiət  löv-

hələri, rəvan dil, yumşaq qafiyələr, epik və lirik şeirin məha-

rətlə,  incə  ahənglə  birləşdirildiyi  səlis  üslub  bu  gün  də  öz 

dəyərini saxlamaqdadır. Bu əsərlər 50-60-cı illər ədəbiyyatı-

mızın  ideya-bədii  xüsusiyyətlərini  öyrənmək  baxımından 

zəngin mənbədir.  

Onun  pyes  və  tamaşalarında  xalqımızın  zəngin  folklor 

nümunələrinin  süjet  və  kompozisiyalarından  bacarıqla  isti-

fadə  olunur,  ideyaları  müasirləşdirlir,  uşaq  və  gənclərdə 

sosializm ideallarına sədaqət, vətənpərvərlik duyğuları tərbi-

yə olunur. 1950-ci illərin qəzetlərinə baxdıqda bu tamaşala-

rın  elanları,  haqqında  yazılar  görünür,  maraqla  qarşılandığı 

məlum  olur.  Tanınmış  sənətşünas,  tənqidçi  Cəfər  Cəfərov 

Ə.Abasovun  pyeslərinin  “dramaturgiyamızın  qiymətli  nü-

munələri”  olduğunu  yazırdı.  Ə.Abasov  məhz  dramaturgiya 

sahəsində  fəal  yaradıcılığına  görə  Azərbaycan  SSR  Ali 

Sovetinin  Fərmanı  ilə  “Əməkdar  incəsənət  xadimi”  fəxri 

adına layiq görülmüşdü. 

Tərcümə  əsərləri bunlardır:  "M. Auezov "Abay"  (1954), 

Jurba P "Aleksandr Matrosov"  (1951), K.Kirienko "Alyon-

kanın  məktəbi"  (1954),  Ə.Nəcmi  "Bahar  elləri"  (1953), 

B.Kassis  "Yaşıl  əjdaha"  (1968),  L.Licaşvili  "Ketsxovelli" 

(1954),  E.Oqnetsvet  "Pioner  bayrağı  haqqında  mahnı" 

(1952).  Cambul,  A.  Maykov,  Y.Dolmatovski  və  S.  Mixal-

kovdan tərcümələri də çox oxunur, yayılır, qəzetlərdə, kitab-

larda dəfələrlə dərc olunurdu.  

 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə