760) Osteoxondroma haqqında doğru olan variant hansıdır?
A) Xəstə böyüdükcə ostexondroma böyüməz
B) çox hallarda oynağın içindədir
C) Xoş xassəli sümük törəmələri arasında ən çox təsadüf olunur
D) Periostun üstündəki kiçik qığırdaq düyünlərindən meydana gəlir
E) müalicədən sonra təkrar meydana gəlmə ehtimalı çoxdur
Ədəbiyyat: Campbell”s Operative Orthopaedics , I cild , X nəşr , 2008.səh . 803-
804
761) Ostexondromanın nadir hallarda transformasiya olduğu bəd xassəli törəmə
hansıdır?
A) xondrosarkoma
B) multipl myeloma
C) osteosarkoma
D) fibrosarkoma
E) malign fibroz histiyositoma
Ədəbiyyat: Campbell”s Operative Orthopaedics , I cild , X nəşr 2008 , səh . 804
762) Sümüklərdə çox sayıda qığırdaqdan inkişaf edən sümük törəmələrinin
meydana çıxdığı xəstəlik hansıdır?
A) Paraneoplastik sendrom
B) Castleman xəstəliyi
C) Ollier xəstəliyi
D) Bexterev xəstəliyi
E) Li Fraumeni xəstəliyi
Ədəbiyyat: Campbell”s Operative Orthopaedics , I cild , X nəşr 2008 , səh . 806
763) Aşağıdakı variantlardan hansı Ollier xəstəliyi üçün doğrudur?
A) bəd xassəli şişə transformasiya olma ehtimalı 40 yaşından sonra artar
B) heç vaxt bəd xassəli şişə transformasiya olmaz
C) bu xəstəlik sümüyün bəd xassəli törəməsidir
D) müalicəyə ehtiyac yoxdur
E) əgər müalicə edilərsə bədləşmə potensialı artar
Ədəbiyyat: Campbell”s Operative Orthopaedics , I cild , X nəşr 2008, səh . 809
764) Xondroblastoma ilə əlaqədar aşağıda yazılmış olanlardan hansı doğru
deyil?
A) Ən çox rast gəlinən sümük törəməsidir
B) Ağciyər metastazı ehtimalı vardır
C) Rentgendə uzun sümüklərin epifizinin mərkəzinə yerləşmiş törəmə şəklində
görünür
D) 10-25 yaşlar arasındakı insanlarda görülür
E) Maliqn transformasiyası nadirdir
Ədəbiyyat: Campbell”s Operative Orthopaedics , I cild , X nəşr 2008, səh . 817
765) Osteoblastoma ilə əlaqəli aşağıda yazılmış olanlardan hansı səhvdir?
A) onurğalara yerləşməyə meyillidir
B) bu xəstəlikdə ağrı gecələr çox olur və qeyri steroid analgetiklərə yaxşı cavab verir
C) ən çox rastlaşılan simptomu ağrıdır
D) 10-30 yaşlar arasında meydana çıxır
E) bütün variantlar doğrudur
Ədəbiyyat: Campbell”s Operative Orthopaedics , I cild , X nəşr 2008, səh . 821
766) Multipl Mieloma xəstəliyində şişin əsasını təşkil edən hüceyrə hansıdır?
A) Retikulositlər
B) Plazmatik hüceyrələr
C) Bütün sadalanan hüceyrələr
D) Limfositlər
E) Monositlər
Ədəbiyyat: Ədəbiyyat: Руководство по гемaтологии А.И. Воробьев; Клиническая
Онкогематология М.А.Волкова; С.А.Шалимов с др. «Справочник по
онкологии» Киев 2000,стр180
767) Aşağıda göstərilənlərdən hansı hemanqiomanın tiplərindən biri deyil?
A) kavernoz
B) hemangioendoteliom
C) kapilyar
D) hemangioperisitom
E) skuamoz
Ədəbiyyat: Acta Orthop Traumatol Turc 2003;37(4):319-322
768) Aşağıdakı bədxassəli şişlərdən hansı sakrumun birincili bədxassəli şişidir?
A) angiosarkoma
B) xordoma
C) hemangioperisitoma
D) xondrosarkoma
E) xorion epitelial karsinoma
Ədəbiyyat: Campbell”s Operative Orthopaedics , I cild , X nəşr 2008, səh . 839
769) Hansı xəstəlik sümüyün bədxassəli fibroz histiyositomasına transformasiya
etməz?
A) fibrosarkoma
B) sümük infarktı
C) giqant hüceyrəli tumor
D) diferensiyasiya olmamış xondrosarkoma
E) paget xəstəliyi
Ədəbiyyat: Campbell”s Operative Orthopaedics , I cild , X nəşr 2008, səh . 842
770) Yumuşaq toxumadan inkişaf edən bəd xassəli şişlərdən ən çox hansına
təsadüf edilir?
A) fibrosarkoma
B) liposarkoma
C) retikulosarkoma
D) limfosarkoma
E) bəd xassəli fibroz histiyositoma
Ədəbiyyat: Campbell”s Operative Orthopaedics , I cild , X nəşr 2008 , səh . 865
771) Miozitis ossifikans nədir?
A) bu bir əzələ qrupunun adıdır
B) sümükdən əzələ meydana gəlməsinə deyilir
C) paget xəstəliyinin digər adıdır
D) əzələ və ya yumuşaq toxuma içində patoloji sümük toxumasının meydana
gəlməsidir
E) əzələnin parazitar xəstəliyidir
Ədəbiyyat: Campbell”s Operative Orthopaedics , I cild , X nəşr 2008, səh . 875
772) Sarkoma nədir?
A) mezenximdən meydana gələn xoş xassəli törəmədir
B) mezenximdən meydana gələn bəd xassəli törəmədir
C) germ hüceyrəsindən oriqin alan bəd xassəli törəmədir
D) epitel originli xoş xassəli törəmədir
E) epitel originli bəd xassəli törəmədir
Ədəbiyyat: Campbell”s Operative Orthopaedics , I cild , X nəşr ,2008. səh . 788
773) Xoş və ya bəd xassəli şişlərdə şişin differensasiyası nəyi ifadə edir?
A) şişin həcminin ölçüsünü göstərir
B) şişin parenximal hüceyrələrinin meydana gəldiyi hüceyrələrə morfoloji və
funksiya cəhətdən nə qədər oxşadığını göstərən termindir
C) şişi meydana gətirən hüceyrələrin bir birindən nə gədər fərqli olduğunu göstərir
D) şişin qabığının nə qədər qalın olduğunu göstərir
E) şişin parenximal hüceyrələrinin morfoloji və funksiya cəhətdən bir birinə nə qədər
oxşadığını göstərən termindir
Ədəbiyyat: Campbell”s Operative Orthopaedics , I cild , X nəşr ,2008. səh . 609.
774) Aşağıda yazılanlardan hansı bəd xassəli melanomanın kliniki və histoloji
klassifikasiyasında iştirak etməz?
A) skuamoz maliqn melanoma
B) akral lentiqinoz maliqn melanoma
C) lentiqo maliqn melanoma
D) nodulyar maliqn melanoma
E) superfisiyal yayılan maliqn melanoma
Ədəbiyyat: Langley R G, Barnhill RL, Mihm MC, Fitzpatrick TB, Sober AJ :
Neoplasms : Cutaneous melanoma. Freedberg IM, Eizen AZ, Wolf K, Austen KF
Goldsmith LA, Katz SI, Fitzpatrick TB. Dermatology in general Medicine. 5. Baskı.
New York,
775) Dəridəki nevuslardan ən çox hansı tip melanoma meydana gəlir?
A) akral lentiqinoz malign melanoma
B) superfisial yayılan melanoma
C) karsinomatoz melanoma
D) lentiqo malign melanoma
E) nodulyar malign melanoma
Ədəbiyyat: Langley R G, Barnhill RL, Mihm MC, Fitzpatrick TB, Sober AJ :
Neoplasms : Cutaneous melanoma. Freedberg IM, Eizen AZ, Wolf K, Austen KF
Goldsmith LA, Katz SI, Fitzpatrick TB. Dermatology in general Medicine. 5. Baskı.
New York,
776) Bəd xassəli melanomalar içində ən pis proqnozlu melanoma hansıdır?
A) karsinomatoz tip maliqn melanoma
B) akral lentiqinoz malign melanoma
C) nodulyar malign melanoma
D) lentiqo malign melanoma
E) superfisiyal yayılan melanoma
Ədəbiyyat: Langley R G, Barnhill RL, Mihm MC, Fitzpatrick TB, Sober AJ :
Neoplasms : Cutaneous melanoma. Freedberg IM, Eizen AZ, Wolf K, Austen KF
Goldsmith LA, Katz SI, Fitzpatrick TB. Dermatology in general Medicine. 5. Baskı.
New York,
777) Aşağıda göstərilən variantlardan hansında bəd xassəli melanomanın
klassifikasiya sistemləri yazılmışdır?
A) Breslow, Klark
B) Katteral,Şatzki
Dostları ilə paylaş: |