Onkologiya ixtisası üzrə nümunəvi test tapşırıqları



Yüklə 27,34 Kb.
Pdf görüntüsü
səhifə6/57
tarix26.03.2018
ölçüsü27,34 Kb.
#33785
1   2   3   4   5   6   7   8   9   ...   57

 
 
84) Çənbər bağırsaq xərçənginin hansı klinik gedişi  təxirəsalınmaz cərrahi 
əməliyyata göstərişdir? 
A) Toksikoanemiya 
B) Şişin perforasiyası 
C) Şiş forması 
D) Dispeptik forma 
E) Enterokolitik forma 
 
Ədəbiyyat: Д.А.Алиев, А.А.Абдуллаев. «Злокачественные опухоли ободочной 
кишки», 8, 126с. 
 
85) Çənbər bağırsaq xərçənginin hansı lokalizasiyası zamanı bağırsaq 
keçməməzliyinə daha çox rast gəlinir? 
 
A) Qalxan çənbər bağırsaq 
B) Köndələn – çənbər bağırsaq 
C) Çənbər bağırsağın sağ yarısı 
D) Çənbər bağırsağınqaraciyər əyriliyi 
E) Çənbər bağırsağın sol yarısı 
 
Ədəbiyyat: Г.А.Ефимов, Ю.М.Ушаков «Осложненный рак ободочной кишки» - 
Москва, 1984, 151с. 
 
86) Çənbər bağırsaq xərçənginin obturasion forması özünü nə ilə biruzə verir ? 
 
A) Anemiya 
B) Bağırsaq keçməməzliyi 
C) Hipertermiya 
D) Qanaxma 
E) Peritonun qıcıqlanma simptomları 
 
Ədəbiyyat: Г.А.Ефимов, Ю.М.Ушаков «Осложненный рак ободочной кишки» - 
Москва, 1984, 151с. 
 
87) Çənbər bağırsaq xərçənginin obturasion formasında ağrı sidromunun 
xarakteri 
 
A) Yanğı şəklində 
B) Daimi 
C) Küt 
D) Sızıldayan 
E) Tutma şəklində 
 
Ədəbiyyat: Г.А.Ефимов, Ю.М.Ушаков «Осложненный рак ободочной кишки» - 
Москва, 1984, 151с. 
 


 
 
88) Hansı hallarda çənbər bağırsaq xərçəngi kəskin bağırsaq keçməməzliyi ilə 
fəsadlaşa bilər ? 
 
A) Şiş forması 
B) Enterokolitik forma 
C) Toksiki-anemik forma 
D) Dispeptik forma 
E) Obturasion forma 
 
Ədəbiyyat: Г.А.Ефимов, Ю.М.Ушаков «Осложненный рак ободочной кишки» - 
Москва, 1984, 151с. 
 
89) Çənbər bağırsaq xərçəngi zamanı hissəvi bağırsaq keçməməzliyinə xas olan 
simptom  hansıdır? 
 
A) Qanaxma 
B) Daimi kəmərvari ağrılar 
C) Sidik ifrazının ləngiməsi 
D) “Qaraciyərin kütlüyünün“ təyin edilməsi 
E) Periodik duru nəcisin olması və sancılar 
 
Ədəbiyyat: Г.А.Ефимов, Ю.М.Ушаков «Осложненный рак ободочной кишки» - 
Москва, 1984, 151с. 
 
90) Çənbər bağırsaq xərçəngi zamanı hissəvi bağırsaq keçməməzliyi hansı 
simptom ilə xarakterizə olunur? 
 
A) Peritonun müsbət qıcıqlanma simptomları 
B) Gizli qanaxma 
C) Qazların ifraz olunmasının pozulmaması şərtilə qısa müddətli qəbizlik halları 
D) Disfagiya 
E) Nəcis və qazların tam xaric olunmaması 
 
Ədəbiyyat: Г.А.Ефимов, Ю.М.Ушаков «Осложненный рак ободочной кишки» - 
Москва, 1984, 151с. 
 
91) Çənbər bağırsaq xərçəngi zamanı şişin sərbəst qarın boşluğuna perforasiyası 
bas verdiyi halda hansı klinik  simptomatika müşahidə olunur? 
 
A) Xroniki intoksikasiya 
B) Qaraciyər çatışmazlığı 
C) “Kəskin qarın” 
D) Kəskin pankreatit 
E) Qarındaxili qanaxma 
 


 
 
Ədəbiyyat: Г.А.Ефимов, Ю.М.Ушаков «Осложненный рак ободочной кишки» - 
Москва, 1984, 151с. 
 
92) Çənbər bağırsaq xərçəngi zamanı şişin qarın boşluğuna sərbəst perforasiyası 
baş verdiyi halda hansı simptom təyin edilir? 
 
A) “Obuxov xəstəxanası” simptomu 
B) Sidik ifrazının kəskin ləngiməsi 
C) Pasternatski simptomu 
D) Qarının ön divarı əzələlərinin gərginləşməsi 
E) Kurvuazye simptomu 
 
Ədəbiyyat: Г.А.Ефимов, Ю.М.Ушаков «Осложненный рак ободочной кишки» - 
Москва, 1984, 151с. 
 
93) Çənbər bağırsaq xərçəngi zamanı hansı  perforasiya növü daha  çox təsadüf 
edilir? 
 
A) Bağırsaq divarının şişdən distal hissəsinin 
B) Travmatik və trombotik 
C) Müsariqə damarlarının trombozu ilə əlaqədar 
D) Diastatik və destruktiv 
E) Bağırsağın boğulması nəticəsində 
 
Ədəbiyyat: Г.А.Ефимов, Ю.М.Ушаков «Осложненный рак ободочной кишки» - 
Москва, 1984, 151с. 
 
94) Çənbər bağırsaq xərçəngi zamanı əmələ gələ biləcək diastatik perforasiya 
anlayışı nəyi əks etdirir ? 
 
A) Bağırsaq divarının şişə əks divarının  deşilməsi 
B) Stenoz törədən şişdən distal bağırsaq divarının defekti 
C) Stenoz törədən şişdən proksimal bağırsaq divarının defekti 
D) Şişin perforasiyası 
E) Bağırsaq divarının boğulma nəticəsində deşilməsi 
 
Ədəbiyyat: Г.А.Ефимов, Ю.М.Ушаков «Осложненный рак ободочной кишки» - 
Москва, 1984, 151с. 
 
95) Çənbər bağırsaq xərçənginin fəsadlarından biri olan diastatik 
perforasiaynın əmələgəlmə mexanizmi necədir? 
A) Bağırsaq divarının irinləmə nəticəsində deşilməsi 
B) Yorğun bağırsaq möhtəviyyatının xaric olmaması ilə bağırsaq divarının trofik 
dəyişiklikləri 
C) Müsariqə damarlarının trombozu 
D) Bağırsağın burulması 


 
 
E) Bağırsağın boğulması 
 
Ədəbiyyat: Г.А.Ефимов, Ю.М.Ушаков «Осложненный рак ободочной кишки» - 
Москва, 1984, 151с. 
 
96) Çənbər bağırsaq xərçənginin destruktiv perforasiyasının səbəbi: 
 
A) Hiperperistaltika 
B) Müsariqə damarlarının trombozu 
C) Qarındaxili təzyiqin artması 
D) Hipoperistaltika 
E) Şişin parçalanması 
 
Ədəbiyyat: Г.А.Ефимов, Ю.М.Ушаков «Осложненный рак ободочной кишки» - 
Москва, 1984, 151с. 
 
97) Çənbər bağırsaq xərçəngi zamanı sərbəst qarın boşluğuna diastatik 
perforasiya nə ilə nəticələnə bilər? 
 
A) Fəsadsız 
B) Aseptik peritonit 
C) Bitişməli peritonit 
D) Vərəm peritoniti 
E) Nəcisli peritont 
 
Ədəbiyyat: Г.А.Ефимов, Ю.М.Ушаков «Осложненный рак ободочной кишки» - 
Москва, 1984, 151с. 
 
98) Kor bağırsaq xərçəngini qarın boşluğu üzvlərinin  hansı  xəstəliklərindən 
fərqləndirmək  lazımdır? 
 
A) Prostatit 
B) Pankreatit 
C) Dolixosiqma 
D) Appendikulyar infiltrat 
E) Böyrək daşı xəstəliyi 
 
Ədəbiyyat: Г.А.Ефимов, Ю.М.Ушаков «Осложненный рак ободочной кишки» - 
Москва, 1984,151с. 
 
99) Çənbər bağırsağın şiş prosesi ilə hansı şöbəsinin zədələnməsi zamanı 
törəmənin mədənin antral hissəsinə sirayət  etməsi müşahidə edilə bilər? 
 
A) Köndələn – çənbər 
B) Enən çənbər 
C) Kor 


Yüklə 27,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə