Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə1/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
  1   2   3   4   5   6   7   8   9   ...   77


Onore De Balzak
 
 
QORİO ATA 
 
Qız  de Konflan familiyasını daşıyan qocalmış dul arvad Voke qırx ildən bəridir Parisdə Latın məhəlləsi* ilə 
Sen-Marso qəsəbəsi* arasındakı Nev-Sent-Jenevyev küçəsində bir ailə pansionu saxlayır. Pansion 
“Vokenin evi” adlanır və onun qapısı hamı üçün – gənclər və qocalar, qadınlar və kişilər üçün açıqdır; 
buna baxmayaraq, bu mötəbər pansiondakı adətlər heç bir dedi-qoduya səbəb olmurdu. Ancaq düzünü 
desək, son otuz ildə buraya bir nəfər belə gənc qadının ayağı dəyməmişdi. Ancaq ata-anasından çox az 
kömək alan bir gənc burada məskən sala bilərdi. Lakin 1819-cu ildə, yəni bu faciə başlandığı zaman 
pansionda yoxsul gənc bir qız yerləşmişdi. Zəmanəmizin kədərli ədəbiyyatında bu “faciə” sözü yanlış, 
yersiz və həddən artıq işləndiyindən öz dəyərini itirsə də, burada bu söz, doğrudan da, münasibdir: 
bunun münasib olmasına səbəb hekayətimizin həqiqi mənada faciəli olması deyil, başqa bir şeydir: bəlkə 
də, oxucularımızdan biri mütaliəni qurtardıqdan sonra bu faciənin üzərinə intra və extra miros1 bir damcı 
göz yaşı tökdü. Bu faciəni Parisin xaricində də başa düşəcəklərmi? Bu, şübhəli məsələdir. Yerli 
müşahidələr və yerli boyalarla dolu olan bu faciənin təfsilatı ancaq Monmartr təpələri ilə Monruj* 
yüksəklikləri arasında yerləşmiş, malası tökülən, hər an uçmaq təhlükəsi altında olan evləri və palçıqdan 
qapqara qaralmış su arxları ilə məşhur olan vadidə özünə layiq qiymətini tapa bilər. Bu vadidə ancaq 
iztirablar həqiqidir, sevinclər isə çox zaman yalana bənzər; burada həyat o qədər dəhşətlə qaynayır ki, 
yalnız xariqüladə bir hadisə az-çox uzun müddət üçün təsir buraxa bilər. Bununla belə, bəzən bu vadidə 
qəbahət və fəzilətlərin bir-birinə qarışıb təntənəli və əzəmətli görünən fəlakətlər yaratdığını da görmək 
olur: bu fəlakət qarşısında tamah və xudpəsəndlik geri çəkilərək, mərhəmət qalib gəlir, lakin bu hiss 
tələsik udulan gözəl bir meyvənin təsiri kimi, çox tez ötüb-keçir. Mədəniyyət çarxı da hərəkəti etibarilə, 
Cagernaut bütü* arabasının çarxına bənzər; bu çarx gəlib başqa insanların qəlbi kimi o qədər də kövrək 
olmayan bir insan qəlbini tapdarkən, toxunar-toxunmaz onu qəhr edər və yenə də öz şərəfli yoluna 
davam edər. Siz də belə hərəkət edəcəksiniz: siz də zərif əlinizlə bu kitabı götürüb yumşaq bir kresloya 
rahatca əyləşərək deyəcəksiniz: “Bəlkə, bu kitab kefimi açdı?” Qorionun gizli atalıq müsibətləri lə tanış 
olduqdan sonra xörəyinizi iştah      yeyəcəksiniz və bu müsibətlərə laqeyd qalmağınıza səbəb müəllif 
olduğunu zənn edərək, onu mübaliğəsinə, şairanə uydurmalara yol verdiyinə görə məzəmmət 
edəcəksiniz. Ancaq bilin ki, bu faciə nə uydurma, nə də romandır. All is true1 – bu, o qədər həqiqi bir 
hekayədir ki, hər kəs bunun rüşeymini özündə, bəlkə də, öz qəlbində tapacaqdır. 
Ailə pansionunun yerləşdiyi ev madam Vokenin evidir. Bu ev Nev-Sent-Jenevyev küçəsinin aşağı 
tərəfindədir. Burada yol Arbalet küçəsinə enir və sıldırımlı eniş-yoxuş olduğuna görə atlı arabalar 
buradan çox az-az gedib-gəlir. Bunun sayəsində Val-de-Qras* günbəzi ilə Panteon* günbəzi arasındakı 
küçələrdə, adətən, sakitlik olur. Burada bu iki əzəmətli binanın divarlarının sarıya çalan rəngi havanın 
rəngini dəyişir, hər şeydə öz günbəzlərinin tünd rəngini əks etdirərək, kədərli bir mənzərə yaradır. 
Burada küçələrin döşəməsi qupqurudur: arxlarda nə palçıq, nə su tapılır, divarların dibində ot bitir. Ən 
qayğısız adam belə, küçədə gedib-gələn bütün yolçular kimi, burada qəmgin olmaya bilmir. Ekipaj 
gurultusu burada böyük bir hadisə olur, evlər qəmli-qəmli baxır, qalın divarlar dustaqxana təsiri 


bağışlayır. Təsadüfən yolu buraya düşən bir parisli burada ailə pansionlarından və ya məktəbdən, can 
sıxıntısı, ya    səfalətdən ölüb gedən, qocalıq və zəhmət çəkməyə məcbur olan şən gənclikdən başqa bir 
şey görməz. Onu da deyək ki, bütün Parisdə bundan dəhşətli, bundan qeyri-məşhur bir məhəlləyə 
təsadüf etmək mümkün deyildir. 
Nev-Sent-Jenevyev küçəsi bürünc bir çərçivə kimi bu hekayətin çərçivəsini təşkil etməyə hər şeydən artıq 
layiqdir, hekayət isə mümkün qədər ciddi fikirlər və tünd boyalar tələb edir ki, oxucu katakombaya* 
enən bir səyyahın hər pillə ilə günün işığı söndükcə və bələdçinin ahəngdar səsi get-gedə boğuq bir 
şəkildə səsləndikcə duyduğu qəribə bir hisslə qabaqcadan aşılansın. Bu, doğru təşbehdir! Kim söyləyə 
bilər ki, hansı daha dəhşətlidir: daş ürəklərimi seyr etmək, yoxsa boş kəllələri? 
Pansionun fasadı bağçaya baxır, bu surətlə ev Nev-Sent-Jenevyev küçəsi ilə düzbucaq təşkil edir. 
Küçədən baxdıqda evin ancaq yan divarı görünür. Bağça ilə evin arasında, lap fasadın qarşısından qırma 
daşla hörülmüş, tuaz1 enliyində dayaz bir arx çəkilmişdir. Arx boyunca da qumsal cığır gedir. Cığırın 
ətrafında ətir çiçəyi, ağ və göy çinidən olan böyük vazalarda nar ağacları və oleandrlar əkilmişdir. 
Bağçadan həmin cığıra tərəf bir bala qapı açılır: qapının üzərində belə lövhə var: “VOKENİN EVİ”, 
aşağısında isə: kişilər, arvadlar və sairə üçün ailə pansionu sözləri yazılmışdır. Torlu bala qapının səsli 
zəngi var. Gündüz bu qapıdan içəriyə baxanda küçənin qarşı tərəfində, arxın axırında qəribə bir divar 
görünür ki, bu divarın üzərində yerli bir rəssam yaşıl mərmər üslubunda bir tağ, divarın taxçasında isə 
Amur heykəli çəkmişdir. İndi qabığı soyulmağa başlayan, lak çəkilmiş bu Amura baxdıqda, rəmz 
həvəskarları bəlkə də bu heykəldə nəticələri qonşuluqdan müalicə edilən Paris məhəbbətinə bir işarə 
tapılar. Bu dekorasiyanın nə zaman çəkildiyini Amurun özülü üstündəki qismən pozulub getmiş bir yazı 
isbat edir. Bu yazıya görə, Volter 1777-ci ildə Parisə qayıtdığı zaman böyük təntənə ilə qəbul edilmişdi: 
 
Kim olursan ol, zavallı insan, 
Əbədiyyətdir sənə        . 
 
Gecələr torlu qapının əvəzinə bağça möhkəm qapı ilə bağlanır. Küçə tərəfdəki hasarla sarmaşıqların 
əmələ gətirdiyi pərdə altında tamam gizlənmiş qonşu evin divarı arasında yerləşib, fasadboyu uzanan 
bağça Paris üçün o qədər mənzərəlidir ki, yoldan keçənlərin nəzərini cəlb edir. Bağçanın bütün divarları 
boyu ara-sıra əkilmiş meyvə ağacları və üzüm tənəkləri uzanır. Ağacların tozlu və cır meyvələri hər il 
madam Vokenin təşvişinə, onun kirayənişinlərlə söhbətinə səbəb olurdu. Divarboyu dar cığır görünürdü. 
Bu cığır cökə ağaclarına qədər davam edir. Yanlardan keçən cığırlar arasında düzbucaq bir lək salınmışdır; 
ləkdə ənginar, quzuqulağı, keşniş və kahı əkilmişdir, künclərində isə ehram şəklində qayçılanmış meyvə 
ağacları var. Cökələrin kölgəsi altında yerə yaşıl rənglə rənglənmiş dəyirmi stol basdırılmış, ətrafına 
skamyalar düzülmüşdür. Yayın qızmar günlərində günəşin, cücələri qırt toyuğun köməyi olmadan çıxara 
biləcək dərəcədə yandırdığı bir zamanda, kirayənişinlər burada əyləşib nəşə ilə qəhvə içirlər. Hər halda 
onlar belə bir israfçılığa yol verə biləcək qədər varlı görünürlər. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə