Onkologiya ixtisası üzrə nümunəvi test tapşırıqları



Yüklə 27,34 Kb.
Pdf görüntüsü
səhifə7/57
tarix26.03.2018
ölçüsü27,34 Kb.
#33785
1   2   3   4   5   6   7   8   9   10   ...   57

 
 
D) S – vari 
E) Dalaq əyriliyi 
 
Ədəbiyyat: Ганичкин А.М. Рак толстой кишки. Л.: Медицина, 1970, 398с. 
 
100) Çənbər bağırsaq xərçənginin sidik kisəsinə sirayət etməsi özünü nə ilə 
biruzə verə bilər? 
 
A) Ürəkbulanma 
B) Sistit əlamətləri 
C) Qusma 
D) Hipoqastral nahiyədə tutma şəklində ağrılar 
E) Diareya 
 
Ədəbiyyat: Ганичкин А.М. Рак толстой кишки. Л.: Медицина, 1970, 398с. 
 
101) Çənbər bağırsaq xərçəngi zamanı qanaxmanın əsas səbəbi hansıdır ? 
 
A) Bağırsaq keçməməzliyi 
B) Şişi qidalandıran damarın trombozu 
C) Şişin parçalanması 
D) Qanın durulaşması 
E) Fiziki gərginlik 
 
Ədəbiyyat: Ганичкин А.М. Рак толстой кишки. Л.: Медицина, 1970, 398с. 
 
102) Çənbər bağırsaq xərçənginin skirroz növünün  xarakterik xüsusiyyəti 
hansıdır? 
 
A) Bağırsaq divarının bir tərəfinin zədələnməsi 
B) Bağırsağın hərəkətsiz hissəsinin zədələnməsi 
C) Toksiko – anemik sindrom əlamətlərinin olması 
D) Şişin bağırsaq divarında bərabər sirkulyar inkişafı 
E) Bağırsağın müsaqirə hissəsinin zədələnməsi 
 
Ədəbiyyat: Д.А.Алиев, А.А.Абдуллаев. «Злокачественные опухоли ободочной 
кишки», 8, 126с. 
 
103) Çənbər bağırsaq xərçənginin infiltrativ inkişafının xüsusiyyəti hansıdır? 
 
A) Polipəbənzər törəmələrin əmələ gəlməsi 
B) Seroz qişa ilə yayılma 
C) Ekzofit inkişaf 
D) Selikli qişa ilə yayılma 
E) Selikaltı qat ilə yayılma 
 


 
 
Ədəbiyyat: Д.А.Алиев, А.А.Абдуллаев. «Злокачественные опухоли ободочной 
кишки», 8, 126с. 
 
104) Çənbər bağırsaq xərçənginin rentgenoloji əlamətlərindən hansı daimi 
simptomlar qrupuna aiddir ? 
 
A) Bağırsaq mənfəzinin suprastenotik genişlənməsi 
B) Bağırsaq mənfəzinin daralması 
C) Kloyber kasacıqlarının olması 
D) Bağırsaq mənfəzinin infrastenotik genişlənməsi 
E) Selikli qişa relyefinin pozulması 
 
Ədəbiyyat: Д.А.Алиев, А.А.Абдуллаев. «Злокачественные опухоли ободочной 
кишки», 8, 126с. 
 
105) Çənbər bağırsaq xərçəngi zamanı kolonoskopiyanın məqsədi nədir ? 
 
A) Daralma olan sahənin genişləndirilməsi 
B) Şişdən proksimal olaraq selikli qişa dəyişikliklərinin təyini 
C) Bağırsaq stenozu olmasının təyini 
D) Şişdən distal olaraq selikli qişa dəyişikliklərinin təyini 
E) Şişin vizualizasiyası və biopsiya 
 
Ədəbiyyat: Д.А.Алиев, А.А.Абдуллаев. «Злокачественные опухоли ободочной 
кишки», 8, 126с. 
 
106) Çənbər bağırsaq xərçənginin ekzofit formaları zamanı instrumental 
müayinə növlərindən hansı daha informativdir? 
 
A) Rentgenoloji 
B) KT 
C) Ultrasəs 
D) Endoskopik 
E) MRT 
 
Ədəbiyyat: Д.А.Алиев, А.А.Абдуллаев. «Злокачественные опухоли ободочной 
кишки», 8, 126с. 
 
107) Çənbər bağırsaq xərçəngi təsnifatına aid “N”  diskriptoru hansı müayinə 
nəticəsinə əsaslanaraq təyin edilir? 
 
A) Rentgenoloji 
B) Morfoloji 
C) MRT 
D) USM 
E) KT 


 
 
 
Ədəbiyyat: Д.А.Алиев, А.А.Абдуллаев. «Злокачественные опухоли ободочной 
кишки», 8, 126с. 
 
108) Çənbər bağırsaq xərçəngi zamanı “T” simvolu nəyi əks etdirir ? 
 
A) Birincili şişi 
B) Şişin ölçülərini 
C) Şişin histoloji növünü 
D) Şişin inkişaf xarakterini 
E) Uzaq metastazların olmasını 
 
Ədəbiyyat: Ш.Х.Ганцев «Онкология» - Москва, 2004, 487с. 
 
109) Çənbər bağırsaq xərçəngi zamanı “Tx”simvolu nəyi əks etdirir? 
A) Uzaq metastazlar olmaması 
B) 1 – dən 3 - ə qədər limfa düyünlərinin zədələnməsi 
C) Qonşu strukturlara invaziya 
D) İlkin şişi təyin etmək üçün kifayət qədər məlumatın olmaması 
E) Selikaltı qişanın şişlə infiltrasiyası 
 
Ədəbiyyat: Ш.Х.Ганцев «Онкология» - Москва, 2004, 487с. 
 
110) Çənbər bağırsaq xərçəngi zamanı “T0” simvolu nəyi əks etdirir ? 
 
A) Uzaq metastazın  təyin edilməsi 
B) Şişin bağırsağın əzələ qişasına sirayət etməsi 
C) Selikaltı qişanın şişlə infiltrasiyası 
D) Regionar limfa düyünlərinin  zədələnməməsi 
E) Birincili şiş aşkar edilmir 
 
Ədəbiyyat: Ш.Х.Ганцев «Онкология» - Москва, 2004, 487с. 
 
111) Çənbər bağırsaq xərçəngi zamanı “T1” simvolu nəyi əks etdirir ? 
 
A) Birincili şiş əlamətləri təyin edilmir 
B) Şişin selikli qişa və selikaltı qatda məhdudlaşması 
C) Regionar zonaların vəziyyətini qiymətləndirmək mümkün deyil 
D) Birincili ocağı müəyyən etmək mümkün deyil 
E) Birincili şiş 
 
Ədəbiyyat: Ш.Х.Ганцев «Онкология» - Москва, 2004, 487с. 
 
112) Çənbər bağırsaq xərçəngi zamanı “T2”simvolu nəyi əks etdirir ? 
 
A) Regionar limfa düyünlərinə metastaz 


 
 
B) Regionar zonaların vəziyyətini qiymətləndirmək mümkün deyil 
C) Şişin bağırsağın əzələ qişasına sirayət etməsini 
D) Şişin seroz qişadan kənara inkişaf etməsi 
E) İlkin ocaq təyin edilmir 
 
Ədəbiyyat: Ш.Х.Ганцев «Онкология» - Москва, 2004, 487с. 
 
113) Çənbər bağırsaq xərçəngi zamanı “T3” simvolu nəyi əks etdirir ? 
 
A) Şişin seroz qata və ya bağırsaq divarının peritonsuz hissələrinə ətraf toxumaların 
infiltrasiyası ilə sirayət etməsi 
B) Şişin bağırsağın əzələ qişasına sirayət etməsi 
C) 4 və daha çox limfa düyünlərinin zədələnməsi 
D) Standart müayinə üsullarının nəticələrini əks etdirir 
E) Çoxsaylı uzaq metastazlar 
 
Ədəbiyyat: Ш.Х.Ганцев «Онкология» - Москва, 2004, 487с. 
 
114) Çənbər bağırsaq xərçəngi zamanı “T4” simvolu nəyi əks etdirir ? 
 
A) Uzaq metastazların olmasını 
B) Şişin ölçülərini 
C) Bağırsağın zədələnmə  sahəsini 
D) Şişin seliklaltı qişaya invaziyasını 
E) Şişin qonşu orqana və yorğun bağırsağın digər seqmentinə sirayət etməsini 
 
Ədəbiyyat: Ш.Х.Ганцев «Онкология» - Москва, 2004, 487с. 
 
115) Çənbər bağırsaq xərçəngi zamanı “N” simvolu nəyi əks etdirir ? 
 
A) Regionar limfa düyünlərinin vəziyyətini 
B) Uzaq metastazların olmasını 
C) Bağırsağın daralma dərəcəsini 
D) Şişin parametrlərini 
E) Bağırsağın zədələnmə sahəsini 
 
Ədəbiyyat: Ш.Х.Ганцев «Онкология» - Москва, 2004, 487с. 
 
116) Çənbər bağırsaq xərçəngi zamanı “Nx” simvolu nəyi əks etdirir ? 
 
A) Regionar limfa düyünləri zədələnməmişdir 
B) Selikaltı qişanın şişlə infiltrasiyası 
C) Regionar zonaların vəziyyətini qiymətləndirmək mümkün deyil 
D) Uzaq metastaz təyin edilib 
E) Şişin ölçüləri böyüyüb 
 


Yüklə 27,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə