Onkologiya ixtisası üzrə nümunəvi test tapşırıqları



Yüklə 27,34 Kb.
Pdf görüntüsü
səhifə57/57
tarix26.03.2018
ölçüsü27,34 Kb.
#33785
1   ...   49   50   51   52   53   54   55   56   57

 
 
 
A) eşitmənin zəifləməsi 
B) diplopiya 
C) səsin batması 
D) burundan qanaxma 
E) boyunda törəmənin olması 
 
Ədəbiyyat: А.Т.Пачес «Опухоли головы и шеи» .Москва.Медицина 2000 стр. 
324 
 
942) İnkişaf etmiş ölkələrdə ən çox rast gəlinən qadın cinsiyyət orqanlarının 
xərçəngi hansıdır? 
 
A) Vulva xərçəngi 
B) Xorionkarsinoma 
C) Yumurtalıq xərçəngi 
D) Uşaqlıq boynu xərçəngi 
E) Uşaqlıq cismi xərçəngi 
 
Ədəbiyyat: Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной 
системы» - Москва, 2007, 229 с. 
 
943) Uşaqlıq cismi xərçənginin ən çox rast gəlinən lokalizasiyası: 
 
A) Dib nahiyəsi və sağ yan divar. 
B) Sağ yan divar 
C) Sol yan divar 
D) Dib nahiyəsi və boru bucaqlarında 
E) Dib nahiyəsi və uşaqlıq boynuna keçid nahiyəsi 
 
Ədəbiyyat: Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной 
системы» - Москва, 2007, 234 с. 
 
944) Trofoblastik xəstəliklərdə müalicənin effektivliyini göstərən meyar 
hansıdır? 
 
A) USM nəticəsi 
B) Qanda b-mikroqlobulinin normallaşması 
C) Qanda CA-125 normallaşması 
D) Qanda CEA normallaşması 
E) Qanda HG-nin normallaşması 
 
Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной системы» - 
Москва, 2007, 350 с. 
 
945) Vulva xərçənginin ilkin klinik simptomları: 


 
 
 
A) Dərinin qıcıqlanması, qaşınma, yanğı hissi. 
B) Metrorragiya 
C) Ümumi zəiflik, arıqlama 
D) Menorragiya 
E) Dizuriya 
 
Ədəbiyyat: Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной 
системы» - Москва, 2007, 178 с. 
 
946) Vulvanın sarkomalarından ən çox rast gəlinən aşağıdakılardan hansıdır? 
 
A) Angiosarkoma 
B) Leyomiosarkoma 
C) Fibrosarkoma 
D) Liposarkoma 
E) Neyrofibrosarkoma 
 
Ədəbiyyat: Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной 
системы» - Москва, 2007, 188 с. 
 
947) Uşaqlıq yolu xərçənginin ən çox rast gəlinən lokalizasiyası : 
 
A) Uşaqlıq yolunun yuxarı 1/3 
B) Uşaqlıq yolunun aşağı 1/3 
C) Uşaqlıq yolunun orta1/3 
D) Uşaqlıq yolu dəhlizi. 
E) Uşaqlıq yolunun yuxarı 1/3 və uşaqlıq yolunun aşağı 1/3 
 
Ədəbiyyat: Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной 
системы» - Москва, 2007, 191 
 
948) Uşaqlıq yolu xərçənginin əsas ilkin klinik simptomlarına aşağıdakılardan 
hansı aiddir? 
 
A) Aşağı ətraflarda ödem 
B) Leykoreya 
C) Qarının aşağı və bel nahiyəsində ağrılar 
D) Qanlı ifrazat 
E) Dizuriya 
 
Ədəbiyyat: Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной 
системы» - Москва, 2007, 191 
 
949) Embrional yumurtalıq şişləri üçün əsas xarakter olan onkomarker 
hansıdır? 


 
 
 
A) CEA 
B) CA 15-3 
C) AFP 
D) SCC 
E) Ca-125 
 
Ədəbiyyat: Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной 
системы» - Москва, 2007, 285. 
 
950) Vulva xərçənginin əsas metastsazvermə yolu hansıdır? 
 
A) limfogen 
B) implantasion 
C) limfogen, hematogen 
D) implantasion, limfogen, 
E) hematogen 
 
Ədəbiyyat: Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной 
системы» - Москва, 2007, 177 
 
951) Düken əməliyyatı hansı orqanın xərçəngində icra olunur? 
 
A) Yumurtalıq xərçəngi 
B) Vulva xərçəngi 
C) Uşaqlıq borusu xərçəngi 
D) Uşaqlıq cismi xərçəngi 
E) Uşaqlıq boynu xərçəngi 
 
Ədəbiyyat: Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной 
системы» - Москва, 2007, 180 
 
952) Böyrək xərçəngində əsas prognostik faktorlar hansıdır? 
 
A) Şişin differensasiya dərəcəsi 
B) Gerota fasiyasına sirayət 
C) Bütün cavablar düzdür 
D) Böyrək və aşağı boş venada trombun varlığı 
E) Regionar limfa düyünlərinə metastaz 
 
Ədəbiyyat: Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 423 стр 
 
953) Böyrək rezeksiyasından sonra böyrək xərçəngi residivi hansı sıxlıqla 
müşahidə edilir? 
 
A) 20-25% 


 
 
B) 10-15% 
C) 30-40% 
D) 25-30% 
E) 1-5% 
 
Ədəbiyyat: Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 422 стр 
 
954) Böyrəklərin bədxassəli şişlərində əsas radikal müalicə üsulu hansıdır? 
 
A) Kimyaterapiya 
B) Nefroureterektomiya 
C) Nefroureterektomiya, sidik kisəsinin rezeksiyası ilə 
D) Şüa müalicəsi 
E) Nefrektomiya və ya böyrəyin rezeksiyası 
 
Ədəbiyyat: Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 421 стр 
 
955) Transuretral rezeksiya əməliyyatından sonra ilk sistoskopik müayinə 
(kontrol) nə zaman aparılmalıdır? 
 
A) 1 il 
B) 6 həftə 
C) 6 ay 
D) Sistoskopik müayinəyə ehtiyaç yoxdur 
E) 3 ay 
 
Ədəbiyyat: Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 430 стр 
 
956) Sidik kanalının bədxassəli şişlərində müşahidə edilən simptomlar hansıdır? 
 
A) Aralıq nahiyyəsində ağrıların varlığı 
B) Qasıq limfa düyünlərinin böyüməsi 
C) Bütün cavablar düzdür 
D) Seroz ve ya qanlı ifrazatın varlığı 
E) Sidik ifrazat aktının pozulması 
 
Ədəbiyyat: Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 433 стр 
 
957) Fluoresent sistoskopiyada istifadə olunan maddə hansıdır? 
 
A) Xlorid turşusu 
B) 5-aminolevulin turşusu 
C) Furadonin 
D) Karbonat turşusu 
E) Furasilin 
 


 
 
Ədəbiyyat: Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 428 стр 
 
958) Yerli prostat vəzisinin xərçəngində (T1-T2N0M0) aşağıdakilardan hansı 
müalicə üsuluna aid deyil? 
 
A) İmmunoterapiya 
B) Qipertermiya 
C) Şüa müalicəsi 
D) Krioterapiya 
E) Radikal prostatektomiya 
 
Ədəbiyyat: Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 439 cтр 
 
959) Sertoli hüceyrələrindən inkişaf edən xayanın bədxassəli şişi hansıdır? 
 
A) Seminoma 
B) Teratoma 
C) Epidermoid kistası 
D) Leydigoma 
E) Androblastoma 
 
Ədəbiyyat: Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 446 стр 
 
960) 75 yaşlı xəstəyə sağ süd vəzini yuxarı bayır kvadrantında xərçəng 
(T1N0M0) diaqnozuna görə radikal rezeksiya edilmişdir. Sonrakı müalicə 
taktikası necə olmalıdır? 
 
A) Müşahidə 
B) Süd vəzinin şüa terapiyası 
C) Kimyaterapiya 
D) Süd vəzinin, qoltuqaltı vı körpücükaltı nahiyyənin şüa terapiyası 
E) Hormonoterapiya 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və 
mualicəsi",Bakı, Elm, 1993, 120s. 
 
961) 40 yaşlı xəstəyə sağ süd vəzini xərçənginə görə radikal rezeksiya 
aparılmışdır ( şiş süd vəzinin yuxarı bayır kvadrantında yerləşir, ölçüsü 3,5sm – 
T2N0M0). Sonrakı müalicə taktikası necə olmalıdır? 
 
A) Müşahidə 
B) Yalnız hormonoterapiya 
C) Yalnız kimyaterapiya 
D) Süd vəzinin şüa terapiyası 
E) Süd vəzinin, qoltuqaltı və körpücükaltı nahiyyənin şüa terapiyası + 
polikimyaterapiya 


 
 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və 
mualicəsi",Bakı, Elm, 1993, 120s. 
 
962) Süd vəzi xərçəngi (IIa mərhələ) diaqnozu ilə Peyti üsulu ilə radikal 
mastektomiya cərrahi əməliyyatından 2 il sonra çapıq nahiyyəsində 0,5 sm 
ölçülü yerli residiv aşkar edilib. Müalicə taktikası: 
 
A) Krioterapiya 
B) Cərrahi müalicə+ polikimyaterapiya 
C) Radioterapiya 
D) Hormonoterapiya 
E) Cərrahi müalicə 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və 
mualicəsi",Bakı, Elm, 1993, 120s. 
 
963) Polikimyaterapiya kursları arasında optimal interval nə gədər olmalıdır? 
 
A) 4 həftə 
B) 2 həftə 
C) 1 həftə 
D) 5 həftə 
E) 3 həftə 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və 
mualicəsi",Bakı, Elm, 1993, 120s. 
 
964) Süd vəzi xərçəngi üçün sadalanan limfa düyünlərin hansı qrupu regional 
deyil? 
 
A) Çənəaltı 
B) Körpücükaltı 
C) Körpücüküstü 
D) Parasternal 
E) Aksilyar 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və 
mualicəsi",Bakı, Elm, 1993, 120s. 
 
965) Mastitəbənzər süd vəzi xərçəngi üçün hansı klinik əlamətlər xarakterikdir? 
 
A) Limon qabığı simptomu və hiperemiyanın olması 
B) Meydança simptomunun olması 
C) Gilənin içəri dartılması 
D) Dəqiq sərhədlərə malik olan şişin olması 


 
 
E) Qoltuqaltı limfa vəzilərinin ağrılı olması 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və 
mualicəsi",Bakı, Elm, 1993, 120s. 
 
966) İlk doğan gənc qadının süd vəzisində infiltrat, dərinin hiperemiyası, 
fluktuasiya simptomu və 39C hərarət açkar olunub. Diaqnoz: 
 
A) Qalaktosele 
B) Fibroadenoma 
C) Kəskin irinli laktasiyon mastit 
D) Fibroz mastopatiya 
E) Pecet xəstəliyi 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və 
mualicəsi",Bakı, Elm, 1993, 120s. 
 
967) Süd vəzi xərçəngi haradan inkişaf edir ? 
 
A) Limfa düyünlərindən 
B) Zolaqlı əzələdən 
C) Qan damarlarından 
D) Birləşdirici toxumadan 
E) Axacaq epitelindən 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və 
mualicəsi",Bakı, Elm, 1993, 120s. 
 
968) Süd vəzi xərçənginin sümüklərə metastazlarını aşkar etmək üçün hansı 
muayinə üsulu daha informativdir? 
 
A) Kliniki müayinə 
B) Bütün cavablar düzgündür 
C) DEXA-scan 
D) Radioizotop müayinə və MRT 
E) USM 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və 
mualicəsi",Bakı, Elm, 1993, 120s. 
 
969) Süd vəzi xərçənginin ən çox yayılan klinik forması hansıdır? 
 
A) Düyünlü 
B) Mastitəbənzər 
C) Pansir 
D) Qızılyeləbənzər 


 
 
E) Ödemli-infiltrativ 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və 
mualicəsi",Bakı, Elm, 1993, 120s. 
 
970) TNM klassifikasiyası qida borusu şişlərində şiş prosesini hansı proqnoz 
faktorunu ifadə edir? 
 
A) bioloi və molekulyar səviyyədə yayılmasını. 
B) anatomik yayılmasını. 
C) molekulyar səviyyədə yaılmasını. 
D) bioloji yayılmasını. 
E) həm anatomik, həm də bioloji yayılmasını. 
 
Ədəbiyyat: М.И.Давыдов, И.С. Стилиди. Рак пищевода. Москва 2007, 387c. 
 
971) Pyer-Mari-Bamberqer adlı paraneoplastik sindromunda hansı dəyişiklik 
nəzərə çarpır ? 
 
A) Əzələ zəifliyi. 
B) Miqrasiyaedici trombofilebit. 
C) Səsin batması. 
D) Təbil çubuqlarına bənzər barmaqlar (periferik falanqaların şişkinləşməsi, saat 
şüşəsinə bənzər dırnaqlar). 
E) Mioz, ptoz, enoftalm. 
 
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая 
онкопульмонология»,М.2000г., 600с 
 
972) Hansı forma ağciyər metastazları cərrahi müalicəyə göstərişdir? 
 
A) Kimyaterapiyadan sonrakı metastatik çoxsaylı düyünlər. 
B) Hər iki ağciyərə çoxsaylı metastaz. 
C) Həyati vacib orqanlara invaziya edən metastaz. 
D) Qonşu orqanlara drenə olunan metastz. 
E) Solitar metastaz. 
 
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая 
онкопульмонология»,М.2000г., 600с 
 
973) Aşağıdakılardan hansı ağciyər xərçəngi üçün paraneoplastik sindrom 
sayılmır? 
 
A) Ağ ciyərlə bağlı miopatik sindrom. 
B) Ağ ciyər xərçəngi ilə bağlı dermatoz sindromları. 
C) Ostroastropatiya Mari-Bamberger sindirom. 


 
 
D) Şişin inkişafı nəticəsində baş verən yuxarı boş vena sindiromu 
E) Karsinoid sindirom. 
 
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая 
онкопульмонология»,М.2000г., 600с 
 
974) Lobektomiya əməliyyatlarından sonra plevral boşluğun adekvat drenə 
edilməsi hansı qabırğaarası sahələrdən aparılır? 
 
A) Parasternal III və paravertebral xətt üzrə IX qabırğaarası sahələrdən. 
B) Orta körpücük xətti üzrə VI və orta aksilyar xətt üzrə V qabırğaarası sahələrdən. 
C) Orta körpücük xətti üzrə II və orta aksilyar xətt üzrə VII qabırğaarası sahələrdən. 
D) Skapulyar xətt üzrə II və ön aksilyar xətt üzrə VII qabırğaarası sahələrdən. 
E) Ümumiyyətlə drenə edilmir. 
 
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая 
онкопульмонология»,М.2000г., 600с 
 
975) Kiçik hüceyrəli ağ ciyər xərçəngi üçün hansı onkomarkiorlar 
xarakterikdir? 
 
A) CA-125 və SCC 
B) Sitokeratik fraqmenti (CYFRA) 
C) AFP (alfafetoprotein) 
D) CA-15-3 və xərçəng embrional antigen (CEA) 
E) Neoplastik enoloza (NCE) 
 
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая 
онкопульмонология»,М.2000г., 600с 
 
976) Aşağıdakılardan hansı paraneoplastik sindiroma dəlalət edir? 
 
A) Ağ ciyər xərçəngi fonunda yüksək hərarətin olması. 
B) Ağ ciyər xərçəngində hormonların (adrenokortikotrop, somatotrop, antidiuretik, 
esterogen, serotonin və.s) hiperproduksiyası ilə əlaqədar baş verən funksional və 
orqanik dəyişkənliklərin olması. 
C) Şişin qonşu orqanlara inkişaf etməsi. 
D) Şişin limfogen metastaz verməsi. 
E) Şişin hematogen metastaz verməsi. 
 
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая 
онкопульмонология»,М.2000г., 600с 
 
977) Ağ ciyər xərçəngində şişin transtorakal punksiyası hansı məqsədlə aparılır? 
 
A) Şişə dərman preparatlarının yeridilməsi üçün. 


 
 
B) Şişin lokalizasiyası və topometriyası üçün. 
C) Süni pnevmotoraks yaratmaq üçün. 
D) Şişin morfoloji verifikasiyası üçün. 
E) Şişin destruksiyası üçün. 
 
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая 
онкопульмонология»,М.2000г., 600с 
 
978) Ağ ciyər xərçənginin hansı mərhələsində cərrahi müalicənin 5 illik yaşama 
göstəricisi daha coxdur? 
 
A) Xəstəliyin I mərhələsində. 
B) Xəstəliyin II və III mərhələlərində. 
C) Xəstəliyin II mərhələsində. 
D) Xəstəliyin IV mərhələsində. 
E) Xəstəliyin III mərhələsində. 
 
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая 
онкопульмонология»,М.2000г., 600с 
 
979) Ağ ciyərin II mərhələ yüksək differensiasiyalı adenokarsinomasında əsas 
müalicə metodu hansı sayıla bilər? 
 
A) Cərrahi müalicə. 
B) Kimyaterapiya ilə müştərək radioterapiya. 
C) Kimyaterapiya. 
D) Radioterapiya. 
E) Simptomatik müalicə. 
 
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая 
онкопульмонология»,М.2000г., 600с 
 
980) Dəri xərçəngi olan xəstələrin dispanserizasiyanın müddəti və qaydası 
 
A) Dəridə bədxassəli şişlər olan xəstələr 10 il nəzarətdə olmalıdırlar 
B) Onlarda residiv və metastaz olmadıqda qeydiyyatdan azad olunurlar 
C) Sayılanlar doğru deyil 
D) Dəridə bədxassəli şişlər olan xəstələr 5 il nəzarətdə olmalıdır 
E) Onkoloji xəstələr ömür boyu dispanserdə nəzarətdə olmalıdır 
 
Ədəbiyyat: Ədəbiyyat: Ш.Х. Ганцев «Онкология» Москва, 2004 
 
981) Hansı xəstəliyin radikal şüa müalicəsi zamanı 95%- dən çox sağalmaya nail 
olmaq mümkündür? 
 
A) Mədəaltı vəzin xərçəngi 


 
 
B) Qida borusu xərçəngi 
C) Mədə xərçəngi 
D) Qırtlaq-udlaq xərçəngi 
E) Bazalioma 
 
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 
258 
 
982) Sümüklərin xoşxassəli osteoxondromalarında şüa müalicəsinin cəmi mənbə 
dozası neçə olmalıdır? 
 
A) 40 Qr 
B) 60 Qr 
C) 50 Qr 
D) Aparılmır 
E) 70 Qr 
 
Ədəbiyyat: Давыдов М.И. Энциклопедия клинической онкологии, 2004, С.326 
 
983) Baş beyin şişlərindən hansı praktik olaraq metastaz vermir? 
 
A) Meningiomalar 
B) Medulloblastomalar 
C) Pineoblastomalar 
D) Oliqodendroqliomalar 
E) Ependimoblastomalar 
 
Ədəbiyyat: Зедгенидзе Г.А ”Клиническая рентгенорадиология ” - Москва - 1985 
– 249 с 
 
984) Hansı orqanlarda və hansı histoloji formada olan xərçəng baş beyinə daha 
çox ehtimalla metastaz verə bildiyi üçün profilaktik məqsədlə baş beyinə şüa 
müalicəsi aparmaq məsləhətdir? 
 
A) Qırtlaqın yastı hüceyrəli xərçənqi 
B) Mədənin adenokarsinomasi 
C) Ağciyərin xirda hüceyrəli xərçəngi 
D) Süd vəzinin infiltrativ xərçənqi 
E) Qida borusunun yastı hüceyrəli xərçənqi 
 
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, 
Москва 1996, стр.171 
 
985) Udlaq xərçəngi olan xəstələrdə şua müalicəsinə əks göstəriş hansıdır? 
 
A) Afoniya 


 
 
B) Çeçəmə 
C) Ağrılar 
D) Şişin parçalanması-qanaxma 
E) Disfagiya 
 
Ədəbiyyat: İsaev İ.H. ”Bədxassəli şişlərin şua müalicəsinin əsasları” – Bakı – 2001 -
127 s. 
 
986) Radioterapiyadan sonra qırtlaq xərçəngı ilə xəstələrdə yaranan hansı şüa 
reaksiyası spesifik sayılır? 
 
A) Şüa ezofagiti 
B) Şüa epiteliiti 
C) Şüa larinqofaringiti 
D) Şüa fibrozu 
E) Şüa dermatiti 
 
Ədəbiyyat: Андреев В.Г., Мардынский Ю. С., “Лучевое и комбинированное 
лечение рака гортани”, Москва, 1998, 145 с. 
 
987) Qırtlaq xərçəngi ilə xəstələrdə radioterapiyadan sonra yaranan 
reaksiyalardan hansı “ümumi” hesab olunur? 
 
A) Arıqlama 
B) Şua ezofaqiti 
C) Mukozit 
D) Şüa dermatiti 
E) Şüa larinqiti 
 
Ədəbiyyat: C.Ə.Əliyev, İ.H.İsayev “Bədxassəli şişlərin müalicəsinin nəticələri, 
onların fəsadları, xəstənin həyat keyfiyyətinin qiymətləndirilməsi kriteriyalarının 
müasir klassifikasiyaları və onların praktikada tətbiqi”(metodik tovsiyələr), Bakı, 
2009, 22 s. 
 
988) Udlaq xərçəngi olan xəstələrin əsas müalicə metodu hansıdır? 
 
A) Hormonoterapiya 
B) Radioterapiya 
C) Immunoterapiya 
D) Kimyaterapiya 
E) Cərrahi 
 
Ədəbiyyat: İsaev İ.H. ”Bədxassəli şişlərin şua müalicəsinin əsasları” – Bakı – 2001 -
127 s. 
 


 
 
989) Qırtlaq xərçəngi ilə xəstələrdə hansı simptomlar radioterapiyaya əks-
göstərişdir? 
 
A) Öskurək 
B) Arıqlama 
C) Afoniya 
D) Şişin parçalanma mərhələsində olması 
E) Udqunmanın çətinləşməsi 
 
Ədəbiyyat: İsayev İ.H. “Bədxassəli şişlərin şua müalicəsinin əsasları” Bakı, 2001, 
145 s. 
 
990) Qırtlaq xərçənginin yayılmış formalarında (3-4 mərhələ) hansı müalicə 
metoduna üstünlük verilir? 
 
A) Cərrahi 
B) Şüa terapiyası 
C) Kimyaterapiya 
D) Simptomatik müalicə 
E) Kombinə olunmuş ( cərrahi+radioterapiya) 
 
Ədəbiyyat: Алферов В.С.,Огольцова Е.С. и др. “Возможности лучевой терапии в 
лечении 2-ой стадии рака гортани” Медицинская радиология №12 
Москва,1989,39-56 с 
 

Yüklə 27,34 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə