Onkologiya ixtisası üzrə nümunəvi test tapşırıqları



Yüklə 27,34 Kb.
Pdf görüntüsü
səhifə4/57
tarix26.03.2018
ölçüsü27,34 Kb.
#33785
1   2   3   4   5   6   7   8   9   ...   57

 
 
A) Mədə - bağırsaq traktının rentqenkontrast müayinəsi 
B) Ekskretor uroqrafiya 
C) Yuxarıda sadalanan bütün metodlar eyni informativliyə malikdirlər 
D) Anqioqrafik müayinə 
E) Kompüter tomoqrafiyası 
 
Ədəbiyyat: Даниель-Бек К.В. и др. «Забрюшинные опухоли» - Москва, 1976, 192 
с. 
 
53) Peritonarxası şişlərdə differensial diaqnoz daha tez- tez hansı üzvlərin 
patoloqiyası ilə aparmaq lazımdır? 
 
A) Peritonarxası limfadüyünlərinin zədələnməsi ilə 
B) Böyrəklərin 
C) Dalağın 
D) Böyrəküstü vəzilərin 
E) Mədəaltı vəzlə 
 
Ədəbiyyat: Даниель-Бек К.В. и др. «Забрюшинные опухоли» - Москва, 1976, 192 
с. 
 
54) Peritonarxası qeyriorqan mənşəli şişlər zamanı residivlərin yaranma tezliyi: 
 
A) Residivin yaranma tezliyi əməliyyatdan sonra keçən vaxtdan asılı deyil 
B) Əməliyyatdan 7 il sonra 
C) Əməliyyatdan 5 il sonra 
D) Əməliyyatdan sonra birinci 2 il ərzində 
E) Əməliyyatdan 2 il sonra 
 
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 
2004, 1536 с. 
 
55) Peritonarxası şişlərin cərrahi əməliyyatları  zamanı intraoperasion 
ağırlaşmalar arasında daha tez-tez  hansı rast gəlinir? 
 
A) İri maqsitral qan damarlarının zədələnməsi 
B) Müsariqə  damarlarının  zədələnməsi 
C) Boşluqlu üzvlərin zədələnməsi 
D) Parenximatoz üzvlərin zədələnməsi 
E) Şişin mobilizasiyası zamanı xırda qan damarlarının zədələnməsi 
 
Ədəbiyyat: Даниель-Бек К.В. и др. «Забрюшинные опухоли» - Москва, 1976, 192 
с. 
 
56) Peritonarxası şişləri olan xəstələrin müalicəsində hal-hazırda  istifadə olunan 
ən effektiv müalicə üsulu hansıdır? 


 
 
 
A) Şüa terapiyası 
B) Cərrahi üsul 
C) Kombinə olunmuş müalicə üsulu 
D) Kimyaterapiya 
E) Yuxarıda sadalanan bütün müalicə üsulları eyni dərəcədə istifadə olunur 
 
Ədəbiyyat: Даниель-Бек К.В. и др. «Забрюшинные опухоли» - Москва, 1976, 192 
с. 
 
57) Peritonarxası şişlərdə residivlər daha çox yaranır: 
 
A) Düzgün cavab yoxdur 
B) Xoşxasssəli şişlərdə 
C) Bədxassəli şişlərdə 
D) Həm xoş, həm də bədxassəli şişlər eyni dərəcədə residiv verir 
E) Peritonarxası qeyriorqan mənşəli şişlərdə residivlər həm xoş, həm də bədxassəli 
şişlər zamanı nadir hallarda rast gəlinir 
 
Ədəbiyyat: Даниель-Бек К.В. и др. «Забрюшинные опухоли» - Москва, 1976, 192 
с. 
 
58) Peritonarxası şişlərin təkrarı residivləri zamanı onların yaranması 
arasındakı vaxt bir gayda olaraq: 
 
A) Qısalır 
B) Uzanır 
C) Əvvəlki kimi qalır 
D) Qısalada bilər, uzanada bilər 
E) Düzgün cavab yoxdur 
 
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 
2004, 1536 с. 
 
59) Peritonarxası şişlərə xas olan klinik simptomlardan ilk növbədə rast gəlinəni 
hansılardır? 
A) Başgicəllənmə 
B) Ürəkbulanma 
C) Yuxusuzluq 
D) Qusma 
E) Ağrılar və səbəbsiz yorulma 
 
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 
2004, 1536 с. 
 


 
 
60) Peritonarxası şişin residivinin yaranması zamanı aşağıdakılardan hansının 
tətbiqi  məqsədə uyğundur? 
 
A) Cərrahi müalicə ancaq xəstəliyin fəsadlarının aradan qaldırılması məqsədi ilə 
B) Simptomatik terapiyanın aparılması 
C) Şüa terapiyasına cəhd 
D) Onun cərrahi yolla çıxarılmasına cəhd 
E) Kimyaterapiyasına cəhd 
 
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 
2004, 1536 с. 
 
61) Peritonarxası şişlərin residivlərinin yaranması zamanı təkrarı cərrahi 
əməliyyatın yerinə yetirilməsi nə vaxt məqsədə uyğun hesab edilə bilər? 
 
A) Residiv şişinin “ən sürətli” inkişafı zamanı 
B) Residiv şişin “ləng” inkişafı zamanı 
C) Residivin təyin olunmasından dərhal sonra 
D) Residiv şişin “ən sürətli” inkişafı zamanı və xəstəliyin fəsadlarnın inkişafı zamanı 
E) Xəstəliyin fəsadlarının inkişafı zamanı 
 
Ədəbiyyat: Даниель-Бек К.В. и др. «Забрюшинные опухоли» - Москва, 1976, 192 
с. 
 
62) Peritonarxası şişlər zamanı kliniki və proqnostik amillərdən  hansı daha çox 
əhəmiyyətlidir ? 
 
A) Şişin yayılma dərəcəsi 
B) Şişin histoloji strukturası 
C) Şişin lokalizasiyası 
D) Şişin birincili və yaxud residivli olması 
E) Şişin ölçüləri 
 
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 
2004, 1536 с. 
 
63) Bütün onkoloji xəstəliklər strukturasında  peritonarxası şişlər neçə faiz 
təşkil edir? 
 
A) 0,03-0,3 % 
B) 0,5-1 % 
C) 4-8 % 
D) 1-4 % 
E) 8-10 % 
 


 
 
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 
2004, 1536 с. 
 
64) Peritonarxası şişlərin dəqiq topik diaqnostikası hansı müayinə əsasında 
qoyulur? 
 
A) Kompüter tomoqrafiyası 
B) Angioqrafiya 
C) Ultrasəs müayinəsi 
D) Mədə - bağırsaq traktının rentgenkontrast müayinəsi 
E) Qanda CEA onkomarkerin təyini 
 
Ədəbiyyat: Даниель-Бек К.В. и др. «Забрюшинные опухоли» - Москва, 1976, 192 
с. 
 
65) Hansı yaş qrupunda çənbər bağırsaq xərçəngi daha çox təsadüf edilir? 
 
A) 20 – 30 yaş 
B) 70 yaşdan yuxarı 
C) 30 – 40 yaş 
D) 50 – 70 yaş 
E) 40 – 50 yaş 
 
Ədəbiyyat: Ганичкин А.М. Рак толстой кишки. Л.: Медицина, 1970, 398с. 
 
66) Çənbər bağırsaq xərçənginin əmələ gəlməsində yüksək risk qrupuna aiddir ? 
 
A) Tək və qrup şəklində poliplər 
B) Bütün cavablar düzgündür 
C) Qardner, Peyts – Yeqers, Turqo sindromları 
D) Xroniki xoralı kolit 
E) Diffuz ailəvi polipoz 
 
Ədəbiyyat: Ганичкин А.М. Рак толстой кишки. Л.: Медицина, 1970, 398с. 
 
67) Çənbər bağırsaq xərçənginin ekzofit formasına  aşağıdakılardan hansı 
aiddir? 
 
A) Sirkulyar-infiltrativ 
B) Xovlu – papilyar 
C) Diffuz – infiltrativ 
D) Selikalti qişa üzrə inkişaf 
E) Endofit- xoralı 
 
Ədəbiyyat: Ганичкин А.М. Рак толстой кишки. Л.: Медицина, 1970, 398с. 
 


Yüklə 27,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə